Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1640/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilm əsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-84/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1981-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan gö ründüyü kimi, iddiaçının xx.xx.2006-ci il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 8 ay 22 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1981ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək)) təşkil edir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinə və “Vətəndaşların pensiy a təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı xx.xx.2020-ci il tarixdən (57 yaşdan) təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, onun 1979-cu ilin iyun ayından hal-hazıradək ümumilikdə 42 il əmək stajı vardır. Belə ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1989-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Əli Bayramlı DRES”-də ("xxxx" MMC və indiki "xxxx" MMC) qazan-turbin üzrə maşin ist və xx.xx.2019-cu il tarixdən hal-hazıradək isə "xxxx" ASC-nin "xxxx" MMC-də sahil nasosxana qurğularının istismarı sahəsində qazan-turbin üzrə maşinist vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, onun xx.xx.2020-ci il tarixdə 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun xx.xx.2006-cı il tarixədək iş stajının 25 ildən az olduğu əsas gətirilərək ona imtina cavabı verilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında imtinasındakı dəlili göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli Siyahısına istinadən müəssisə tərəfindən təqdim edilmiş arayış əsasında öz təsdiqini tapır. İddiaçı tərəfindən yalnız xx.xx.2020-ci il tarixli, 13-KŞ nömrəli arayış təqdim edilmişdir ki, bu arayış onun xx.xx.2019-cu il tarixdən əmək şəraiti ağır və zərərli işlərdə işlədiyini təsdiq edir. Göründüyü kimi, qanunla tələb olunan şərtlər ödənilmir. Qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2501/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək kitabçasına əsasən əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixdən başlamış və xx.xx.2006-cı il tarixədək ali təhsil almış, hər bi xidmətdə olmuş və ayrı-ayrı müəssisələrdə çalışmışdır. Lakin əmək kitabçasının surətindən məlum olur ki, həmin müddət ərzində onun fəaliyyətində fasilələr də mövcud olmuşdur. Belə ki, iddiaçı xx.xx.1983-cü il tarixdə hərbi xidmətdən qayıtmış və ondan 3 ay sonra, yəni xx.xx.1984-cü il tarixdə işə qəbul olmuşdur. Bundan başqa, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, yəni 1 ay 2 gün hər hansı təşkilatda işləməmişdir. Eləcə də, iddiaçı xx.xx.1989-cu il tarixdə işdən azad olunmuş, digər vəzifəyə 1 ay 11 gün sonra, yəni həmin ilin 26 sentyabr tarixində qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan 25 il 3 ay 6 gün müddətin ən azı 5 ay 13 gün hissəsində iddiaçı əmək fəaliyyəti ilə məşğul olmamış, eləcə də bu, onun təhsil və ya hərbi xidmət dövrünə təsadüf etmir. Ümumilikdə, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 24 il 8 ay 22 gün iş stajı toplanmış olur. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə münasibətdə isə, iddiaçının 57 yaşı xx.xx.2020-ci il tarixdə, yəni xx.xx.2017-ci il tarixdən sonra tamam olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 57 yaş deyil, 60 yaşın tamam olması tələb olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının müraciət etdiyi vaxt, yəni 2021-ci ilin aprel ayında nə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, nə də həmin Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, cavabdehin imtinası qanuna zidd sayıla bilməz. Odur ki, iddiaçının “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikinci tələbi, yəni “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edi lməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-84/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2501/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Hacıqabul Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli arxiv arayışından və apellyasiya baxışı zamanı təqdim olunmuş Hacıqabul Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 70 nömrəli məktubundan və əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı 1979-cu və 1980-ci illərdə “1 May” kolxozunda işləmiş və əmək haqqı almışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, “cavabdehin əməkdaşları gələndə şəxsən özü İddiaçı məxsus məlumatları təqdim etmiş, lakin məhkəmədən məktub gələrkən idarədə işləyən başqa əməkdaş səhvən Cəfərova soyadında olan şəxsin məlumatlarını təqdim etmişdir. Bundan əlavə, kolxoz və sovxoza məxsus kitabların çoxunda qaralamalar mövcuddur. Arxiv olaraq onlar həmin kitablara heç bir düzəliş edə bilməzlər.” Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasın ın yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirilməsinə münasibətdə qeyd edilməlidir ki, Hacıqabul rayon Dövlət Arxiv İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 47 nömrəli arayışın məlumatları nəzərə alınmaqla minimum əmək iştirakı norması 1979-1980-ci illərdə 240 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1979-cu ildə 81 gün, 1980-ci ildə 69 gün işləmişdir. Beləliklə, iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Belə ki, iddiaçının 1979-cu ildə 81 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 81x12=972/240=4 ay, 1979-cu ildə 69 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 69x12=828/240=3 ay 4 gün. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçı 19791980-ci illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 7 ay 4 gün iş stajına malik olmuşdur. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normaları nəzərə almaqla kollegiya hesab edir k i, hazırkı iş üzrə mübahisəli məsələ 1979-1980-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə kolxozda işlədiyi Hacıqabul rayon Dövlət Arxivinin arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, iş materiallarında olan hərbi biletin, əmək kitabçasının və arxiv arayışından göründüyü kimi xx.xx.2006-cı ilədək iddiaçının 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur.
11. İddiaçının güzəştli iş stajına münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 102/02-01-9 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də Qazan-turbin sexində “blok maşini stliyi öyrənən”, “qazan üzrə maşinist”, “ turbin üzrə maşinist”, “blok maşinisti”, “böyük maşinist” işləmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 13, 14, 23, 34-cü xanalarında qeyd edildiyi kimi həmin vəzifələrdə işləyənlər güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Xİİİ. Elektrik stansiy aları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində 2140000a—13931 kodu ilə “turbin avadanlığı üzrə nəzarətçi maşinistlər”, 2140000a—13971 kodu ilə “buxar turbinlərinin maşinistləri”, 2140000a—15416 kodu ilə “odadavamlı materialla işləyənlər” nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajı tamam olduğundan ona 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cav abdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 102/02-01-26 nömrəli arayışa münasibətdə qeyd edilməlidir ki, iddiaçı "xxxx" MMC-də işlədiyini iddia etdiyi halda, həmin arayış "xxxx" MMCnin möhürü və həmin müəssisənin rəhbərinin imzası ilə təsdiq olunduğu halda, arayış "xxxx" MMC-nin blankında tərtib olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən ziddiyyətləri araşdırmamış, bu məqsədlə sözügedən müəssisələrə müvafiq sorğular göndərməmişdir. Bu hallar barədə cavabdehin apellyasiya şikayətinə etirazında qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verməmişdir.
14. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışının saxtalaşdırılmasına kifayət qədər əsaslı şübhələr olduğundan cavabdeh tə rəfindən həmin faktın araşdırılması barədə xüsusi qərardad qəbul edilməsinə dair verilmiş yazılı vəsatətə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişidir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələri ni) və faktları (faktiki halları) da nəzərə alır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırı lmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə ha qlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Hacıqabul Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli arxiv arayışına və apellyasiya baxışı zamanı təqdim olunmuş Hacıqabul Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 70 nömrəli məktubuna və kolxozun əmək haqqı cədvəllərinə istinad edərək qeyd etmişdir ki, iddiaçı 1979-1980-ci illərdə “1 May” kolxozunda işləyib əmək haqqı almış və faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində iddiaçı həmin kolxozda ümumi olaraq 7 ay 4 gün iş stajına malik olmuş, beləliklə də xx.xx.2006-cı ilədək iddiaçının 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
22. İşdən görünür ki, Hacıqabul Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 70 nömrəli məktubunda sözügedən kolxozun 1 979-cu ilə aid “Cəfərova” soyadında olan şəxsin məlumatlarını əks etdirən əmək haqqı cədvəlinin təsdiq edilmiş surəti əlavə edilmişdir. Həmin cədvəlin 21-ci sırasında “Cəfərova” qadın soyadından sonra “Faiq” adında düzəliş edilmişdir.
23. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının 1979-1980-ci illərdə sözügedən kolxozda işlədiyini iddia etdiyi dövrlə bağlı aparılmış yoxlama aktı məhkəməyə təqdim edilmiş, həmin aktda 1979 və 1980-ci illər üzrə müvafiq əmək haqqı cədvəllərindəki “İddiaçı” adlı şəxs barəsindəki məlumatlarda qaralamalar olduğu qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən ziddiyyətli məqama münasibət bildirməmiş, bununla bağlı lazımi qaydada araşdırma aparmamış, 16 mart 2023-cü il tarixli məhkəmə iclas protokolunda müvafiq əmək haqqı cədvəllərinə dair kitab a baxış keçirildiyi qeyd edilsə də, həmin baxış nəticəsində məhkəmənin nəyi müəyyən etdiyi istər məhkəmə iclasının protokolunda, istərsə də məhkəmə qərarında öz əksini tapmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin 16 mart 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X1 həqiqətən də Hacıqabul Rayon Dövlət Arxivinin əməkdaşı olduğunu təsdiq edən hər hansı sənəd (əmək müqaviləsi bildirişi və ya xidməti vəsiqə və s.) iş materiallarına əlavə edilməmişdir.
25. Bundan başqa, cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçı "xxxx" MMC-də işlədiyini iddia etdiyi halda, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 102/02-01-26 nömrəli arayış "xxxx" MMC-nin möhürü və həmin müəssisənin rəhbərinin imzası ilə təsdiq olunduğu halda, "xxxx" MMC-nin blankında tərtib olunmuşdur. Apellyasiya şikayətinə cavabdehin etirazında bu hallar qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verməmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı ziddiyyətlərin məhz hansı sübutlarla aradan qaldırıldığını və ya cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalı dır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
29. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 21(103)-84/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.