Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1638/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsi hesab vərəqəsinə bərpa edilmiş vergi borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarix li, 2-1(103)-58/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əsassız olaraq hesablanmış vergi borcunun silinməsini xahiş etmişdir.
2. Cavabdeh 6 fevral 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474-VQ nömrəli Qanununa əsasən 2017-ci il 13 yanvar və 2017-ci il 13 fevral tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində 2017-ci il 1 yanvar tarixə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respubl ikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2398/2018 saylı iş üzrə 2018-ci il 12 dekabr tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2019-cu il 12 fevral tarixli, **********176234 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş 2016-cı il 24 oktyabr tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində 2016-cı il 24 oktyabr və 2016-cı il 03 noyabr tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar az aldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün 2019-cu il 6 aprel tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 6 fevral 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsini və qanunsuz olaraq hesablanmış 65402.1 manat vergi borcunun silinməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanuni qüvvədə olan məhkəmə qərarlarına baxmayaraq şəxsi hesab vərəqəsinə qanunsuz olaraq 65042.1 manat vergi borcu hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hərçənd ki, bu vergi məbləğləri tamamilə əsassız olmaqla hansı əsasl a yaranması onlara məlum deyil. Həmin qanunsuz hesablanmış vergi borcunun silinməsi ilə bağlı cavabdehə etdikləri çoxsaylı şikayətlərə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərindən əl çəkməmiş və 2020-ci il 6 fevral tarixdə qanunsuz hesabladığı borcu silməyəcəyinə dair mövqe nümayiş etdirmişdir. Qüvvədə olan qətnamələrlə iddiaçının heç bir vergi borcunun olmadığı açıq aşkardır. Belə ki, “Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2016-cı il 07 sentyabr tarixli, **********66910 saylı “Səyyar vergi yoxlaması aktı”nın, həmin akt əsasında 2016-cı il 24 oktyabr tarixli, **********051502 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” Qərarının, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş po zuntuların aradan qaldırılması barədə tələbnamənin, qərar və tələbnamə ilə müəyyən olunmuş əlavə hesablanmış vergilər üzrə 192254,46 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 100769.66 manat, ümumilikdə 293024.12 manat borcun, eləcə də, 2016-cı il 06 oktyabr tarixli, **********132100 saylı və 2016-cı il 22 oktyabr tarixli, **********970500 saylı “Vergilərin hesablanması barədə qərarların və qərarlara əsasən müəyyən edilmiş 169697.34 manat vergi borcunun ləğv edilərək qanunsuz olaraq hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının silinməsi barədə qərarın çıxarılması ilə bağlı tərəflərindən qaldırılmış iddia bütün məhkəmə instansiyalarının qərarları ilə təmin edilmiş və hal-hazırda da, həmin qərar qüvvədədir. Bu iş üzrə sonunc u qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış və 2018-ci il 12 dekabr tarixli qərarla vergi orqanının kassasiya şikayəti təmin edilməmişdir. Məhz qeyd olunan hallara hüquqi qiymət verilərsə, o halda hesablanmış borcun əsassızlığı tam təsdiq olunacaq. Hətta cavabdeh inzibati orqanın özü belə imtinasında həmin borcu əvvəllər cavabdeh tərəfindən silindiyini amma sonradan bərpa edildiyini qeyd etməklə öz qanunsuz hərəkətlərini etiraf etmişdir.
5. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3821/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati o rqan tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunsuz qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri, eləcə də, hər hansı bir qanunsuz hərəkət (və ya hərəkətsizlik) edilməsi və bunun nəticəsində əsassız olaraq əlavə borc məbləğinin hesablanması halı öz təsdiqini tapmadığından, cavabdehin imtinada və iddiaya qarşı etirazda göstərdiyi hallar şəxsi hesab vərəqəsi ilə təsdiqləndiyindən, bununla da, hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 21(103)-1270/2021 nömrəli qərarı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2-1(102)-2013/2021 nömrəli qərarı ilə (hakimlər: İ.Hüseynov - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun tarixli 2021-ci il, 2-1(103)-1270/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi şəxsi hesab vərəqəsində aparılan silinmə, təkrar silinmə, dürüstləşmə və bərpa əməliyyatlarının (həmin əməliyyatlar üzrə hesablamaların) düzgünlüyünü öz xidməti vəzifəsinə görə tam və hərtərəfli yoxlamalı, yalnız bundan sonra həmin əməliyyatların qanuniliyi ilə bağlı nəticəyə gəlməli idi. Mübahisələndirilən əməliyyatların iddiaçıya hesablanmış faizlər üzrə vergi borcları olduğu qəbul edildikdə, həmin faizlərin hesablanmasının açıqlanması barədə işdə məlumat yoxdur. Başqa sözlə, mübahisənin düzgün həlli üçün şəxsi hesab vərəqəsində qanuna, məhkəmə qərarına və inzibati akta istinadla aparılan silinmə, təkrar silinmə, d ürüstləşmə və bərpa əməliyyatlarının əslində eyni borclara aidiyyəti (eyni mənbələrdən yarandığı) müəyyən edilməli idi. Hazırkı işdə bu, baş verməmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)-58/2023 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmiş 65042.1 manat faiz borcunun silinməsi cavabdehə həvalə edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2019-cu il tarixdə aparılmış əməliyyatla iddiaçının şəxsi hesab vərəqəsindən silinmiş 65042.1 manat faiz məbləğinin bərpa edilməsinin nəyin əsasında həyata keçirildiyi, başqa sözlə, məbləğin səhvən silinməsi, texniki səhv olması cavabdeh tərəfindən əsaslandırılmamış, buna dair hər hansı sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə faiz borcları silindiyi halda, 65042.1 manat faiz məbləğinin yenidən şəxsi hesab vərəqəsinə hansı əsasla bərpa edilməsi əsaslandırılmamışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin k assasiya şikayətində qeyd edir ki, Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə diqqət yetirdikdə görmək mümkündür ki, xx.xx.2016-ci il və xx.xx.2016-ci il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrarən azaldılmışdır. Bu səbəbdən Qanunun icrası ilə bağlı silinmiş faiz məbləği Ali Məhkəmənin qərarının icrası zamanı avtomatik olaraq ikinci dəfə azaldıldığı üçün xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65.042,1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Göründüyü kimi vergi orqanı vergi ödəyicisinə heç bir vergi hesablamamış, sadəcə iki dəfə silinmiş məbləği bərpa etmiş, çünki vergi orqanı həmin məbləği bərpa etməsəydi vergi ödəyicisinin əsassız olaraq artıq ödəməsi yaranacaqdır. b. Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri
18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
20. İnzibati icraat haqqında Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin bura xılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qa nunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə
61. İnzibati aktın əsaslandırılması 61.
1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 6 1.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya mediada dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
21. Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanunu “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02 saylı, 13 avqust 2020-ci il tarixli qərardadı
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2-1(102)-2013/2021 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış və qanunlara uyğun qərar qəbul etmişdir.
26. Belə ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən təqdim edilmiş, İddiaçı MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixinə mövcud olan 67657.30 manat faiz borcu silinmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarının icrasının təmini ilə əlaqədar xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış 162.192.2 0 manat azalma verilmiş, xx.xx.2019-cu il tarixdə 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 3.7-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında vergilər yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Vergi Məcəlləsində isə hər hansı qərar qəbul edilmədən, «dürüstləşmə» adı ilə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə vergi borcunun daxil edilməsi nəzərdə tutulmamışdır.
28. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yox lamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni ve rgi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız, şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı q anunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır”.
30. Hazır kı işin hallarından isə aydın olur ki, iddiaçının şəxsi hesab vərəqəsinə «AR xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə adı ilə vergi ödəyicisinin hesabına 65.042,1 manat məbləğində borc bərpa edilərkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmiş, inzibati icraat aparılmamış, bununla da, vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olmuşdur.
31. Beləliklə, cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində həmin inzibati aktı qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir.
32. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 21(103)-58/202 3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.