Məhkəmə qərarları › İş №2-1(102)-1645/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1645/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1645/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçu, hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı əmrin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 01 fevral N0N4-cü il tarixli, N-1(103)-N55/N0N4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X3 1N yanvar N007-ci il tarixli 54 ş/h və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandirinin N yanvar N007-ci il tarixli 13 №-li əmrinə əsasən 1N yanvar N007-ci il tarixdən Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilmiş hesab olunmaqla X4 bölməsinə mühasib xəzinədar vəzifəsinə təyin olunmuş və N yanvar N007-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N. Daha sonra 3N00 nömrəli hərbi hissə komandirinin əmri ilə Maliyyə bölməsinin zabiti baş leytenant İddiaçı vəzifəsindən azad olunmaqla həmin bölmənin baş zabiti vəzifəsinə təyin edilmişdir.

3. Dövlət Sərhəd Xidmətinin N5 sentyabr N0N1-ci il tarixli 18N8 ş/h №-li əmrinə əsasən Sahil Mühafizə rəisinin 0610.N0N1-ci il tarixli 0N36 N-li əmri ilə xx.xx.N0N1-ci il tarixdən İddiaçı şəxsi heyətin siyahısından çıxarılmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.N0N1-ci il tarixli 18N8 ş/h №-li əmrinə əsasən Sahil Mühafizəsi rəisinin xx.xx.N0N1-ci il tarixli 0N36 №-li əmrin ləğv edilməsi və iddiaçının Dövlət Sərhəd Xidmətinin X7 bölməsinin baş zabit vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N007-ci ildən Dövlət Sərhəd Xidmətinin Maliyyə bölməsinin mühasib-xəzinədar vəzifəsində xidmətə başlamış, xx.xx.N014-cü ildən Maliyyə bölməsinin zabiti vəzifəsində, xx.xx.N018-ci il tarixdən isə həmin bölmənin baş zabiti vəzifəsində xidmət etmişdir. Ona xx.xx.N007-ci ildən miçman, xx.xx.N01N-ci ildən baş miçman, xx.xx.N015-ci ildən leytenant, xx.xx.N018-ci il tarixdən isə baş leytenant hərbi rütbələri verilmişdir. xx.xx.N007-ci il tarixdən xx.xx.N0N1-ci ilə kimi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində çalışdığı həmin vəzifələrdə qüsursuz xidmət etmiş, heç bir nöqsana yol verməmiş, müxtəlif medallarla təltif o lunmuşdur. Lakin Xidmət rəisinin xx.xx.N0N1-ci il tarixli 18N8 ş/h N-li əmrinə əsasən Sahil Mühafizəsi rəisinin xx.xx.N0N1-ci il tarixli 0N.36 N-li əmri ilə o, xx.xx.N0N1-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla ehtiyata buraxılmışdır. Cavabdehin həmin əmri qanunsuz və əsassızdır. Çünki, əmrin verilməsinə əsas kimi xidməti uyğunsuzluq göstərilsə də, bu uyğunsuzluğun nədən ibarət olması, hansı qüsurların olması barədə açıqlama verilməmişdir. Halbuki, xidmət dövründə onun hərəkətlərində heç bir qüsur olmamışdır.

6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.N0N0-ci il tarixli 957 ş/h və xx.xx.N0N1-ci il tarixli 18N8 ş/h № əmrlərinin, Sahil Mühafizə rəisinin xx.xx.N0N1-ci il tarixli 0N36 №-l i əmrinin ləğv edilməsi və onun Dövlət Sərhəd Xidmətinin X7 bölməsinin baş zabit vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəmənin N-1(11N)-5NN/N0N3 saylı, N7 yanvar N0N3-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 06 mart N0N3-ci il tarixli, N-1(11N)-55N/N0N3 nömrəli qərarı ilə (hakim X10) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əvvəlki işlədiyi dövrlərdə də vəzifəni düzgün icra etmədiyinə və ya zəif icra etdiyinə görə töhmət almış, son olaraq etik davranış qaydalarına riayət etməyərək şiddətli töhmət almışdır. İnzibati orqan iddiaçı tərəfindən birinci dəfə vəzifə funksiyalarını icra etmədiyinə görə onu xidmətdən xaric etməmiş, ə ksinə ona töhmət vermiş, son olaraq da etik davranış qaydalarını pozduğuna görə şiddətli töhmət vermiş, bununla da əməkdaşa gələcəkdə bu növ hərəkətlərə yol verilməməsi üçün imkan yaratmışdır. Qanunda məzəmmət (irad), töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olması qeyd edilsə də, həmin töhmət əmrinin qüvvədə olmaması ilə bağlı hal özü özlüyündə iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı məsələyə qiymət verilərkən birbaşa məcburi qüvvəyə malik olmasa da nəzərə alınmamalı olan hal kimi dəyərləndirilməməlidir. Belə ki, iddiaçının xidmətdən xaric edilməyə səbəb olan hərəkətlərə yol verməsi töhmət intizam tənbeh tədbirindən nəticə hasil etməməyinin göstəricisi qismində çıxış edir.

10. Bakı İnzibati Məhkəməsinin 06 mart N0N3-ci il tarixli, N-1(11N) -55N/N0N3 nömrəli qərardadı ilə (hakim X10) Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.N0N0-ci il tarixli 957 ş/h əmrinin ləğv edilməsi hissəsində ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə mümkün sayılmamış, iddia həmin hissədə mümkün sayılmamışdır.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 1N. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral N0N4-cü il tarixli, N-1(103)-N55/N0N4 nömrəli qərarı (hakimlər X8 (məruzəçi), X9 və X5) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 mart N0N3-ci il tarixli, N-1(11N)-55N/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində “Hərbi xidmət keçmə haqqında” Əsasnaməyə, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

16. Belə ki, cavabdeh iddiaçını xidməti uyğunsuzluqla xidmətdən xaric edərkən qərəzli mövqe sərgiləmiş, işə baxan məhkəmələr isə bu hala düzgün qiymət verməmişlər. İddiaçı 17 il Dövlət Sərhəd Xidmətində xidmət göstərmişdir. İşlədiyi dövrdə çoxsaylı həvəsləndirmə tədbirləri qismində mük afatlar almışdır. Bu da onun nümunəvi və məsuliyyətli hərbi qulluqçu olduğunu deməyə əsas verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); 19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); N0. Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunları Komandanının “15” oktyabr N007-ci il tarixli əmri ilə təsdiq edilmiş, “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış” Qaydaları Maddə

10. Əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsi 10.1. DSX-nin əməkdaşları birbaşa və ya bilavasitə rəisinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. 10.N. DSX-nin əməkdaşları birbaşa və ya bilavasitə rəisi tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ-hüquqi akta zidd olmasına əmin olduqdan sonra hərbi nizamnamələrin tələblərinə uyğun olaraq hərəkət etməlidir. 10.

3. Qanuni göstərişlərin yerinə yetirilməməsi məsuliyyətə səbəb olur. Maddə 1N. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi 1N.1. DSX-nin əməkdaşlarının qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.... Maddə

13. Korrupsiyanın qarşısının alınması 13.1. DSX-nin əməkdaşlarına qanunsuz maddi və qeyri-maddi nemətlər və ya güzəştlər təklif olunduğu hallarda DSX-nin əməkdaşı onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər DSX-nin əməkdaşlarına ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər D SX-yə akt üzrə təhvil verilməlidir. N1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi: N. Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla) yaymamalıdır.

3. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Hərbi qulluqçuların məsuliyyətləri

7. Bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar: hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə — ictimai təsir tədbirlərinə; hərbi intizamı pozduqlarına görə — Azərbaycan Respubli kası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə;... cəlb oluna bilərlər. NN. Azərbaycan Respublikası Silahlı XN: İİİ fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar

43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir....

47. Zabitlər, generallar və admirallar müstəsna və təxirəsalınmaz hallarda öz vəzifələrindən kənar edilə bilərlər. N3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. K assasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N4. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. N5. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N6. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N7. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahi r Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). N8. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın nəticəsi ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. N9. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İş materiallarından görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır.

31. İddiaçının xidmətə uyğunsuzluğu aparılmış yoxlamaların nəticəsində meydana çıxmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 15 may N0N0-ci il tarixli ********* nömrəli məktubu və Bakı Hərbi Məhkəməsinin 15 may N0N0-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 01 avqust N011-ci il tarixdən 01 mart N0N0-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Yoxlama aparılarkən müəyyən edilmişdir ki, N0N0-ci ildə Xidmətin Sahil Mühafizəsi üzrə aparılan yoxlama zamanı- əmək haqqı, mükafat, maddi yar dım, müavinət və digər ödənişlərin hesablama cədvəlləri üzrə hərbi qulluqçu və mülki şəxslərin əmək haqlarından N017-N019 dövr üzrə ümumilikdə, 300.39N,71 manat məbləğində tutulmuş gəlir vergisi, N019-cu ildə N7.000,00 manat məbləğində tutulmuş məcburi dövlət sosial sığorta haqqı (3,0 faiz) olmaqla, ümumilikdə 3N7.39N,71 manat məbləğində vəsait dövlət büdcəsinə və Dövlət Sosial Müdafiəsi Fonduna köçürülməli olduğu halda, təyinatdan kənarlaşmaqla Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış NN şəxsin adına "Kapital Bank” ASC-nin Suraxanı filialında açılmış ödəniş kartları üzrə onların bank hesablarına köçürülmüşdür. 3N. Eyni zamanda, cavabdeh tərəfindən aparılmış araşdırma zamanı Sahil Mühafizəsinin rəisinin müvafiq əmrlərinə əsasən xidmət müddəti başa çatması, digər hərbi hiss ə komandirlərinin sərəncamına keçirilməsi, xidmətə uyğunsuzluq və digər səbəblərdən N017-ci ilin fevral ayında şəxsi heyətin siyahısından çıxarılmış 11 şəxsə N6 aprel N017-ci il tarixdə və N019-cu ilin fevral-avqust aylarında şəxsi heyətin siyahısından çıxarılmış 11 şəxsə 11 sentyabr N019-cu il tarixdə “Kapital Bank" ASC-nin Suraxanı filialına kart sifarişi verilmiş və bankdan həmin şəxslərin adlarına yeni kartlar alınmışdır. İddiaçı tərəfindən Sahil Mühafizəsində mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 fevral N01N-ci il tarixli Q0N nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartları”na uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun aparılmamışdır.

33. Həmin yoxlama aparılarkən iddiaçı yoxlamaya təqdim etdiyi 08 iyul N0N0-ci il tarixli izahatında həqiqətən, N019-cu ilin sentyabr ayında etibarnamə əsasında bankdan 48 ədəd, o cümlədən 11 nəfər Sahil Mühafizəsinin şəxsi heyətinin siyahısından çıxarılmış hərbi qulluqçuların adlarına olan ödəniş kartları aldığını təsdiq etmiş, bankdan alınan kartların iş otağında saxlanıldığını və 37 ədəd ödəniş kartlarını işçilərin müraciəti əsasında onlara təhvil verildiyini və bu barədə heç bir sənəd imzalanmadığını, əsassız alınmış 11 ədəd kartı isə kim tərəfindən götürülməsi və şəxsi heyətdən çıxarılmış şəxslərin adlarına açılmış ödəniş kartları üzrə bank hesablarına əsassız olaraq köçürülməsi barədə məlumatının olmadığını bildirmişdir.

34. Halbuki, Maliyyə bölməsinin baş zabiti kimi vəzifə funksiyalar ı hərbi hissənin şəxsi heyətin pul təminatının vaxtında hesablanıb ödənilməsi, zabit, gizir heyətinin şəxsi vərəqələrinin tərtib edilməsi, pul vəsaitinin sifarişini hesablanmasını, maliyyə təsərrüfatının uçot hesabat işlərinin aparılmasını, təh-təl hesab şəxslərin hesabatını yoxlamanılması, müvafiq kompensasiya ödənişlərinin verilməsi üçün məxaric sənədlərin hazırlnmasını, o cümlədən hərbi və mülki qulluqçulara zəruri olan əmək haqqı barədə arayışlar verilməsini təmin edilməsi, hərbi hissənin təsdiq etdiyi plana uyğun olaraq maliyyə məsələlərinə dair əməllərin və göstərişlərin icrasının təşkil edilməsi, hərbi hissənin maliyyə xidmətləri və əlaqədar bölmələrlə daimi əlaqə qurulması- onun vəzifə funksiyaları olmuş, buna baxmayaraq, Sahil Mühafizəsində mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 fevral N01N-ci il tarixli Q0N nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun aparmamış, kobud maliyyə pozuntulara yol vermişdir.

35. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından (o cümlədən, attestasiya vərəqəsindən) görünür ki, iddiaçının xidmət etdiyi vəzifədə 4 illik xidmət müddətinin bitməsi ilə əlaqədar onun attestasiyası keçirilmiş və fəaliyyəti aşağıdakı kimi qiymətləndirilmişdir: “…Xidmət etdiyi müddətdə vəzifə borclarının və verilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmağa çalışsa da son vaxtlar tutduğu vəzifədə göstərilən etimadı doğrultmamış, əmr və tapşırıqlar ın icrasını lazımi səviyyədə yanaşmamışdır. Belə ki, aparılan yoxlamalar zamanı bölmədə çox ciddi nöqsanlar aşkar edilmiş, həmin nöqsanlara görə DSX rəhbərliyi baş leytenant İddiaçı vəzifədən azad olunaraq sərəncama götürülməsini məqsədəuyğun hesab etmişdir… İddiaçı attestasiya olunması səbəblərindən biri maliyyə təsərrüfatı işində yolverilməz və bağışlanılmaz səhvlər barədə vaxtında tədbirlər görülməsi üçün rəhbərliyə məruzə etməməsi bir daha nəzərinə çatdırılmışdır. Komissiya üzvləri və sədr tərəfindən iddiaçı tərəfindən buraxılan səhvlərin və əməlin bağışlanılmaz olduğu və bölmənin baş zabiti kimi Maliyyə bölməsində göstərilən etimadı doğrultmaması vurğulanaraq belə rəy verilmişdir ki, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən Silahlı Qüvvələrin qar şısında vəsatət qaldırılması məqsədəmüvafiq hesab edilir.

36. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilən və aşağı instansiya məhkəmələrinin tədqiq predmeti olan sübutlarla müəyyən edilir ki, iddiaçı Maliyyə bölməsinin baş zabiti olaraq yoxlanılan dövrdə xidməti vəzifəsini lazımınca yerinə yetirməmiş, qanunvericiliklə üzərinə düşən öhdəliklərinin icrasından yayınma baş vermişdir.

37. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

38. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyiş dirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-N55/N0N4 nömrəli, 01 fevral N0N4-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar