Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1639/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “azyaşlı oğlu Mehdiyev Amin Anar oğlunun sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-99/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının oğlu 2013-cü il təvəllüdlü Mehdiyev Amin Anar oğlunun 2014-cü ildən başlayaraq cavabdeh tərəfindən sağlamlıq imkanları məhdud uşaq olması müəyyən edilmişdir. Sonuncu dəfə, xx.xx.2019-cu il tarixdən 3 il müddətinə təkrar sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuşdur. (əsas diaqnoz: Q42).
2. Əlillik müddəti bitdikdən sonra TSEK tərəfindən təkrar sağlamlıq imkanları məhdudluğu müəyyən olunmasından imtina edilmişdir (müayinə tarixi: xx.xx.2022; əsas diaqnoz: Q42.0; imtina səbəbi: əlavə müalicəyə ehtiyacın olması – son illər ərzində əsas diaqnoz və ağır laşmalarına uyğun aldığı stasionar müalicələr sənədlərdə qeyd olunan ağırlaşmalar ilə mütənasib deyil. Xəstəyə ixtisaslı tibb müəssisəsində müalicə və müayinə almaq məsləhət görülür) İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, azyaşlı oğlu Mehdiyev Amin Anar oğlunun sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının himayəsində xx.xx.2013-ci ildə anadan olmuş, əlil və sağlamlıq imkanlarının məhdudluğu olan - Mehdiyev Amin Anar oğlu adlı bir azyaşlı övladı vardır. Azyaşlı oğlu- M ehdiyev Amin Anar oğlunda düz bağırsağında və sidik kisəsi orqanlarında anadan gəlmə qüsurları vardır və həmin xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cıı il tarixli. Forma 88 nömrəsi - 028803AAFAY olan dövlət sənədi ilə azyaşlı oğlu- Mehdiyev Amin Anar oğlunun sağlamlıq imkanların məhdudluğu olduğu müəyyən edilərək və Tibbi Sosial Ekspert Komissiyasının diaqnozunda: “Düz bağırsağın anadangəlmə olmaması, atreziyası və fistul ilə stelozu. Anadangəlmə düz bağırsağın anal atreziyası (xx.xx.2013-). Həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi prosedurlardan sonra əmələ gələn digər pozğunluqları. Nəcis saxlaya bilməmək. Qeyri-iradi nəcis ifrazı. Sidik kisəsi-sidik axarı refiyukusu ilə bağlı uropatiya" diaqnozu verilmişdir və azyaşlı Aminə sosial müavinətpensiya təyin edilmişdir. Anadangəlmə sağlamlıq imkanı məhdud olan və əlilliyi olan azyaşlı oğlu- Mehdiyev Amin Anar oğlunun “Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddəti" -xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Hal-hazırda Anadangəlmə sağlamlıq imkanı məhdud olan və əlilliyi olan azyaşlı oğlu- Mehdiyev Amin Anar oğluna verilən müavinət-pensiya kəsilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi SosiaL Ekspert Komissiyasının əlilliyin qiymətləndirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli elektron formada ( forma 88 nömrəsi: B0Ü03537ÖXUL) verilmiş imtina məktubunda, azyaşlı oğlu Mehdiyev Amin Anar oğlunun əlil və ya sağlamlıq imkanları nın məhdudluğunun müəyyən edilməsi barədə məlumatlar: “İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması.Ətraflı: Son illər ərzində əsas diaqnoz və ağırlaşdırmalarına uyğun aldığı stasionar müalicələr sənədlərdə qeyd olunan ağırlaşmalar ilə mütənasib deyil. Xəstəyə ixtisaslı tibb müəsissəsində müalicə və müayinə olunmaq məsləhət görülür" kimi ümumi sözlər qeyd olunmuşdur. Həmçinin, həmin imtina məktubunda diaqnoz hissəsində isə: “ Əsas diaqnoz Q42.Ü. Düz bağırsağın anadangəlmə olmaması, atreziyası və fistul ilə steriozu. Anadangəlmə düz bağırsağın anal atreziyası (xx.xx.2013-də Siqmostaniva, xx.xx.2013-də Abdomiııal köməkli. PSARP, xx.xx.2014-clə Mukozektomiya" və əməliyyatından sonrakı vəziyyət" kimi göstərilmişdir. Ona sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsi ilə bağlı cavabdehə tibbi sənədləri ilə birlikdə yazılı şəkildə müraciət etsə də, əlilliyin təyin olunmasından imtina edilmişdir.
5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-899/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. 7. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin T 658/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, A.A.Mehdiyevin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə “Q42.0.... diaqnozu qeyd edilmişdir. A.A.Mehdiyevin 14-xx.xx.2023-cü il tarixlərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müayinəsi zamanı ona “Anorektoplastika əm əliyyatından sonrakı fokal inkontinensiyası. Anal çatmamazlıq İİ d” diaqnozu müəyyən edilmişdir. Bundan başqa onun adına X1 verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən ona “Yüngül koqnutiv pozğunluq; Enurez; Enkoprez” diaqnozu qoyulmuşdur. Odur ki, o, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-899/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilmiş, Mehdiyev Amin Anar oğlunun xx.xx.2022-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinə dair qiymətləndirmə nəticələrində qoyulmuş diaqnoz eyni olsa da, əlavə müalicəyə ehtiyacın olması səbəbi i lə əlillik təyin edilməmişdir. Həmin diaqnoz ekspert rəyinə əsasən yenidən öz təsdiqini tapmışdır. İşin hallarına əsasən müəyyən edilir ki, iddiaçının övladının xəstəlik diaqnozu ilk qiymətləndirmə tarixindən dəyişməmiş, hazırda sağlamlıq imkanları məhdud uşaq olmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-99/2024 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev – sədrlik edən və məruzəçi, V. Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelly asiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 13, 24, 70.3-cü, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununun 1.0.2, 3.1, 3.2, 3.3, 3.4, 4.1, 4.2, 4.3, 6.4 maddələrinə istinad etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının son illər ərzində əsas diaqnoz və ağırlaşmalarına uyğun aldığı stasionar müalicələr sənədlərdə qeyd olunan ağırlaşmalarla mütənasib olmamışdır. Xəstəyə ixtis aslı tibb müəssisəsində müalicə və müayinə olunmaq məsləhət görülür səbəbi ilə imtina edilmişdir. Orqanizmin həzm sistemi orqanlarının xəstəliklərdən, zədə və ya çatışmazlıqlardan irəli gələn davamlı funksional pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi həzmetmə funksiyasının pozulması dərəcəsinin qiymətləndirilməsinə əsaslanır (zülal-enerji çatışmazlığı). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, BKİ-nin azalması, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması tam olaraq iddiaçıda öz əksini tapmamışdır. Qeyd edilən halların araşdırılması məqsədilə, iş üzrə cavabdeh tərəfindən əyani müayinə qərardadının qəbuled ilməsi və ya məhkəmə tibbiekspertizasının keçirilməsi xahiş edilsə də, məhkəmə tərəfindən qəbul olunmamışdır.
16. Bundan əlavə qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kab inetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qiymətləndirməsizamanı qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq v əziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qəraretmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətlənd irilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi ola n şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müdd ətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu halla rda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
20. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəs i iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tar ixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunv ericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının oğlu Mehdiyev Amin Anar oğlunun sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun azyaşlı oğlu Mehdiyev Amin Anar oğlunun sağlamlıq im kanları məhdud uşaq olmasının müəyyən edilməsi ilə bağlıdır.
29. Cavabdeh imtinasını Mehdiyev Amin Anar oğlu əlavə müalicəyə ehtiyacın olması ilə əsaslandırmış və qeyd etmişdir ki, son illər ərzində əsas diaqnoz və ağırlaşmalarına uyğun aldığı stasionar müalicələr sənədlərdə qeyd olunan ağırlaşmalar ilə mütənasib deyil.
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunazidd olmuşdur.
31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinə dair əlavənin 3.4-cü bəndində (Bağırsağın digər xəstəlikləri,K-55-K64) nəcisi saxlaya bilməmək R15”, bağırsağın digər anadangəlmə inkişaf qüsurları Q43” orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri təsbit edilmişdir.
32. İşin araşdırılmış hallarından görünür ki, Mehdiyev Amin Anar oğlu 2014-cü ildən başlayaraq cavabdeh tərəfindən sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sonuncu dəfə, xx.xx.2019-cu il tarixdən 3 il müddətinə təkrar sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuşdur. (əsas diaqnoz: Q42). Lakin 3 illik müddət bitdikdən sonra TSEK tərəfindən təkrar sağlamlıq imkanları məhdudluğu müəyyən olunmasından imtina edilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, Mehdiyev Amin Anar oğlunun xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. A.A.Mehdiyevin eyni xəstəlikdən əziyyət çəkməsi h azırkı qərarın 7-ci bəndində olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin T 658/2023 nömrəli ekspert rəyi ilə də öz təsdiqini tapır.
34. Bundan əlavə işdə olan “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ixtisaslaşdırılmış müalicə müəssəsində müayinə və müalicə aparılması halında A.Mehdiyevin xəstəliyin tam aradan qalxması mümkün deyildir onun xəstəliyi sağalmazdır.
35. Beləliklə, Mehdiyev Amin Anar oğlunun xəstəliyi sağalmaz olduğu halda, cavabdehin ona əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə Sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsindən imtina edilməsi qanuni sayıla bilməz.
36. Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyə n olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərar ın 18-20(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-99/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.