Məhkəmə qərarları › İş №2-1(102)-1638/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1638/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1638/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyini, 57 yaş, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “57 yaşdan, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-925/2021 saylı, 26 may 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xxxxx-cu il tarixdə anadan olmuşdur. Hərbi biletə əsasən noyabr 1977-ci il tarixdən 11 dekabr 1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuş, əmək kitabçasına əsasən 23.08.1977-ci il tarixdən 20.10.1977-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli rəngsaz, 17.01.1980-ci il tarixdən 24.03.1980-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində fəhlə, 21.04.1980-ci il tarixdən 22.08.1981-ci il tarixədək ƏliBayramlı DRES-də 3-cü dərəcəli rəngsaz, 14.09.1981-ci il tarixdən N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində 4-cü dərəcəli quraşdırıcı-çilingər, 01.04.1988-ci il tarixdən texnoloji boru ların 4-cü dərəcəli quraşdırıcısı, 18.11.2003-cü il tarixdən tikinti quraşdırma sexinə 5-ci dərəcəli texnoloji boru xətlərinin quraşdırıcısı peşəsinə keçirilmiş, 01.05.2008-ci il tarixədək həmin peşə üzrə işləmişdir. 01.05.2008-ci il tarixdən “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli texnoloji avadanlıq və onunla bağlı konstruksiyaların quraşdırıcısı peşəsinə qəbul edilmiş, 01.07.2010-cu il tarixdən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmiş və hal-hazıradək həmin peşə üzrə işləyir.

2. Dövlət Neft Şirkəti “Neftqaztikinti” trestinin iddiaçı barəsində olan 11 fevral 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, 01.05.2008-ci il tarixdən (əmr № 46-k, 01.05.2008-ci il) “Neftqaztikinti” trestinin 5 saylı Ti kinti Quraşdırma İdarəsində texnoloji avadanlıq və onunla bağlı konstruksiyaların quraşdırıcısı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, 01.07.2010-cu il tarixdə (əmr №124-k, 01.07.2010-cu il) polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmiş, 27.11.2014-cü il tarixdə (əmr № 344-k, 27.11.2014-cü il) əmək müqaviləsinə xitam verilmiş, əmək stajı 4 il 4 ay 27 gün təşkil etmişdir. 28.11.2014-cü il tarixdə (əmr № 952-k, 28.11,2014-cü il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 31.08.2015-ci il tarixdə (əmr № 388-k, 31.08.2015-ci il) əmək müqaviləsinə xitam verilmiş, əmək stajı 9 ay 4 gün təşkil etmişdir. 01.09.2015-ci il tarixdə (əmr № SOCAR/15-2500/03-10-000403, 01.09.2015- ci il) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək bu peşədə işləyir. Onun əmək stajı 4 il 5 ay 11 gün təşkil edir. İddiaçının polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 9 il 7 ay 12 gün təşkil edir.

3. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 10.03.2020-ci il tarixli arxiv arayışında qeyd olunur ki, iddiaçı 14.09.1981-ci ildən 01.05.2008-ci il tarixədək N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində işləmiş, 01.05.2008-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68 -ci maddəsinin 2 “a” maddəsinə əsasən (öz təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

4. İddiaçı onun işlədiyi peşələrin zərərli sahəyə aid olduğuna istinad edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir

5. Cavabdehin iddiaçıya ünvanlanmış 10 aprel 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu m üddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 18 may 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 30.06.2016-cı il tarixdən güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşının tamam olduğu 30 iyun 2016-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 06 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal- hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənişlə ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandı ğı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu 30 iyun 2016-cı il tarixinə qədər onun 38 ildən çox ümumi, 36 ilə yaxın güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğundur. İddiaçı cavabdehə pensiya təyinatı üçün sənədləri təqdim edərkən güzəştli staj barədə arayışı təqdim etməyi lazım bilməmiş, çünki hüququnun yarandığı dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılması üçün tələb edilən sənədlər in siyahısında güzəştli arayışın təqdim edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh də bu məsələyə öz imtina məktubunda irad tutmadığı üçün bu məsələnin hazırki iddia işində mübahisələndirilməyən hal kimi qəbul edilməli olmasını hesab edir. Cavabdeh orqanın onun 38 illik güzəştli iş stajını nəzərə almayaraq, onun 12 il 6 aylıq güzəştli iş stajının olmamasını qeyd etməsi absurddur. O, 01.09.1981-01.04.1988-ci illər ərzində 6 il 7 ay olmaqla N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində quraşdırıcı-çilingər, 01.04.1988-01.05.2008-ci illər ərzində 20 il 1 ay olmaqla N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı, 01.05.2008-27.11.2014-cü illər ərzində 6 il 6 ay 26 gün olmaqla Neftqaztikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdar əsində 01.05.200827.11.2014-cü il tarixlərində texnoloji avadanlıqların və onunla bağlı konstruksiyaların quraşdırıcısı vəzifəsində çalışmışdır. 1-ci bənddə adından da göründüyü kimi, Tikinti Quraşdırma İdarəsində

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri-bölməsində “inşası” və “qurulması” kimi müəyyənedici ifadələr bu peşənin güzəştli staj hüququ verən peşə olmasını sübut edir. 2- ci bənddə texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi cavabdeh tərəfindən “polad konstruksiyaların quraşdırıcısı” kimi qəbul edilməyib. Siyahının adında “göstəricilərin Siyahısı” ifadəsi də var və bu nəinki peşənin adını, həmçinin ümumiləşdirici bir addır. Ola bilər ki, bir idarədə yalnız polad konstruksiyalarla işlər həyata keçirilsin. Cavabdeh tex noloji boruları polad konstruksiya kimi hansı səbəblə qəbul etmədiyini izah etməlidir. 3-cü bənddəki staj dövrü ilə də məsələ eynidir. Bütün hallarda texnoloji avadanlıqları quraşdırmaq üçün polad və dəmir-beton konstruksiyalar quraşdırılmalıdır, çünki adı çəkilən idarələr dəniz şəraitində neft hasilatı obyektlərində inşaat və quraşdırma işləri həyata keçirirlər, bu da öz növbəsində stasionar polad və dəmir-beton konstruksiyaların kombinasiyasından ibarət olan dəniz özüllərinin, polad boru xətlərinin (həmin avadanlıqlarla bağlı olan, çünki dəniz şəraitində bütün qurğular hasil edilmiş neftin sahilə nəql edilməsi məqsədini güdür və bu prosesdə müəyyən prosesləri həyata keçirirlər). Hazırda onunla birgə çalışan X2 da Xəzərdənizneftqaztikinti Trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraş dırma Filialında 04 avqust 2006-08 avqust 2012-ci il tarixlərində texnoloji boru kəməri quraşdırıcısı vəzifəsində çalışmışdır. Həmçinin onun Neftqaztikinti Trestində polad və beton konstruksiyaların quraşdırıcısı peşəsindəki iş stajı güzəştli iş stajı kimi nəzərə alınmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2019-cu il, 2-1(102)-2643/19 nömrəli qərarı ilə həmin peşələr də daxil olmaqla onun 57 yaşdan güzəştli pensiya hüququ tanınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 51 saylı 12.03.2007-ci il tarixli əmrinə əsasən Xəzərdənizneftqaztikinti Trestinin adı Neftqaztikinti Trestinə dəyişdirilmişdir.

8. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeral tı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə ondan qanunla tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçı 23.08.1977-20.10.1977, 21.04.1980-22.08.1981 -ci il tarixlərində işləmiş olduğu rəngsaz peşəsini güzəştli hesab etsə də, həmin peşənin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı peşə ilə uyğunluq təşkil etməsi üçün, iddiaçı sadəcə rəngsaz deyil, “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işləmiş olmalı idi. İddiaçı 01.09.1981-1988-ci illərdə işləmiş olduğu quraşdırıcı-çilingər peşəsini güzəştli hesab etmişdir. Halbuki istinad etdiyi koda uyğun gəlməsi üçün iddiaçının məhz polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləmiş olmalı idi. Qalan dövrlərdəki peşələri ilə əlaqədar iddiaçı “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə istinad etsə də, peşəsinin həmin koda uyğun gəldiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə güzəştli arayışın təqdim edilməsini lazım bilməmişdir. Halbuki belə bir arayış olmadan yalnız əmək kitabçası ilə baxıldıqda iddiaçının işləmiş olduğu heç bir peşə güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrlə uyğunluq təşkil etmir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-4589/2020 saylı iş) 3 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 57 yaşı tamam olan 30 iyun 2016-cı il tarixədək, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixədək edilən dəyişikliyə qədər güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müə yyən edilmiş 25 il ümumi iş stajını toplasa da, həmin stajın 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığından, cavabdeh tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Apellyasiya baxışı zamanı SOCAR “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇ İdarəsinə müvafiq sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı 01.09.1981-ci il tarixdə Tikinti-Quraşdırma İdarəsinə quraşdırıcı-çilingər vəzifəsinə işə qəbul edilmiş, 01.04.1988-ci il tarixdə texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş və 01 may 2008-ci il tarixdə işdən azad edilmişdir. Texnoloji boru kəmərləri polad konstruksiyalardır. Bu vəzifədə çalışanların əmək funksiyaları polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı çilingərlərin əmək funksiyaları və şəraiti ilə eynidir. Sadəcə Tikinti- Quraşdırma İdarəsi daxilində həyata keçirilən əmək bölgüsü səbəbilə işçilərin bir qrupu yalnız polad konstruksiyalar olan texnoloji boru kəmərlərinin quraşdırılması ilə məşğul olur ki, bu da həmin istiqamətdə iş həcminin böyük olmasından irəli gəlir. Texnoloji boru kəmərləri dedikdə, neft hasilatı texnologiyasının tərkib hissələri olan hasil edilmiş neftin dəniz platformalarında sahilə nəql edilməsi, laylara suvurma boru kəmərləri, rezervuarlar ilə bağlı olan polad kəmərlər nəzərdə t utulur. Həmin kəmərlər adətən dəniz dibinə döşənməklə çəkilir və yüksək təzyiq altında istismar edilirlər. Vəzifə öhdəliklərinin icrası dəniz şəraitində həyata keçirilir. Həmin vəzifədə çalışarkən İddiaçı əmək şəraitinin ağır və zərərli olması səbəbilə aylıq əmək haqqına 4% əlavə hesablanaraq ödənilmişdir. Eyni səbəblə onun illik ödənişli əmək məzuniyyətinə 6 təqdim günü əlavə ödənişli məzuniyyət günü təqdim edilmişdir. Həmin vəzifədə çalışan işçilər ağır və zərərli iş şəraitinə görə idarə hesabına süd məhsulları ilə təmin olunurlar. Odur ki, İddiaçı vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti də nəzərə alınaraq onun N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində çalışdığı quraşdırıcı çilingər və texnoloji boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğundur. Qeyd edilən peşədə “polad və dəmir-beton konstruksiyalar” ifadəsi göstərici, “quraşdırıcı” ifadəsi isə peşənin adıdır. Göstərici ümumi anlamda olub, istehsalat sahələrinə görə fərqli polad və dəmir-beton konstruksiyaları özündə ehtiva edir. Neft hasilatı sənayesində “polad və dəmir-beton konstruksiyalar” göstəricisi, s tasionar dəniz özüllərini, estakadaları, qüllələri, neft və su rezervuarlarını, texnoloji boru kəmərlərini (yüksək təzyiq altında neft, qaz və su nəql edən) və bu qəbildən olan digər konstruksiyaları nəzərdə tutur. İddiaçı 01.09.1981-ci il tarixdən 01.05.2008-ci il tarixlər arasında dövrdə topladığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı cəmi 26 il 8 ay təşkil edir. İddiaçının 01.09.1981-ci il tarixdən 01.05.2008-ci il tarixə yuxarıda göstərilən səbəblərlə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində topladığı staja görə ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədəmüvafiqdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3mə ruzəçi, X1 Namiq Şamil oğlu, 2-1(103)-925/2021 saylı iş) 26 may 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasını təyin etmək və 02.04.2017-cı il tarixdən 02.04.2020-ci il tarixədək olan dövr üzrə almadığı pensiya məbləğini hesablayaraq ödəmək vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş stajının cavabdeh tərəfindən mübahisələndirilən 1981-2006-cı illər arasında olan dövrlərinə aydınlıq gətirilmiş və müəyyən olunmuşdur ki, 01.01.2006-ci il tarixə kimi iddiaçının güzəştli ş ərtlərlə yaşa görə təqaüdə çıxması üçün tələb olunan 12 il 6 ay xüsusi stajla bağlı qanunun şərti tam olaraq ödənilir. İşəgötürən tərəfindən verilmiş məktubla bağlı məhkəmə kollegiyası tərəfindən araşdırma aparılarkən müəyyən olunmuşdur ki, iddiaçının 01.09.1981-ci il tarixdən 01.05.2008-ci il tarixədək olan dövrdə N.Nərimanov adına NQÇİnin Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektl ərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan 2290000a-14612 şifrəsi altında qeyd olunan “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. Belə olan halda iddiaçı ona 57 yaşının tamam olduğu, yəni 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun bu iddiası yuxarıda göstərilənlərə görə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası iddiaçının 01.01.2006-cı il tarixədək qanunla tələb olunan 12 il 6 aydan çox xüsusi stajının onun yuxarıda göstərilən müəssisədə və peşədə işlədiyi 01.09.1981-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan iş stajı ilə tam əhatə olunduğu nəzərə alaraq onun 23.08.1977-ci ildən 20.10.1977-ci ilə dək və 21.04.1980-ci ildən 22.08.1981-ci ilədək işlədiyi “rəngsaz” peşəsinin də güzəştli iş stajı hesab olunub-olunmaması ilə bağlı araşdırma aparılmasını zəruri hesab etməmişdir.

15. Cavabdeh 29 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 9 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 16. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır.

17. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir.

18. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçını n işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

19. Məhkəməyə göndərilmiş 18 may 2021-ci il tarixli cavab məktubunda iddiaçının Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində 01.09.198101.04.1988-ci illərdə işləmiş olduğu quraşdırıcı-çilingər və 01.04.1988 tarixindən sonra işləmiş olduğu texnoloji boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı çilingər peşəsi "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” peşəsinə uyğun hesab edilmişdir.

20. İddiaçının işləmiş olduğu sahə və peşə məktubda istinad olunan sahə və peşə ilə üst-üstə düşmür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəşt li şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt-1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9. 1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə ə mək pensiyası hüququ vardır. 25. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə ç alışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün h əlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsi ndə qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmamışdır.

30. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017ci il tarixədək qüvvədə olmuş redaksiyasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edərək 57 yaşının tamam olduğu 30 iyun 2016-cı ildə güzəştli şərtlə pensiya hüququnun yarandığını bildirmişdir.

31. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı güzəştli şərtlə pensiya hüququ verən peşədə işləməsinə dair sübut təqdim etməmiş, işlədiyi peşə Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda mövcud olmamış, həmçinin iddiaçı 25 il ümumu stajı toplamamışdır.

32. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 30 iyun 2016-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən stajına malik olmasını müəyyən etmək vacibdir.

34. İddiaçıya məxsus əmək kitabçasında olan məlumata əsasən, 1977-ci ilin avqust ayından əmək fəaliyyətinə başlamış, müxtəlif fasilələr nəzərə alınmaqla 57 yaşının tamam olduğu 2016-cı ilin iyun ayına qədər ümumi iş stajı 25 ildən çox olmuşdur.

35. Axırınc ı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilmişdir.

36. İddiaçının işlədiyi peşənin Siyahıda olan peşədə işləməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi iddiaçının iş yerinə sorğu vermişdir.

37. SOCAR “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇ İdarəsinin 18 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 01.09.1981-ci il tarixdə TikintiQuraşdırma İdarəsinə quraşdırıcı-çilingər vəzifəsinə işə qəbul edilmiş, 01.04.1988-ci il tarixdə texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş və 1 may 2008-ci il tarixdə işdən azad edilmişdir. Texnoloji boru kəmərləri polad konstruksiyalardır. Bu vəzifədə çalışanların əmək funksiyaları polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı çilingərlərin əmək funksiyaları və şəraiti ilə eynidir. Sadəcə Tikinti-Quraşdırma İdarəsi daxilində həyata keçirilən əmək bölgüsü səbəbilə işçilərin bir qrupu yalnız polad konstruksiyalar olan texnoloji boru kəmərlərinin quraşdırılması ilə məşğul olur ki, bu da həmin istiqamətdə iş həcminin böyük olmasından irəli gəlir. Texnoloji boru kəmərləri dedikdə, neft hasilatı texnologiyasının tərkib hissələri olan hasil edilmiş neftin dəniz plat formalarında sahilə nəql edilməsi, laylara suvurma boru kəmərləri, rezervuarlar ilə bağlı olan polad kəmərlər nəzərdə tutulur. Həmin kəmərlər adətən dəniz dibinə döşənməklə çəkilir və yüksək təzyiq altında istismar edilirlər. Vəzifə öhdəliklərinin icrası dəniz şəraitində həyata keçirilir. Həmin vəzifədə çalışarkən iddiaçıya əmək şəraitinin ağır və zərərli olması səbəbilə aylıq əmək haqqına 4% əlavə hesablanaraq ödənilmişdir. Eyni səbəblə onun illik ödənişli əmək məzuniyyətinə 6 təqdim günü əlavə ödənişli məzuniyyət günü təqdim edilmişdir. Həmin vəzifədə çalışan işçilər ağır və zərərli iş şəraitinə görə idarə hesabına süd məhsulları ilə təmin olunurlar. Odur ki, iddiaçının vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti də nəzərə alınaraq onun N.Nəriman ov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində çalışdığı quraşdırıcı çilingər və texnoloji boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğundur. Qeyd edilən peşədə “polad və dəmir-beton konstruksiyalar” ifadəsi göstərici, “quraşdırıcı” ifadəsi isə peşənin adıdır. Göstərici ümumi anlamda olub, istehsalat sahələrinə görə fərqli polad və dəmi r-beton konstruksiyaları özündə ehtiva edir. Neft hasilatı sənayesində “polad və dəmir-beton konstruksiyalar” göstəricisi, stasionar dəniz özüllərini, estakadaları, qüllələri, neft və su rezervuarlarını, texnoloji boru kəmərlərini (yüksək təzyiq altında neft, qaz və su nəql edən) və bu qəbildən olan digər konstruksiyaları nəzərdə tutur. İddiaçının 01.09.1981-ci il tarixdən 01.05.2008-ci il tarixlər arasında dövrdə topladığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı cəmi 26 il 8 ay təşkil edir. İddiaçının 01.09.1981-ci il tarixdən 01.05.2008-ci il tarixə yuxarıda göstərilən səbəblərlə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində topladığı staja görə ona yaşa görə güzəştli şərtlə rlə əmək pensiyası təyin edilməsi məqsədə müvafiqdir.

38. Arayışda Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na istinad edilsə də, Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan 29-cu bölmədə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi mövcud olmuş dur. 18 may 2021-ci il tarixli arayışa əsasən iddiaçı da azı 12 il 6 ay həmin peşədə işləmişdir.

39. Beləliklə, iddiaçının 57 yaşı tamam olanadək 25 il ümumi stajı olmuş, o cümlədən bu vaxta qədər 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən peşədə işləməsi işdə olan mötəbər sübutla təsdiq edilmişdir.

40. İddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğu, həmçinin xx xxxx 1959-cu il təvəllüdlü olduğu nəzərə alınaraq, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir. Buna görə də apelyasiya məhkəməsi haqlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər olan redaksiyasına görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiya hüququna malik olması nəticəsinə gəlmişdir.

41. Mübahisə edilən məhkəmə qərar ının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan, kasasiya məhkəməsi şikayətin təmin edilməsi üçün əsaslar görmür.

42. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-925/2021 saylı, 26 may 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar