Məhkəmə qərarları › İş №2-1(102)-1646/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1646/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1646/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1984-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “müalicə ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(103)-1538/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında təhsil almış, xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit kimi qulluq etmiş, Dövlət Sərhəd Xidməti Komandanın xx.xx.2016-cı il tarixli əmri ilə hərbi xidmətdən (xəstəliyə görə) ehtiyata buraxılmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə ona birdəfəlik müavinətin ödə nilməsi barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, müalicə müavinəti hərbi qulluqçuların raportuna əsasən müavinətin ödənilməsi barədə əmrin imzalandığı gün hərbi qulluqçuya hesablanan pul təminatı nəzərə alınmaqla ödənilir. İddiaçının xidmət etdiyi hərbi hissəyə şifahi sorğu verilmiş və müəyyən olunmuşdur ki, qeyd edilən dövr üzrə müavinətin ödənilməsi ilə bağlı nizami hissə üzrə əmrdən çıxarış olmadığı üçün ödəniş olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müalicə ilə əlaqədar iki aylıq pul təminatı m əbləğində birdəfəlik müavinətin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. İddiaçı 2016-cı ilin yanvar ayında sözügedən Qanunun həmin maddəsinə əsasən raport yazsa da, nəzərdə tutulmuş məbləğ bugünədək ona verilməmişdir. Bununla bağlı xx.xx.2021-c i il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh qeyd edilən dövr üzrə müavinətin ödənilməsi ilə bağlı nizami hissə üzrə əmrdən çıxarış olmadığı üçün ödənişin edilməsindən imtina olunduğunu bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

6. Cavabdehin iddiaya qarşı etirazının dəlilləri onun imtina məktubunun dəlillərinə əsaslanır. Cavabdeh etirazında iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-6515/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların pul təminatı kimi müxtəlif müavinət və digər ödənişlər almaq hüquqları olsa da, mövcud inzibati praktikada bu hüquqlardan istifadə etmək üçün hərbi qulluqçuların xidmətinin müvafiq dövründə bu barədə aidiyyəti üzrə müraciəti tələb olunur. Hazırkı işin halları ilə bağlı məhkəmə vurğulayır ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ hüquqi aktların müddəalarında bu xüsusat birbaşa qoyulmasa da, xidmətdə olan hərbi qulluqçunun müvafiq raportla müraciət etməsi, müavinətin təyinatı baxımından onun müalicəyə ehtiyacının və bununla bağlı istifadə olunacaq pul təminatına zərurətin olmasını bəyan edən hal kimi şərtləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə icraatında iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə müalicə olunması ilə əlaqədar iki aylıq pul təminat ı məbləğində birdəfəlik müavinətin verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsi, bu barədə yetərli sübut təqdim edilmədiyindən, öz təsdiqini tapmır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçıya sabiq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi həmin müavinətin verilməsindən cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmur.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Aytən Oruczadə) 09 mart 2023-cü il tarixli, 2-1(103)-1538/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh inzibati orqandan müvafiq müavinətin ödənilməsini tələb etsə də, işin nə birinci instansiya, nə də apellyasiya icraatı zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsini təsdiq edən yetərli sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların müxtə lif müavinət və pul təminatı kimi digər ödənişlər almaq hüquqları olsa da, mövcud inzibati praktikada bu hüquqlardan istifadə ilə bağlı hərbi qulluqçuların xidmətinin müvafiq dövründə onların aidiyyəti üzrə müraciəti tələb olunur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Maddə 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşında n, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Maddə 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət veril ir. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallard a inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasl andırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eyn ilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müalicə ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, a pellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İddiaçının hüquqi marağı və məqsədi 2016-cı il üzrə ona müalicə ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsinə nail olmaqdır. 27. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsin ə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir.

28. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixli əmrə əsasən hərbi xidmətdən ehtiyata buraxılmış, müalicə ilə bağlı birdəfəlik müavinətin ödənilməsi barədə cavabdehə isə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.

29. Bu qərarın 15-ci bəndində istinad olunan normanın mahiyyətinə görə, şəxs kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinəti yalnız xidmət dövründə və buna müvafiq tibbi göstəricilərin, yəni müalicəyə ehtiyacının mövcud olduğu təqdirdə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, istinad olunan norma və həmin normada nəzərdə tutulmuş müavinət hərbi xidmət dövründə müalicəyə və reabilitasiyaya ehtiyacı olan hərbi qulluqçuların səhhətinin bərpası, bunun üzərindən də hərbi xidmətin keyfiyyətinin təmin olunması məqsədlərinə xidmət edir. Bu baxımdan müalicəyə ehtiyacı olan hərbi qulluqçu bununla bağlı müavinətin ödənilməsi üçün aidiyyəti üzrə müvafiq qaydada müraciət etməli və müraciətə müvafiq tibbi sənədləri əlavə etməlidir. Müavinətin ödənilməsi həmin sənədlər əsasında müvafiq rəsmiləşdirmə aparılmaqla həyata keçirilir.

30. Hazırkı mübahisəyə münasibətdə iddiaçının müalicə ilə bağlı müavinətin ödənilməsi üçün bu qərarın 29-cu bəndində qeyd edilmiş qaydada və xidmət dövründə müraci ət etdiyi iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır

31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 21(103)-1538/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar