Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1639/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğvi, hüquqi maraq. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və üçüncü şəxs üçüncü şəxs oğluna qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-114/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki rayonu Baş Göynük Qafqaz adına kolxozun Yerli Aqrar İslahat Komissiyası tərəfindən 28 kv.m yaşayış evi, 15/6 miqdarında azbest boru və talvar, habelə mexaniki un dəyirmanı əmlak payı kimi İddiaçı verilmiş və bu “əmlakdan pay haqqının verilməsi barədə” **** nömrəli akt tərtib edilərək Yerli Aqrar İslahat Komissiyasının möhürü və tərəflərin imzası ilə təsdiq edilmişdir. Şəki Rayon Aqar İslahat Komissiyasının 23.07.2002-ci il tarixli ** nömrəli qərarına əsasən üçüncü şəxs oğlunun mülkiyyətinə 49,04 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı sonuncunun adına A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq 20.02.2009-cu il tarixdə Dövlət Torpaq Kadastrı Kitabında qeydə alınmışdır. İddiaçı ona əmlak payı kimi verilmiş tütün qurutma talvarının altında yerləşən torpaq sahəsi ilə bağlı üçüncü şəxs oğlunun adına tərtib edilmiş A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 23.04.2018-ci il tarixli məktubla bundan imtina edərək torpaq sahəsinin plan ı və ölçüsü sənədinin ləğv edilməsinin ərazi idarəsinin səlahiyyətlərində olmadığını bildirmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Şəki rayonu Yerli Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə ona Baş Göynük Qafqaz adına Kolxoz ərazisindən 28 kv.m sahəsi olan yaşayış evi, 15/6 kv.m azbezt boru talvar pay olaraq verilmişdir. Eyni zamanda həmin evin və navesin ərazisində olan torpaq sahələri pay verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən həmin ərazilərə 25.02.2010-cu il tarixində A ****** nömrəli sənədlə 10587,5 kv.m sahənin, A ****** nömrəli sənədlə 888,45 kv.m sahənin və A ****** nömrəli sənədlə 23,78 kv.m sahənin (yaşayış evinin) plan-ölçüsü hazırlanaraq onla ra verilmişdir. Sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, Şəki rayonu Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə ona pay olaraq verilmiş 15/6 kv.m azbezt boru talvarın sənədləri hazırlanıb verilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəki rayonu Yerli Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə ona verilmiş 15/6 kv.m azbezt boru navesin sənədləri üçüncü şəxs oğlunun adına hazırlanmış və ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən A ****** nömrəli plan-ölçü sənədi verilmişdir. Ona verilmiş bu sənədin əsası yoxdur və əsassız olaraq verilmişdir. Həmin sənədin ləğvi ilə bağlı cavabdehə müraciət etsə də, 23 aprel 2018-ci il tarixli məktubla bundan imtina edilmişdir. Üçüncü şəxs iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, mübahi sə predmeti olan torpaq sahəsi ona məxsus olmuş və kolxoz dövründə onun icazəsi ilə həmin yerdə tütün qurutmaq üçün talvar tikilmişdir. Həmin talvar hazırda yıxılaraq yararsız vəziyyətə düşmüşdür. Talvarı söküb götürmək əvəzinə bu yaxınlarda talvarı bərpa etməyə başlamışlar. O, bununla bağlı icra nümayəndəliyinə və bələdiyyəyə müraciət etmiş, lakin onlar həmin şəxsi başa sala bilmədiklərindən ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Odur ki, Şəki Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarında talvarın sökülüb götürülməsi göstərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-908/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı (hakim - R.A.Məcidov) ilə iddia qismən təmin edilərək, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı istifadəsində olan 42 kv.m torpa q sahəsinə aid hissədə üçüncü şəxs oğlunun adına hazırlanmış A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının və torpaq sahəsinin planının ləğv edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-114/2019 saylı, 21 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim –R.R.Rəfiyev, hakimlər – G.Q.Abbasov və M.R.Hüseynov) üçüncü şəxs oğlunun apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-908/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməy ə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsində iddiaçıya məxsus tütün qurutma talvarı mövcuddur. Mübahisə olunan torpaq sahəsi faktiki 59 kv.m-dir. Həmin talvar kimi istifadə edilən ərazi təsərrüfatın topoqrafik xəritəsinə əsasən uqodiyası əkin olub ümumi istifadədə olan ərazidir ki, ümumi istifadədə olan torpaq sahələrinin hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməsi yolverilməzdir. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəs i faktiki 59 kv.m-dir. Həmin torpaq sahəsinin 42 kv.m hissəsi ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən ərazi ilə üst-üstə düşür. Bu isə onu deməyə əsas verir ki, iddiaçı yalnız talvarın altında yerləşən və üst-üstə düşən hissədə oğlunun adına hazırlanmış A seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini mübahisələndirmək hüququna malikdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün bütövlükdə ləğv edilməsi və üçüncü şəxsin torpaq payından məhrum edilməsi yolverilməzdir. Apellyasiya instansiya məhkəməsi isə araşdırılan hallar üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, üçüncü şəxs üçüncü şəxs oğlunun apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bununla da işə baxan Şəki Apellyasiya Məhkəməsi əlavə araşdırma aparmadan, hazırkı iş üzrə sübutun bir növü kimi iş üzrə digər sübutlarla, belə ki, tütün qurutmaq üçün tikilmiş talvarın hələ kolxoz dövründən tikildiyinə, habelə üçüncü şəxsin adına A ****** nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanma, qeydə alınma tarixlərinə, o cümlədən bu illər ərzində həmin torpaq sahəsinin maneəsiz və iradsız üçüncü şəxsin istifadəsində və sərəncamında olması hallarına qiymət vermədən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssiz rəyini əsas götürərək, rəydə olan ziddiyyətli məqamları araşdırmadan üçüncü şəxs üçüncü şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibatiİqtisadi Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2-l(84)-908/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. İddianı qismən təmin edən məhkəmələr isə ona əsaslanmışlar ki, mübahisə predmeti olan torpaq sahəsində iddiaçıya məxsus tütün qurutma talvarı mövcuddur. Mübahisə predmeti olan torpaq sahəsi faktiki 59 kv.m-dir. Həmin talvar kimi ist ifadə edilən ərazi təsərrüfatın topoqrafik xəritəsinə əsasən uqodiyası əkin olub ümumi istifadədə olan ərazidir ki, ümumi istifadədə olan torpaq sahələrinin hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməsi yolverilməzdir. Ümumi istifadədə olan torpaq sahələri bələdiyyə mülkiyyətinə aid olmaqla hamının istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələridir. Məhkəmələr həmçinin qeyd etmişlər ki, iddiaçıya əmlak payı kimi verilmiş tütün qurutma talvarının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahələrinə aiddir. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsində mövcud olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerquruluşu layihələrinə uyğun tərtib edilməmişdir. Üçüncü şəxsin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi onu tərtib edən inzibati orqan tərəfindən hər hansı qanuni əsasa, yəni ərazinin yerquruluşu layihələrinə əsaslanmayan hərəkətinin nəticəsidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya insta nsiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iddiaçının ləğv edilməsini tələb etdiyi dövlət torpaq kadastrında 20 fevral 2009-cu il tarixdə 3867 nömrə ilə uçota alınmış A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Şəki Aqr ar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, ** nömərli qərarı əsasında tərtib edilmişdir. Belə olan halda, məhkəmə ilk növbədə hazırkı iddiaya münasibətdə iddiaçının hüquqi marağını nəzərə alınmaqla qiymətləndirmə aparmalı idi. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər sə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Bu mənada, məhkəmələr plan və ölçü sənədinin verilməsinə əsas təşkil etmiş Şəki Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, ** nömərli qərarı mübahisələndirilmədən birbaşa plan və ölçü sənədinin ləğvinə dair qaldırılmış hazırkı iddiaya iddiaçının hüquqi marağının mövcudluğu məsələsinə qiymət verməmişlər. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda plan və ölçü sənədinin ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparı lmasını da lüzumsuz edir. Hazırkı işin hallarından müəyyən olunur ki, məhkəmələr mübahisələndirilən plan və ölçü sənədinin özündə onun verilməsinə əsas təşkil edən hüquq müəyyənedici sənəd kimi göstərilmiş Şəki Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, ** nömrəli qərarının əldə edilib tədqiq edilməsi üçün hər hansı səy göstərməmişlər. Halbuki, bu halın aydınlaşdırılması onların hazırkı işə baxılması ilə bağlı xidməti vəzifələrindən irəli gəlmişdir. İşdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi 15 avqust 2018-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edərək Şəki Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, ** nömrəli qərarının və həmin qərarla təsdiq edilmiş yerli aqrar is lahat komissiyasının qərarının təqdim edilməsini tələb etmişdir. Lakin sorğu ilə bağlı həmin sənədlər təqdim edilməmiş, öz növbəsində məhkəmələr isə iş üzrə zəruri olmasına baxmayaraq Şəki Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, ** nömrəli qərarını və həmin qərarla təsdiq edilmiş (güman olunan) yerli aqrar islahat komissiyasının qərarını əldə edib tədqiq etmədən işə baxmışlar. Odur ki, təkrar apellyasiya baxışı zamanı həmin sənədlər, eləcə də sözügedən ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün hansı hüquq müəyyənedici sənədlərə əsasən verildiyini müəyyən etmək üçün sənədi verən orqandan (və ya onun hüquq varisindən) bununla bağlı zəruri materiallar tələb edilərək tətdiq edilməlidir. Təkrar apellyasiya baxışı zamanı ilk növbədə AİK qərarı əldə edilərək onun məzmunu təhlil olunmalıdır. Çünki həmin qərarda konkret fiziki şəxslərə torpaq sahəsinin verilməsi məsələsi həll edilməmiş ola bilər. Ona görə də, məhkəmə bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Xəlilovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 5 sentyabr 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 noyabr 2013-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqelərini də nəzərə almalıdır. Kollegiya qeyd edir ki, sözügedən qaydada araşdırma aparılmaqla toplanılmış sənədlərin tədqiq edilməsi nəticəsində A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Şəki Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, **n ömrəli qərarına (həmin qərarla təsdiq edilmiş yerli aqrar islahat komissiyasının qərarına) uyğun tərtib edildiyi müəyyən edilərsə, bu halda Aqrar İslahat Komissiyasının qərarının mübahisələndirilməli olduğu nəzərə alınmalı, iddianın mümkünlüyü məsələsinə iddiaçının hüquqi marağı baxımından qiymət verilməlidir. Əgər A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Şəki Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, ** nömrəli qərarına (həmin qərarla təsdiq edilmiş yerli aqrar islahat komissiyasının qərarına) uyğun tərtib edilmədiyi müəyyən edilərsə, bu halda, söhbət plan-ölçü sənədinin hüquqi müəyyənedici sənədə uyğun tərtib edilməməsindən gedəcəyi üçün plan-ölçü sənədinin mübahisələndirilməsinə dair iddia yol verilən ola bilər. Nəzərə almaq lazımdır ki, plan-ölçü sənəd lərinin verilməsini cavabdeh inzibati orqan tərəfindən publik hüquq sahəsində idarəçilik funksiyalarının həyata keçirilməsi nəticəsində qəbul edilmiş inzibati aktlar hesab etmək olmaz. Həmin sənədlər inzibati orqanın faktiki xarakterli hərəkətləri kimi Şəki Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, ** nömrəli qərarı ilə həll edilmiş məsələlərə dair hüququ tanıyan qeydiyyatın aparılmasını ehtiva edir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-114/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılm
Məhkəmə qərarları › İş №2-1(102)-1639/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1639/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver