Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1640/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət vəsaiti hesabına vəkillə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.12.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “protokollarda, siyahılarda adının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1649/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "protokollarda, siyahılarda adının bərpa edilməsi" barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10509/2021 nömrəli, 30 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış hazırkı tələblə bağlı ərizənin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışd ır. Bununla da iddianın mümkünlük şərtinə əməl edilmədən qaldırıldığı müəyyən edilmişdir. Ona görə də iddia mümkün sayılmamalıdır.
4. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1649/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadından kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1649/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
9. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini və dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayətində buraxılmış prosessual müddətin bərpa edilməsini və iş üzrə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Pr osessual Məcəllə Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. 13. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Maddə
20. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndi rilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.
14. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdı rmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı i nstansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vəkillə təmin olunması ilə bağlı məs ələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Yuxarıda istinad olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda, işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. İşdə iştirak edə n vəkil tərəfindən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardım məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.
23. Hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər.
24. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından iddiaçıya münasibətdə yuxarıda qeyd olunan tələblərin ödənildiyi görünmür. İddiaçı tərəfindən də onun həmin tələblərə cavab verdiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Başqa sözlə, iddiaçının maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkan ına malik olmadığı iş üzrə materiallarla təsdiq olunmur.
25. Bundan başqa, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından dövlət hesabına vəkillə təmin olunması barədə müraciət etmiş İddiaçı davamlı olaraq məhkəmələrdə iddialar qaldırdığı və bu hüquqdan sui-istifadə etdiyi görünür. Belə ki, hazırkı iddiaçının qaldırdığı eyni mübahisə ilə bağlı 10-dan artıq iddia tələbi üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadlarından şikayətlərə hakim Aida Hüseynin sədrliyi ilə baxılaraq hamısı qüvvədə saxlanılmış, həmin qərardadlardan kassasiya şikayətlərinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizələri təmin edilmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında i ddiaçının təkcə inzibati məhkəmə icraatı qaydasında baxılmış və baxılan iddialarının sayı əllidən yuxarıdır. 26. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, şəxs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
27. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalarda təsbit olunmuş dövlət vəsaiti hesabına hüquqi yardımla təmin olunmaq imkanının mövcudluğu hüquqdan sui-istifadəyə haqq qazandıran hal kimi qiymətləndirilə və şəxsin hər bir halda vəkillə təmin olunması anlamında təfsir oluna bilməz.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı sayılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiy a məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 21(103)-1649/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.