Məhkəmə qərarları › İş №2-1(102)-164/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-164/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-164/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hüquqa dair çıxarışın verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, 26.01.2022 İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iş üzrə Bak ı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2-1(103)-658/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən, İddiaçı (bundan sonra-iddiaçı) fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra-cavabdeh) müraciət edərək həmin torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanladığı 24.06.2017-ci il tarixli, **********56 saylı imtina bildirişində qeyd e dilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 09.06.2017-ci il tarixli ərizənizə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə e dilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamla fərdi evin tikinti üçün ona ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 300 kv.m-dən ibarət 1B saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində 30 dekabr 1998-ci il tarixli, 1971 nömrəli Sərəncamla ona fərdi evin tikintisi üçün 600 kv.m-dən ibarət torpaq sahəsi ayrılmışdır. 17 mart 2004-cü il tarixində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ona göstərilən torpağın yerləşmə cizgisi verilmişdir. Bundan sonra cavabdehə müraciət etmişdir ki, göstərilən torpaq sahəsinə dair çıxarış versinlər. Cavabdeh tərəfindən verilən 24.06.2017-ci il tarixli, №**********56 nömrəli bildirişdə göstərilmişdir ki, yuxarıda göstəri lən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən digər fiziki şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Şifahi məlumatlardan məlum olmuşdur ki, ona ayrılmış torpaq sahəsi Badamdar Bələdiyyəsi tərəfindən qanunsuz olaraq verilmiş Sərəncama əsasən özəlləşdirilmişdir. Hesab edir ki, onun istifadəsində olan 300 kv.m torpaq sahəsi digər fiziki şəxsə qanunsuz verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim X2) 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)25/2020 saylı qərarı ilə iddia təmin edilərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 300 kv.m-dən ibarət 1B saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən iddiaçıya fərdi ev tikmək üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B nömrəli 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınma z əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına çıxarışın verilməsini tələb edir. Lakin cavabdeh orqan elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Səbail rayonu Badamdar Bələdiyyəsinin 16.10.2007-ci il tarixli, 199 saylı qərarı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4806/2014 saylı, 31.10.2014-cü tarixli qərarı əsasında ********** saylı, 22.01.2015-ci il tarixli qeydiyyat nömrəsi ilə X1 mülkiyyətində olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2381/2018 saylı, 19 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçı X1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı ilə iddiaçı X1 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2-1(102)-2080/2019 saylı qərarı ilə iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi ilə bağlı X1 iddia tələbi təmin edilməmiş, hazırki inzibati iş üzrə X3 əvvəlcə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsə də, sonradan X1 iddia tələbinin rədd olunması və onun hazırki mübahisəyə heç bir aidiyyətinin olmaması əsas götürülərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs siyahısından xaric olunmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materialları ilə torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılması müəyyən edilmişdir, həmçinin həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün hər hansı maneənin mövcud olduğu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, eləcə də imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiy a instansiyası məhkəməsində icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Elmira Nağıyevasədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) 16 mart 2021-ci il tarixli, 2-1(103)-658/2021 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-1(112)-25/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.03.2021-ci il tarixli, 2-1(103)-658/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətin in dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və apelyasiya şikayətinin dəlilləri il eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 17. “İnzibati icraat haqq ında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 İnzibati icraat zamanı işin b ütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

16. İnzibati Prosessual Məcəllə Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali M əhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 18.Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundament al vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, mahiyyətcə iddia ərizəsinin dəlillərinə uyğun kassasiya şikayətinin dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

22. Hazırkı mübahisə mahiyyət etibarı ilə fərdi yaşayış evinin tikintisi məqsədləri üçün Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 1B nömrəli 300 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

23. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, sonradan aparılmış əlavə araşdırma zamanı elektron kadastrın baza məlumatlarına əsasən müvafiq torpaq sahəsi nin yaşayış binasının yaxınlığında, yol kənarında ümumi istifadədə olan yaşıllıq sahəsində yerləşdiyi müəyyən olunmuşdur.

24. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

24. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin o na münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və bu zaman həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borclu durlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

25. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

26. İşin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən iddiaçıya fərdi ev tikmək üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam qanunla müəyyən olunmuş qaydada ləğv edilməmiş, dəyişdirilməmiş və geri çağırılmamışdır. Hazırda qüvvədədir və etibarlı hesab olunur.

27. Eyni zamanda iş üzrə materiallardan görünür ki, həmin sahə cavabdeh tərəfindən 22.05.2015-ci ildə üçüncü şəxsin adına ilkin qeydiyyatdan keçirilmiş və ona bu barədə çıxarış verilmişdir. Sonradan hazırkı işdə iddiaçı olan İddiaçı ərizəsi üzrə məhkəmə qərarı əsasında üçüncü şəxsin adına aparılmış qeydiyyat və ona verilmiş həmin çıxarış cavabdeh tərəfindən ləğv edilmişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin kassasiya şikayətində istinad etdiyi əsas dəlil cavabdeh tərəfindən həmin vaxt qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınmasına və ona müvafiq çıxarışın verilməsinə mane olmamışdır. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninki ləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

29. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

30. Qeyd olunanlar baxımından iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlə t qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur.

31. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.03.2021-ci il tarixli, 21(103)-658/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar