Məhkəmə qərarları › İş №2-1(102)-1645/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1645/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1645/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə “qərarların ləğv edilməsi və hesablanmış vergi bo rclarının silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-869/2023 nömrəli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “məcburi vergi uçotuna alınma barədə qərarların ləğv edilməsi və hesablanmış vergi borclarının silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində bildirilir ki, İddiaçı QSC ilə vətəndaşlar X3, X4, X2, X5 arasında 2020-ci ildə bağlanmış müqavilələr əsasında həmin şəxslər dən kənd təsərrüfatı məhsullarının alışı həyata keçirilmiş və müvafiq alış aktları ilə rəsmiləşdirilmişdir. İddiaçı QSC tərəfindən həyata keçirilmiş alqı-satqı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hesabatlar vergi orqanına təqdim olunmuşdur. Lakin, vergi orqanı tərəfindən yuxarıda adları qeyd olunan vətəndaşlar məcburi olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmış və alqı-satqı məbləğləri üzrə həmin vətəndaşlara vergilər hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyinə zidd olaraq məcburi vergi uçotuna alınma və vergi hesablanması nəticəsində adları qeyd olunan vətəndaşlar şirkətə gələrək narazılıqlarını kəskin formada bildirərək, onlara hesablanmış vergi məbləğinin şirkət tərəfindən ödənilməli olduğunu qeyd edirlər. Bütün bu mübahisələr zəmin ində şirkətə xeyli zərər dəymiş, kənd təsərrüfatı mallarının alınmasına mənfi təsir göstərmişdir. Belə ki, əhali artıq müqavilə ilə şirkətə məhsul satmaqdan çəkinir, pərakəndə satışa yönəlir, bununla da şirkətə xeyli zərər dəymiş olur. Bundan başqa, İddiaçı QSC kənd təsərrüfatı məhsullarının ixracı fəaliyyəti ilə məşğul olur. İxrac olunan məhsulların alış aktları tərtib olunmadığı təqdirdə qanunvericiliyin tələblərinə əsasən şirkət əldə etmədiyi mənfəətə görə də mənfəət vergisi ödəmək məcburiyyətində olur. Hazırkı vəziyyət kənd təsərrüfatı məhsullarını şirkətə satan şəxslərdə qorxu yaratdığı üçün, həmin şəxslər öz istehsal etdikləri məhsulları yalnız sənədsiz (alış aktı olmadan) satmağa üstünlük verirlər. Bu da sahibkarlıq fəaliyyəti sahəsində böyük çətinliklər yaradır. Ona görə də adları qeyd olunan şəxslərin vergi ödəyicisi olaraq məcburi şəkildə vergi uçotuna alınmaları və onlara əsassız əlavə vergilərin hesablanması şirkətin sahibkarlıq fəaliyyətini həyata keçirməsində ciddi maneələr yaratdığından, həmin şəxslərin hüquqlarının həyata keçirilməsində şirkətin maraqlarına daxildir. Adları qeyd olunan şəxslərdə vergi uçotuna alınmaları ilə bağlı (pinkod paket) heç bir məlumat yoxdur, sadəcə müəyyən vaxtlarda hər birinə ölkədən çıxış hüquqlarının məhdudlaşdırılması ilə bağlı məktublar gəlmişdir. Ona görə də onlara hesablanmış vergilərə dair inzibati aktların şirkət tərəfindən əldə olunması mümkün olmamışdır. Bundan başqa, hazırda həmin şəxslər onlara hesablanmış vergilərin şirkət tərəfindən ödənilməsini kəskin şəkildə tələb etdikləri üçün, şirkətlə heç bir ünsiyyətə daxil ol maq istəmirlər və onlara əsassız vergilərin hesablanmasında şirkəti günahkar gördükləri üçün aqressiv münasibət göstərirlər. Bununla bağlı şirkət tərəfindən Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ilə 23 avqust 2021-ci tarixdə müraciət edilmiş, lakin şikayətə baxılması haqqında cavabdeh tərəfindən göndərilmiş məktubda müraciətdə qeyd edilən bəzi məlumatların Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğu üçün həmin Məcəllənin 30.6-cı maddəsində göstərilən hallar istisna olmaqla, bu məlumatların digər şəxslərə verilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmadığı göstərilməklə şikayət təmin olunmamışdır. Bu səbəbdən də mübahisələndirilməsi məhz zəruri olan məsuliyyət müəyyən edən qərarlar QSC-yə təqdim edilmədiyi ndən, yalnız bəzi sənədləri məhkəməyə təqdim edilmir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən adları qeyd olunan şəxslərə əsassız vergilərin hesablanması, həmin şəxslərə vergilərin hesablanması barədə qərarların təqdim olunmaması, maraqlı tərəf olaraq şirkət tərəfindən vergilərin hesablanmasına dair qərarların tələb olunmasına baxmayaraq təqdim olunmaması hesab edilir ki, şirkət ilə məhsul satan şəxslər arasında konflikt yaranmasına səbəb olmaqla, qərəzli mövqe göstəricisidir. Çünki, qanunvericiliyin tələblərinə əsasən alış aktı tərtib olunubsa və həmin məhsullar vergidən azaddırsa, qanunsuz vergilərin hesablanmasında başqa məqsəd barədə düşünmək mümkün deyildir. Hesab olunur ki, iddiaçının məcburi uçota alınması prosesi özü qanuna ziddir və beləliklə hesablanmış bütün vergilər əsassızdır və silinməlidir. Qanunvericiliyin tələbinə görə kənd təsərrüfatı məhsulları satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satıs həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 73.2, 127-ci maddələrinə, Vergi Məcəlləsinin 3.5, 3.11, 12.3, 13.2.16, 36.2, 71-2.1, 101.6, 150.1.14-cü maddələrinə, Azərbaycan Respublikası MPM-in 59.1-ci maddəsinə, İPM-in 2.2.1, 8.1.2, 13, 32, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh tərəfindən X3, X4 və X1 məcburi vergi uçota alınmalarına dair qərarların ləğv edilməsi və onlara hesablanmış ə sassız vergilərin silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

3. Bakı İnzibati Məhkəməsinin (hakim Vəkil) 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)10035/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi iddianın mümkün saymamasını onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından, iddia mümkün sayıla bilməz.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/ C.A.Yusifov və P.A.Hüseynov) 18 aprel 2023cü il tarixli, 2-1(103)-869/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)10035/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. Qərardad qanunvericilik baxımından düzgün əsaslandırılmamış və buna görə də yanlış nəticəyə varılmışdır. Belə ki, məhkəmə tövsiyyə xarakterli olan müvafiq Plenum qərarına istinad etmişdir, halbuki İnzibati Prosessual Məcəlləsi bu məcəllə ilə tənzimlənməyən halların Mülki Prosessual Məcəlləsi ilə tənzimlənməli olduğunu imperativ norma ilə qeyd etmişdir. Mülki Prosessual Məcəllənin müvafiq maddəsi isə 3-cü şəxslərin mənafeyi naminə məhkəmədə mübahisə açmaq hüququ verir.

10. Bundan əlavə subyektiv hüquqla bağlı hissədə hesab edirlər ki, məhkəmə düzgün yanaşma sərgiləməmişdir. Belə ki, vergi məsuliyyətinin müəyyən olunması məhz iddia tələbinin əsasında qeyd olunan şəxslərlə onlar arasında bağlanmış alqı-satqı müqavilələri əsasında baş vermişdir ki, bu məhz onların hüquqlarına da zərər yetirir. Beləki, kənd məhsulu istehsalçıları iddiaçıya malının təqdim edilməsini əsassız vergi məsuliyyəti ilə nəticələnəcəyini artıq güman edir və iddiaçıya mal satışından imtina edirlər. Yaxud da qeyri rəsmi satışa üstünlük verillər ki, bu da onların vergi mükəlləfiyətlərinə ziddir və belə olan halda şirkət külli miqdarda gəlirdən məh rum olunmuş olur.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci i tarixli 5 nömrəli qərarından da görünür ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

12. İddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmək hesab edirəm ki, bu halda tam əsassızdır. Beləki, məsuliyyət qərarları məhz şirkətlə alqı-satqı müqaviləsi bağlamış şəxslər barəsində və məhz həmin alqı-satqı müqaviləsi əsasın da müəyyən edilmişdir. Belə halların olması demək digər vətəndaşların da öz məhsulunu iddiaçıya satmasından çəkindirmək deməkdir ki, bu da məhz birbaşa onların hüquqlarını pozur. Belə olan halda birbaşa subyektiv hüququnun olması göz qabağındadır.

13. Qeyd edilən imperativ normadan görünür ki, subyekt olaraq iddiaçının hazırki iddia tələbini qaldırmağa tam olaraq hüququ mövcuddur, bununla bağlı birbaşa Məcəllə ilə tənzimlənən imperativ norma mövcuddur. Qeyd edilənlərin əksini deyən nə Konstitusiya Məhkəməsinin Plenumunun qərarını, nə də zəruri Məcəllələrdə bir norma mövcud deyildir.

14. Göründüyü kimi Ali Məhkəmənin Plenumunun istinad edilən qərarı burada qeyd edilən İPM və MPM-lərinə zidd olmamalıdır. Hər hansı ziddiyyət mövcuddursa burada qanunla tənzimlənən norma daha üstün qüvvəyə mali k olmalıdır. Bu da işin mübahisəsiz halıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.4. vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Maddə

15. Vergi ödəyicisinin hüquqları 15.1. vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və y a) məhkəməyə şikayət etmək. 15.2. vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə

33. Vergi ödəyicilərinin uçotu 33.3. hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olubolmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyic isi kimi uçota alınır. Maddə

34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları 34.6 hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Maddə

62. Şikayət verilməsi qaydası 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 18. 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət təd biridir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçıl ığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

20. İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mü bahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də, məhk əmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İddiaçı hazırkı iddiasında başqa şəxslərə münasibətdə cavabdeh inzibati orqanın inzibati aktlarını və hərəkətlərini mübahisələndirir.

28. İddiaçının mübahisələndirdiyi həmin qərarlar və hərəkətlərin hüquqi nəticələri ünvanlandığı şəxslər üçün mövcuddur, müstəqil hüquqi şəxs kimi hazırkı iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yaratmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar onun cavabdeh tərəfindən subyektiv hüququnun pozulması anlamına gəlmir.

29. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.

30. Qanunvericiliyə əsasən həmin qərarların və hərəkətlərin mübahisələndirilməsi hüququ yalnız onların ünvanlandığı şəxslərə mənsubdur.

31. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, başqa şəxslərə münasibətdə cavabdeh inzibati orqanın inzibati aktlarını və hərəkətlərini mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. İddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə hüquq və qanunla qorunan mənafelərinin pozulmasını əsaslandıra bilməmişdir. Ona görə də, hazırkı iddia mümkün sayılmamalıdır.

32. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci ma ddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 aprel 2023-cü il tarixli, 21(103)-869/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar