Məhkəmə qərarları › İş №2-1(102)-1644/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1644/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1644/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi; kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-49/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işi nəzərdən keçirərək aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı 12-24 ünvanlarında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansard sahəsini hüquqi qeydiyyata almaqla, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(82)3111 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1119/19 saylı, 1 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2-1(82)2618/2019 nömrəli qərarı ilə (hakim: R.Kərimli) iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.m mansard sahəsinə iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-105/2020 saylı, 7 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: S.Seyidova,V.Ağayev,A.Nuriyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2618/2019 saylı, 20 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

7. Qərar dan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1414/2020 saylı, 6 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova, Z.Quliyev, İ.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2020-ci il tarixli, 2-1(103)-105/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-49/2022 nömrəli qərarına əsasən (hakimlər: E.E.Nağıyeva, H.E.Həmidov, C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 20 avqust 2019-cu il tarixli 2-1(82)-2618/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

9. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-49/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Sonradan iddiaçı ərizə təqdim edərək kassasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsa slar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 11-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından iddiaçının kassasiya şikayətini geri götürməsinə dair yazılı ərizəsi təmin edilməli, onun şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-49/2022 nömrəli qərarından verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar