Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1639/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (adının yataqxanadan köçürülənlərin və mənzillə təmin edilən şəxslərin siyahısına daxil edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı adının yataqxanadan köçürülənlərin və mənzillə təmin edilən şəxslərin siyahısına daxil edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1422/2021 nömrəli iş üzrə 03.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı işlədiyi SU-85 saylı trestin rəhbərliyinin və X1 birgə iclasının 1990-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, yataqxana 3, otaq 38-də ona verilmiş yaşayış yerinin yerləşdiyi yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin ünvan üzrə adının mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya daxil edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)711/2021 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərardadı ilə iddiaçının SU-85 saylı trestin rəhbərliyinin və X1 1990-cı il tarixli Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, yataqxana 3, otaq 38-də iddiaçıya verilmiş yaşayış yerinin yerləşdiyi yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin ünvan üzrə mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya iddiaçının adının daxil edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər M ənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması hissəsində iddiasının mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-nin 2.2.3, 34.1, 35.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti iddiaçının hazırkı iş üzrə iddia tələbinə cavab verən orqan deyil.
4. Birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)711/2021 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə İddiaçı işlədiyi SU-85 №li trestin rəhbərliyinin və X1 birgə iclasının 1990-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, yataqxana 3, otaq 38-də iddiaçıya verilmiş yaşayış yerinin yerləşdiyi yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin ünvan üzrə mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya iddiaçının adının daxil edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddiasının rədd edilməsi qərara alınmışdır.
5. İddiaçı həmin qərar və qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-711/2021 nömrəli qərarın və qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.06.2021-ci il tarixli, 2-1(103)-1422/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-711/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-nin 35.1-ci maddəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinə münasibətdə qeyri-mümkün saymaqla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Kasasiya şikayətinin və ona qarşı eti razın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisə edilməyən hallarına əsasən, 21 iyul 1987-ci il tarixində iddiaçı təyinatla 8 saylı Trestin 85 №-li Tikinti İdarəsində 3-cü dərəcə ilə suvaqçı vəzifəsinə qəbul edilmişdir. 1990-ci ildə Trestin rəhbərliyinin və Həmkarlar İttifaqının qərarı ilə S. Bəhlulzadə, ev 23, yataqxana 3, otaq 38 iddiaçıya yaşamaq üçün verilib, həmin ünvanda da qeydiyyata alınıbdır. Halhazırda da orada daimi qeydiyyatdadır. Müvafiq qeydiyyat sənədi olan Forma A iş materiallarına əlavə olunmuşdur. Göründüyü kimi, bu qeydiyyat sənədi hələ "xxxx" Dövlət Şirkətinə məxsus olmuş 8 saylı Trestin 85 №-li Tikinti İdarəsi balans saxlayan olduğu dövrdə verilmiş və 2001-ci ildə yataqxana Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilərkən də qüvvədə olmuş və hal-hazırda da qüvvədədir.
9. Binəqədi İH-nin 14 avqust 2018-ci il tarixli 2/12-11-32/512 saylı məktubuna əsasən, FHN-nin vizual baxışının nəticəsində binanın qəzalı olduğu müəyyən edilmiş və 91 məcburi köçkün ailəsinin Qaçqınkomun qurumları tərəfindən köçürülməsi təmin edilmişdir. Hazırda orada yaşayan 16 ailənin və 9 qeyri-yaşayış sahəsinin köçürülməsi ilə bağlı qərar qəbul edilməyib. 17 avqust 2018-ci il tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən binaya vizual baxış keçirilmiş və müvafiq akt tərtib olunmuşdur. Yəni, həmin ünvanda yaşayan bütün şəxslərə müvəqqəti yaşayış sahəsi ayrılaraq köçürüldüyü halda yalnız İddia çı münasibətdə evlə təmin edilənə qədər müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaqdan imtina edilir. Halbuki, həmin siyahılar balans saxlayan cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən icra olunmuşdur. Məhz balans saxlayan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon İcra Hakimiyyətinə iddiaçının adını siyahıya salmaqla onun müqəqqəti yaşayış sahəsi ilə təmin olunmasını təmin etməli idi, Hüquqverici sənədin (qeydiyyatın) olamasına baxmayaraq MKTB qanunu pozmaqla iddiaçını bu hüquqdan məhrum etmişdir. Bu səbəbdən hər iki cavabdeh etdikləri qanun pozuntusunu bərpa etmək üçün cavabdehlər sırasında qalmalıdırlar ki, vətəndaşın yaşayış hüququ bərpa oluna bilsin.
10. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiy a Məhkəməsinin 2-1(103)-1422/2021 nömrəli iş üzrə 03.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
12. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 30 iyul 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
17. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03.06.2021-ci il tarixli qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 14.07.2017-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı ailə tərkibi 1 nəfərlə (özu) Qarabağ müharibəsinin veteranı kimi yaşayış yeri üzrə güzəştli əsaslarla rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun Qarabağ müharibəsi veteranı olması nəzərə alınaraq mənzil növbəsi güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir.
18. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
19. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab ve rməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmi n iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
21. Məhkəmə kollegiyası həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir k i, məhkəmələr haqlı olaraq iddiaçının hazırkı işdə cavabdehlərin üzərinə qoyulmasını tələb etdiyi öhdəlik Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin səlahiyyətinə aid deyil və qanunla onun belə vəzifəsinin nəzərdə tutulduğu müəyyən edilmir.
22. Belə ki, “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə müvafiq olaraq inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
23. Hazırkı halda isə iddiaçının tələb etdiyi hərəkətin edilməsinin cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş səlahiyyətinə aid olmadığı müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında v ə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2021-ci il tarixli, 21(103)-1422/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.