Məhkəmə qərarları › İş №2-1(102)-1642/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1642/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1642/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar; maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-123/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cü il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2017-ci il tarixdən -xx.xx.2020-ci il tarixədək müxtəlif müəssisələrdə rəngsaz peşəsində işləmişdir.

2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, güzəştli iş stajı ilə bağlı arayışlarda rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq edilmiş maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edilməsi qeyd olunmamışdır. Həmçinin güzəştli iş stajı 12 il 6 aydan az (5 il 8 ay 23 gün (xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixinə kimi həqiqi hərbi xidmət keçmiş (2 il 6 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixinədək (3 ay 19 gün) “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj idarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək (5 il 11 ay 8 gün) “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixinədək (2 il 11 ay 13 gün) “Aztransqaz” İB-də formaçı vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixinədək (1 il 8 ay 28 gün) “Aztransqaz” İB-nin “Betonçu kooperativində formaçı vəzifəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il (8 il 8 ay) və xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinədək (3 il 7 ay 24 gün) “Rigblast Energy Service Ltd” şirkətində rəngsaz vəzifəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək (2 ay 24 gün) “X1 SƏDƏF” MMC-də rəngsaz vəzifəsində, xx.xx.2014-cü i l tarixindən xx.xx.2020-ci il tarixinədək (5 il 8 ay 23 gün) "xxxx" MMC-də rəngsaz vəzifəsində işləmişdir.

6. Beləliklə, 60 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixinə kimi ümumi iş stajı 28 il 8 ay 3 gün təşkil etmiş, həmin staj illərinin 20 il 11 ay 21 gün (12 il 6 aydan artıq) müddətini xx.xx.2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li xx.xx.2007-ci il tarixli qərarı) tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır.

7. Bununla da o, həmin Qanun un tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 60 yaşına çatdığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 8. xx.xx.2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabde hin etirazları:

9. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada müəssisə tərəfindən iddiaçıya verilmiş arayışda iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığı üçün güzəştli staj kimi nəzərə alınmadığı qeyd edilmişdir. Belə ki, “Stork Technical Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2017-ci il tarixli HR-LT-2017-013 nömrəli və eyni tarixdə verilmiş HR-LT-001-2017 nömrəli arayışlarda iddiaçı nın xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, müəssisənin arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Cavabdeh bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan əmək fəaliyyətinin güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər g üzəştli staj kimi nəzərə alınmamışdır. Arayış, sorğu və arxiv sənədləri: 10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçıya həqiqətən xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi "xxxx" MMC-də rəngsaz vəzifəsində işləyib. İş stajı: 2 ay 26 gün MMC-nin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış "Rəngsazlar" bəndinə əsasən iddiaçını n güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "Stork Technical Services” MMC-də güzəştli əmək şəraitində iş stajı 2 ay 26 gün təşkil edir. 11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli HR-LT-2017-013 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçıya həqiqətən xx.xx.2002-ci il tarixindən xx.xx.2010-cu il tarixinə kimi "Rigblast Energy Services Ltd" Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 8 il 8 aydır. 12. “Stork Technical Services Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixli, HR-LT-2018-003 nömrəli arayışda iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. 29. 10.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinə kimi (xx.xx.2014 tarixli STSHR2014-012/4 N-li əmr) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 3 il 7 ay 26 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış '"Rəngsazlar" bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "Stork Technical Services (RBG) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndə liyində güzəştli əmək şəraitində iş stajı 12 il 3 ay 26 gün təşkil edir. 13. "xxxx" LLC-nin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixinə kimi rəngsaz vəzifəsində işləmişdir və onun şirkətdə 6 il 02 ay 23 gün stajı vardır. İddiaçı işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “Rəngsazlar” bəndinə uyğundur.

14. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" LLC-nin məhkəmənin sorğusuna cavab məktubunda İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020 -ci il tarixinə kimi rəngsaz vəzifəsində işlədiyi və onun müəssisədə 5 il 09 ay iş stajı olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-771/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının iş stajı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçının tələb edilən güzəştli iş stajının olmamasıdır.

17. Məhkəmə qeyd edir ki, xx.xx.20 19-cu il tarixində, (iddiaçının 60 yaşı tamam olduğu vaxt) güzəştli şərtlərlə pensiya çıxmaq üçün qanunvericilikdə 3 əsas şərt (tələb) nəzərdə tutulmuşdur:

1. Ümumi staj (25 il),

2. Güzəştli staj (12 il 6 ay),

3. Pensiya kapitalı.

18. İddiaçının əmək kitabçasında qeyd edilənlərdən müəyyən olunur ki, həmin tarixə iddiaçının 25 il ümumi stajı, 12 il 6 ay stajı (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz), 88.667,50 manat sığorta kapitalı mövcuddur.

19. İddiaçının N.N. Şuqverovun xx.xx.2019-cu ilədək, yəni pensiya hüququ yarandığı tarixədək rəngsaz peşəsində 12 il 6 aydan artıq iş stajı mövcud olmuşdur. 20. iddiaçı əmək fəaliyyətinin əsas hissəsini müxtəlif müəssisələrdə rəngsaz peşəsində işlədiyi, işəgötürən tərəfindən məhkəməyə t əqdim edilmiş arayışlar və əmək kitabçası ilə öz təsdiqini tapır. Bununla bağlı qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin S iyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” nəzərdə tutulmuşdur.

22. Məhkəmə pensiya kapitalı ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubda iddiaçının pensiya kapitalının 88.667,50 manat olduğu qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsi iddiaçının pensiya kapitalının pensiya təyin etməyə imkan verdiyini və tələb olunan pensiya kapitalının mövcud old uğunu bildirmiş və kapital məsələsinin mübahisəli olmadığını qeyd etmişdir.

23. Beləliklə iddiaçının xx.xx.2019-cu il tarixində 60 yaşı tamam olduğundan və həmin tarixə 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan, həmçinin pensiya kapitalının məbləği pensiya təyinatına imkan verdiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır.

24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən rəngsaz vəzifəsi üzrə tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin vəzifənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatl arın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarında olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir.

26. Sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının “Rigblast Energy Services LTD” Kompaniyasının Bakı şəhər nümayəndəliyində (sonralar adı dəyişdirilərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və "Stork Technical Services (RBG) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi olmuşdur) işlədiyi müddətdə əmək şəraiti, əmək funksiyaları, eləcə də çalışdığı müəssisənin fəaliyyət sahəsi barədə məlumat olmadığı üçün iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ olan peşə olub-olmaması barədə rəy verilməsi mümkün deyildir.

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-123/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-771/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır.

29. Cavabdeh həmin qərardan kassasiya ş ikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair:

30. İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş İmtinada müəssisə tərəfindən iddiaçıya verilmiş arayışda İddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığı üçün güzəştli staj kimi nəzərə alınmadığı qeyd edilmişdir. Əlavə olaraq imtinada qeyd olunmuş məlumatlar müva fiq arayışda əks olunduğu təqdirdə mərkəzi filiala təqdim edildikdən sonra iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacağı bildirilmişdir.

31. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur.

32. Yəni, rəngsaz vəzifəsi o halda güzəştli staj hesab olunur ki, müvafiq vəzifəni icra edərkən tətbiq olunan zərərli maddələr Qərarda göstərilmiş sinifdən aşağı olmasın.

33. Nəz ərinizə çatdırırıq ki, “Stork Technical Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2017-ci İl tarixli HR-LT-2017-013 nömrəli və eyni tarixdə verilmiş HR-LT-001-2017 nömrəli arayışlarda İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, müəssisənin arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır.

34. Göründüyü kimi, İddiaçı oğlu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan g üzəştli iş stajına malik deyil.

35. Digər tərəfdən, məhkəmə araşdırmasından görünür ki, iddiaçının güzəştli şərtlərlə iş stajı qanunvericiliyin tələbləri pozulmaqla, yəni həmin müəssisə tərəfindən forması qanunverici tərəfindən müəyyən olunmuş arayışın verilməməsinə baxmayaraq işə baxan məhkəmə həmin illəri güzəştli staja daxil etmişdir. Prosessual hüquq normalarının pozulmasına dair:

36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

37. Cavabdeh olaraq apellyasiya məhkə məsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

38. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

39. Apellyasiya məhkəməsi tərəfindən qeyd iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

40. İddiaçının tələbinin əsaslı, cavabdeh inzibati orqanın isə apellyasiya şikayətinin dəlillərinin əsassız hesab olunmasına dair apellyasiya instansiyasının arqumentləri formal mülahizə xarakteri daşıyır.

41. Hazırkı iş üzrə apellyasiya məhkəməsində icraat zamanı məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlayaraq iddiaçı tərəfindən rəngsaz vəzifəsi üzrə tətbiq edilən maddələrin təhlükəlilik sinifi və həmin vəzifənin Nazirlər Kabinetinin müvafiq qərarlarında olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin gələn cavabda məhkəmənin sorğusuna mahiyyəti üzrə cavab gəlməmişdir.

42. Bundan başqa apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərkən iddiaçı ilə eyni müəssisədə işləyən şəxsin pensiya işində olan güzəştli arayışlar a əlavə etsə də, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən həmin arayışların pensiya işində olmasına baxmayaraq orada olan illərin pensiyaçının sadəcə olaraq ümumi stajına daxil edildiyi qeyd edilmişdir.

43. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçının iddia tələbinin haqlılığına yönələn mövqeyi hazırkı iş üzrə məhkəmə araşdırmasının tam və hərtərəfli aparılmadığını, sübutların qanunvericiliyə riayət olunmaqla qiymətləndirilmədiyini göstərməklə çıxarılmış yekun məhkəmə qərarlarının hüquqi əsasının olmamasını sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

44. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 45. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarix li, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 XXXİİİ. Ümum i peşələr 23200000—13450 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar 47. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

35. Ümumi peşələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar...

49. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apell yasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şika yəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

52. Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

53. İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cü il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.x x.2020-ci il tarixədək müxtəlif müəssisələrdə rəngsaz peşəsi üzrə işləmişdir. Lakin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət istisna edilməklə, iddiaçının işlədiyi həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Sİyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin Siyahısı”nda

35. Ümumi peşələr bölməsində nəzərdə tutulmuş “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğunluğunu təsdiq edən hər hansı sübut işdə yoxdur.

54. İşdən göründüyü kimi, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cü il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlərdə işlədiyi peşənin “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğunluğunu müəyyən etmək üçün məhkəmələrin sorğularına verilən cavablardakı məlumatlar da vəziyyəti iddiaçının xeyrinə dəyişməmiş, belə bir uyğunluğu təsdiq edən və ya müəyyən etməyə imkan verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

55. Beləliklə, iddiaçı 25 il ümumi staja malik olsa da, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 12 il 6 ay iş stajına malik olduğu öz təsdiqini tapmamışdır.

56. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hazırkı məzmunda iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqda haqlı olmamışdır.

57. Beləliklə, kassasiya şikayəti əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.

58. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi nin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

59. Həmin normada təsbit edilən və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb olan əsaslar bu işdə mövcud deyil. Mübahisə ilə bağlı işə dair yekun qərar çıxarılması üçün əsaslar vardır.

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2024-cü il tarixli, 21(103)-123/2024 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar