Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1641/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyası, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər:Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Şəki Apellasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-161/2019 saylı iş üzrə 14 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 10 oktyabr 2017-ci ildə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi "Ümumi xəstəlik" göstərilmiş, diaqnoz kimi isə qan-damar sisteminin digər anadangəlmə inkişaf qüsurları olduğu təsdiq edilmişdir. İddiaçının bildirdiyinə görə anası X1 qızı 03.05.2 010cu il tarixdə vəfat edənə qədər o, ailəsi ilə birgə yaşamış və onların himayəsində olmuşdur. İddiaçı anasının ölümü ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə müraciət etmiş, cavabdeh isə özünün 430 saylı, 22 dekabr 2017-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçının əlilliyi 40 yaşından sonra müəyyən edilmiş, əlilliyin səbəbi isə ümumi xəstəlik kimi qeyd edilmişdir. Odur ki, əlilliyin səbəbi uşaqlıqdan qeyd edilmədiyindən və əllilik 18 yaşından müəyyən edildiyindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 01 oktyabr 2017-ci il tarixdən aidə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əlilliklə bağlı forma-arayışdan da göründüyü kimi o, anadangəlmə inkişaf qüsurludur, bu xəstəlik onda uşaqlıqdan vardır. Əlliliyi uşaqlıqdan yarandığı üçün qanunvericiliyə əsasən anasının vəfatı ilə əlaqədar ailə başçısını iti rməyə görə əmək pensiyası almalıdır. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında yenə də iddiaçının əlilliyinin 18 yaşına çatanadək müəyyən edilmədiyini, eləcə də onun əlilliyinin uşaqlıqdan qeyd edilmədiyini nəzərə almaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə uyğun olmadığını nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-222/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qərarı (hakim – V.K.Qasımov) ilə iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-161/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – R.R.Rəfiyev, hakimlər – G.Q.Abbasov və M.R.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-222/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında müayinəsinə dair sənəddən görünür ki, 10.10.2017-ci ildə ona ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi Ümumi xəstəlik, diaqnoz kimi Qan-damar sisteminin digər anadangəlmə inkişaf qüsurları göstərilmişdir. Qanunvericiliyə əsasən əlilliyin müəyyən o lunması Tibbi Sosial Ekspert Komissiyalarının səlahiyyətinə aiddir. İkinci dərəcə əlillik travma, xəstəlik və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması hallarında təyin edilir. Ailə başçısını itirməyə görə pensiya almaq hüququ vəfat etmiş şəxsin o uşaqlarına məxsusdur ki, onların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək müəyyən olunmuş olsun və onlar 18 yaşından sonra əlillik dərəcəsi almış olsunlar. Tibbi sənədlərdə iddiaçının anadangəlmə kəskin debil olduğu qeyd olunmuşdur. Əlillik dərəcəsini təyin edən orqan olan tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışından göründüyü kimi əlilliyin səbəbi "anadangəlmə" sözləri ilə ifadə olunmuşdur. Deməli, iddiaçıya əlillik dərəcəsinin verilmə səbəbi onun sağlamlığında uşaq (anadangəlmə) vaxtl arında yaranmış pozuntularla bağlıdır və onun sağlamlıq imkanlarının məhdudluğu faktı doğulduğu andan mövcuddur. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanla rının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Qanunvericiliyin qeyd edilən müddəasından göründüyü kimi, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 1 8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Buna görə, iddiaçıya ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilə bilməsi üçün onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmalıdır. Çünki işin hallarından göründüyü kimi iddiaçıya əllilik 18 yaşından sonra (40 yaşından sonra) təyin edilmişdir. Bu halda, müəyyən edilməli məsələ ondan ibarətdir ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs qismində qəbul edilə bilərmi? Bununla bağlı olaraq iddiaçının mövqeyi ondan ibarətdir ki, o, anadangəlmə inkişaf qüsurludur, bu xəstəlik onda uşaqlıqdan vardır. Əlillik dərəcəsini təyin edən orqan olan tibbi sosial ekspe rt komissiyasının müayinə aktının çıxarışından göründüyü kimi əlilliyin səbəbi "anadangəlmə" sözləri ilə ifadə olunmuşdur. Deməli, iddiaçıya əlillik dərəcəsinin verilmə səbəbi onun sağlamlığında uşaq (anadangəlmə) vaxtlarında yaranmış pozuntularla bağlıdır və onun sağlamlıq imkanlarının məhdudluğu faktı doğulduğu andan mövcuddur. Cavabdehin mövqeyinə görə isə iddiaçının əlilliyi 40 yaşından sonra müəyyən edilmiş, əlilliyin səbəbi isə ümumi xəstəlik kimi qeyd edilmişdir. Odur ki, əlilliyin səbəbi uşaqlıqdan qeyd edilmədiyindən və əllilik 18 yaşından müəyyən edildiyindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İşin halllarından görünür ki, tərəflər arasındakı mübahisəli məsələnin məhkəmələr tərəfindən araşdırılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıda aşkar edilmiş "Qan-damar sisteminin digər anadangəlmə inkişaf qüsurları" xəstəliyinin onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğuna səbəb olub-olmamasının müəyyənləşdirilməsi üçün 20.02.2018-ci tarixli və 02.10.2018-ci il tarixli qərardadlarla məhkəmə tibbi ekspertizası təyin edərək ekspertizаnın аpаrılmаsını müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinə və həmin Xidmətin 17 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına həvаlə etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 24.07.2018-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, id diaçıda olan "qan-damar sisteminin digər anadangəlmə inkişaf qüsurları" xəstəliyinin 18 yaşına kimi sağlamlıq imkanı məhdudluğuna səbəb olması barədə təsdiq edici sənədlər olmadığına görə hər hansı fikir söyləmək mümkün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 17 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 26.11.2018-ci il tarixli 96 nömrəli məktubunda ekspertizanın aparılmasının 17 saylı TSEK-in səlahiyyəti daxilində olmadığı qeyd edilmişdir. Balakən Mərkəzi Rayon Xəstəxanasının 22.08.2018-ci il tarixli, 91 nömrəli məktubunda isə göstərilmişdir ki, İddiaçı 22 iyun 2015-ciil tarixdən xəstəxanada dispanser qeydiyyatdadır. Xəstənin uşaqlıqdan xəstə olması haqda heç bir ambulator və stasion ar qeydiyyat yoxdur. Ona "qan-damar sisteminin digər anadangəlmə inkişaf qüsurları" xəstəliyi ilə 18 yaşına çatanadək əlillik təyin olunmayıb, təqaüd almayıb. Qan-damar sisteminin digər anadangəlmə inkişaf qüsurları 18 yaşdan sonra əlillik yaradan xəstəlik əmələ gətirə bilər. Kollegiya hesab edir ki, məhkəmələrin iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmadığı nəticəsinə gəlmələri əsaslı olmuşdur. Belə ki, məhkəmələrin bu qənatə gəlməsi işdəki sübutlara əsaslanır və həmin sübutlardan irəli gələn nəticələrlə uyğunluq təşkil edir. Kollegiya həmçinin hesab edir ki, məhkəmələr hazırkı iş üzrə mübahisəli məsələnin aydınlaşdırılması üçün İPM-in 12 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq xidməti vəzifələrinin tələb etdiyi qaydada və işin tələb etdiyi həcmdə zəruri araşdırmanın aparılmasını, eləcə də sübutların toplanılmasını və qiymətləndirilməsini həyata keçirmişlər. Nəhayət, iddiaçının özü də şifahi qaydada bildirdiklərindən başqa, iddiasının haqlılığını dəstəkləyəcək hər hansı digər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-161/2019 saylı iş üzrə 14 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1641/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1641/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver