Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1638/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(107)-31/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarından cav abdehin verdiyi kassasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında 11 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin olunaraq cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi qoyulmuşdur. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilm əsini xahiş etmişdir. İş kassasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsində cavabdeh tərəfindən 29 may 2019-cu il tarixdə 607 saylı protokolla ona müharibə veteranı adı verildiyini bildirib iddiadan imtina etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsində Nazirliyin nəzdində olan komissiyanın 29 may 2019-cu il tarixli qərarı ilə iddiaçıya müharibə veteranı adı verilməsini bildirmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İş şikayətlə bağlı Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının icraatında olarkən iddiaçı məhkəmə kollegiyasına göndərdiyi teleqram və təqdim etdiyi ərizəsində iddiadan imtina olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiadan imtina edilməsinə dair hüquq norması İPM-in 55-ci maddəsi isə tənzimlənir. Məhkəmə qərarı qanuni qü vvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır (İPM-in 55.1-ci maddəsi). Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir (İPM-in 55.2-ci maddəsi). İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir (İPM-in 55.4-cü maddəsi). İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz (İPM-in 55.5-ci maddəsi). Bu Məcəllənin 6 7.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı müharibə veteranı adı verildiyini, cavabdeh də bunu təsdiq etdiyini bildirmişdir. Odur ki, iddiaçının teleqramı və ərizəsi nəzərə alınaraq iş üzrə icraata xitam verilməlidir (İPM-in 67.3-cü maddəsi). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmamışdır. Odur ki, İPM-in 67.3-cü maddəsinə əsasən də iş üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1638/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1638/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver