Məhkəmə qərarları › İş №2-1(102)-164/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-164/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-164/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Səlyəddin Almazov) qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-243/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən rayonu, Mahamalar kənd “Q.Musabəyov” adına kolxozun 10 dekabr 1992-ci il tarixli 4 nömrəli müvəkkillər iclası pro tokolundan çıxarışa əsasən, kənd sakini X2 adında olan 0.08 ha həyətyanı torpaq sahəsi kənd sakini X5 adına keçirilmişdir.

2. Balakən rayon Dövlət Arxivinin 14 aprel 2008-ci il tarixli 126 nömrəli arxiv arayışına əsasən, Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarında 1991 -1995-ci illər üzrə X10 - a/başçısı, Mənzər Xəlil qızı arvadı, cəmi torpaq sahəsi 1993-1994-cü illər üzrə 0.08 ha, 1996-2000-ci illər üzrə Mənzər Xəlil qızı a/başçısı, cəmi torpaq sahəsi 0.08 ha qeyd edilmişdir.

3. Mənzər Xəlil qızı xx.xx.2007-ci il tarixdə vəfat etmiş və xx.xx.2008-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ şəhadətnamə”yə əsasən, X1 vərəsəsidir.

4. MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Balakən rayonu, Qasbinə kəndində 0.08 ha torpaq sahəsində (istifadə) ye rləşən 1 mərtəbəli, 2 otaqlı, 40 kv.m yaşayış, 12 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə mərhum Mənzər Xəlil qızının adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Balakən rayonu, Qasbinə kəndində 0.08 ha torpaq sahəsində (istifadə) yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40 kv.m yaşayış, 12 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Səlyəddin Almazovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 6. 21 avqust 2013-cü il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, X7 rayonu, Qazbinə kəndində istifadəsində olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi y aşayış evini iddiaçıya satmışdır.

7. İddiaçı cavabdeh orqana müraciət edərək, Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş 04 dekabr 2020-ci il tarixli, **********46 nömrəli məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 8.0.3, 10-cu maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, notarial qaydada təsdiq edilmiş 21 avqust 2013-cü il tarixli, 4Ə-402 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı X4 rayonu, Qazbinə kəndində istifadəsində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi al ıcı İddiaçı mülkiyyətinə verilmişdir. Odur ki, qanunla müəyyən edilmiş qaydada (müvafiq sənədlərin əslləri ərizəyə əlavə edilməklə) yenidən müraciət olunduğu təqdirdə, notarial qaydada təsdiq edilmiş 21 avqust 2013-cü il tarixli, 4Ə-402 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində alıcı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 k v.m yaşayış, 12 kv.m yardımçı, 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiacı tələbini onunla əsaslandırmışdır ki, 21 avqust 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 40 kv.m yaşayış, 12 kv.m yardımçı, 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evini Səlyəddin Almazovdan almışdır. O, həmin torpaq sahəsi və fərdi yaşayış evinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Kons titusiyasının 12, 13, 29, 60-cı, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 21-ci maddələrinə, 15 fevral 2016-cı il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 3, 4-cü bəndlərinə əsasən cavabdehin imtinası əsassızdır.

11. Cavabdeh iddiaya dair yazılı etirazında işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, 0.08 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud olmadığından imtina, “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Qanunun 8-ci maddəsinə əsasən qanuni olmuşdur.

12. Məhkəmə sorğusunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş 21 yanvar 2022-ci il tarixli, **********05 saylı məktubda qeyd edilmişdir ki, elektron bazada 0.08 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı, sahibsiz sahə kimi göstərilmişdir.

13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-312/2022 nömrəli, 06 may 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 kv.m yaşayış, 12 kv.m yardımçı, 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin əsaslandırması:

14. Balakən rayonu, Qazbinə kəndində yerləşən, 1 mərtəbəli 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Balakən rayonu, Mahamalar kəndi “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabındakı qeydlərə əsasən, X2 istifadəsində olmuş, daha sonra “Q.Musabəyov” adına kolxozun 10 dekabr 1992-ci il tarixli 4 nömrəli müvəkkillər iclası protokolunun qərarına əsasən X5 adına keçirilmişdir. Bundan sonra həmin torpaq sahəsi X5 və onun arvadı Mənzər Xəlil qızının qanuni istifadəsində olmuşdur. Bununla belə, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinə dair şəhadətnamə və plan-ölç ü sənədi tərtib edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi göstərilmişdir. Əsət Almazovun 1996-cı ildə vəfatın dan sonra iddia olunan 0.08 ha torpaq sahəsi təsərrüfatbaşına kitabda faktiki olaraq 1996-2000-ci illərdə və daha sonrakı dövrdə Mənzər Xəlil qızının faktiki istifadəsində olmuşdur. İstinad olunan Fərmanda təsərrüfatbaşına kitablardan çıxarış mübahisəli torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qiymətləndirildiyindən, müvafiq sənədlərdə torpaq sahəsi faktiki istifadədə qeyd edilməsinə baxmayaraq, əslində Mənzər Xəlil qızının mülkiyyətində olmuşdur. Müvafiq fərdi yaşayış evinə dair çıxarış tərtib edilərkən və sənədləşmə işləri aparılarkən istinad olunan Fərman qəbul edilmədiyindən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “faktiki istifadədə” olaraq qeyd edilmişdir. Əslində isə Səlyəddin Almazov, Mənzər Xəlil qızından vərəsəlik yolu ilə qəbul etdiyi fərdi yaşayış evini torpaq sahəsi ilə birgə iddiaçıya satmış, onun qanuni istifadəsinə keçmiş torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyyətinə verilmişdir.

15. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-243/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadı ilə Səlyəddin Almazov üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-243/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və R.R.Rəfiyev) apellyasiya şikayəti təmin edilmiş, Ş əki İnzibati Məhkəməsinin 2-1(116)-312/2022 nömrəli, 06 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 40 kv.m yaşayış, 12 kv.m yardımçı, 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, lakin torpaq sahəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı alqı-satqı yolu ilə əldə etdiyi yaşayış evinin altındaki 0.08 ha torpaq s ahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun tanınaraq qeydiyyata alınmasını tələb etsə də, onun həmin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda tələb olunan heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Odur ki, iddia həmin hissədə əsassızdır.

19. İddiaçı kassasiya şikayəti verərək, qərarın, iddia tələbi təmin olunmayan hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayətində işin hallarını və iddia ərizəsinin dəlillərini təkrarlamış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1, 23.2, 23.3-cü, Torpaq Məcəlləsini n 88.1, 88.3, 245-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 21-ci maddələrinə, 15 fevral 2016cı il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 3, 4-cü bəndlərinə istinad edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəlmədiyini bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

23. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilm iş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;...

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gü ndən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı iddia tələbinin təmin olunmayan (torpaq sahəsi ilə bağlı) hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hes ab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır.

28. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının tələbi Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 kv.m yaşayış, 12 kv.m yardımçı, cəmi 52 kv.m ümumi sahə si olan 2 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur.

29. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilərək Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 kv.m yaşayış, 12 kv.m yardımçı, 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edi lmiş, Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 40 kv.m yaşayış, 12 kv.m yardımçı, 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından yalnız iddiaçı tərəfindən, iddia tələbi təmin olunmayan hissədə kassasiya şikayəti verildiyindən iş üzrə kassasiya baxışının predmetini yalnız iddiaçının mülkiyyət hüquqlarının Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində dövlət reyestrində qeydiyyata alınması təşkil edir.

30. İş üzrə cavabdeh orqanın imtinasının, eləcə də apellyasiya instansiyası məhkəməsinin iddia tələb inin rədd olunması barədə mövqeyinin əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq hüquqmüəyyənedici sənədin olmaması halı dayanmışdır.

31. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi fərdi yaşayış evinin əvvəlki mülkiyyətçilərinin qanuni istifadəsində olmuşdur. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Balakən rayonu, Qazbinə kəndində yerləşən, 1 mərtəbəli 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Balakən rayonu, Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlan mış torpaq” kitabına əsasən X2 istifadəsində olmuş, daha sonra “Q.Musabəyov” adına kolxozun 10 dekabr 1992-ci il tarixli 4 nömrəli müvəkkillər iclası protokolunun qərarına əsasən X5 adına keçirilmişdir. Eyni zamanda, Balakən rayonu, Mahamalar kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarında 0.08 ha torpaq sahəsinin X6 və Mənzər Xəlil qızının istifadəsində olması qeyd edilmiş, sözügedən torpaq sahəsi üzərində sonuncunun istifadə hüquqları da daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, Almazov Səlyəddin, Mənzər Xəlil qızının vərəsəsi kimi fərdi yaşayış evini miras kimi əldə etmiş və alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. Beləliklə, sözügedən torpaq sahəsi təsərrüfatbaşına kitablarda öz əksini tapmışdır.

32. Hazırkı qərarın 22-23-cü bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də təsərrüfatbaşına kitablardan çıxarışdır. Hazırkı iş üzrə də iddiaçı həmin sənədi təqdim etmiş, sənədin mötəbər olmaması barədə də cavabdeh hər hansı dəlil irəli sürməmişdir. Təsərrüfat başına kitabda iddiaçının yox, məhz fərdi yaşayış evinin əvvəlki mülkiyyətçilərinin adlarının qeyd olunması da vəziyyəti dəyişmir. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir və hüququn qanuni əsasını da təsərrüfatbaşına kitab təşkil edir. 33. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən də vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

34. Qeyd edilə nlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün əsaslar olmaması ilə bağlı nəticəsi düzgün olmamışdır.

35. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbi təmin olunmayan hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi “Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində də təmin olunmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(107)-243/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı qismən - “Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilsin və eyni hissədə iddia təmin edilsin. İddiaçının Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar