Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1637/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Mənzil-Kommunal Təsərrüfatı Kombinatı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: maliyyə sanksiyası, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, təqvim ili ərzində bir neçə dəfə vergi hüquq pozuntusuna yol verilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, id diaçının nümayəndəsi oğlunın və vəkili Vəkil, cavabdehin nümayəndəsi oğlunun iştirakı ilə İddiaçı Mənzil-Kommunal Təsərrüfatı Kombinatının cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-59/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin 20 noyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı Mənzil-Kommunal Təsərrüfatı Kombinatında 2016-cı ilin fevral və 2017-ci ilin sentyabr ayları əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması aparılmış, yoxlama 21 may 2018-ci il tarixdə başa çatdırılmış və nəticəsi üzrə həmin tarixli **********131042 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.4 və 3.4.5-ci bəndlərinin pozulması hallarının aşkar edilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 32009,39 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Bun dan sonra cavabdeh tərəfindən 06.07.2018-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********155747 nömrəli qərar qəbul olunaraq iddiaçı 32009,39 manat məbləğində maliyyə sanksiyasına cəlb edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06 iyul 2018-ci il tarixli qərarın 23795,08 manat hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.7-1ci maddəsinin tələbləri pozularaq qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatların ümumi məbləğinə maliyyə sanksiyası düzgün tətbiq edilməmişdir. Belə ki, qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatların ümum i məbləği 82146,46 manat olduğu və həmin məbləğə 10 faiz hesabı ilə 8214,65 manat maliyyə sanksiyası tətbiq edilməli olduğu halda, bir halda 1861,69 manat məbləğinə 10 faiz hesabı ilə 186,17 manat, bir halda 1473,46 manat məbləğinə 20 faiz hesabı ilə 294,69 manat və 59 halda isə 40 faiz hesabı ilə cəmi 32009,73 manat və yaxud qanunsuz olaraq 23795,08 manat artıq maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi cavabdeh qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatlara görə 10, 20 və 40 faiz hesabı ilə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da qanunvericiliyin tələblərinin və vergi ödəyicisinin maraqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ona görə də, maliyyə sanksiyasının tətbiq edilməsinə dair qərar 23795,08 (32009,73-8214,65) manat hissəsində ləğv edilməlidir. Cavabde h iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, aparılmış səyyar vergi yoxlamasızamanı iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan dövrdə əhaliyə, kommersiya obyektlərinə və təşkilatlara göstərilmiş kommunal xidmətlərə görə (küçələrin süpürülməsi, zibillərin daşınması, əhaliyə, kommersiya obyektlərinə, kombinat və təşkilatlara isti suyun verilməsi, göstərilmiş xidmətlərə görə haqqın yığılması və s.) haqların nağd qaydada yığıldığı müəyyən olunmuş və bununla da, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.3-cü, 3.4.4-cü və 3.4.5-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə həmin Qan unu pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlama ilə əhatə olunan dövr üzrə iddiaçı tərəfindən əhali və kommersiya obyektlərindən göstərilmiş kommunal xidmətlərə görə 22.05.2017-ci il tarixdə əhali və kommersiya obyektlərindən yığılmış 1861,69 manat kommunal xərclərə 10%, 24.05.2017-ci il tarixdə yığılmış 1473,46 manat kommunal xərcinə 20%, sonrakı tarixlərdə yığılmış 78539,92 manat vəsaitə və nağd qaydada ödənilmiş 281,39 manat əmək haqqına isə 40% həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərkən qeyd olunan qanun pozuntusunun təqvim ili ərzi ndə bir neçə dəfə təkrarlandığını, aparılan hər bir əməliyyatın tarixinin və məbləğinin müəyyən edildiyini nəzərə alaraq Vergi Məcəlləsinin 53.6-cı maddəsinin müddəaları gözlənilmiş və hər bir pozuntuya münasibətdə 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. Ancaq iddiaçı dəfələrlə yol verdiyi qanun pozuntusunun bir hal kimi qiymətləndirilməli olduğunu qeyd edir və il ərzində 61 dəfə nağd qaydada apardığı əməliyyatların hamısına 10 faiz həcmində maliyyə sanksiyasının tətbiq edilməli olduğunu hesab edir. Bu isə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə ziddir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1326/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı (hakim - K.H.Vəliyev) ilə iddia təmin edilərək 11 saylı Ərazi Vergilər Departamentinin vergi ödəyicisinin vergi qanunv ericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06 iyul 2018-ci il tarixli, **********155747 nömrəli qərarının 23795,08 manat maliyyə sanksiyasının tətbiqi hissəsində ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, maliyyə sanksiyasının mahiyyəti və məqsədi yalnız vergi ödəyicisinin maddi vəsaitindən ödənilən pul tənbehi kimi qəbul edilməməlidir. Maliyyə sanksiyası həmçinin xəbərdaredici və maarifləndirici məqsədlər daşıyır. Onun bu kimi məqsədləri gələcəkdə qanun pozuntusu hallarının baş verməsinin qarşısını almaq, vergi ödəyicisini qanunvericiliyin tələbləri ilə tanış etmək, vergi ödəyicisi tərəfindən bu halların baş verdiyi təqdirdə üzləşə biləcəyi sanksiyalar barədə xəbərdar etməkdən ibarətdir. Maliyyə sanksiyası vergi ö dəyicisini qanunvericiliyin tələblərinə əməl olunmasına dəvət edir, onu intizamlı və məsuliyyətli olmağa çağırır. Təsadüfi deyildir ki, qanunvericilikdə birinci pozuntuya görə 10 faiz məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmuşdur. Bu qayda vergi ödəyicisini xəbərdar edir ki, təkrarən pozuntuya yol verərsə, onu daha ağır maliyyə sanksiyaları gözləyir. Ona görə də, vergi orqanı təqvim ilində pozuntunu vaxtında aşkar etməklə birinci dəfə 10 faiz məbləğində maliyyə sanksiyasını tətbiq etməlidir. Vergi ödəyicisi bundan nəticə çıxarmayaraq yenidən belə pozuntularara yol verərsə, vergi orqanı onun etinasızlığına münasibət olaraq barəsində 20 və 40 faizlə maliyyə sanksiyası tətbiq etməyə haqlıdır. Vergi orqanının vəzifəsi yalnız pozuntu barədə tədbir görmək deyil, həm də pozuntuları n qarşısını almaqdan ibarətdir. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi eyni pozuntuya təqvim ili ərzində üç dəfədən artıq yol vermiş olsa da, onun barəsində əvvəlki pozuntulara görə 10 və 20 faiz məbləğində maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilməmişdirsə, pozuntunun sayından asılı olmayaraq birinci dəfə qəbul edilən qərarla tətbiq edilən maliyyə sanksiyasının həddi 10 faizi aşmamalıdır. Hazırkı mübahisə üzrə isə vergi orqanı 2017-ci il üzrə vergi ödəyicisi barəsində birinci dəfə maliyyə sanksiyası tətbiq etməsinə baxmayaraq onun məbləğini ikinci əməliyyat üzrə 20, sonrakı əməliyyatlar üzrə 40 faiz müəyyən etməkdə səhvə yol verərək onu artıq faizlə maddi məhrumiyyətə düçar etmişdir. Belə olan halda, mübahisələndirilən qərar 23795,08 manat m aliyyə sanksiyasının tətbiqi hissəsində ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində iddiaya qarşı təqdim edilmiş etirazda göstərilən dəlillər təkrarlanmaqla yanaşı əlavə olaraq göstərilmişdir ki, qanunverici maliyyə sanksiyasının differensial faiz dərəcələri ilə tətbiqini təqvim ili ərzində qanun pozulmaqla aparılan hər bir əməliyyatın ümumi məbləğinə görə nəzərdə tutmuşdur. Aparılan ikinci nağd əməliyyatı təsdiq edən müvafiq sənədlərin mövcudluğu daha yüksək faizli maliyyə sanksiyasının tətbiqi üçün hüquqi əsasdır. Belə olan halda, vergi ödəyicisi tərəfindən qanunsuz olaraq nağd əməliyyatların aparılmasını təsdiq etmək üçün vergi orqanı tərəfindən birinci əməliyyata görə maliyyə sanksiyasının tətbiqini təs diq edən qərarın olmasızəruri deyildir. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin üç müxtəlif bəndinin pozulduğu, müxtəlif aylarda, müxtəlif xarakterli əməliyyatlar üzrə nağd qaydada hesablaşmaların aparıldığı müvafiq sənədlərlə öz təsdiqini tapdığından həmin əməliyyatların bir əməliyyat hesab edilərək ödəyiciyə yalnız 10% dərəcəsi ilə maliyyə sanksiyasının tətbiqi mümkünsüzdür. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-59/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – M.R.Hüseynov, hakimlər G.Q.Abbasov və R.R.Rəfiyev) ilə apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1326/2018 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Mənzil-Kommunal Təsərrü fatı Kombinatının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı “11 saylı Ərazi Vergilər Departamentinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06 iyul 2018-ci il tarixli, **********155747 nömrəli qərarının 23795,08 manat maliyyə sanksiyasının tətbiqi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan, eləcə də maddi və prosessual hüquq normalarının pozuntusu i lə çıxarıldığından ləğv edilməlidir. Belə ki, maliyyə sanksiyasının artan yekunla tam həcmdə tətbiqinin təkrarlığı həmin maddənin mahiyyətini itirir. Çünki, maliyyə sanksiyasının tətbiqi vergi ödəyicisi üçün təkrar pozuntunun qarşısını almaq məqsədi daşıyır. Qanunvericilikdə nəzərdə tutulmuş "belə hala birinci dəfə, ikinci dəfə, üç və daha çox dəfə yol verdikdə" məfhumları vergi ödəyicisinin tərtib etdiyi sənədlərə münasibətdə deyil, vergi orqanının yoxlamalarının sayına münasibətdə tətbiq edilməlidir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulan "təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə" anlayışı vergi orqanı tərəfindən müəyyən edilən birinci hal kimi qiymətləndirilməli və 10% maliyyə sanksiyasının tətbiqi düzgün hesab edilməlidir və vergi ödəyicinə izah olunmalıd ır ki, bu pozuntuya il ərzində 2-ci dəfə yol verdikdə 20% miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya məhkəməsinin qərarını ləğv edərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. Bununla yanaşı, cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisənin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı təşkilatda aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.4 və 3.4.5-ci bəndlərinin pozulma sı halları aşkar edilmiş və bununla bağlı olaraq vergi orqanı tərəfindən 06.07.2018-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********155747 nömrəli qərar qəbul olunaraq iddiaçı 32009,39 manat məbləğində maliyyə sanksiyasına cəlb edilmişdir. Cavabdeh yoxlama ilə əhatə olunan dövr üzrə iddiaçı tərəfindən əhali və kommersiya obyektlərindən göstərilmiş kommunal xidmətlərə görə 22.05.2017-ci il tarixdə əhali və kommersiya obyektlərindən yığılmış 1861,69 manat kommunal xərclərə 10%, 24.05.2017-ci il tarixdə yığılmış 1473,46 manat kommunal xərcinə 20%, sonrakı tarixlərdə yığılmış 78539,92 manat vəsaitə və nağd qaydada ödənilmiş 281,39 manat əmək haqqına isə 40% həcmində maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdeh hesab edir k i, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərkən qeyd olunan qanun pozuntusunun təqvim ili ərzində bir neçə dəfə təkrarlandığı, aparılan hər bir əməliyyatın tarixinin və məbləğinin müəyyən edildiyi nəzərə alındığında Vergi Məcəlləsinin 53.6-cı maddəsinin müddəaları gözlənilmiş və hər bir pozuntuya münasibətdə 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı yoxlama nəticəsində aşkar edilmiş “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.4 və 3.4.5-ci bəndlərinin pozulması halları ilə razılaşaraq onları mübahisələndirməmişdir. İddiaçının mübahisələndirdiyi hal həmin pozuntulara görə tətbiq ediləcək maliyyə sanksiyasının məbləği ilə bağlıdır. Onun mövqeyinə görə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbləri po zularaq qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatların ümumi məbləğinə maliyyə sanksiyası düzgün tətbiq edilməmişdir. Belə ki, qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatların ümumi məbləği 82146,46 manat olduğu və həmin məbləğə 10 faiz hesabı ilə 8214,65 manat maliyyə sanksiyası tətbiq edilməli olduğu halda, bir halda 1861,69 manat məbləğinə 10 faiz hesabı ilə 186,17 manat, bir halda 1473,46 manat məbləğinə 20 faiz hesabı ilə 294,69 manat və 59 halda isə 40 faiz hesabı ilə cəmi 32009,73 manat və yaxud qanunsuz olaraq 23795,08 manat artıq maliyyə sanksiyası tətbiq edilmişdir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən qəbul edilmiş qərarı qanuni və əsaslı hesab edərkən özünün mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin dispozisyasında birmənalı qeyd edilmişdir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin qeyd edilən normasının göstərişi imperativdir və həmin normada daha yüksək maliyyə sanksiyasının tətbiqi üçün mütləq vergi ödəyicisinin əvvəllər eyni növdən olan vergi məsuliyyətinə cəlb edilməsi şərti müəyyən edilməmişdir. Həmin normanın vergi ödəyicisinin xeyrinə şərh edilməsi isə Vergi Məcəlləsinin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, normanın göstərişi dəqiqdir və əlavə məhkəmə şərhinə ehtiyacı yoxdur. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə maliyyə sanksiyası tətbiq edərkən müvafiq faiz əmsalına münasibətdə qərarlardan birini qəbul etməklə bağlı diskresion səlahiyyəti yoxdur. Çünki cavabdeh inzibati orqan müvafiq olaraq aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq etməklə qanunvericiliyin tələbini icra etmişdir. Belə ki, vergi ödəyicisinin qeyd edilən vergi pozuntularına neçə dəfə yol verməsi müvafiq maliyyə sənədləri ilə təsdiq edilir. Bu halda vergi orqanının müvafiq qərarlardan birinin tətbiq edilməsi ilə bağlı seçim imkanı qalmır. Aşağıda göstərilənlərə əsasən kollegiya apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz hesab edir. Belə ki, mübahisənin müəyyən olunmuş hallarına maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edil məsi qaydalarını müəyyən edir. 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 53.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məblə ğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə; 58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə; Qanunvericiliyin qeyd edilən müddəalarının hazırkı işin hallarına tətbiqi ilə bağlı iddiaçıya tətbiq edilməli olan maliyyə sanksiyasının həcmini müəyyən etmək üçün Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində təsbit edilmiş “təqvim ili ərzində belə hala birinci dəfə, ikinci dəfə, eləcə də üç və daha çox dəfə yol verdikdə” ifad əsinin nəyi nəzərdə tutduğuna aydınlıq gətirilməlidir. İlk növbədə nəzərə almaq lazımdır ki, hazırkı halda söhbət maliyyə sanksiyasının tətbiqindən gedir. Vergi Məcəlləsinin 23.1.5-ci maddəsində qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 49.2-ci maddəsində isə təsbit edilmişdir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisi nin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 10.1 və 10.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibat i orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 avqust 2002-ci il tarixli qərarında məhkəmə belə bir hüquqi mövqe ifadə etmişdir ki: “Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasının ayrı-ayrı hallarına görə vergi orqanı rəhbərinin (rəhbərin müavininin) qərarı ilə tənbeh tədbirlərinin növləri kimi çıxış edən maliyyə sanksiyaları və faizlər tətbiq olunur. Vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyaları və faizlər təqsirli vergi ödəyicilərinə büdcə və büdcədənkənar fondlara vergilərin, məcburi ödənişlərin ödənilməsi ilə bağlı vəzifələri lazımi qaydada icra etmək üçü n tətbiq olunan təsir tədbirləridir. Hüquqi məsuliyyətin müstəqil tədbirləri kimi dövlət tərəfindən vergi orqanları vasitəsilə məcburi güc tətbiqi ilə həyata keçirilən bu tədbirlər həm vergi ödəyicilərinin vergilərin ödənilməsi üzrə konstitusiya vəzifələrinin icra olunmasını təmin edən hüquqbərpaedici, həm də cəzaverici xarakterli formalarda olur....Lakin digər növ tədbirlər, xüsusən gizlədilmiş və ya azaldılmış gəlirin tutulması kimi tədbirlər, eləcə də müxtəlif növ cərimələr öz mahiyyətinə görə vergi öhdəliyinin çərçivəsindən kənara çıxır. Onlar bərpaedici deyil, cəzaverici xarakter daşıyır və vergi hüquq pozuntusuna görə, yəni qanunla nəzərdə tutulmuş qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş hüquqazidd təqsirli əmələ görə tətbiq olunur. Buna görə, vergi hüquq pozuntusu haqqında iş üzrə icraatda həm onun törədilməsi faktı, həm də vergi ödəyicisinin təqsirlik dərəcəsi sübut edilməlidir. Belə hallarda Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi də təmin edilməlidir (Konstitusiyanın 60-cı maddəsi)”. Beləliklə, qanunvericilyin qeyd edilən normalarını, həmçinin Konstitusiya Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə almaqla kollegiya qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətdiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə mal ikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsi təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir. Şəxsin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün isə səlahiyyətli vergi orqanı tərəfindən bu barədə vergi məsul iyyətinə cəlb edilməyə dair müvafiq məsuliyyət qərarı çıxarılmış olmalıdır (Vergi Məcəlləsinin 49.2-ci maddəsi). Bu qaydada çıxarılmış bir qərar və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan şəxsi hər hansı bir vergi hüquq pozuntusunu törətməkdə təqsirli bilmək yol verilməzdir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi zamanı belə nəticə hasil olur ki, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində təsbit edilmiş “təqvim ili ərzində belə hala birinci dəfə, ikinci dəfə, eləcə də üç və daha çox dəfə yol verdikdə” ifadəsi təqvim ili ərzində təkrarlığın yarana bilməsi üçün əvvəlki hallarla bağlı vergi məsuliyyətinə cəlb edilməyə dair qəbul edilmiş qərarın mövcudluğunu tələb edir. Nəzərə almaq lazımdır ki, konkret halda söhbət vergi hüquq pozuntusundan getdiyindən əməlin törədilməsi özü- özlüyündə vergi hüquq pozuntusunun baş verdiyi anlamına gəlmir. İlk növbədə ona görə ki, Vergi Məcəlləsinin tələbinə görə vergi hüquq pozuntusunun mövcudluğundan söz edə bilmək üçün bu barədə çıxarılmış müvafiq məsuliyyət qərarının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması tələb olunur. Bundan başqa, Vergi Məcəlləsinin 54-cü maddəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar təsbit edilmişdir. Buna görə, həmin halların mövcudluğunda vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməyə yol verilmir. Bu hal bir daha təsdiq edir ki, əməl törədilmiş olsa belə, qanunda nəzərdə tutulmuş hallar varsa, vergi pozuntusuna görə məsuliyyətə cəlb edilmə istisna edilir. Dolayısıyla, müvafiq pozuntu fakt olaraq törədilmiş olsa belə, bu barədə vergi məsuliyyətinə cəlb edilməyə dair qərar çıxarılmamışdırsa, şəxs vergi hüquq pozuntusu törətməkdə təqsirli hesab edilə bilməz. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, vergi ödəyicisi eyni pozuntulara təqvim ili ərzində faktiki olaraq üç dəfədən artıq yol vermiş olsa belə, onun barəsində əvvəlki pozuntulara görə maliyyə sanksiyalarının tətbiqi barədə vergi məsuliyyətinə cəlb edilməyə dair qərarlar qəbul edilməmişdirsə, faktiki pozuntunun sayından asılı olmayaraq birinci dəfə qəbul edilən qərarla tətbiq edilən maliyyə sanksiyasının həddi qanunu pozmaqla aparılmış əməliyyatın ümumi məbləğinin 10 faizini aşmamalıdır. Beləliklə, hazırkı mübahisə üzrə vergi orqanı 2017-ci il üzrə vergi ödəyicisi barəsində birinci dəfə maliyyə sanksiyası tətbiq etməsinə baxmayaraq onun məbləğini ikinci əməliyyat üzrə 20, sonrakı əməliyyatlar üzrə 40 faiz müəyyən etməklə, mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçıya qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatların ümumi məbləğinin 10 faizin miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir. Belə olan halda isə mübahisələndirilən qərar 23795,08 manat maliyyə sanksiyasının tətbiqi hissəsində ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-59/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. Azərba ycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06 iyul 2018-ci il tarixli, **********155747 nömrəli qərarı 23795,08 (iyirmi üç min yeddi yüz doxsan beş manat səkkiz qəpik) manat maliyyə sanksiyasının tətbiqi hissəsində ləğv edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1637/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1637/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver