Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1645/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqan digər inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “(üçüncü şəxslər X27 və qeyriləri) “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və çıxarışların etibarsız hesab olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(103)-2356/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2019-cu il tarixdə X19 verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən, ümumi sahəsi 206.2 kv.metr olan fərdi yaşayış evi xüsusi paylı mülkiyyət hüququ ilə X20 (2 otaq), X24 (2 otaq), X11 (2 otaq), X14 (4 otaq), X19 (1/5 hissə), X4 (1/5 hiss ə), X7na (1/5 hissə), X5 (1/5 hissə) və X6 (1/5 hissə) məxsusdur. Həmin çıxarışa əsasən fərdi yaşayış evinin yerləşdiyi 0,01308 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla həmin şəxslərin istifadəsindədir. 2. xx.xx.2019-cu il tarixdə X19 verilmiş RX seriyalı 178117 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən, ümumi sahəsi 206.2 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 0,02304 kv.metr torpaq sahəsi yuxarıda adları qeyd olunan payçı fiziki şəxslərin xüsusi mülkiyyətindədir.
3. İddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsindəki 81 ünvanında yerləşən fərdi yaşayış evi üzərində qeydiyyata alınmış hüquqların ləğv edilməsi və dövlət reyestrin dən çıxarışların etibarsız hesab edilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********33 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, daşınmaz əmlakın mülkiyyətçisinin müraciətinə əlavə edilmiş ərizəsi (mülkiyyətçinin notarial qaydada təsdiqlənmiş ərizəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsli, texniki pasport), şəhər (rayon) icra hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün alınaraq söküldükdə isə mülkiyyətçi ilə müvafiq icra hakimiyyəti arasında notarial qaydada bağlanmış müqav ilə və daşınmaz əmlaka dair aparılmış qeydiyyatın ləğvi barədə icra hakimiyyətinin İdarəyə ünvanlanmış məktubu əsasında ləğv edilə bilər. Qeyd olunan fərdi yaşayış evinin X19 məxsus hissəsinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8005/20 saylı, xx.xx.2020-ci il tarixli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdı İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 4həsinin üçüncü şəxslər X15, Əzim-zadə X21, X1, X2, X3, X16, X23, X10 və X12 adlarına özəlləşdirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 say lı ev üzrə X16, X23, X10 və X12 mülkiyyət hüquqları ilə əlaqədar qeydiyyatın ləğv edilməsi, həmin ünvanında yerləşən torpaq sahəsinin X15, Əzim-zadə X21, X1, X2, X3, X16, X23, X10 və X12 adlarına özəlləşdirilməsi ilə əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən daşınm az əmlakın ərazisinin dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli xx.xx.2018- ci il tarixli, AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən X29, X13, X26 və X28 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən daşınmaz əmlakın onların mülkiyyətlərində olan hissələrini İddiaçı xeyrinə özgəninkiləşdirmişlər. Qeyd olunan şəxslərin İddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqavilələri cavabdehə təqdim edilsə də, onların mülkiyyət hüquqları ilə əlaqədar qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri olan X27, Əzim-zadə X30, X7, X8 və X3 mülkiyyətlərində, eyni zamanda faktiki istifadələrində olan sahələrinin bazar qiyməti müəyyənləşdirilərək İddiaçı tərəfindən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin şəxslərə kompensasiya məbləği təklif olunmuşdur. Lakin qeyd olunan şəxslər kompensasiya məbləğlini könüllü almaqdan imtina etdikləri üçün İddiaçı X27, Əzim-zadə X30, X7, X8 və X6 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılmasına dair” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İlkin iddia ərizəsi icraata qəbul edildikdən sonra ilkin iddia üzrə cavabdehlər tərəfindən İddiaçınə qarşı “torpaq, yaşa yış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsinə dair” qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçılar Əzim-zadə X30 və qeyriləri vəsatətlə müraciət edərək inzibati işin aidiyyəti üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 24 iyul 2019-cu il tarixli 2-1(81)- 1592/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Beləliklə də, həmin iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məhkəmə mübahisələri yekunlaşana qədər mübahisə predmeti olan evin mülkiyyətçiləri həmin ünvanda yerləşən tikili altında olan və həyətyanı sahə üzrə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışlar. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən torpağın alınması bar ədə qərarın qəbul edildiyi tarixdən sonra, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evə dair X29, X13, X26 və X16 hissələri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün satın alındıqdan sonra üçüncü şəxslərin tikili altında olan və həyətyanı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh orqan tərəfindən üçüncü şəxslərin ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə görə hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışının verilməsi qanunsuz olduğundan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli və 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarlarının və digər normativ hüquqi aktların müddəalarını kobud şəkildə pozmuşdur.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin X19 məxsus hissəsinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8005/20 saylı, xx.xx.2020-ci il tarixli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökü lüb tam məhv edilmişdirsə, daşınmaz əmlakın mülkiyyətçisinin müraciətinə əlavə edilmiş ərizəsi (mülkiyyətçinin notarial qaydada təsdiqlənmiş ərizəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsli, texniki pasport), şəhər (rayon) icra hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün alınaraq söküldükdə isə mülkiyyətçi ilə müvafiq icra hakimiyyəti arasında notarial qaydada bağlanmış müqavilə və daşınmaz əmlaka dair aparılmış qeydiyyatın ləğvi barədə icra hakimiyyətinin İdarəyə ünvanlanmış məktubu əsasında ləğv edilə bilər. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********33 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 4həsinə dair paylı mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyəti hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1973-cü il tarixli pasport əsasında verilmişdir. Göründüyü kimi müvafiq torpaq sahəsinə dair verilmiş çıxarış qanunvericiliyin tələblərinə uyğundur. İddiaçı 346/g-12 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna və müvafiq alqı-satqı müqavilələrinə əsasən müvafiq fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəsi ilə X28, ********** qeydiyyat nömrəsi ilə X13 və ********** qeydiyyat nömrəsi ilə X12 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-9190/2021 saylı qərardadı ilə X27, Əzim-zadə X30, X7, X8, X9, X28, X29, X13 və X26 üçüncü şəxs qismində inzibati məhkəmə icraatın a cəlb edilmişlər.
9. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9190/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1850/2022 saylı 20 aprel 2022-ci il tarixli (hakim S.Salahova) qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə iki inzibati orqan arasında yaranmışdır, bir inzibati orqan digər inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətini mübahisələndirir, hansı ki, qanunverici bu mübahisələrin məhkəmə vasitəsilə həllini nəzərdə tutmamışdır. Buna görə də hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür.
12. İddiaçı apellyasiya şikayəti verərək məhkəməni n həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2356/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.Oruczadə - sədrlik edən, M.Tağızadə və X.Cəlilova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kasasiya şikayəti verərək apellyasiya məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması ü çün apellyasiya instanisyaıs məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, məhkəmə qərardad qəbul edərkən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun 4.3-cü maddəsini tətbiq etməklə pozuntuya yol vermişdir. Belə ki, həmin maddənin despozisiyasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilən mübahisələrin məhs inizbati orqanların səlahiyyətləri ilə və ya aidiyyətlə bağlıdır. Cavabdehə qarşı irəli sürülmüş iddia tələbi cavabdeh inzibati orqanın etdiyi hərəkəti ilə bağlıdır. Yəni, mübahisə predmeti mülkiyyət hüququnun qanunsuz dövlət qeydiyyatına alınması və həmin qeydiyyat əsasında ver ilmiş çıxarışın ləğvindən ibarətdir. Başqa sözlə, iddia tələbi cavabdeh orqanın səlahiyyətləri ilə və ya aidiyyətlə bağlı olmadığı üçün iddia mümkün sayılmaqla inzibati iş mahiyyəti üzrə baxılmalı idi. Lakin hər iki instansiya məhkəməsi iddianın mümkünlük məsələsinə düzgün qiymət vermədiyi üçün tamamilə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Üçüncü şəxslər İ.Əzimzadə və M.Əzimzadə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.2 İnzibati akt - inzibati orqan tərəfindən ümumi (pub lik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.3 Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə utulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşə bbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.4 Ərizə - maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Maddə 2.0.5 İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Maddə 2.0.6 İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edil məsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 4.3 İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 19. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı Maddə
7. İcra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər.
20. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə Bənd 1.1 Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası (bundan sonra - Şura) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin Apellyasiya Şuralarının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən (bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) yu xarı instansiyaya şikayətlərin (bundan sonra - şikayət) verilməsi, habelə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə dair müraciətlərə (bu Əsasnamənin 1.4-3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) baxılması mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır Bənd 1.4-1 Həmin Əsasnamənin məqsədləri üçün “inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciət” dedikdə, icra hakimiyyəti orqanları (bundan sonra ‒ inzibati orqanlar) arasında səlahiyyətlərin mənsubluğu, bölüşdürülməsi və həyata keçirilməsi ilə bağlı yaranmış mübahisə üzrə aidiyyəti inzibati orqanın həmin mübahisənin yaranmasına səbəb olmuş digər inzibati orqanın qərarlarından, digər hərə kətlərindən və ya hərəkətsizliyindən Şuraya verdiyi yazılı müraciət başa düşülür. Bənd 1.4-2 İnzibati orqan tərəfindən mübahisənin yaranmasına səbəb olmuş qərarın qəbulu, digər hərəkətin edilməsi və ya hərəkətsizliyi barədə digər inzibati orqana məlum olduğu və ya məlum olmalı olduğu gündən 90 gün müddətində sonuncu inzibati orqan: Bənd 1.4-2.1. Mübahisənin yaranmasına səbəb olmuş qərarı qəbul etmiş, digər hərəkəti və ya hərəkətsizliyi etmiş inzibati orqana məsələ ilə bağlı yazılı müraciət edir; Bənd 1.4-2.2. Müraciətin nəticəsi ilə bağlı inzibati orqanın ona təqdim etdiyi yazılı məlumatdan razı qalmadığı və ya müraciət nəticəsiz qaldığı hallarda inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair Şuraya müraciət edir. 21. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarı Bənd 2 Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1 Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyə ti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 3.2 İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
23. İnzibati Prosessual Məcəllə a) Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia əri zəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fa ktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi “məhkəmə qərardad qəbul edərkən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun 4.3-cü maddəsini tətbiq etməklə pozuntuya yol vermişdir” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 saylı Fərmanına əsasən həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbayca n Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər.
30. Həmçinin bildirilir ki bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur.
31. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.
32. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 19-22a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyas ı apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur.
34. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2356/2022 saylı 29 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.