Məhkəmə qərarları › İş №2-1(102)-1640/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1640/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1640/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Üçüncü şəxs x2, Üçüncü şəxsin vəkili Tağıyeva Şəlalə Yunan qızının iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: x2) “daşınmaz əmlakın texniki pasportunda düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 fevral tarixli 21(107)-38/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək adına hazırlanmış texniki pasportda göstərilən torpaq sahəsinin planında düzəliş olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 21 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin fiziki sərhəd daxilində yerləşməsi müəyyən edilmişdir. Fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyata alınarkən torpaq sahəsinin konfiqurasiyasına uyğun tərtib edilmiş, texniki pasportda öz əksini tapmışdır. Bundan əlavə, həyətyanı torpaq sahəsinin planının ilkin vəziyyətə tərtib edilmiş texniki pasportdakı plana uyğun hazırlanması mümkün deyildir. İddiaçı 2018-ci il 15 avqust tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək adına hazırlanmış ********** qeydiyyat nömrəli 2015-ci il 18 iyun tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş **********93-10301 reyestr nömrəli texniki pasportun “verilən torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək sərhədlərin ilkin mövcud vəziyyətə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək adına hazırlanmış ********** qeydiyyat nömrəli 2015-ci il 18 iyun tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş **********93 re yestr nömrəli texniki pasportun “verilən torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək sərhədlərin ilkin mövcud vəziyyətə uyğunlaşdırılması və x3 adına hazırlanmış 2015-ci il 18 iyun tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Ağdaş rayonunun Xosrov kəndində ona məxsus 0.13 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında adına qeydə alınmış və bu barədə ona 2015-ci il 18 iyun tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yaşayış evinin texniki pasportu və torpaq sahəsini planı işlənərək verilmişdir. Həmin torpaq sahəsini və üzərində yerləşən yaşayış evini özgəninkiləşdirmək üçün notariat kontoruna müraciət edən zaman ona məlum olmuşdur ki, torpaq sahəsinin planında yaşayış evinin arxa tərəfində tikdirdiyi yardımçı tikili olan talvar mülkiyyətində yox, faktiki istifadəsində olan 0.1937 hektar torpaq sahəsində göstərilmişdir. Yardımçı tikili yerləşən ərazinin uzunluğu çöl divar tərəfdən yaşayış evindən üçüncü şəxsin hazırda yaşadığı həyətyanı torpaq sahəsi ilə sərhədə qədər 15 metr olmuşdur. Lakin yeni işlənmiş texniki pasportda həmin məsafə cəmi 7 metr göstərilmiş və həmin ərazi də iddiaçının mülkiyyətində yox, istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, üçüncü şəxs onun və ailə üzvlərin in Rusiya Federasiyasında yaşamağından istifadə edərək islahat zamanı ölçmə işləri aparılan zaman onunla ara sərhədini 8 metr iddiaçının evinə sarı çəkərək həmin ərazidə tövlə tikmişdir. Halbuki, 1989cu il noyabr tarixdə 231 inventar nömrəsi ilə iddiaçının adına qeydə alınmış fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda onun evinin arxa divarından qonşu ilə sərhədə kimi 15 metr məsafə olmuşdur. Torpaq sahəmin texniki göstəriciləri (koordinat nöqtələri) düzgün müəyyən edilməməsindən istifadə edən üçüncü şəxs tövləsini demək olar ki, iddiaçının talvarının, hazırda yaşayış otağının 2 metrliyində tikdirmişdir. Bütün bunlar 1989-cü ilin noyabr ayında adına verilmiş ilkin texniki pasportda öz əksini tapmışdır. Lakin torpaq sahəsi və yaşayış evi tam mülkiyyət hüququ üzrə id diaçının adına qeydə alınan zaman torpaq sahəsinin planında texniki səhvə yol verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 oktyabr tarixli 2-1(84)-1459/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının adına hazırlanmış ********** qeydiyyat nömrəli 2015-ci il 18 iyun tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş **********93 reyestr nömrəli texniki pasportun “verilən torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək torpaq sahəsinin koordinatlarının noyabr 1989-cu il tarixli, 231 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda öz əksini tapmış koordinatlara uyğunlaşdırılması və 1989-cu il noyabr tarixli, 231 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu ilə üst-üstə düşən hissədə x3 adına hazırlanmış 2015-ci il 18 iyun tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları hazırda adına hazırlanmış hüquqmüəyyənedici və texniki sənədlərdəki koordinatlarla uyğunluq təşkil etmir. Faktiki koordinatlarda yerləşən torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən x3 mülkiyyətində olan torpaq sahəsinin tərkibinə salınmış, nəticədə x3 adına hazırlanmış 2015-ci il 18 iyun tarixli, RX seriyalı ******* nömrəli çıxarışı n əlavəsi olan texniki pasporta daxil edilmişdir. Mübahisə predmeti olan torpaq sahələri ilə bağlı tərtib edilmiş texniki pasportlar cavabdehin özünün səhvi nəticəsində mövcud olan ilkin sənədlərə uyğun hazırlanmamış və inzibati orqan özünün səhvləri aradan qaldırmaz əvəzinə iddiaçının müraciətindən imtina etmişdir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 fevral tarixli 2-1(107)-38/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,üçüncü şəxsin anası x3 mə xsus JN seriyalı 238F KOD 90317018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” həmin dövrdə mövcud olmuş və müvafiq inzibati funksiyaları yerinə yetirmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Şəhadətnamə ləğv edilməmiş və ya etibarsız hesab olunmamış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 19 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 12 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş üzrə məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsi qərara alınmış, lakin yerində baxış məhkəmə tərəfindən yox, cavabdeh tərəfindən keçirilmişdir. Məhkəmə işin həqiqi hallarını nəzərə almayaraq iddiaçının mərhum anası və qardaşının adına verilmiş şəhadətnamə ləğv edilmədiyini və həmin şəhadətnamənin mötəbərliyi şübhə doğurmadığını əsas göstərərək qanunsuz qərar qəbul etmişdir. Halbuki, həmin şəhadətnamədə mübahisə predmeti olan tövlə və onun konkret olaraq hansı ərazidə yerləşməsi ümumiyyətlə göstərilməmişdir. Üçüncü şəxs isə həmin halların islahata qədər mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qərar qəbul edərkən “Torpaq islahatı haqqında” Qanunun 9, 10 və 13-cü maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanının, Azərbaycan Respublikası nın Torpaq Məcəlləsinin 64-cü maddəsinin 5-ci bəndinin, “İnzibati icraat haqqında” Qanunun 24 və 61-ci maddələrinin və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 49, 58, 59.1, 62 və 68-ci maddələrinin tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 4 noyabr tarixli, 4 saylı Qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırma hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı və 71-ci maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və konsti tusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Üçüncü şəxs və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İP M-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 fevral tarixli, 21 nömrəli Qərarı ilə üçüncü şəxs x2 mərhum anası x3 mülkiyyətinə 0,25 ha torpaq sahəsi verilmiş, adına JN seriyalı 238F KOD 90317018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Şəhadətnamə hər hansı orqan tərəfindən ləğv edilməmiş və ya hər hansı digər səbəbə g örə qüvvəsini itirməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0, 8.0.5-ci maddələrinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Ağdaş Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsi üzərində x3 mülkiyyət hüquqları 2015-ci il 18 iyun tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, hər iki fərdi yaşayış evinə dair texniki pasport “Torpağın mülkiyyətə verilməsinə dair” JN-237F, kod 90317018 saylı və JN-238F, kod 90317018 saylı şəhadətnamələrdə əks olunan torpaq sahəsinin sərhədlərinin ölçülərinin planı əsasında tərtib olunmuş, həyətyanı torpaq sahələrində mövcud bələdiyyə mülkiyyəti olan zəbt torpaq sahələri şəhadətnamələrdə göstərildiyi kimi müəyy ən olunmuş və hər iki texniki pasportda müvafiq qeydiyyat aparılmışdır. x3 məxsus olan həyətyanı torpaq sahəsində 0,00661 ha, iddiaçı x1 məxsus həyətyanı torpaq sahəsində isə 0,1937 ha zəbt torpaq sahələri mövcuddur. Ləğv olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş idarənin elektron xəritə bazasında həyətyanı torpaq sahələri arasında məsafə göstərilməsinə baxmayaraq, faktiki olaraq onların aralarında heç bir məsafə mövcud deyildir. Tövlənin divarı hər iki həyətyanı torpaq sahəsini bir-birindən ayıran fiziki sərhəddir. Bütün texniki sənədlərdə torpaq sahəsinin planı mövcud vəziyyətə uyğun olmayıb müxtəlif konfiqurasiyalara malik olduğu üçün hüquqmüəyyənedici sənədlərə - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsaslanaraq hər iki texniki pasport tərtib olunmuşdur. Göründüyü kimi, inzibati orqan daşınmaz əmlaka (hazırkı halda, torpaq sahələrinə) hüquqların qeydiyyatı üçün əsas hesab olunan və qüvvədə olan hüquqmüəyyənedici sənədlərə - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsaslanmışdır. Belə olan halda, iddiaçının həmin sənədlərdə təsbit olunmuş hüquqlarının cavabdeh tərəfindən pozulmadığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 fevral tarixli 2-1(107)-38/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar