Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1637/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və borcun silinməsi) hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 30 mart 2023-cü il tarixli, 2-1(103)-162/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********7656 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə, ünvan: AZ1090, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov (Buzovna) 4, obyektin adı: Xəzər şadlıq sarayı, fəaliyyət növü: şadlıq evlərinin xidmətləri olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xid mətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 13 iyul 2021-cu il tarixli, KY211590415 nömrəli çıxarışda yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində n əzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. 3. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.202 1-ci il tarixli, DVX seriyalı, 004741 nömrəli aktda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən “Xəzər” şadlıq sarayında İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 18:50-də təqdim edilmiş sənədlərə əsasən ofisiant, xadimə, aşpaz, inzibatçı, kababçı və s. işlərin görülməsinə cəlb olunmuş 36 (otuz altı) fiziki şəxsdən 24 (iyirmi dörd) nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqavilsəi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 24 (iyirmi dörd) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetiri lməsinə cəlb etdiyinə və fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. 4. 13 iyul 2021-ci il tarixli, 004741 saylı akta əlavə edilmiş “Xəzər” şadlıq sarayında aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında hazırki iş üzrə mübahisənin predmeti olan 4 nəfər işçi X5, X2, X6 v ə X7 adları göstərilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə məlumatda qeyd olunur ki, həmin məlumatlar vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 12:41 radələrində əldə edilmişdir.
6. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən çıxarışlarda qeyd olunur ki, X3 dair əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə saat 15:49-da, X1 dair əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə saat 15:55-də, X9 dair əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə saat 15:52-də, X4 dair əmək müqaviləsi bildirişi isə xx.xx.2021-ci il tarixdə saat 15:57-də sistemə əlavə edilməklə işəgötürən tərəfindən imzalanmışdır.
7. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********0114 nömrəli “Vergi ödə yicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 24 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçı 48000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixədək 48000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, ********** 0114 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, 4 işçiyə - (X3 (ofisiant), X1 (ofisiant), X4 (aşpaz), X9 (ofisiant)) münasibətdə 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********0114 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən o, A zərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 24 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 48.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun ol araq aparıcıİıq, çalğıçıİıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cavabdehin qərarı qismən, yəni 4 işçiyə - 1) X3 (ofisiant);
2. X1 (ofisiant);
3. X4 (aşpaz);
4. X9 (o fisiant) münasibətdə - 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməlidir. Cavabdehin maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarı həmin hissədə əsassızdır və vergi qanunvericiliyinə ziddir. Belə ki, həmin 4 nəfər şəxs ilə vergi orqanı tərəfindən akt tərtib edilməmişdən öncə, xx.xx.2021-ci il tarixdə saat 09:00-10:00 radələrində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmış, heç bir pozuntuya yol verilməmişdir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Qeyd edilən norma vergi orqanının üzərin ə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halların aydınlaşdırması vəzifəsini qoymuşdur və qanunun bu norması imperativ xarakterə malikdir. Hesab edir ki, vergi qanunvericiliyinin tələbləri pozulmaqla aparılmış yoxlama nəticəsində qəbul edilmiş qərar qismən ləğv edilməlidir.
10. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli **********7656 nömrəli qərara əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna Qəsəbəsi, Rasim İmanov 4 ünvanında yerləşən “Xəzər” şadlıq sarayı adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti xx.xx.2021-ci il tarixd ən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələsini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə ümumilikdə 24 (iyirmi dörd) nəfər şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, xx.xx.2021-ci il tarixdə 004741 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, iddiaçıya 48000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, barəs ində xx.xx.2021-ci il tarixli, **********0114 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində yalnız 4 şəxsə görə tətbiq edilmiş maliyyə sanksiyasını mübahisələndirir. İlk öncə bildirilir ki, operativ vergi nəzarəti zamanı həmin şəxslərin (X5, X6, X2, X10) izahatları alınmış, onlar izahatlarında iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlanmadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Eyni zamanda, iddiaçı özü də, izahatında 24 nəfər şəxsi (o cümlədən, yuxarıda adı çəkilən şəxslərin) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyini bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi əmək müqavilə si bildirişlərinə münasibətdə qeyd edilməlidir ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********7661 nömrəli tələbnamə və xx.xx.2021-ci il tarixli, **********7662 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında qərar təqdim edilərək, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar tələb edilsə də, X5, X6, X2, X10 ilə bağlı hər-hansı məlumat vergi orqanına təqdim edilməmişdir. Bu da, öz növbəsində adı çəkilən şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini göstərir. Azərbaycan Respublikası Əmə k Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə, işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazir lər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.4-cü bəndinə əsasən, əmək müqaviləsinin bağlanılması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə iş əgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. Normalardan göründüyü kimi, əmək müqaviləsi müvafiq bildirişin elektron informasiya sistemində qeydiyyata alınması barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra qüvvəyə minir. İddiaçı isə məlumatı təqdim etməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 16 mart 2022-ci il tarixli, 2-1(112)-2199/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********0114 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, 4 işçiyə (X3 (ofisiant), X1 (ofisiant), X4 (aşpaz), X9 (ofisiant)) münasibətdə, 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X3 dair əmək müqaviləsi bildirişinin xx.xx.2021-ci il tarixdə saat 15:49-da, X1 dair əmək müqaviləsi bildirişinin xx.xx.2021-ci il tarixdə saat 15:55-də, X9 dair əmək müqaviləsi bildirişinin xx.xx.2021-ci il tarixdə saat 15:52-də, X4 dair əmək müqaviləsi bildirişinin isə xx.xx.2021-ci il tarixdə saat 15:57-də sistemə əlavə edilməklə işəgötürən tərəfindən imzalandığı, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsinə əsas olmuş aktın 18:50-də tərtib edildiyi, beləliklə də akt tərtib edilən vaxt həmin əmək müqavilələrinin hüquqi qüvvədə olması müəyyən edilmişdir. Mübahisəli qərarın qəbul edilməsinə əsas olmuş akt xx.xx.2021-ci il tarixdə saat 18:50-də tərtib olunmasına baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixd ə saat 12:41 radələrində əldə edilmiş Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə siyahı nəzərə alınmışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 30 mart 2023-cü il tarixli, 21(103)-162/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(114)-1193/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabde h həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, şəxsin əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək üçün işçiyə aid məlumatlar öncədən işəgötürəndə mövcud olmalıdır, başqa sözlə, işçi şəxsiyyətini təsdiq edən sənədi əvvəlcədən işəgötürənə təqdim etməli və bu halda onunla əmək müqaviləsi bağlanacağından xəbərdar olmalıdır.Hazırkə halda işçilərin öz izahatlarında faktı etiraf etmələri onlarla işə cəlb edilməzdən əvvəl hər hansı müqavilə bağlanmadığını bir daha sübut edir.
18. Məhkəmə nəzərə almamışdır ki, bildirişin elektron sistemə daxil edilməsi hələ onun müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçməsi demək deyil. Adı çəkilən işçilərə dair məlumatların xx.xx.2021-ci il tarixdə saat 15:49-da,xx.xx.2021-ci il tarixdə saat 15:55-də, xx.xx.2021-ci il tarixdə saat 15:52-də, xx.xx.2021-ci il tarixdə saat 15:57-də elektron informasiya sisteminə daxil edildiyini və edilmiş dəyişikliklərin 24 saat sonra həmin bazada əks olunduğunu nəzərə alsaq, vergi orqanı əməkdaşlarının operativ vergi nəzarəti zamanı yalnız onlara təqdim edilmiş bildirişlər əsasında məlumatların doğruluğunu yoxlamaq imkanına malik olduğu nəzərə alınmamışdır. Belə ki, işəgötürən tərəfindən adları çəkilən şəxslərin əmək müqaviləsi bildirişi sistemə yoxlama zamanı vergidən (maliyyə sanksiyasından) yayınma məqsədilə daxil edilmişdir.
19. Qanunvericilik aktları və işin texniki tərəfinin təhlilindən görünür ki, işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi hələ əmək müqaviləsinin bağlanılması hesab edilmir, çünki elektron sistem tərəfindən bildiriş yoxlanılır, imzalanmış bildiriş sistemdə saxlanılır və qeydiyyata alınmaqla bağlı 1 (bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat verilir. Göstərilənləri nəzərə alaraq, əmək müqaviləsi bildirişinin elektron sistemdə ən tez halda növbəti xx.xx.2021-ci il tarixində görünəcəyi nəzərə alınmamışdır. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri zamanı maliyyə sanksiyasından yayınmağa çalışan işəgötürən bu yola əl ataraq, özünü ifşa etmişdir.
20. Nə b irinci instansiya, nə də apellyasiya məhkəməsində icraat zamanı X5, X6, X2, X10 şahid qismində dindirilib izahatları alınmamış, işin faktiki hallarının tam şəkildə araşdırılması üçün əhəmiyyət kəsb edən hallara münasibət bildirilməmişdir. Vergi qanunvericiliyi üçün sırf əmək müqaviləsinin bağlanıb-bağlanmaması yox, əmək müqaviləsinin vaxtında bağlanmamasına görə gəlirlərinin gizlədilməsi (azaldılması) əhəmiyyət daşıyır. Adları çəkilən şəxslər bir qayda olaraq operativ vergi nəzarəti tədbiri başlamazdan əvvəl işlədiyini etiraf edərək, özlərini ifşa etmişlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)-16 2/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.... Maddə
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlə nməsi...
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.... Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla);... Maddə
49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu Məcəllənin 7-ci madd əsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir....
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmət lərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yo l verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yaln ız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qayd asında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı q ətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilm işdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən, 4 işçiyə - X3 (ofisiant), X1 (ofisiant), X4 (aşpaz), X9 (ofisiant) münasibətdə operativ vergi nəzarətinin keçirilməsi zamanı hüquqi qüvvəyə minmiş əmək müqavilələri olmamış, iddiaçı isə həmin şəxslər barədə məlumatı operativ vergi nəzarətinin keçirildiyi tarixdə - xx.xx.2021-ci ildə elektron sistemə daxil etməklə operativ vergi nəzarəti tədbiri zamanı maliyyə sanksiyasından yayınmağa çalışmışdır.
31. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, operativ vergi nəzarətinin keçirildiyi, iddiaçıya məxsus obyektin fəaliyyəti şadlıq evlərinin xidmətləri fəaliyyət növünə aiddir və o perativ vergi nəzarəti həmin obyektdə xx.xx.2021-ci il tarixdə, saat 18:00-dan sonra həyata keçirilmişdir.
32. İş materialları ilə müəyyən olunur ki, iddiaçı barəsində həyata keçirilən operativ vergi nəzarəti zamanı iddiaçının hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə məlumatlar xx.xx.2022-ci il tarixdə, saat 12:41 radələrində əldə edilmişdir.
33. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X3 dair əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə saat 15:49-da, X1 dair əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə saat 15:55-də, X9 dair əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə saat 15:52də, X4 dair əmək müqaviləsi bildirişi isə xx.xx.2021-ci il tarixdə saat 15:57-də sistemə əlavə edilməklə işəgötürən (iddiaçı) tərəfindən imzalanmışdır.
34. Cavabdeh kassasiya şikayətində əmək müqaviləsinin qeydiyyata alınmaqla bağlı 1 (bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat verildiyinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a əsasən) əsaslanaraq qeyd edir ki, əmək müqaviləsi bildirişinin elektron sistemdə ən tez halda növbəti xx.xx.2021-ci il tarixində görünəcəyini məhkəmə nəzərə almamışdır.
35. Qeyd olunmalıdır ki, cavabdehin istinad etdiyi normada “1 (bir) iş günündən gec olmayaraq” ifadəsi qeyd edilmişdir ki, bu da sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat verilməsinin son gününün xx.xx.2021-ci il olduğuna dəlalət edir və həmin məlumatın əmək müqaviləsinin imzalandığı gün göndərilə bilməsi ilə bağlı hər hansı məhdudiyyəti nəzərdə tutmur.
36. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Göründüyü kimi, iddiaçı işəgötürən kimi öz vəzifəsini yerinə yetirərək adıçəkilən dörd şəxs barəsində əmək müqavilələrini operativ vergi nəzarətinin keçirilməsin dən əvvəl, xx.xx.2021-ci il tarixdə saat 15:49-15:57 aralığında elektron sistemə daxil etmişdir.
37. Cavabdeh iddiaçının davranışını vergidən (maliyyə sanksiyasından) yayınma məqsədilə edildiyini qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən əmək müqaviləsi bildirişlərinin operativ vergi nəzarətinin həyata keçirildiyi anda və ya daha sonra əlavə edilməsi baş verdiyi halda, cavabdehin dəlili əsaslı hesab oluna bilərdi. Lakin hazırkı halda, iddiaçı qeyd edilən dörd nəfər şəxs barəsində əmək müqavilələrini operativ vergi nəzarəti yoxlaması başlanılmazdan qabaq elektron sistemə əlavə etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən X3, X1, X9 və X4 dair əmək müqaviləsi bildirişləri xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsində n daha əvvəl – saat 15:49-15:57 aralığında imzaladığından onun qeyd edilən hərəkəti vergidən (maliyyə sanksiyasından) yayınma kimi deyil, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən işəgötürən vəzifəsinin icrası kimi qiymətləndirilməlidir. Cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********0114 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı isə həmin əmək müqaviləsi bildirişlərinin imzalanmasından daha əvvəl – xx.xx.2021-ci il tarixdə, saat 12:41-də əldə edilən məlumatlara istinad edilməklə qəbul edildiyindən X3, X1, X9 və X4 münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsassızdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğun dan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 21(103)-162/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.