Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1643/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “qərarın məcburi icra edilməsi” tələbinə dair iş üzrə kassasiya şikayətinin ve rilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)629/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-74/2021 nömrəli qərarının Nəsimi rayon Polis İdarəsi tərəfindən məcburi icra edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-7421/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamı şdır.
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-629/23 saylı, 06 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-7421/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsində icraat
5. İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
6. İddiaçı ərizəsində vəkilin xidmətlərini ödəmək üçün maddi imkanı olmadığını qeyd etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-629/2023 nömrəli qərardadı ilə iddiaçının dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət hesabına vəkillə təmin edilmə vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiəsi məqsədini daşıyır. Bu çür ərizələr daxil olduğu təqdirdə, vəkillə təmin edilmə barədə ərizə verən şəxsin maddi durumu (ərizəçinin heç bir yerdə işləməməsi, pensiya, təqaüd, müavinət almaması və s. hallar) məhkəmə tərəfindən araşdırılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı eyni bir mübahisə ilə bağlı olan çoxsaylı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi b arədə qərardadlarından şikayətlərə baxılaraq hamısı qüvvədə saxlanılmış, həmin qərardadlardan kassasiya şikayətlərinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizələri təmin edilmişdir. Bundan başqa, dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı əsassız iddialar qaldırmaqla, həmin iddiaların mümkünsüzlüyünə dair qərardadları hər üç məhkəmə instansiyasında mübahisələndirməklə hüququndan sui-istifadə edir. Hüquqdan sui-istifadə edən şəxslərin dövlət hesabına vəkillə təmin ed ilməsi isə dövlət vəsaitinin təyinatından kənar əsassız yerə xərclənməsinə səbəb olur.
9. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün ona dövlət hesabına vəkil təyin olunması barədə ərizəsi təmin edilməmişdir. Ərizəçi heç bir yerdə işləmədiyini, vəkilin xidmətindən istifadə etmək üçün maddi imkanının olmadığını, lakin qeyd edilən halların apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığını bildirmiş və ona dövlət hesabına vəkil təyin olunmasını xahi ş etmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.... 13. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həy ata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına ) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə
121. Nüm ayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi... 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dai rəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər..... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8.Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas müəyyən olunmamışdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Nəzərə almaq lazımdır ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil qanunvericiliklə müəyyən olunmuş müəyyən şərtlər daxilində təyin oluna bilər. Bu baxımdan dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə verən şəxs həmin şərtlərin ona münasibətdə mövcud olduğunu əsaslandırmalıdır. Həmin şərtlərin yoxlanılması zamanı məhkəmələr tərəfindən həmçinin proses iştirakçısının əsassız şikayət verib-vermədiyi, şikayət vermə hüququndan sui-istifadə edib-etmədiyi də araşdırılmalıdır. Aşkar surətdə əsassız kassasiya şikayəti verən, xüsusilə də hüququndan sui-istifadə edən proses iştirakçısına dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi, bir tərəfdən, şəxsin hüquqi müdafiəsinin dövlət hesabına tə min olunması məqsədləri ilə uzlaşmır, digər tərəfdən isə, dövlət vəsaitinin səmərəsiz və təyinatına uyğun olmayan şəkildə xərclənməsinə, eləcə də iş üzrə məhkəmə icraatının əsassız uzanmasına səbəb olur.
21. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, dövlət hesabına vəkillə təmin edilməsi barədə müraciət edən ərizəçi uzun müddətdir məhkəmələrdə əsassız iddialar qaldırır. Ərizəçinin müxtəlif məhkəmə instansiyalarında inzibati məhkəmə icraatı qaydasında baxılan və baxılmış iddialarının sayı həddən artıq çoxdur. Bu vaxta qədər eyni mübahisə ilə bağlı onun qaldırdığı çoxlu sayda iddialar məhkəmələr tərəfindən mümkün sayılmamışdır. Və hər dəfə ərizəçi iddianın mümkün sayılmaması barədə həmin qərardadlardan kassasiya şikayətinin verilməsi üçün dö vlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hallar nəzərə alındıqda, ərizəçinin belə davranışı hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi ərizəçiyə dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina etməkdə haqlı sayılmalıdır. 22. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Qeyd olunmalıdır ki, hüquqdan sui-istifadə etdiyi hallarda şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmaması, onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
24. Beləliklə, məhkəmə kolleg iyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-629/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.