Məhkəmə qərarları › İş №2-1(102)-1640/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1640/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1640/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə (üçüncü şəxs Bakı Metropolitenində Polis İdarəsi) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə (üçüncü şəxs Bakı Metropolitenində Polis İdarəsi) qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(103)233/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğvi və işə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 25 aprel 2024-cü il tarixli 21(112)-1344/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 12 fevral 2025-ci il tarixli 2-1(103)-233/2025 nömrəli qərarda dı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 17 fevral 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə də iddiaçının nümayəndəsi və vəkilinə elektron kabinet vasitəsilə çatdırılmışdır.

5. İddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) 27 fevral 2025-ci il tarixdə qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləc ə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müdd əti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın m ümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

7. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.

8. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

9. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

11. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 17 fevral 2025-ci il tarixdə Elektron Məh kəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, başqa sözlə, həmin tarixdə də iddiaçının nümayəndəsi və vəkilinə elektron kabinet vasitəsilə (rəsmi qaydada) çatdırılmışdır. Qərardaddan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət 26 fevral 2025-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı (nümayəndəsi və vəkili) həmin qərardaddan kassasiya şikayətini 27 fevral 2025-ci il tarixdə təqdim etmişdir.

12. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 gün müddətin iddiaçı tərəfindən ötürüldüyü mübahisəsizdir.

13. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən proses işt irakçılarına (o cümlədən, tələbkara) inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair İzah göndərilmişdir. Həmin izahda kassasiya şikayəti verilməsinə dair qanunun tələbləri aydın şəkildə icraat iştirakçılarının, o cümlədən hazırkı iddiaçının (kassatorun) diqqətinə çatdırılsa da, yuxarıda qeyd edildiyi kimi şikayət vaxtında verilməmişdir.

14. Beləliklə də, iddiaçının hazırkı şikayəti İPM-də kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən, həmin şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 21(103)-233/2025 nömrəli qərardadından iddiaçı tərə findən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar