Məhkəmə qərarları › İş №2-1(102)-1644/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1644/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1644/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Kinematoqrafçılar İttifaqının cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1644/19 Bakı şəhəri 27 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, iddiaçı Azərbaycan Kinematoqrafçılar İttifaqının səlahiyyətli nümayəndəsi (birinci katib vəzifəsini icra edən) XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının 29 yanvar 2019-cu il tarixli, 2-1(107)-113/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Kinematoqrafçılar İttifaqı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin iddiaçının mülkiyyət hüququnun pozulması hesab edilməsi, ünvan 1 ünvanda yerləşən binanın sökülməsi ilə bağlı olaraq iddiaçının xeyrinə dəymiş real zərərə görə 500000 (beş yüz min) manat, mənəvi zərərə görə 50000 (əlli min) manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Əmlakın Texniki İnventarlaşdırılması Büro sunun müəssisə və obyektin 25 dekbar 2007-ci il tarixli, 004810 nömrəli texniki pasportuna əsasən, ünvan 2 ünvanda yerləşən X3 Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 avqust 1989-cu il tarixli, 330 nömrəli qərarına əsasən, SSRİ kino fondunun Azərbaycan şöbəsinin (indiki Azərbaycan Kinematoqrafçılar İttifaqının) balansındadır. 19 iyun 2013-cü ildə (Azərbaycan X1 əməkdaşının verdiyi məlumata əsasən) "xxxx" ASCnin tabeçiliyində olan "xxxx" ASC-nin nümayəndəsi Heybət Mustafayevin rəhbərliyi ilə Yaradıcılıq Evinin iki mərtəbəli korpusu qanunsuz olaraq sökülmüş, aparılmış söküntü heç bir sənəd və məhkəmə qərarına əsaslanmadan həyata keçirilmişdir. Nəticədə onlara maddi və mənəvi ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsi üçün məhkəmədə iddia qaldırılmış, lakin kassasiya instansi yasının sonuncu qərarında göstərilmişdir ki, “xxxx” ASC yalnız hazırki iş üzrə birinci cavabdehin sərəncamına maşın-mexanizm vermişdir, daşınmaz əmlakın məhv edilməsində iştirakı olmamışdır. Bununla əlaqədar ziyanın ödənilməsi üçün cavabdehlərə müraciət etsələr də, tələbləri təmin olunmadığından, onlara qarşı hazırki iddia ilə məhkəmədə iddia qaldırılmışdır. Cavabdeh1 təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, ona qarşı irəli sürülən tələb aşağıda göstərilənlərə görə əsassızdır: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq, iddiaçı öz əmlakının mühafizəsini təmin etməmişdir; - mübahisəyə əvvəllər məhkəmə qaydasında baxılsa da, onların işə tərəf qismində cəlb edilməməsi, mübahisəyə aidiyyətlərinin olmamasını göstərir; - İcra Hakimiyyəti başqasının əmlakının m ühafizəsi ilə məşğul olmur; - İcra Hakimiyyəti binanın sökülməsi barədə qərar verməmiş, söküntü işi aparmamışdır; - iddia tələbində İcra Hakimiyyətinin hansı hərəkətlə, yaxud aktla onun hüquqlarının pozulduğu sübuta yetirilmir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1215/2018 saylı qərarı (hakim Kənan Vəliyev) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdehlərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının əmlak itkisinə və mənəvi zərərə məruz qalması halı təsdiqini tapmamışdır. Çünki qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən, Cavabdeh1 fəaliyyəti tikintinin sökülməsinə deyil, uçmuş binanın qalıqlarının təmizlənməsinə və ətrafın qaydaya salınmasına yönəlmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, on un ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(107)-113/2019 saylı qərarı ilə (sədrlik edən hakim Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yalnız ona məxsus tikililərin cavabdehlərin qanunsuz əməlləri nəticəsində söküldüyünü bildirməklə kifayətlənmiş, tikililərin nə vaxt, hansı şəraitdə, konkret olaraq kim tərəfindən, hansı qaydada sökülməsinə dair iddiaçı hər hansı sübut təqdim etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1, 1100-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, digər məhkəmə mübahisəsi üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 fevral 2018ci il tarixli qərarında vurğulanmışdır ki, “xxxx” ASC yalnız hazırki iş üzrə 1-ci cavabdehin sərəncamına maşın-mexanizm vermişdir, ərizəçinin daşınmaz əmlakının məhv edilməsində iştirakı olmamışdır. Neçə illər 1-ci cavabdehin daşınmaz əmlak ın məhv edilməsində iştirakı danılsa da, inzibati məhkəmə tikilinin faktiki olaraq icra hakimiyyəti tərəfindən sökülməsini etiraf etmişdir. Digər əsas kimi bildirilmişdir ki, Cavabdeh1 binanın sökülməsi ilə bağlı qərar və ya göstəriş verilmədiyini bildirsə də, binanın yerləşdiyi yerdə söküntüdən dərhal sonra yeni binanın tikintisinə icazə vermiş, lakin həmin bina barədə məlumat verilməsindən yayınılmış, qərar qəbul edilən zaman isə tikilinin yerləşdiyi yerə baxış keçirilməmişdir. Daha bir dəlillə bildirilmişdir ki, binanın qəzalı vəziyyətdə olmasına dair onlara hər hansı bir məlumat verilməmişdir və bu barədə məhkəmə qərarı da mövcud deyildir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9, 207, 1096.1, 1097.1, 1115, Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 34.1, 34.2-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ Faktiki hallar və sübutlar HİSSƏ Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Mingəçevir Şəhər XDS İcrаiyyə Kоmitəsinin 18 avqust 1989-cu il tarixli, 330 nömrəli qərаrına əsasən, bаlаns dəyəri 16.762 mаnаt оlаn 1 nömrəli, bаlаns dəyəri 4963 mаnаt оlаn 2 nömrəli yаtаqxаnаlаr və bаlаns dəyəri 1661 mаnаt оlаn sаrаy tipli binа Mənzil Kоmmunаl Təsərrüfаtı Sınаq İstehsаlаt Birliyinin bаlаnsındаn çıxаrılаrаq SSRİ Kinоfоndunun Аzərbаycаn şöbəsinin bаlаnsınа və istifаdəsinə verilmişdir. 25 dekabr 2007-ci il tarixli müəssisə və obyektin texniki pasportuna əsasən, balans saxlayıcı iddiaçının balansında olan ünvan 2 ünvanda yerləşən X2 tikinti altı sahəsi 446,8 kv.m, əsas sahəsi 287,2 kv.m, köməkçi sahəsi 298,4 kv.m, ümumi sahəsi isə 585 kv.m-dir. Əmlak Məsələləri Dövlət Komitəsinin 13 iyun 2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Komitənin yanında fəaliyyət göstərən ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr və tam olmayan anket məlumatlarına əsasən, ünvan 2 ün vanda yerləşən X2 mülkiyyətçisinə dair daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Cavabdeh2 də hazırkı iş üzrə cavabdehlik daşıması ilə bağlı hər hansı bir sübut, dəlil və ya fakt mövcud deyildir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci mad dəsinin tələblərinə uyğun verilib-verilmədiyi məsələsinin mübahisə olunmadığını, lakin iddianın mümkünlük şərtlərinin yoxlanılması bütün instansiya məhkəmələrinə aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət i və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzər də tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İnzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, iddiaçı ərizəsində inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslandıran hallara istinad etməli, habelə onların pozulması nəticəsində ona dəymiş ziyannın ödənilməsi ilə bağlı inzibati orqana müraciət etməli, imtina olunduğu təqdirdə, məhkəmədə iddia qaldırmalıdır. İddia tələbi cavabdehlər kimi Cavabdeh1nə və Cavabdeh2nə qarşı yönəlmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı birinci cavabdehin qanunsuz hərəkətlər i nəticəsində ona ziyan dəydiyini əsaslandırmış, həmin cavabdehə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət olunduğunu və imtina cavabını aldığını bildirmişdir. Lakin iddia ərizəsində iddiaçı ikinci cavabdehin hansı qanunsuz hərəkt və ya hərəkətsizliyi ilə və yaxud onun publik hüquqdan irələ gələn öhdəliyinin icra edilməməsi ilə ona ziyanın dəyməsini əsaslandırmamış, habelə iddia ərizəsində həmin cavabdehə müraciət edildiyi, lakin cavab alınmadığı göstərilsə də, lakin bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin yuxarıda göstərilmiş mümkünlük şərtləri ikinci cavabdehə münasibətdə ödənilməmiş, apellyasiya məhkəməsi tərəfindən isə məsələyə düzgün qiymət verilməmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılmasına həmçinin mənəvi zərərə görə kompensasiyanın ödənilməsi məsələsi aiddir. İddiaçı hüquqi şəxs olduğundan, belə iddia tələbinin irəli sürülməsində subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçının ziyanın ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi hüququ yuxarıda istinad edilmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89-cu maddəsindən irəli gəlmişdir. Həmin maddədən göründüyü kimi, vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. (...); - 1100-ci maddəsinə əsasən, dövlət orqan larının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddələrin tələblərinə görə, dövlət orqanlarınınqanunsuz hərəkətləri nəticəsindəhüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi ödənilməlidir. Yəni qanunvericilikdə hüquqi şəxsin mənəvi zərərin ödənilməsi tələbinin irəli sürülməsi müəyyən edilməmişdir, çünki mənəvi zərərin yetirilməsi onda ifadə olunur ki, zərər vuran şəxsin hərəkətlərindən sonra şəxs mənəvi sarsıntı, iztirab keçirir, zərərçək mişin şüurunda zərər vuranın bu hərəkətlərı mənfi psixoloji reaksiyaya səbəb olur. Bu nəticə həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarxili qərarında ifadə olunmuş hüquqi mövqeyindən də irəli gəlmişdir. Sonuncu qərarda göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Qanunvericiliyin göstərilmiş müddəalarına əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinin mümkünlük şərtlərinə apellyasiya məhkəməsi yuxarıda əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla yenidən qiymət verməlidir. İddia tələbininreal zərərə görə kompensasiyanın ödənilməsinə münasibətdə məhkəmə kollegiyası maddi hüquq normalarını yoxlayarkən belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etsə də, lakin onların tətbiqi üçün işin hallarını tam araşdırmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yalnız ona məxsus tikililərin cavabdehlərin qanunsuz əməlləri nəticəsində söküldüyünü bildirməklə kifayətlənmiş, tikililərin nə vaxt, hansı şəraitdə, konkret olaraq kim tərəfindən, hansı qaydada sökülməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı şikayətində bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, onun tərəfindən zəruri olan məlumatların əldə edilməsi mümkün olmamış, məhkəmələr tərəfindən isə məsələ araşdırılmamış, yerli baxış keçirilməmişdir. Məhkəmə kollegiyası aşağıdakıların bldirilməsini zəruri hesab edir. Yuxarıda istinad edilmiş Mülki Məcəllənin 1100-cü maddəsinin tələblərinin tətbiqi üçün ilk olaraq dövlət orqanın qanunsuz hərəkət və yaxud hərəkətsizliyi müəyyən edi lməlidir. İddiaçı birinci cavabdehin qanusuz hərəkətləri kimi mülkiyyətinin sökülməsinə əsaslanmış və bunun sübutu kimi ilk olaraq iqtisadi mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarına istinad etmişdir ki, həmin mübahisə iqtisadi məhkəmə icraatı qaydasında eyni tələb üzrə olsa da, lakin cavabdeh qismində digər hüquqi şəxs müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkəmə aktının preyudisiallığı ilə bağlı verdiyi qiymətləndirmə ilə razılaşraq, bununla yanaşı bildirir ki, birinci cavabdehin məsuliyyətinin müəyyən edilməsi üçün həmin məhkəmə aktı ilə bağlı cavabdehliyi istisna olunmuş hüquqi şəxsin hazırki icraata cəlb edilməklə, iddiaçının mülkiyyətində olmuş binanın sökülməsi ilə bağlı həmin şəxsdən məlumatların alınması və bununla da işin hallarının hazırki icraat çə rçivəsində də müəyyən edilməsi mümkün olmuşdur. Bundan başqa, iddiaçı həmçinin apellyasiya şikayətində də bildirmişdir ki, binanın yerləşdiyi yerdə söküntüdən dərhal sonra yeni binanın tikintisinə icazə verilmiş, lakin həmin bina barədə məlumat verilməsindən cavabdeh yayınılmışdır. Lakin apellyasiya məhkəməsi tərəfindən iddiaçının bu dəlili üzrədə hər hansı araşdırma aparılmamış və dəlilə heç bir qiymət verilməmişdir. Apellayasiya məhkəməsinin iddiaçı tərəfindən hər hansı bir sübutların təqdim edilməməsinə münasibətdə bildirdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatından fərqli olaraq, inzibati məhkəmə icraatı yalnız hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək prinsipi əsasında qurulmur. İnzibati məhkəmə icraatında Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində əks olunmuş işin hallarının obyektiv araşdırılması ilə bağlı məhkəmələrin vəzifəsi müəyyən edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz b u prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir.” Bildirilmiş hüquqi mövqeyi əsas tutmaqla, məhkəmə kollegiyası bildirir ki, iddiaçının ərizəsindən, apellyasiya və kassasya şikayətlərindən göründüyü kimi, müvafiq məlumatların təqdim edə bilməməsi barədə məhkəməni məlumatlandırmış, lakin bildirilmiş məlumatların yoxlanılmasında məhkəmə, o cümlədən Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə mübahisəyə tam həcmdə baxan apellyasiya məhkəməsi heç bir araşdırma aparmamaqla yuxarıda istinad olunmuş prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Həmin müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda göstərilmiş prosessual qanunvericiliyin tələbinə uyğu n olaraq apellyasiya instansiya məhkəməsi göstərilmiş məsələləri əlavə araşdırmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı Azərbaycan Kinematoqrafçılar İttifaqının səlahiyyətli nümayəndəsi (birinci katib vəzifəsini icra edən) XXX verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(107)-113/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar