Məhkəmə qərarları › İş №2-1(102)-1642/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1642/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1642/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən ayrılmış 0,12 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025ci il 31 yanvar tarixli, 2-1(107)-56/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarix li 144/1 nömrəli qərarından görünür ki, 0,12 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. 2. xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Yevlax rayonu Havarlı bələdiyyəsinin hesabına 192 AZN ödəniş edilmişdir.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli 17-9/409 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 2023-cü il 06 mart tarixli iddiaçının müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz sənədlər (surətlər) ekspertiza edilən zaman məlum olmuşdur ki, 0.12 ha torp aq sahəsinin ayrılmasına dair Yevlax rayonu, Havarlı Bələdiyyəsi tərəfinden qəbul edilmiş 22 oktyabr 2007-ci il tarixli, 144/1 nömrəli qərarı və həmin qərar əsasında bələdiyyə ilə sizin aranızda bağlanmış 1841 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmış "torpaq sahəsinin alqısatqısına dair akt"ın olması barədə məlumat ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmamışdır. Həmçinin İddiaçı ayrılmış torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçü" sənədi ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmədiyi üçün, yerquruluşu planına əsasən sözügedən ərazinin sərhəddini, yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatl arını müəyyən etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən ayrılmış 0,12 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərardadı ilə Yevlax rayon Havarlı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması və alqı-satqısı üçün nəzərdə tutulan 192 (bir yüz doxsan iki manat) məbləğində pul vəsaitini bələdiyyənin müxbir hesabına ödəmişdir. Bundan sonra bələdiyyənin həyətyanı sahəyə dair yerquruluşu planı hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün sənədlərini toplayaraq aidiyyatı qa ydada cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavab məktubu ilə tələbi təmin olunmamış və imtina verilmişdir. Cavabdehin etirazı:

9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, 0.12 ha torpaq sahəsinin ayrılmasına dair Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2007-ci il tarixli, 144/1 nömrəli qərarı və həmin qərar əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış 1841 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmış “torpaq sahəsinin alqı-satqısına dair aktın olması barədə məlumat ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmamışdır. Həmçinin, İddiaçı ayrılmış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçü” sənədi ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmədiyi üçün, yerquruluşu planına əsasən sözügedən ərazinin sərhəddini, yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (Hakim: F.Hacızadə) 2024-cü il 27 avqust tarixli, 21(116)-348/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, araşdırılma predmeti iki istiqamətdə aparılmışdır. 1.hüquqmüəyyənedici sənədin mötəbərliyi. 2.İddia olunan torpaq sahəsinin hüquqi rejimi. Lakin, hazırkı iş üzrə iddia o lunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mötəbərliyi sübut olunmur.Belə ki,məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin Yevlax rayonu Havarlı Bələdiyyəsinin mülkiyyətində olmadığı halda iddiaçıya satılması müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məlumatından da göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçıya ayrıldığı vaxt da,hazırda da Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir.Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı özlüyündə etibarsız qərar olmaqla hər hansı hüquqi nəticə yaratmır. İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmiş və müəyyən edilmişdir ki, İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəz iyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

13. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X1 X3”ndəki xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - su anbarları (nohurlar) altında torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir.

14. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konk ret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

15. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2024-cü il 27 avqust tarixli, 2-1(116)-348/2024 nömrəli qərarının ləğv edilmə sini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (Hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və T.Həsənov) 2025-ci il 31 yanvar tarixli, 2-1(107)-56/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2024cü il 27 avqust tarixli, 2-1(116)-348/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mötəbərliyi sübut olunmur. Belə ki, məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətində olmadığı halda iddiaçıya satılması müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məlumatından da göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçıya ayrıldığı vaxt da, hazırda da Mingəçevir bələdiyyəsinin mülkiyyətindədir. Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı özlüyündə etibarsız qərar olmaqla hər hansı hüquqi nəticə yaratmır. İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmiş və müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X1 X3”ndəki xəritəsinə əsasəs n, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası -su anbarları (nohurlar) altında torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. Məhkəmə kollegiyasının sorğusuna da cavab olaraq təqdim edilmiş arayışdan və sənədlərdən müəyyən edilmişdir ki, yerli baxış zamanı Ərazi İdarəsi tərəfindən verilmiş imtinanın mahiyyətini təşkil edən Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli Qərarı əsasında hazırlanmalı olan torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin mövcud olmaması, eyni zamanda həmin torpaq sahəsinin elektron xəritə bazasında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - su anbarları (nohurlar) altında torpaqlar olması vizual şəkildə tədqiq edilmişdir.

18. Yerində müayinə zamanı tədqiq edilmiş iddia olunan torpaq sahəsinin yaxılığında yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlakların hansı məsafədə yerləşməsi və hansı hüquqmüəyyənedici sənədlər əsasında özəlləşdirilməsinə münasibət bildirilməsi zərurəti yarandığından bildiririk: Yerli baxış zamanı müəyyən edilmiş, torpaq sahəsinin şərq hissəsində yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlaklar iddia olunan torpaq sahəsinin 20 metr məsafəliyində yerləşir, ilkin hüquqmüəyyənedici sənədləri isə Ərazi idarəsi tərəfindən "AzeMİS” Elektron Məhkəmə Sistemi vasitəsi ilə iş üzrə yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Yekun olaraq bildirmək istəyirik ki, həmin ərazi Mingəçevir şəhərinin inzibati ərazisi daxilində yerləşir. İnzibati ərazi vahidlərinin sərhədləri il ə bağlı ortofoto iş üzrə yaradılmış elektron kabinetə yeləşdirilir. Ortofoda göstərilmiş qırmızı ərazi (hansı ki iddia olunan torpaq sahəsi də həmin ərazidə yerləşir) Mingəçevir şəhərinin inzibati ərazisidir. Tərtib edilmiş çıxarışlar Yevlax rayon inzibati ərazi daxilində yerləşdiyindən və hazırda da həmin rayon daxilində olduğundan çıxarışlar da Yevlax rayonu olaraq qeyd edilmişdir və mübahisə predmeti deyildir.

19. Həmçinin, məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından mübahisə predmeti olan torpaq sahəsinə tərəflərin işirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin özü və onun bir hissəsi qrunt sularının yığıldığı su hövzəsində (nohur) yerləşir.

20. Həmçinin, mübah isəli torpaq sahəsi ilə eyni cərgədə bir neçə torpaq sahəsi və yaşayış evi yerləşir. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışlarda həmin yaşayış evləri və torpaq sahələri Mingəçevir ərazisi kimi göstərilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlə rin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən f aktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən ayrılmış 0,12 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr ində qeydiyyata alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində qeyd edilmişdir ki, Yevlax rayonu, Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması və alqı-satqısı üçün nəzərdə tutulan 192 manat məbləğində pul vəsaitini iddiaçı bələdiyyənin müxbir hes abına ödəmişdir. Bundan sonra, bələdiyyənin həyətyanı sahəyə dair yerquruluşu planı hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün sənədlərini toplayaraq aidiyyatı qaydada cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh ünvanladığı məktubu ilə tələbi təmin etməmiş, əsassız olaraq imtina etmişdir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Yevlax rayonu, Havarlı bələdiyyəsi tərəfindən məhkəməy ünvanlanmış məktubunda qeyd edilir ki, iddiaçıya həyətyanı məqsədilə bələdiyyə mülkiyyətindən torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi Havarlı bələdiyyəsinin kənd alt xəritəsinə, bələdiyyənin baş plan xəritəsinə uyğun olaraq Havarlı bələdiyyəsinin tam mülkiyyətinə aiddir. Həmin torpaq sahəs i Havarlı kənd sakinlərinə X2 Sovetinin qərarı ilə ayrılmış həyətyanı torpaq sahələrinə bitişik yaxın ərazidə yerləşir. Sözügepen ərazidə heç bir mübahisə yoxdur. Digər cavabdeh orqan isə bildirir ki, yəni ərazi idarəsi tərəfindən verilmiş imtinada bildirilir ki, Havarlı bələdiyyəsinin qərarı əsasında hazırlanmalı olan torpaq sahəsinə dair plan və ölçü sənədlərinin mövcud olmaması elektron xəritə bazasında tədbiq edilməməsi, iddia olunan torpaq sahəsinin yaxınlığında yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlakların hansı məsafədə yerləşməsi və hansı hüquqmüəyyənedici sənədlər əsasında özəlləşdirilməsinə münasibət bildirilməsi zərurəti yarandığından bildirir ki, guya həmin torpaqlar Mingəçevir inzibati ərazi daxilində yerləşir. Bu fakt doğru deyil. İddiaçı Yevlax rayonu Havarlı bələdiyyəs inə müraciət edib bu torpağı almışdır. İşdə 0.12 ha torpaq sahəsinin iddiaçıya satılmasını özündə əks etdirən qərar var. Belə olan halda iddiaçının günahım yoxdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

145. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ). 26. “Bələdiyyələrin statusu haqqında” Qanunu: Maddə

1. Bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. 27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ic timai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qan unla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əm laka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilikl ə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu dur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya ins tansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların ara şdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır.

35. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldı rılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması barədə məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.

39. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəm əsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 31 yanvar tarixli, 21(107)-56/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar