Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1636/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli iş stajı, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)47/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur.
2. İddiaçı məxsus diploma, hərbi biletə, ИТ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən müəyyən olunur ki, 1976-cı ildə 27 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə tam kursu bitirərək gil-torpaq istehsalı üzrə aparatçı peşəsi üzrə ümumi orta təhsil almışdır. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə halhazıradək əmək fəaliyyəti ilə məşğul olur.
3. Dövlət X4 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1 aprel 1982-ci il tarixli №127 K, §2 saylı əmrlə xx.xx.1982-ci il tarixdən “Azərəlvanmetaltəmirtikinti” tresti Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsinin arxiv fondunun sənədlərinə əsasən alüminium zavodunun texniki avadanlıq təmiri və montajı üzrə № 5 sahəyə 2-ci dərəcəli çilingər təyin edilmiş, xx.xx.1983-cü il tarixdən 3-cü dərəcə çilingər dərəcəsi verilmiş və xx.xx.1988-ci il tarixli əmrlə xx.xx.1988-ci il tarixdən işdən azad edilmişdir. 4. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13 -2022-0100 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində təmirçiçilingər vəzifəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında (Siyahı 2, bölmə 9-cu, yarımbölmə 9a Gil-torpaq istehsalatı 2091100a-18559-təmirçi çilingərlər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarında (Bölmə 7, yarımbölmə
29. Gil-torpaq istehsalatı-təmirçi çilingərlər) mövcuddur. 5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0027 nömrəli məktubundan görünür ki, İddiaçı 1982-1988-ci illərdə "xxxx" ASC-nin Gəncə Gil-Torpaq” İstehsalat sahəsində deyil, Azərbaycan Əlvanmetal Təmir Tikinti T restinin Kirovabad İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işləmişdir. 6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043 nömrəli arayışında bildirilir ki, "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində təmirçi-çilingər peşəsində çalışan işçilərə xx.xx.2007-ci il tarixədək 21 iyun 1993-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarının 2 nömrəli əlavəsində olan 2091100a-18559 koda əsasən, xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 7-ci bölməsinin 29-cu yarımbölməsinə əsasən iş stajı zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verilir.
7. ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, ***** *****9 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 9 sentyabr 2022-ci il tarixli 36 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə əmək haqqı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 5 ay 2 6 gün (xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01 iyul 2022-ci il tarixə qədər ümumi əmək stajı 40 il 7aydan artıqdır, güzəştli şərtlərlə zərərli stajı isə 17 il 1 ay 12 gün təşkil e dir. Belə ki, iddiaçı Gəncə şəhər ixtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində, həmçinin 01 Aprel 1982-ci ildən 18 Aprel 1988-ci ilə kimi X2 ("xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində) Texnologiya avadanlığın təmiri və quraşdırılması üzrə təmirçiçilingər vəzifəsində işləmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət X4 10 Fevral 2017-ci il 71/5 saylı arxiv arayışında da onun X3 zərərli sahələrində təmirçi-çilingər işləməyi əmrlərdə qeyd olunub. Bundan başqa, 03 Yanvar 1997-ci ildən 02 Avqust 1999cu ilə kimi Azərbaycan Dəmiryolları Nazirliyinin X7 müəssisəsinin qazanxanasında çilingər vəzifəsində işləmişdir. Ona görə də hesab edir ki, onun güzəştli zərərli iş stajı 17 il 1 ay 12 gün təşkil edir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təy in edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
10. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtinanın əsaslarını göstərməklə qeyd etmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 9 sentyabr 2022-ci il tarixli 36 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə əmək haqqı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyil. Şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi ü çün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.2009-xx.xx.2012-ci il tarixlərdə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “X1 Sistemi”nin Sığorta Alt Sisteminin X5 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) 14 mart 2023-cü il tarixli, 2-1(114)-782/2 023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçının xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri üzrə 8 il 5 ay 26 gün stajını güzəştli staj kimi nəzərə almışdır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Dövlət X4 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində 2-ci dərəcəli çilingər işləmişdir və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043/2023 nömrəli məktubuna əsasən həmin peşə üzrə iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olan 2091100a-18559 koda əsasən zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, müəyyən olunur ki, müvafiq siyahıda iddiaçının işlədiyi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan müddətlər üzrə iddiaçının 6 il 17 gün güzəştli sığorta stajı öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunv ericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Beləliklə müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı ümumilkdə 25 ildən çoxdur, eyni zamanda tələb olunan güzəştli sığorta stajı da mövcuddur.
13. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh orqan olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-47/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.Bayramov və A.V.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-782/2023 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 8 il 5 ay 26 gün güzəştli iş stajının olması işin mübahisəsiz halıdır. Lakin cavabdeh tərəfindən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmirtikinti idarəsində 2-ci dərəcəli çilingər işləməsi barədə güzəştli arayış təqdim edilmədiyindən həmin illər onun güzəştli sığorta stajına daxil edilməmişdir. İddiaçının işlədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr üzrə qanunvericiliklə güzəştli arayışın təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarında olan Dövlət X4 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışından g örünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmirtikinti idarəsində 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. Bununla yanaşı "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043/2023 nömrəli məktubu ilə aydın olur ki, qeyd olunan peşə üzrə iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olan 2091100a-18559 koda əsasən zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verir. Göründüyü kimi iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il ta rixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı ilə təsdiq edildiyindən həmin dövr onun güzəştli sığorta stajına daxil edilməlidir. Bununla da iddiaçının 6 il 17 gün güzəştli sığorta stajının olması təsdiq edilmiş olur.
17. Həmçinin iş materiallarında olan, "xxxx" QSC-nin Yük daşımaları departamentinin Qərb vaqonları təmiri xidməti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixindən - xx.xx.1999-cu il tarixinə kimi Qərb vaqon təmi ri deposunda Qazanxana sexində çilingər vəzifəsində işləmişdir. Bundan başqa "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilən iddiaçının ADY-də olan əmək fəaliyyəti barədə arxiv sənədlərindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdə 216/k nömrəli əmrə əsasən qazanxana sexinə 5-ci dərəcəli çilingər təyin edilmiş və xx.xx.1999-cu il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir. Odur ki, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının xx.xx.1982xx.xx.1988-ci il tarixlərdə işlədiyi çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında olan 2091100a-18559 koda uyğun olduğu qənaətinə gəlmişdir. Lakin hər iki instansiya məhkəməsinin istinad etdiyi 2 №-li Siyahıda olan 2091100a-18559 kod həmin Siyahının Vİİİ.Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 9.Giltorpaq istehsalatı yarımbəndində nəzərdə tutulmuşdur. Məhkə mənin istinad etdiyi arayışın "xxxx" ASC tərəfindən təqdim edilməsinə baxmayaraq, Dövlət X4 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçı müvafiq dövrlərdə Gəncə şəhər İxtisaslaşdırılmış Təmirtikinti idarəsində işlədiyi halda, məhkəmə tərəfindən əsassız olaraq onun işlədiyi sahəyə tamamilə zidd olan Giltorpaq istehsalatı sahəsində nəzərdə tutulan vəzifəyə uyğunlaşdırılmışdır. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsinin fəaliyyət sahəsinin Metallurgiya istehsalatı ( əlvan metallar)-Giltorpaq istehsalatı sahəsinə uyğun olub-olmaması araşdırılmış, hər iki sahənin funksional eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə fəaliyyət istiqamətləri, vəzifə təlimatları əldə edilmiş, bununla bağlı hər hansı sorğular verilərək iş üzrə müvafiq araşdırılma aparılmışdır. Bunun əvəzinə yalnız müvafiq müəssisənin arayışına istinad edərək, iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan vəzifə kimi qəbul edilərək əsassız olaraq iddia tələbi təmin edilmişdir. Eyni zamanda bildirirlər ki, məhkəməyə ünvanlanan etiraz və apellyasiya şikayətində də qeyd edildiyi kimi iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 9 sentyabr 2022-ci il tarixli 36 nömrəli arayışında onun xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olduğu və qanunvericilikdə əməkhaqqı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilməsinin mümkün hesab edilmədiyi qeyd edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (əvvəllər qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq o lunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (hal hazırda qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə z ərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbu l edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə q ərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, işin halları İPM-in 12 və 58ci maddələrinin tələbləri pozulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada a raşdırılmadığı üçün apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
26. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
27. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. İddiaçının hüququnun yarandığı tarix kimi xx.xx.2022-ci il tarixi qəbul edilməlidir. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt, yəni xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçü n həmçinin pensiya kapitalı da tələb olunurdu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilən dəyişikliyə (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir) əsasən həmin şərt aradan qalxdığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt dedikdə xx.xx.2022-ci il tarix kimi başa düşülməlidir. İddiaçı tələb olunan yaşa malikdir. İşin bu halı da cavabdeh inzibati orqan tərəfindən qəbul edilir.
28. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş diploma, hərbi biletə və əmək kitabçasında əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin ümumi staja dair dəlili ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu madd əsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya görə 6 ay müddət iddiaçının ümumi stajına daxil edilə bilər. Beləliklə, xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ümumi staja daxil edilməsə belə, yenə 25 ildən artıq ümumi staj mövcuddur.
30. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır.
31. Cavabdeh iddiaçının xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrü (8 il 5 ay 26 gün) güzəştli iş stajı kimi qəbul edir.
32. Göründüyü kimi iddiaçının 8 il 5 ay 26 gün güzəştli iş stajının olması işin mübahisəsiz halıdır.
33. Hazırkı kassasiya şikayətinin dəlillərindən biri iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində 2ci dərəcəli çilingər vəzifəsində işlədiyi halda, məhkəmə tərəfindən əsassız olaraq onun işlədiyi sahəyə tamamilə zidd olan Giltorpaq istehsalatı sahəsində nəzərdə tutulan vəzifəyə uyğunlaşdırılması ilə bağlıdır.
34. Qeyd edilməlidir ki, iddiaçının güzəştli staj dövrü ilə əlaqədar iş materiallarında olan sənədlərdəki məlumatlarda uyğunsuzluq var.
35. Belə ki, Dövlət X4 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1 aprel 1982-ci il tarixli No.127 K, §2 saylı əmrlə xx.xx.1982-ci il tarixdən “Azərəlvanmetaltəmirtikinti” tresti Gəncə şəhər İxtisas laşdırılmış Təmir-tikinti idarəsinin arxiv fondunun sənədlərinə əsasən alüminium zavodunun texniki avadanlıq təmiri və montajı üzrə № 5 sahəyə 2-ci dərəcəli çilingər təyin edilmiş, xx.xx.1983-cü il tarixdən 3-cü dərəcə çilingər dərəcəsi verilmiş və xx.xx.1988-ci il tarixli əmrlə xx.xx.1988-ci il tarixdən işdən azad edilmişdir. 36. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0027 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1982-1988-ci illərdə "xxxx" ASC-nin Gəncə Gil-Torpaq” İstehsalat sahəsində deyil, Azərbaycan Əlvanmetal Təmir Tikinti Trestinin Kirovabad İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işləmişdir. 37. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043 nömrəli arayışından isə görünür ki, "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində təmirçi-çilingər peşə sində çalışan işçilərə xx.xx.2007-ci il tarixədək 21 iyun 1993-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarının 2 nömrəli əlavəsində olan 2091100a18559 koda əsasən, xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 7-ci bölməsinin 29-cu yarımbölməsinə əsasən iş stajı zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verilir.
38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində işlədiyi təmirçi çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə ça lışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olan Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)bölməsinin 9.Giltorpaq istehsalatı yarımbəndində 2091100a18559 koda uyğun olduğunu göstərmişdir.
39. Kollegiya qeyd edir ki, xx.xx.2017-ci il tarixli arxiv arayışında iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək alüminium zavodunun texniki avadanlıq təmiri və montajı üzrə təmirçi çilingər işlədiyi, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-53/2-0027 saylı məktubunda isə, "xxxx" ASC-nin Gəncə Gil-Torpaq” İstehsalat sahəsində deyil, Azərbaycan Əlvanmetal Təmir Tikinti Trestinin Kirovabad İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur.
40. Hazırk ı işin halları ilə iddiaçının mübahisələndirilən dövrdə işlədiyi təmirçi çilingər vəzifəsinin hansı istehsalat sahəsinə aid olması müəyyən edilmir. Halbuki, şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün işlədiyi peşənin həm də siyahıda qeyd edilən konkret sahəyə uyğunluğu təsdiq olunmalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə ar asındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
42. Dövlət X4 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışı və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0027 saylı məktubu ndakı məlumatların fərqli olmasına baxmayaraq, bu uyğunsuzluğa məhkəmə tərəfindən münasibət bildirilməmiş və qiymət verilməmişdir.
43. Halbuki, həmin məlumatların mötəbərliyi mübahisənin düzgün həlli, xüsusilə də iddiaçının güzəştli stajının yetərli olması üçün əhəmiyyət kəsb edir.
44. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi dövrlə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
45. Beləliklə, İPM-nin 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
46. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla araşdırmalıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-47/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.