Məhkəmə qərarları › İş №2-1(102)-1647/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1647/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1647/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; mülki iş üzrə çıxarılmış qətnamənin icrası ilə bağlı mübahisənin məhkəmə aidiyyəti; hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillərin kassasiya şikayətində lazımi qaydada əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz he sab edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1411/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən, borclular X4, X5 və "xxxx" MMC-dən vurulmuş maddi ziyana və ödənilmiş dövlət rüsumlarına görə müştərək qaydada müxtəlif məbləğdə pul vəsaitləri tutularaq tələbkarlar X8, X9, X2, X11, X1, X6, X10 və X3 ödənilməlidir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən, Binəqədi Rayon Məh kəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra sənədi üzrə borclu "xxxx" MMC-nin "xxxx" ASC-də olan pul vəsaitinin üzərinə tələb həcmində həbs qoyulması barədə Binəqədi RİŞ-in icra məmurunun təqdimatı təmin edilərək "xxxx" MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1.250.000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Binəqədi RİŞ-ə həvalə edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-376/2023 saylı qərardadına izah verilməsi barədə "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-457/2023 saylı, xx.xx. 2023cü il tarixli qərardadına əsasən, Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə “Azsığorta ASC-nin şikayəti təmin edilməmişdir.

5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən, Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qərardan “Azsığorta ASC tərəfindən verilmiş şikayətinin təmin edilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-313/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasə n, "xxxx" ASC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh icra məmuru və rəisinin “Azsığorta" ASC-nin mülkiyyətində olan və "xxxx" QSC-də saxlanılan 1.250.000 manat məbləğində pul vəsaitinin köçürülməsinə (alınmasına) dair hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10709/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianı n təmin edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1411/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10709/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. 96.4. Kassasiya mümkün sayıldı qda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

13. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli 01/2023 nömrəli Qərardadına əsasən: İ. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. İİ. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmə diyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. İİİ. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır. İV. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müdd ət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər. V. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər.

15. Hazırkı mübahisə üzrə vahid məhkəmə təcrübəsinin mövcudluğu (2-1(102)1769/2023, 2-1(102)-2323/2023, 2-1(102)-2342/2023, 2-1(102)-2466/2024 №-li işlər üzrə qərarlar), eləcə d ə həmin təcrübənin kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildiyi, həmçinin təcrübənin cavabdeh orqan üçün əlçatan və bəlli olduğu, bu iş üzrə kassasiya şikayətinin həmin təcrübə nəzərə alınmadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verildiyi nəzərə alındıqda, şikayət əsaslandırılmamış hesab edilməli, şikayət üzrə kassasiya mümkünsüz sayılmalı, şikayətin qəbulundan imtina edilməlidir.

16. Bu qərarın 15-ci bəndində qeyd edilən qərarlarda aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, mülki məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktları əsasında verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarları və hərəkətləri (hərəkətsizliyi) inzibati hüquq sahəsinə aid məsələnin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi istisna edilir. Mülki məhkəmə aktının icrası ilə bağlı icra gedişində icra məmurunun qərar və hərəkətlərinin, eləcə də hərəkətsizliyinin mübahisələndirilməsi həmin məhkəmə aktının icrasına nəzarət edən məhkəməyə şikayət vermək hüququndan istifadə etməklə reallaşdırılır.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1411/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar