Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1642/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Qafarov Rəşad Xudaverdi oğlunun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və həmin Xidmətin Ucar rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 04.06.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı Qafarov Rəşad Xudaverdi oğlu və vəkili Vəkil, cavabdeh Komitənin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, İddiaçı Qafarov Rəşad Xudaverdi oğlunun cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və həmin Xidmətin Ucar rayon şöbəsinə qarşı hərbi xidmətə çağırışdan azad edilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Qafarov Rəşad Xudaverdi oğlu cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçını müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim K.Vəliyev; iş № 2-1(84)-1282/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-ci il tarixli qərarı ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov; iş № 2-1(107)-117/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Мəhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır. Nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.02.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı R.Qafarov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Xidmətinin vəkili Z.Abasov kassasiya şikayətinin dəlillərini əsa ssız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Xidmətinin nümayəndəsi Ş.Əliyev vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxd ur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 02.12.1988-ci il tarixdə Ucar rayonu, Qaracallı kəndində anadan olmuşdur. 17.02.2004-cü il tarixdə O, cavabdeh Xidmətin Ucar rayon şöbəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. 01,02.2005-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. 21,05.2007-ci il tarixdə iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. 16.12.2009 - 27.12.2010-cu il tarixlərdə O, Rusiya Federasiyasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İşin materiallarına əlavə edilmək üçün təqdim edilmi ş iddiaçının cavabdeh Xidmətin Ucar rayon şöbəsində saxlanılan 51 nömrəli şəxsi işində olan sənədlərə görə, onun 2006-cı ilin dekabr ayında 18 yaşı tamam olmuş, iddiaçı 2007-ci ilin yanvar və aprel aylarında keçirilən çağırışlar üzrə Ucar rayon Hərbi Komissarlığı tərəfidən (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsidir) hərbi xidmətə çağırılmışdır. İddiaçı yaşayış yerində olmadığından, həmin orqan tərəfindən Ucar rayon Polis Şöbəsinə məktub ünvanlanaraq gətirilməsinin təmin edilməsi xahiş edilmişdir. Bundan sonrakı dövrlərdə də hərbi xidmətə çağırılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03.04.2014-cü il tarixli, 08/1686 nömrəli və 29.03.2017-ci il tarixli, 08/806 nömrəli məktublarında iddiaçının Azərb aycan Respublikası vətəndaşı olduğu qeyd edilmişdir. Həmin orqanın məhkəməyə ünvanlanmış 26.10.2018-ci il tarixli, 08/9987 nömrəli məktubuna görə, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət qeydə alınmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı ilk dəfə olaraq 2007-ci ilin yanvar və aprel aylarında Azərbaycan Respublikasının vətəndaşı kimi hərbi xidmətə çağırılmışdır. Həmin çağırışlar keçirilən vaxt iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmamışdır. Sonradan onun Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən azad etmir. Benlə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. “Hərbi vəzifə və hərbi xidmət h aqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağır ılırlar. İddiaçının əvvəllər vətəndaşı olduğu ölkə Rusiya Federasiyası deyil, Azərbaycan Respublikasıdır. Onun Rusiya ordusunda hərbi xidmət keçməsi Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi üçün əsas deyildir. Qeyd olunanlardan göründüyü kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsi hazırkı iddia tələbinin hüquqi əsasını təşkil etmir. İddia tələbinin hüquqi əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, həmin müddəa bir tərəfin digər tərəfdən nəyi isə tələb etməsi üçün imkan yaratmış olsun. İddiaçının dəlillərində 23.12.2011-ci il tarixdə qüvvəyə minmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər qüvvədə olan “Azərbaycan Respublikasında hə rbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilsə də, O, həmin qanunun tələbləri baxımından da 2007-ci ilin yanvar və aprel aylarında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməyə borclu olan və möhlət hüququ olmayan şəxs kimi hərbi xidmətə çağırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılmalıdır. Ona görə də, iddiaçınını həqiqi hərbi xidmətə çağırılması barədə cavabdeh Xidmətin Ucar rayon Şöbəsinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddia əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olmadığından qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.02.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qafarov Rəşad Xudaverdi oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1642/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1642/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver