Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1642/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ötürülməsi) (kassasiyanın mümkünsüzlüyü, müddətin üzürsüz səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-189/2021 nömrəli, 18 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “böyrək daşları, böyrək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xr oniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyinə görə ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsinə dair cavabdehin qərarının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 103/2020 saylı, 7 may 2020-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, iddiaçıya İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin 17.11.2016-cı il tarixli qərarı ləğv edilmişdir.
3. Məhkəmə qeyd etmişdir ki, cavabdehin 10.10.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının əlillik vəziyyəti 10.10.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini bar ədə qərar verilmişdir. Tibbi Ərazi Bölmələrini X1 Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin 13.01.2020-ci il tarixli məktubuna əsasən, iddiaçı 15.07.2016-cı il tarixdən “Böyrək daşı xəstəliyi, kalkulyoz pielonefrit, böyrək çatışmazlığı İİ mərhələ” diaqnozu ilə qeydiyyatdadır və xəstəyə imtina cavabı etibarlılıq müddəti bitmiş sənəd əsasında verilmiş və bu barədə, vətəndaşa heç bir məlumat verilməmişdir. 0276003AAEYS nömrəli göndərişə əsasən, sənədin etibarlılıq tarixi 07.11.2016-cı ildə bitmişdir. 0276003AAEWN nömrəli göndərişdən görünür ki, sənədin etibarlılıq tarixi 10.10.2016-cı ildə bitmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzəri nə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İşin hallarından müəyyən olunur ki, mübahisəli 17.11.2016-cı il tarixli qərar etibarlılıq müddəti bitmiş sənəd əsasında verilmiş və bu barədə, vətəndaşa heç bir məlumat verilməmişdir.
4. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-263/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və İ.H.Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya verilmiş göndəriş əli lliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinin tələbinə cavab verməmiş və nəticədə əlillik dərəcəsinin müəyyən edilməsini qeyri-mümkün etmişdir. İddiaçıya yenidən göndəriş verilməsi istisna edilmir və o, əlilliyin yenidən müəyyən edilməsi imkanlarından məhrum deyildir.
7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)357/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasi ya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-263/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-189/2021 saylı, 18 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: M.M.Hüseynov və G.Q.Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 103/2020 saylı, 7 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, Agentlik vaxtda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşanmış, eləcə də büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən qurum olduğu üçün büdcə çatışmamazlığı problemləri ilə qarşılaşmışdır. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin 2-1(107)-189/2021 saylı 18.05.2021-ci il qərarından kassasiya şikayəti vermək müddət üzrlü səbəblərdən ötürülmüşdür. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili vəsatətin təmin edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:
16. Azərbaycan Resp ublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
17. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
19. İş materiallarından görünür ki, Şəki Apelyasiya Məhkəməsi İnzibati Ko llegiyasının 18 may 2021-ci il tarixli, 2-1(107)-189/2021 saylı qərarı 07 iyun 2021-ci il tarixdə cavabdehə təqdim edilmiş, sonuncu isə müvafiq məhkəmə qəbzinə imza etməklə apelyasiya instansiyası məhkəməsinin qərarını qəbul etmişdir.(səh 188). Cavabdeh həmin qərardan 14.07.2021-ci il tarixdə kassasiya şikayəti vermişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Cavabdehin ərizəsində də qərarın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətinin ötürülməsi mübahisə edilmir.
20. Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ərizədə etiraf edilir və müddətin ötürülməsi səbəbinin üzürlü hesab olunması xahiş edilir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, Agentlik yaxın vaxtda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşanmış, eləcə də büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən qurum olduğu üçün büdcə çatışmamazlığı problemləri ilə qarşılaşmışdır.
21. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı saymır. Belə ki, hələ işə birinci instansiya məhkəməsində baxılarkən (bir il bundan qabaq) cavabdehin rəsmi ünvanı ünvan 1i yazışmalarda bu ünvandan istifadə edir. Bundan əlavə, həmin ünvana göndərilən bütün məktublar cavabdeh tərəfindən qəbul edilmişdir. Bu bir daha onu göstəri r ki, cavabdeh tərəfindən müddət heç bir üzürlü səbəb olmadan ötürlmüşdür. Odur ki, ərizədə qeyd edilən dəlillər müddətin buraxılmasının üzürlü səbəbi kimi qəbul edilə bilməz.
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçıya münasibətdə üzürlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 21(107)-189/2021 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.