Məhkəmə qərarları › İş №2-1(102)-1639/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1639/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1639/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: şəxsin işlədiyi dövrdə alınmayan əlavələrə görə pensiyanın yenidən hesablanmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1813/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2008-ci il tarixdən hakim kimi pensiya təyin edilmişdir.

2. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, təyin edilmiş pensiyasının yenidən hesbalanmasını və bu zaman Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1993-cü il tarixl i, 766 nömrəli qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün minimum əmək haqqının 5 misli əlavənin, hakimlərə məzuniyyətə çıxdıqları vaxt verilən iki aylıq əmək haqqı məbləğində müavinətin və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının nəzərə alınmasını xahiş etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı 4 fevral 2021-ci il tarixli, **********1 №li məktubunda qeyd edilmişdir ki, ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsində göstərilən əlavələr sabiq hakimlər deyil, hazırda hakim işləyən şəxslər üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, “ Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtı ilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 766 nömrəli qərarına əsasən, 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün minimum əmək haqqının 5 misli əlavə nəzərə alınmaqla aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək yaranmış fərqin birdəfəlik olaraq ödənilməsi, o cümlədən hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət və müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq və 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olun masını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-2000-ci illərdə Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavini vəzifəsində işləmiş, 2008-ci ilin mart ayından 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır və hal-hazırda Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini kimi “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq olaraq pensiya alır. Lakin onun pensiyası hesablanarkən iddia tələbində göstərdiyi əlavələr (o cümlədən müavinət və müalicə pulu) nəzərə alınmamışdır. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi üçün onun aldığı pensiya xx.xx.2021ci ildən başlayaraq qəsdən 750 manat azaldılmışdır.

6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtı ilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda, həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Odur ki, iddiaçının iddia tələbi əsassızdır. Göstərilənlərlə yanaşı, iddiaçıya xx.xx.2008 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 319797,18 manat pensiya məbləği ödənilməli olduğu halda 422835,36 manat ödənildiyi aşkar edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3338/2021 nömrəli, 6 may 2021-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia, 1 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə mümkün sayılmamışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan tələblə ilkin olaraq cavabdehə müraciət etmədiyindən mümkünlük şərtləri iddia tələbinin qeyd olunan hissəsində ödənilmir.

9. Məhk əmənin eyni tarixli qərarı ilə iddia qalan hissələrdə rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının hakim işlədiyi dövrlərdə ona məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunması üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı ödənilməmişdir. Bundan əlavə, iddiaçının tələbinin əsası kimi göstərdiyi “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli Qərarı qüvvədə deyildir və hazırda işə baxılan zaman tətbiq edilə bilməz. Həmçinin, iddia edilən haqqın iddiaçı tərəfindən alınması da iş üzrə sübuta yetirilməmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 6 may 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1924/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 6 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. a) kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)274/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.Ə.Kərimov /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı “minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın rədd edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, həmçinin, apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı “1 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamışdır. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1813/2022 nömrəli, 19 may 2022-ci il tarixli qə rarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.V.Tanrıverdiyev ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 6 may 2021-ci il tarixli qərarı saxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş minimum əmək haqqının 5 misli miqdarında əlavə haqqın ona ödənilməsi iş üzrə sübuta yetirilməmişdir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 19 may 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin qeyd edilən hissədə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayətində işin hallarını və iddia tələbinin əsaslandırılmasındakı dəlilləri təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” 06 dekabr 1992-ci il tarixli 766 nömrəli qərarı.

23. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şər tlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə veri lir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şi kayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. X1 Məhkəməsinin hüquq i mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla bel ə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zərur hesab edir.

30. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-274/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi “minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təkrar apellyasiya baxışına qaytarıldığından, hazırkı kassasiya icraatının predmetini də iddia tələbinin qeyd olunan hissəsi təşkil edir.

31. İddiaçı iddia tələbinin qeyd olunan hissəsinin əsası kimi Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası Ali A rbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” 06 dekabr 1992-ci il tarixli 766 nömrəli qərarına istinad edir. Həmin qərara əsasən, iddiaçıya “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq birinci ixtisas dərəcəsi verilmişdir.

32. İddiaçının həmin ixtisas dərəcəsinə malik olması işin tərəflər arasında mübahisələndirilməyən halı olsa da, həmin ixtisas dərəcəsinə görə haqq alması iş üzrə sübuta yetirilmir.

33. İddiaçının hakim işlədiyi dövrdə ixtisas dərəcəsinə görə haqq almasının iş üzrə sübuta yetirilməsi ona görə vacibdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında əks olunan mövqedə göstərilir: “... göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əm ək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiy i dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.”

34. Göründüyü kimi, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması yolverilən deyil.

35. İddiaçı kassasiya şikayətində ixtisas dərəcəsinə görə haqq alması ilə bağlı məsələnin apellyasiya instansiyası məhkəməsi tərəfindən yetərli həcmdə və həddə araşdırılmadığına isitnad etsə də, məhkəmə kollegiyası kassatorun dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

36. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibat i aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

37. Formalaşmış məhkəmə təcrübəsinə əsasən İPM-nin 14.3-cü maddəsi həm də öhdəliyin icrası ilə bağlı iddialara da şamil olunur.

38. Hazırkı iş üzrə məhkəmə icraatı 25 dekabr 2020-ci il tarixdən başlamış (2 ilə yaxın müddətdir ki davam edir), o cümlədən bir dəfə birinci instansiya məhkəməsinin icraatında, 2 dəfə apellyasiya instansiya məhkəməsinin icraatında, 2 dəfə isə kassasiya instansiya məhkəməsinin icraatında olmuş, hər icraatda məhkəmə iddiaçının iddia tələbinin əsaslı hesab edilməsi üçün həmin dövrdə qeyd edilən əlavələri alması halının sübuta yetirilməli olmasına istinad etmiş, bununla belə, iddiaçı həmin əlavələri almasını təsdiq edən sənədi təqdim etməmiş, özü həmin məlumatların əldə edilməsi ilə bağlı təşəbbüs göstərməmiş və ya həmin sübutların əldə edilməsi ilə bağlı məhkəməyə vəsatətlə müraciət etməmişdir.

39. Qeyd edilənlərə əsasən, iddiaçının 2000-ci ilə qədər hakim işlədiyi dövrdə, 1-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 5 misli miqdarında əlavə haqqı alması iş üzrə müəyəyn olunmadığından apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1813/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar