Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1636/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********0803 nömrəli qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(103)-365/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********0803 nömrəli qərarına əsasən İddiaçı MMC (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edil ərək vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********0803 nömrəli Qərarın ləğv olunması xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ1023 Bakı şəhəri Səbail rayonu BibiHeybət ŞTQ Namiq Quliyev 45 ünvanında yerləşən obyektdə fəaliyyət göstərən Bül-Bül Restoranında xx.xx.2021-ci il tarixdə (cavabdeh orqan tərəfindən) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Vergi orqanı) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı, (Vergi orqanı) əməkdaşları tərəfindən kobud qanun pozuntularına yol verərək, obyektdə olan şəxslərə qarşı kobud davranışlarla rəftar edərək, COVİD-19 posportunun olubolmamasını yoxlamaq adı ilə, şəxslərdən alınan şəxsiyyət vəsiqələri ilə, qeydlər aparmaqla əsassız və qanunsuz olaraq çıxarılmış xx.xx.2021-ci il tarixli DVX seriyalı 002546 nömrəli aktı tərtib edərək BÜLBÜL MMC də guya 8 nəfər şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsi nəticəsində Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan xüsusatlar tamamən əsassız və qanunsuzdur. Heç bir hüquqi əsası yoxdur. Nəticədə qeyd olunan qanunsuzluqlarla BülBül MMC-nin adınana saxtakarlıqlarla 16000 (on altı min) manat məbləğində əsassız və qanunsuz olaraq cərimə yazılmışdır
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8861 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Səbail rayonu, Bibiheybət ŞTQ, Namiq Quliyev 45 ünvanında yerləşən İddiaçı restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 8 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002546 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilm əsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 8 nəfər fiziki şəxsin və iddiaçının nümayəndəsi izahat verməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0803 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 16.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir
5. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-4786/2022 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0803 nömrəli qərarı İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ( kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya aid sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX №002546 aktda həmin restoranda 8 nəfər şəxsin əmək müqaviləsi olmadan işləmələri qeyd olunsa da, vergi əməkdaşları tərəfindən tərtib edilmiş digər bir aktla həmin şəxslərin və cəmiyyətin direktor müavininin izahat verməkdən imtina etdikləri qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər aktda göstərilən 8 (səkkiz) nəfər şəxsdən 6 (altı) nəfərinə münasibətdə iddiaçı ilə əmək münasibətlərində olmasını təsdiq etmişdi r: -X3 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il olmaqla əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il olaraq göstərilmişdir; Əmək müqaviləsində işçinin xx.xx.2021-ci il tarixdə işə başladığı qeyd edilmişdir. -X6 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il olmaqla əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il olaraq göstərilmişdir; Əmək müqaviləsində işçinin xx.xx.2021-ci il tarixdə işə başladığı qeyd edilmişdir. -X4 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il olmaqla əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il olaraq göstərilmiş dir; Əmək müqaviləsində işçinin xx.xx.2021-ci il tarixdə işə başladığı qeyd edilmişdir. -X9 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il olmaqla əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il olaraq göstərilmişdir; Əmək müqaviləsində işçinin xx.xx.2021-ci il tarixdə işə başladığı qeyd edilmişdir. -X1 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il olmaqla əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il olaraq göstərilmişdir; Əmək müqaviləsində işçinin xx.xx.2021-ci il tarixdə işə başladığı qeyd edilmişdir. Əmək müqaviləsində və əmək müqaviləsi bildirişində yoxlama aparılan xx.xx.2021-ci il tarixə əmək münasibətlərinin bağlanmı ş olmasının qeyd edilməsi işəgötürən qismində iddiaçı ilə işçilər arasında əmək münasibətlərinin olması qənaətinə gəlmək üçün yetərlidir.
7. Aktda adı qeyd olunan, lakin vergi yoxlaması zamanı izahatı alınmayan digər iki şəxs X2 və X5 münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin şəxslərlə iddiaçının əmək münasibətlərinin olması hər hansı digər mötəbər dəlillə təsdiqini tapmır. Belə ki, iddiaçının nümayəndəsi həmin iki nəfər şəxslə əmək münasibətlərinin olmadığını, vergi orqanın nümayəndələri isə qeyd edilən halı müəyyən etdiklərini bildirirmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 28 mart 2023-cü il tarixli, 2-1(103)-365/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, vergi nəzarəti tədbirləri zamanı video çəkilişlərin edilməsi vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habel ə sənədlərinə və əşyalarına baxış həyata keçirilən zaman tətbiq edilir. Belə ki nə Vergi Məcəlləsində, nə də ki "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydalarında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı video çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Odur ki, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Vergi Məcəlləsi Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələ ri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir Maddə
58. Vergilərin azaldıl masına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqın ın ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
15. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlilləri ndən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi operativ vergi nəzarətinin nəticəsi olaraq Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın əsaslığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İş materialları ilə müəyyən olunur ki, cavabdehin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8861 nömrəli qərar ilə, Bakı şəhəri Səbail rayonu Bibi-Heybət ŞTQ Namiq Quliyev 45 ünvanında yerləşən obyektdə fəaliyyət göstərən Bül-Bül Restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30.09..2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.
23. Yoxlamanın nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0803 nömrəli qərarla iddiaçıya 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 16000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır.
24. İddiaçı inzibati orqanın həmin qərarlarını əsassız hesab edərək ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini qismən əsaslı hesab edərək cavabdeh tər əfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********0803 nömrəli qərarı qismən, yəni 2 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir. İddiaçı məhkəmələrin mövqeyi ilə razılaşaraq qəbul edilmiş qərarlardan şikayət verməmişdir.
25. Cavabdehin kassasiya şikayətini əsas dəlili ondan ibarət olmuşdur ki, vergi ödəyicisi tərəfindən aktda qeyd edilən şəxslərin vergi ödəyicisinin iş yerində və iş saatında xidmətlərin göstərilməsi aşkar edilmiş, lakin həmin şəxslərin izahatların alınması mümkün olmamışdır.
26. Bununla bağlı məhkəmə kollegiyası aktda adı qeyd olunan, lakin vergi yoxlaması zamanı izahatı alınmayan digər iki şəxs X2 və X5 münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin şəxslərlə iddiaçının əmək münasibətlərinin olması hər hansı digər mötəbər dəlillə təsdiqini tapmır. Belə ki, iddiaçının nümayəndəsi həmin iki nəfər şəxslə əmək münasibətlərinin olmadığını, vergi orqanın nümayəndələri isə qeyd edilən halı müəyyən etdiklərini bildirirərək, yazılı izahatlarını aldıqlarını qeyd etsələr də, inzibati icraat materiallarında həmin izahaların olduğu müəyyən edilmir. Qeyd edilən şübhə vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
28. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(103)365/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 21(103)-365/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.