Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1643/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X6-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.06.2024 Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X6-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbay can Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-831/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının müraciətinə olan xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qeyd edirik ki, hərbi xidmətlə əlaqədar vət əndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olmuşdur ki, Siz müraciətinizə əsasən xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyiniz şəhadətnamədə göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamış, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliyiniz əlillik təyinatının aparılmasına əsas verdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, xx.xx.2019-cu il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı qüvədə saxlanılaraq, səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir.”
2. Əlillik haqqında arayışa əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. “Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Əlilliyin təyin edilmə tarixi: xx.xx.2019; Əlillik qrupu: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8); Diaqnoz: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet i tip. Ağır forma.insulin tələbli. Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3-dən amputasiyası.; Əlilliyin müddəti: Müddətsiz; Səhiyyə müəssisəsi: Xocavənd Rayon Mərkəzi Xəstəxana; Təsdiqlənmə tarixi: xx.xx.2019.”
3. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş qərarına əsasən İddiaçı əlillik vəziyyəti Xocavənd rayon Mərkəzi Xəstəxananın xx.xx.2019- cu il tarixli göndərişi əsasında qiymətləndirilmiş, “Səbəb: Ümumi xəstəlik., X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E14 - Dəqiqləşdirilməmiş şəkərli diabet., Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip. Ağır forma. İnsulin tələbli. Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3-dən amputasiyası., Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8);” səbəbilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarında qeyd olunur: Xocavənd rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0333003AAB3R nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İkinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 301 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki hepatit, xroniki nefrit, qalxanvari vəzin heiperplazivası. Sol yanağın L6 və L7 səvi yyəsində çox qəlpəli yaralanması.” diaqnozu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol budun aşağı 1/3-nin amputasion qüdülü qeyd olunmuşdur (diabetik qanqrenə ilə əlaqədar). Hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixli müddətsiz İkinci dərəcə əlillik təyinatı güvədə saxlanılaraq, səbəb-əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir. Vətəndaşın müra ciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, qeyd edilən əlillik təyinatının səbəb-əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na müvafiq olaraq Minik avtomobil üçün tibbi göstərişə əsas verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəlik səbəbinin 1992-ci ildə əsirlikdə olarkən aldığı güllə yarası və işgəncə nəticəsində əmələ gəlmiş xəstəliklə bağlı təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilm əsini xahiş etmişdir.
6. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı İddiaçı “səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir” hissəsində ləğv edilməsi və onun əlilliyinin səbəb-əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” kimi nəzərə alınmışdır.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1961-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş və orada yaşamışdır. Məlum Qarabağ savaşı başlayan ilk gündən Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci i ldə hərbi xidmətə çağırılmış və Azərbaycan Milli Ordusunun N () saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməklə döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə erməni yaraqlıları tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı 110 nəfər həmkəndlisi ilə birlikdə əsir götürülmüşdür. Əsr götürüləndən sonra Xankəndi şəhərindəki X2 saxlanılmışdır. Əsir düşdüyü və saxlanıldığı müddət ərzində erməni hərbiçiləri və polisləri tərəfindən yumruq, təpik, ağac və dəmir parçaları ilə zərbələr yetirilməklə vəhşicəsinə döyülmüş, 17 gün acsusuz saxlanılmışdır və çənədən güllə yarası almışdır. 40 gün əsirlikdə qalandan sonra 26 mart 1992-ci ildə əsirlikdən azad edilmişdir. Azad edilən kimi səhhətinin ağır olması və xəsarətləri ilə bağlı 07 aprel 1992-ci ildən 07 may 1992-ci ilədək Akademik M.Topçubaşov adına X5 müalicə olundu. xx.xx.1993-cü il tarixdən xx.xx.1993- cü il tarixədək isə X8 yaralanmağı zaman aldığı «Sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli yaralanma diaqnozu ilə müalicə olundu. Əsirlikdən azad ediləndən sonra aldığı ağır xəsarətlərlə bağlı 1992-ci ildə Akademik M.Topçubaşov adına X5 (keçmiş ETKTİ) müalicə almağı ilə bağlı tibbi sənədlər 2002-ci ildə həmin xəstəxanada baş vermiş yanğın səbəbindən məhv olmuşdur. Məhz bu səbəbdən də iddiaçının 1992-ci ildə hərbi xidmət zamanı əsir düşməyi və xəsarətlər almağına dair Akademik M.Topçubaşov adına X7 tərəfindən tamamilə başqa diaqnoz-guya xroniki hepatit, xroniki nefrit, qalxanvari vəzinin hiperplaziyası» diaqnozu yazırlar. İddiaçı 1992-ci ildə hərbi əməliyyatlar zamanı xəsarət almağı ilə bağlı Preziden tin fərmanına müvafiq olaraq müharibə veteranı təqaüdü alırdı, lakin həmin təqaüdün verilməsi 2016-cı ildə məhz əlilliyinə səbəb olmuş xəsarətlərinin düzgün yazılmamasıdır. Bununla bağlı iddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş və müraciətində 1992-ci ildə əsir düşməyini və yaralanmağını təsdiq edən sənədləri və video görüntüləri təqdim etməyinə baxmayaraq, agentlik özünün 09 iyun 2023-cü il tarixli 3-17-4/2-N-15135/2023 saylı cavab məktubunda qeyd etmişdir ki, siz xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmusunuz və təqdim edilən tibbi sənədlər və müayinə zamanı qeyd etdiyiniz diaqnoz təsdiqini tapmamışdır. İddiaçı hesab edir ki, agentliyin müraciətindən imtinası t amamilə əsassızdır. Onun 1992-ci ildə Qarabağ uğrunda savaşında əsir düşərək yaralanmağı və əlil olmağı aşağıdakı faktlarla təsdiq olunur. Belə ki, o, Qarabağ savaşı başlayan ilk gündən Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci ildə hərbi xidmətə çağırıldı və Azərbaycan Milli Ordusunun N () saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməklə döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə erməni yaraqlıları tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zəmanı 110 nəfər həmkəndli ilə birlikdə əsir götürüldü. Əsr götürüləndən sonra Xankəndi şəhərindəki X2 saxlanıldı. Bu barədə videogörüntüdə onun digər həmkəndliləri ilə əsir düşməyi tam əks olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 3 01 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçıda müəyyən edilən xəsarətlər Hərbi Travmadır və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocavənd rayon məhkəməsinə ünvanİanmış xx.xx.2028-ci il tarixli NP-21/429 nömrəli arayışda onun xx.xx.1992-ci ildə əsir düşməyi və əsirlikdə olarkən işgəncəyə məruz qalmağı, döyülməyi və güllə ilə çənədən yaralanmağı təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X4 Əlaqədar Dövlət Komissiyasının 8.11.2018-ci il tarixli DK/2329 nömrəli arayışı ilə onun xx.xx.1992-ci il tarixdən 26 mart 1992-ci ilədək erməni əsirliyində olmağı ilə bağlı Komitədə qeydiyyatda olmağı təsdiq edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tib bi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi özünün xx.xx.2019-cu il tarixli əlilliyin qiymətləndirilməsinə dair arayışında ona - «İnsulindən asılı şəkərli diabet, şəkərli diabet İ tip, Bud-çanaq oynağı və bud nahiyyəsinin travmatik amputasiyası, sol aşağı ətrafın qanqerenaya görə budun yuxarı 1/3-dən amputasiyası» diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin etmişdir. Halbuki iddiaçı 1992-ci ildə işgəncə və döyülmə, habelə sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli güllə yarasını almışdır. Cavabdehin ona əlillik təyin etməsi ilə bağlı yazdığı diaqnoz ümumi xəstəlik səbəbi ilə əlaqələndirilmişdir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya əlillik təyini üçün xəstəliyin ümumi əsaslarla deyil, 1992-ci ildə əsirlik zamanı aldığı güllə yarası və işgəncə nəticəsində yetirilmiş xəsa rətlər nəticəsində yaranmış xəstəlik diaqnozu ilə əvəz edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12032/2023 nömrəli, 12 oktyabr 2023cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı İddiaçı “səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir” hissəsində ləğv edilsin və onun əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmamasını yoxlayarkən onun cavabdeh orqanın qərarı i lə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi mövcud olmuş, habelə əlilliyinin qiymətləndirilməsi barədə göndəriş olmamışdır. Bu hal isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının müddətsiz İkinci dərəcə əlillik təyinatını güvədə saxlayaraq, səbəb-əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilməsi qanunsuz və əsassız olduğunu təsdiq edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh xx.xx.2019-ci il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. Belə ki, eyni tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti əlavə əyani aparılaraq yenidən qiymətləndirilmiş, nəticədə xx.xx.2019-cu il tarixli müddətsiz ikinci dərəcə əlillik t əyinatı qüvvədə saxlanılaraq, səbəb-əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-831/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb-əlaqəsi ilə əlillik təyinatına əsas vermədiyi üçün Agentlik tərəfindən iddiaçı barəsində həmin əsasla əlillik təyin edilməsi mümkün olmamışdır.
15. Belə olan halda, iddiaçıda olan xəstəliklər “Ümumi xəstəlik” səbəb-əlaqəsi ilə qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşdüyündən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
16. Məhkəmə h eç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyin i yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasın ın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla b ağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymə tləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyy ən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərar dadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İşin hallarından göründüyü kimi, İddiaçı əlillik vəziyyəti Xocavənd rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında qiymətləndirilərək ona ikinci dərəcə əlillik müddətsiz verilmişdi r. Həmin qiymətləndirmədə qeyd olunur: “Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E14 - Dəqiqləşdirilməmiş şəkərli diabet., Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip.Ağır forma.İnsulin tələbli. Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3-dən amputasiyası., Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8)”. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında cavabdeh tərəfindən aparılan əlavə əyani müayinə nəticəsində sol budun aşağı 1/3-nin amputasion qüdülü qeyd olunmuşdur (diabetik qanqrenə ilə əlaqədar). Hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı qüvvədə saxlanılaraq, səbəb əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir.
28. Əvvəla, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırkı mübahisənin predmeti qərarın “səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir” hissəsində ləğv edilməsi və onun əlilliyinin səbəb-əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqəda r” kimi bərpa edilməsi ilə bağlıdır. 29. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
30. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyün ü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan normaya əsasən iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmır.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmasını əsaslı hesab edərək qeyd edir ki, iddiaçı inzibati orqan tərəfindən əyani müayinəyə cəlb edilmədiyini, yalnızca minik avtomobili üçün yazılı müraciət etdiyini, bu zaman da heç bir müayinəyə çağrılmadığını bildirmiş, qeyd edilən halın araşdırılması məqsədilə iddiaçının sonuncu əyani müayinəsi ilə bağlı, xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarının qəbulu ilə bağlı inzibati icraat materialları tələb edilmiş, inzibati orqan tərəfindən isə məhkəmənin rəsmi sorğusuna əsasən heç bir s ənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hal özü də onu sübut edir ki, sözügedən qərarla iddiaçı barəsində mövcud olan inzibati akt dəyişdirilərkən, inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etməmişdir.
33. Bununla bağlı olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şə xsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-831/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.