Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1641/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “diplom üzrə verilən ixtisasın tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 21(103)-19/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 22 iyul 2016-cı il tarixli, 100505 ******* nömrəli diplomun surətinə əsasən, iddiaçıya hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Sözügedən diplom Dövlət İmtahan Komissiyasının sədri T.Q.Abduləzizov və Təhsil Müəssisəsinin rəhbəri M.X.Pabadanov tərəfindən imzalanmış, universitetin möhürü ilə təsdiq olunmuş, habelə xx.xx.2017-ci il tarixdə Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən apostil edilmişdir.
2. İddiaçı cavabdehə elektron qaydada xx.xx.2017-ci il tarixdə müraciət edərək sözügedən diplo m üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2018-ci il tarixli, 23-04-606/ANİ nömrəli cavab məktubunda bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş, qeyd edilən əsasla diplomun tanınması mümkün hesab olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 8 oktyabr 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin 25 iyu n 2016-cı il tarixli, 100505 ******* nömrəli diplom üzrə ona verilən ixtisasın tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və xx.xx.2016-cı il tarixdə ona diplom verilmişdir. Diplom üzrə ixtisasının tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsə də, 06 iyul 2018-ci il tarixli məktubla rus dilini yaxşı bilməməsi əsası ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubu poçt vasitəsilə ona xx.xx.2018-ci il tarixdə təqqdim olunmuşdur. Qeyd etmişdir ki, diploma təhsil aldığı dövrdə imtahanlardan aldığı qiymət cədvəli əlavə olunmuş və diplom Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən apostil möhürü ilə təsdiqlənmişdir. İddia tələbinin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 42-ci, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü, 29-cu maddələrinə, İPMin 2.2.2-ci, 45-ci, 46-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 4.2-ci bəndinə istinad etmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, ekspert rəyinə əsasən komissiya tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə si səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. 7. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Təhsil qanunvericiliyinin müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: (Qanunun 11.1-ci maddəsi) təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və barəbər imkanlı olmasını təmin etmək, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalar yiyələnmək, informnasiya axımında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir.
8. Qeyd edilənlərdən göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə əsasən müəyyən edilən bir anlayışdır.
9. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə Komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ bölməsinin 1.2-ci maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, onun (iddiaçının) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq, RF Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçının adına verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunan Konvensiyanın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan əriz əçinin spesifik fənn barədə ətraflı biliklərini, spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi araşdırma, analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətlərinə malikdir. Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4363/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya Rusiya Federasiyanın Mahaçqala şəhərində yerləşən Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 22 iyul 2016-cı il tarixli, 100505 ******* nömrəli diplom üzr ə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən iddiaçıya X2 verdiyi diploma apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır.
12. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsi nə zərurət olmamışdır.
13. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasların dairəsini konkret müəyyən etmişdir və onlardan biri də mənfi “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş Qayların 3.7-ci bəndində “konkret şəkildə” nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir.
14. Cavabdehin imtina üçün gətirdiyi yalnız bir dəlil mövcuddur ki, o da iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmamasıdır. Halbuki, iddiaçıya münasibətdə bu xüsusatın yoxlanılması hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aiddir. Nəzərıə alınmalıdır ki, iddiaçı həmin mərhələni artıq təhsil aldığı həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın dəlili əsaslı sayıla bilməz.
15. Bundan başqa, məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən qeyd etmişdir ki, iddia ərizəsində diplomun tarixinin “22 iyul 2016-cı il” əvəzinə “25 iyun 2016-cı il” göstərilməsini formal xəta kimi qiymətləndirir. İddiaçıya müvafiq ixtisas dərəcəsi Dövlət Komissiyası tərtəfindən 25 iyun 2016-cı il tarixdə, diplom isə 22 iyul 2016-cı il tarixdə verilmişdir.
16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1701/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçının təhsil haqqında diplomun ölkə ərazisində tanınması və bu barədə müvafiq şəhadətnamənin verilməsinə dair ərizəsinə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yenidən baxılması üçün 3 (üç) ay müddət təyin edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibat Kollegiyasının 2-1(103)-1701/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)-19/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /məruzəçi və sədrlik edən/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4363/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Na zirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunluğunun yoxlanılması məqsədilə onun tədris dili üzrə biliklərinin obyektiv şəkildə qiymətləndirilməsi istiqamətində müvafiq addımların atılmasına, iddiaçıya dəfələrlə elektron bildirişlərin (şikayətə əlavə olunur) göndərilməsinə baxmayaraq, iddiaçı inzibati icraatda iştirak etməmiş, iştirakını təmin etməməsi ilə bağlı cavabdeh orqana hər hansı bir sənəd təqdim etməmişdir. Lakin məhkəmə hansı səbəbdən iddiaçının müsahibədə iştirakdan yayınması məsələsini, tədris standartlarına dair uyğunluğu və eləcə də onun tədris dili üzrə biliklərinin qiymətləndirilməsinin mümkünsüzlüyü barədə araşdırma aparmadan qərar qəbul etmişdir.
23. Bundan başqa, məhkəmə videomüsahibənin yazısına dair məsələyə münasibət bildirməmiş, cavabdeh tərəfindən hər hansı bir ekspert rəyinin təqdim edilməməsini nəzərə almamış, mütəxəssis rəyi almadan özü iddiaçının dil biliklərinə qiymət vermiş, bununla da işin hallarının hərtərəfli araşdırması prinsipini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağ a borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma p rinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. Yuxarıda istinad olunan normalarda təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar m əhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının tədris dili üzrə biliklərinin obyektiv şəkildə qiymətləndirilməsinə, o cümlədən bununla bağlı faktların və digər mübahisəli faktiki halların müəyyən edilməsinə yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qəna əti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
31. Belə ki, mübahisəyə dair iş üzrə materiallara əlavə edilmiş audio-video yazı məhkəmə kollegiyası tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, həmin yazı natamam olduğundan və zaman baxımından həddindən artıq qısa müddəti əhatə etdiyindən keçirilmiş müsahibəni ətraflı şəkildə izləmək və iddiaçının dil bacarıqlarını obyektiv qiymətləndirmək mümkün deyildir. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və sübutlar ı onlar tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirməyə borcludur. Məhkəmə qərarı belə araşdırmanın və qiymətləndirmənin nəticələri əsasında qəbul edilməlidir. Həmçinin bunun qəbul ediləcək qərara birbaşa və həlledici təsir göstərən hal olduğu da nəzərə alınmalıdır.
32. Bu mənada apellyasiya məhkəməsi tərəfindən iddiaçının tədris dilini bilmə səviyyəsinin müəyyən olunması istiqamətində bununla bağlı şübhələri aradan qaldıra biləcək prosessual hərəkətlər həyata keçirilməli, o cümlədən Ali Məhkəmənin analoji işlər üzrə hüquqi mövqeyinə uyğun olaraq müvafiq mütəxəssisə müraciət olunmalı və tədris dili üzrə biliklərin obyektiv qiymətləndirilməsini təmin edəcək səviyyədə araşdırma aparılmalıdır. Məhkəmə tərəfindən iddiaçının dil bacarıqlarının aidiyyəti mütəxəssislər tərəfindən yoxlanı lması, eləcə həmin yoxlama prosedurunun müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi-protokollaşdırılması və audio-video yazısının çəkilərək məhkəməyə təqdim olunması təmin olunmalıdır. Nəzərə almaq lazımdır ki, dilbilmə səviyyəsi təhsilin məzmunu və tədris olunan fənlərin mənimsənilməsi ilə birbaşa bağlıdır.
33. Bundan başqa, həm də nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığına əsasən qərar qəbul etdiyi hallarda, məhkəmələr xüsusilə həmin qiymətləndirmənin aparılması qaydalarını, standartlarını, kriteriyaları və bununla bağlı inzibati praktikanı yoxlamalı və bunun üzərindən qiymətləndirmə azadlığı əsasında qəbul edilmiş qərarlara qiymət verməlidirlər.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiy yət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamış, sübutlar tam və hərtərəfli araşdırılmamışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, bu baxımdan kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-19/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarı ləğv edil ir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.