Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-164/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: növbədənkənar səyyar vergi yoxlamasının əsasları, əlavə dəyər vergisinin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1932/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçındə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2019-avqust 2020 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmış, yoxlama barədə məlumat reyestrə daxil edilmişdir. 2. xx.xx.2020-ci il və xx.x x.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərarlarla hər dəfə yoxlamanın müddəti 30 iş günü artırılmışdır. 3. xx.xx.2020-ci il tarixli növbədənkənar səyyar vergi yoxlaması zamanı vergi dövrü kimi aksiz vergisi yanvar 2019- avqust 2020, mədən vergisi yanvar 2019- avqust 2020, əlavə dəyər vergisi yanvar 2019 - avqust 2020, əmlak vergisi 2019-cu il, torpaq vergisi 2019-cu il - 2020-ci il, muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi 2019-cu il, sadələşdirilmiş vergi 1-ci rüb 2019-cu il 2-ci rüb 2020, ödəmə mənbəyində tutulan vergi 1ci rüb 2019-cu il 2-ci rüb 2020, mənfəət vergisi 2019-cu il götürülmüş və yoxlama aparılmışdır.
4. Akta əsasən mənfəət vergisi üzrə: Kameral vergi yoxlaması ilə 2019-cu ildə malların (iş və xidmətlərin) təqdim edilməsindən gəliri 997424.97 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri 984850.34 manat, vergiyə cəlb olunan mənfəəti 9672.34 manat müəyyən edilmiş və 2514.93 manat mənfəət vergisi hesablanmışdır.
5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Hesabat və Axtarış” informasiya sisteminin məlumatlarına əsasən aparılan yoxlama nəticəsində vergi ödəyicisinin 2019-cu il üzrə təqdim etdiyi illik ƏDV bəyannamələrinə əsasən malların (iş və xidmətlərin) təqdim edilməsindən ƏDV-siz gəliri 2019-cu ildə 1001534.86 manat müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmiş 4109.89 manat (10015xx.xx-997424.97) ƏDV-siz dövriyyə kənarlaşması nəzərə alınmaqla 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmalı mənfəət vergisi 3336,90 manat təşkil etmişdir.
6. Vergi orqanı tərəfi ndən kameral vergi yoxlaması ilə 2019-cu il üzrə büdcəyə əlavə hesablanmış 580.46 manat mənfəət vergisi təsdiq edilməklə, cəmiyyət tərəfindən mənfəət vergisinin 2019-cu ildə 821,97 manat (3336,90-2514.93) azaldılması müəyyən edilmiş və əlavə olaraq 821,97 manat mənfəət vergisi Vergi Məcəlləsinin 103.1, 104.1 və 105.1-ci maddələrinə əsasən büdcəyə hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 821.99 manat mənfəət vergisinin 50 faizi miqdarında 410.98 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
7. Əlavə dəyər vergisi üzrə: Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin və ərazi vergi orqanlarının xx.xx.2020-ci il tarixdə vergi ödəyicisində operativ vergi nəzarəti həyata keçirilmiş, götürülmüş elektron və kağız daşıyıcılarda vergilərin he sablanmasına əsas olan sənədlər və məlumatlara əsasən mal qalığı çıxarılmış və nəticədə 2514168.8 manat ((2911760,87 manat (xx.xx.2020 tarixə mal qalığı) - 397592,0 manat (446651.73 manat (OVN zamanı mal qalığı) - 174852,48 manat (alış) + 125792,75 manat (satış)) (ƏDV-siz) spirtli içkilərin satışının cari ƏDV bəyannamələrində göstərilməsinin öz əksini tapmadığı müəyyən edilmişdir. Cəmiyyətin 2019-cu il üçün təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində tətbiq edilən ticarət əlavəsinin orta həddinin 14,7 % təşkil etdiyi nəzərə alınaraq 2883751,61 manat (2514168,8+14,7 %) satış dəyərindən Vergi Məcəlləsinin 159.1 və 67.15-ci maddələrinə əsasən 2020-ci ilin avqust ayının ƏDV bəyannaməsi üzrə əlavə olaraq 519075,28 manat (2883751,61 manat x 18%) ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 519075,29 manat vergi məbləğinin 50%-i miqdarında, yəni 259537,64 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
8. İddiaçının qanuni təmsilçisi Ə.İsayev aktı imzalamaqdan imtina etmiş və göstərmişdir ki, hesablamalarla razı deyil, çünki 1) operativ nəzarətin anbar qalığını fərqlifərqli tarixlərdə sayması, lakin səyyar yoxlamanın anbar qalığını məhz xx.xx.2020-ci il tarixində götürməsi; 2) operativ nəzarətin sadəcə anbarda olan malları sayması, yolda olan malları nəzərə almaması, səyyar yoxlamaya da həmin yolda olan malların sənədləri təqdim edildiyi təqdirdə nəzərə alınmamışdır. 3) Operativ nəzarət işini 1 günə yekunlaşdırır. Lakin iddiaçıya məxsus mal qalığını saymağa bir neçə gün lazımdır. Bu səbəbdən səyyar vergi yoxlaması başlanılanda ver gi yoxlayıcıları ilə danışıqlar apararaq təklif edildi ki, inventarizasiya aparılsın və mal qalığı şəffaf şəkildə sayılsın. Lakin inventarizasiya aparılmamışdır. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, "MAC” MMC-nin müraciətləri nəzərə alınaraq, əlavə dəyər vergisi 2019-cu ilin fevral ayı üzrə 1365,92 manat məbləğində, 2020-ci ilin yanvar ayı üzrə 1888,15 manat məbləğində, mənfəət vergisi üzrə kameral vergi bəyannaməsi ilə hesablanmış 580,46 manat və səyyar vergi yoxlaması ilə hesablanmış 785,46 manat mənfəət vergisi və tətbiq edilməli maliyyə sanksiyaları 410,99 manat məbləğində azaldılmış, nəticədə əlav ə hesablanmış verginin məbləği 515240,75 manat, maliyyə sanksiyası 259537,65 manat müəyyən edilmiş, cəmi 774778,41 manat məbləğində vəsaitin 5 gün müddətində büdcəyə ödənilməsi barədə **********783300 nömrəli tələbnamə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 5 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MAC" MMC alkoqollu və digər içkilərin topdan satışı fəaliyyəti ilə məşğul olur. İddiaçının Bakı şəhərində, İsmayıllı, Quba, Göygöl və Şəki rayonunda anbarları mövcuddur. Cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilən zaman anbarlarda olan mal qalıqlarının fərqli-fərqli tarixlərdə sayımı həyata keçirilsə də, səyyar yoxlama zamanı anbardakı malların qalığının sayılması tarixi xx.xx.2020-ci il kimi qeyd edilmişdir. Eyni zamanda operativ vergi nəzarəti zamanı sadəcə olaraq anbarda olan mallar sayıldığından daşınması həyata keçirilən malların, yəni yolda olan malların nəzərə alınmaması əsassız vergi hesablanmasına gətirib çıxarmışdır. Belə ki, yolda olan mallara dair sənədlər yoxlama aparılan zaman cavabdehin yoxlama aparan əməkdaşlarına təqdim edilsə də, həmin sənədlər nəzərə alınmamışdır. Həmçinin operativ vergi nəzarəti zamanı malların sayılmasının məqsədi Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin t ələblərinə əməl edilib-edilməməsinin yoxlanılmasına xidmət etməli idi. Lakin həmin sayımın nəticələrinin səyyar vergi yoxlaması zamanı istifadə edilməsi düzgün deyil. Belə ki, operativ vergi nəzarəti həyata keçirilən zaman adətən vergi orqanı 1 iş günü ərzində yoxlamanı həyata keçirib yekunlaşdırır. Lakin iddiaçıya məxsus anbarlarda olan malların və yolda olan malların sayılması üçün bir neçə gün müddət lazımdır. Bu səbəbdən də səyyar vergi yoxlaması başlanılan zaman iddiaçı tərəfindən yoxlamanı həyata keçirən vergi orqanının işçilərinə müəssisədə inventarizasiya işlərinin aparılmasının və həmin inventarizasiya nəticəsində mal qalığının şəffaf şəkildə sayılması təklif edilmiş, lakin vergi orqanı tərəfindən həmin təklif nəzərə alınmamışdır. Bundan başqa səyyar vergi yoxlaması aktına verilən etiraza baxılan zaman göstərilən hallar vergi orqanının nəzərinə çatdırılsa da, həmin hallar nəzərə alınmamışdır.
11. Cavabdeh orqan iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edərək göndərmişdir ki, İddiaçındə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilmiş və xx.xx.2021-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı malların daşınması ilə bağlı sübut kimi fərdi sahibkar X8 ilə bağlanmış xx.xx.2020-ci il tarixli “Nəqliyyat xidməti müqaviləsi”ni təqdim etmişdir. Azərbaycan Respublikası Baş X15 vahid məlumat bazasına inteqrasiya edilmiş X1 Sistemindən əldə edilmiş baza məlumatlarına əsasən fərdi sahibkar X5 məxsus yalnız 1 ədəd yük avtomobilinin olduğu müəyyyən edilmişdir. Halbuki xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən malların daşınması üçün 34 ədəd yük avtomobilinin nəzərdə tutulduğu qeyd edilir. İddiaçı tərəfindən yolda olan malların harada saxlanması, hansı dövlət nömrə nişanlı avtonəqliyyat vasitələri ilə daşınmasını, əgər yüklər daşınmışsa, həmin avtonəqliyyat vasitələrinin sahibləri ilə müqavilələrin, eyni zamanda onlara yüklərin daşınması və saxlaması müqabilində edilmiş ödənişlər barədə hər hansı sənəd yoxlamaya təqdim olunmamışdır. Hə mçinin yuxarıda sadalanan və ya iddia ərizəsində qeyd edilənləri sübut edəcək hər hansı sənəd məhkəməyə də təqdim edilməmişdir. Həmçinin nəzərə alınsa ki, əgər daşınma həqiqətən də həyata keçirilmişsə, daşınma həyata keçirilən avtonəqliyyat vasitələri barədə məlumatlar yoxlamaya təqdim edilməmişdir, 2.514.168,80 manat dəyərində malın 34 ədəd yük avtomobili vasitəsi ilə yalnız X8 tərəfindən daşınması fiziki cəhətdən mümkün deyil. Digər tərəfdən, iddiaçı mal qalığında mövcud olmayan malların "xxxx" MMC-yə təqdim edildiyini bildirsə də, bu fakt vergi nəzarəti tədbiri zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-yə məxsus mehmanxanada operativ vergi nəzarəti tədbiri keçirilmiş və obyektdə heç bir mal qalığının mövcud olmadığı aşkar edilmişdir. Həmçinin MMC-nin rəhbəri X2 yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında malların İddiaçı MMC tərəfindən təqdim edildiyini, malların müəssisənin anbarında olmadığını, hər hansı saxlanc müqaviləsi olmadan dostlarına və yaxın qohumlarına verildiyini qeyd etmiş və malların yerləşdiyi ünvanlar barədə məlumat verə bilməmişdir. Göründüyü kimi iddiaçının mal qalığında mövcud olmayan malların yolda olması və daşınması ilə bağlı iddiası əsassız olduğundan qeyd edilən hal satış kimi qiymətləndirilmiş və vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.15-ci və 159.1-ci maddələrinə əsasən vergi hesablanmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-658/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarı ilə (ha kim X3) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********144376 nömrəli xx.xx.2021-ci il tarixli qərarı 66524,9 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33262,45 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə iddiaçıya əlavə vergi hesablanmasında cavabdehin qərarı ilə razılaşmış, bu hissədə iddia tələbini rədd etmiş, hesablanan əlavə verginin məblə ğini isə əsaslı hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya əlavə vergisi hesablayarkən bu hesablamanı 2.883.751,61 manat (2.514.168,80+14,7%) satış dəyərindən deyil, 2.514.168,80 manat alış dəyərindən hesablamalı idi. Belə olan halda isə aydın olur ki, əlavə hesablanan vergi məbləği 452.550,38 manat (2.514.168,80 × 18%), maliyyə sanksiyası isə 226.275,19 manat olmalıdır. Beləliklə, mübahisələndirilən qərar 66524,9 manat ƏDV və 33262,45 manat maliyyə sanksiyası hissəsində əsassız olduğundan ləğv olunmalıdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1( 103)-1932/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər X6 /məruzəçi/, X4 və X7) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində Vergi Məcəlləsinin 12.3, 13.2.10, 56.1, 67.15, 159.1, 159.5, 161.1, 161.3-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 161.1- ci maddəsini inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda həmin məcəllənin 161.3-cü maddəsini tətbiq etməklə səhvə yol vermiş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvini düzəltmək əvəzinə həmin səhvi təkrar etmişdir. Vergi qanunvericiliyində olan maddi hüquq normalarının qarşılıqlı təhlilindən aydın olur ki, Vergi Məcəlləsinin 161.3-cü maddəsinin tətbiqi üçün işin faktiki hallarına uyğun olaraq Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tətbiqi üçün əsaslar olmalı və həmin maddi hüquq norması işin faktiki halları imkan verdikdə tətbiq edilməlidir. Lakin iş materiallarından da göründüyü kimi Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tətbiqi üçün işin faktiki halı mövcud olmamış və məhkəmə kollegiyası mövcud olmay an işin faktiki halına həmin normanı qanunsuz tətbiq etməklə cavabdeh tərəfin hüquqlarını ciddi şəkildə pozmuşdur.
19. Daha sonra qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsində işin faktiki halı olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müəyyən edilən 2.514.168,80 manat məbləğində mal həqiqətən mövcud olmamış, lakin mövcud olmayan sözügedən dəyərdə olan mal məhz əskik gəlmişdir. Lakin iş materiallarında həmin malın əskik gəlməsi barədə heç bir təsdiqedici sənəd mövcud deyildir. iş materiallarında heç bir sənəd olmadığı təqdirdə işin faktiki hallarına əskik gəlmə kimi qiymət verilməsi qanunsuz və əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmidir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Ver gi Məcəlləsi: Maddə
12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndəril ir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,... Maddə
39. S əyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; Maddə
153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsul larının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 153.3. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.4. Vergi ödəyicisinin haqq ı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 159.6. Vergi ödəyicisinin qeydiyyatı ləğv edil irsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Maddə
161. Vergi tutulan əməliyyatın dəyəri 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 161.3. Bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Verg i tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə t utulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarına istinad etməklə kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
28. Növbədənk ənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.
29. Səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
30. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
31. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
32. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir.
33. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə v ə vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
34. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
35. Belə ki, hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etməsinə rəğmən, cavabdeh vergi orqanı qanunun həmin normasına istinad etməklə kifayətlənmiş, istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçıya əlavə dəyər vergisinin hesablanması ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmış, lakin hesablanan əlavə verginin məbləğini əsaslı hesab etməmişdir.
37. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. VM-in 161.3-cü maddəsinə görə bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan forma laşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir.
38. Beləliklə, vergi qanunvericiliyinin tələbinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisi təqvim ayı üzrə vergi tutulan dövriyyənin (əməliyyatların) həcmini, yəni həmin ay üzrə təqdim edilmiş mallara (görülmüş işlərə, göstərilmiş xidmətlərə) görə müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın məbləğini özündə əks etdirən bəyannaməni vergi orqanına təqdim etməli və hesabat dövrü üzrə vergini, yəni vergi tutulan dövriy yədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqi büdcəyə ödəməlidir.
39. Göründüyü kimi, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisinin hər hansı hesabat dövrü üzrə vergi öhdəliyini müəyyən etmək üçün ilk öncə həmin hesabat dövrü (təqvim ayı) üzrə vergi tutulan əməliyyatların həcmi, yəni həmin təqvim ayında təqdim edilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyəri və bunun müqabilində müştəridən alınan və ya almaq hüququ olan haqqın məbləği müəyyən edilməlidir.
40. Cavabdeh iddiaçıya əlavə vergi hesablayarkən bu hesablamanı 2.883.751,61 manat (2.514.168,80+14,7%) satış dəyərindən deyil, 2.514.168,80 manat alış dəyərindən hesablamalı idi. Belə olan halda isə aydın olur ki, əlavə hesablanan vergi məbləği 452.550,38 manat (2.514.168,80 × 18%), maliyyə sanksiyası isə 226.275,19 manat olmalıdır.
41. Məhz yuxarıda qeyd edilən hallara əsasən apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, mübahisələndirilən qərar 66524,9 manat ƏDV və 33262,45 manat maliyyə sanksiyası hissəsində əsassız olduğundan ləğv olunmalıdır.
42. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
43. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda gö stərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1932/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.