Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1637/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1637/2020) Açar sözlər: tütünçü peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh və ya DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı “xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-147/2020 saylı xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1960-cı ildə Şəki rayonunda doğulmuşdur və Şəki rayonun Qudula kəndində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı Şəki rayonun Qudula kəndində fəaliyyət göstərmiş Fizuli adına kolxozda 1976-cı ildə 49 adam günü, 1977-ci ildə 94 adam günü, 1978-ci ildə 132 adam günü, 1979-cu ildə 126 adam günü, 1980-ci ildə 136 adam günü, 1981-ci ildə 161 adam günü, 1982-ci ildə 112 adam günü, 1985-ci ildə 4 adam günü, 1986-cı ildə 214 adam günü, 1987-ci ildə 99 adam günü, 1994-cü ildə 36 adam günü, 1995-ci ildə 171 adam günü, 1996-cı ildə 315 adam günü, 1997-ci ildə 166 adam günü tütünçü işləmişdir. Bundan başqa, iddiaçı Şəki şəhər İHB-nin Daşüz kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 160 nömrəli əmək haqqı barədə arayışla müəyyən olunur ki, iddiaçı fevral 1988-ci il tarixdən dekabr 1989-cu il tarixədək nümayəndəlikdə işləmiş və ona əmək haqqı ödənilmişdir. Daha sonra iddiaçı xx.xx.1990-cı il tarixdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək Qudula kənd orta məktəbində texniki işçi kimi əmək fəaliyyətini davam etdirmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)1068/2018 nömrəli qərarı ilə iddiaçının Şəki rayonun Qudula kəndində fəaliyyət göstərmiş Fizuli adına kolxozda 1979, 1985, 1986, 1987, 1995, 1996 illərdə tütünçü işlədiyi müddətin tam, 19761978, 1980-1982-ci illərdə tütünçü işlədiyi müddətin həmin dövrdə müəyyən edilmiş minimum adam günü normasına (170 adam günü) görə faktik müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması öhdəliyi cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddi açıya **********0 saylı, xx xxxxxx 2019-cu il tarixli və **********1 saylı, xx.xx.2019-cu il tarixli məktublarla cavab verərək bildirmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının yeyinti sənayesinə aid 27-ci bölməsinin 27.5.1ci yarımbəndində “tütün istehsalı üzrə fəhlələr” sıralamasında “tütün yarpaqlarını düzənlər” peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalı yeyinti sahəsinə aid olduğuna görə, habelə tələb olunan güzəştli sığorta stajının olmaması, həmçinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən fərdi hesabının sığorta hissəsi ndə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, işlədiyi illərin sığorta stajına daxil edilməklə ona xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 23 il 23 ay ümumi iş stajı vardır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1068/2018 nömrəli qərarı ilə onun Fizuli adına kolxozda 1979, 1985, 1986, 1987, 1995, 1996-cı illərdə tütünçü işlədiyi müddət tam, 1976-1978, 1980-1982-ci illərdə kolxozda tütünçü işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması qərara alınmışdır. Məhkəmə qərarında qeyd olunmuşdur ki, o, 1979, 1986, 1995, 1996-cı illərdə müəyyən edilmiş minimum əmək iştirakını tam yerinə yetirmişdir. 1976-1982,1985 və 1987-ci illərdə isə müəyyən edilmiş minimum əmək iştirakını tam yerinə yetirməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən də ona 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim R.Məcidov) xx xxx 2019-cu il tarixli 21(84)-630/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının qanunla tələb olunan 20 ildən çox ümumi, 10 ildən çox xüsusi sığorta stajı vardır. Məhkəmə iddia tələbinin rədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilməsindən imtina olunduğu 2018-ci il 20 aprel tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən, iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi 2018-ci il 20 aprel tarixdən 3 il əvvəlki tarixdən, yəni 2015-ci il 20 aprel tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(107)-391/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(107)-391/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 20 il ümumi iş stajının və tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında onun ümumi staj daxilində azı 15 il xüsusi sığorta stajının olmadığını nəzər almamışdır. Məhkəmənin həmin qərarından iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu ll tarixli, 2-1(102)-3417/19 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-391/2019 saylı qərarının ləğv edilməsi və işə təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda tütünçü peşəsi güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması, şəxsin sosial təminat hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul oluna bilməz. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-147/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ onun 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdə yarandığından hazırki mübahisəyə "Əmək pensiyaları haqqında" qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan müddəalarına uyğun baxılmalıdır. Bu səbəbdən cavabdehin iddiaçıya pensiya təyin edilməsindən digər imtina dəlili, yəni xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı imtina dəlilləri qanunsuz olmuşdur. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). İddiaçının pensiya hüququ xx.xx.2012-ci il tarixdə yarandığından pensiya təyinatı məsələsinə də məhz həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun baxılmalıdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin yuxarıda göstərilən halları sadalanmış, cavabdehin imtina məktubunun dəlilləri təkrarlanmış və buna əsasən apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmadığı, qərarın qanunsuz və əsassız olduğu göstərilmişdir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı onun xx.xx.2012-ci il tarixədək 21 il 8 ay sosial sığorta stajına malik olduğunu, bu dövrün 10 il 2 gününün güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z) bəndinə əsasən, kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan qadınlar-50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə gü zəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi iddanın təmin olunması üçün aşağıdakı şərtlər məcmu halda mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı il tarixə 20 il ümumi stajı olmalıdır;
2. İddiaçı həmin müddətin 15 ilini tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında işləməlidir;
3. İddiaçı 52 yaşa çatmalıdır. Apelyasiya instansiyası məhkəməsi də sadalanan normaların təhlili əsasında o nəticəyə gəlmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdir. Kassatorun bu nəticə ilə razılaşmamasının bir dəlili ondan ibarətdir ki, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda kolxozda tütünçü işləyən şəxslər qeyd olunmamışdır. "Tütün yarpaqlarını düzənlər" peşəsi həmin siyahının yeyinti sənayesinə aid 27-ci bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında qeyd edilmişdir. Məhkəmə kollegiyası bu dəlili qəbul etmir və bildirir ki, "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olan şəxslərin dairəsi müəyyənləşdirilmişdi. Bu şəxslər təkcə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli və 2 nömrəli Siyahıl arda göstərilmiş peşə və vəzifələrdə işləyən şəxslərdən (13-cü maddənin "a" və "b" bəndlərində göstərilən peşə və vəzifələrdə işləyənlərdən) ibarət deyildi. Sözügedən normada Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar; dispetçer şəhadətnaməsi olub hava hərəkətini idarə edən şəxslər; hava gəmilərinə xidmət üzrə mühəndis-texniki həyət (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə); hava gəmilərində bələdçi işləyən şəxslər; toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə); traktorçumaşinist, traktor və ekskavatorlar bazasında qurulmuş tikin ti, yol və yükvurmayükboşaltma maşınlarının maşinisti kimi işləmiş qadınlar; limanlarda yükvurmayükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (dokcu mexanizatorlar); o cümlədən kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçumaşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar - güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olan şəxslər kimi müəyyən olunmuşdu. Yəni 13-cü maddənin "v"-"z" bəndlərində göstərilmiş peşə və vəzifələrdə işləmiş şəxslər həmin maddənin "a" və "b" bəndlərində göstərilən 1 və 2 saylı Siyahılarda nəzərdə tutulub-tutulmamasından asılı olm ayaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olan şəxslər sayılırdı. Başqa sözlə, şəxsin 13-cü maddənin "v"-"z" bəndlərində göstərilən peşə və vəzifələrdən hər hansında işləməsi, güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün müstəqil əsas idi (hər bir kateqoriya üçün müəyyən olunmuş staj və yaş tələbləri ilə birlikdə mövcud olduqda). Buna görə də iddiaçının kolxozda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında (tütün yarpaqlarının ipə düzülməsi, qurudulması və kip bağlanması) çalışması, ona güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verir və bu işin 1 nömrəli və ya 2 nömrəli Siyahılarda göstərilməməsi, işin vəziyyətini dəyişmir. İşə baxmış apelyasiya instansiyası da haqlı olaraq bildirmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin sosial təminat hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz. Şəxsin zərərli işdə çalışması əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən onun sosial təminat hüququnun tərkib hissəsinə çevrilmişdir və mövcud olmaqda davam edir. Apelyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, iddiaçının həmin zərərli işdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 10 il işlədiyinə gəldikdə, burada, yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmal ıdır. Digər tərəfdən, qazanılmış hüququn reallaşdırılması üçün qanunda düzünə göstərişin olmadığı hallarda belə, qanunverici yanakı hüquqi imkanları da (məsələn, qanunun və ya hüququn analogiyası) nəzərdə tutur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və onun 52 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuşdur. xx.xx.2012-ci il tarixə onun 20 ildən cox (kolxoz + fevral 1988-dekabr 1989, xx.xx.1990-xx.xx.2012) ümumi stajı vardır. Həmçinin qanuni qüvvəyə minmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)1068/2018 nömrəli qərarı ilə iddiaçının tütünçü işlədiyi 10 il 2 gün (1979, 1985, 1986, 1987, 1995 və 1996 illərin tam, 1976-1978, 1980-1982-ci illər faktik iş müddəti 4 il 2 ay) xüsusi sığorta stajının güzəştli iş stajı kimi hes ablanması öhdəliyi cavabdeh DSMF-nin Şəki rayon şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçıya pensiya təyin edilməsindən imtina edildiyi xx.xx.2018-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də apelyasiya instansiyası iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2018-ci il tarixdən 3 il əvvəlki tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsi barədə qərara gəlmişdir. Apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmu şdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-147/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.