Məhkəmə qərarları › İş №2-1(102)-1648/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1648/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1648/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məzuniyyətə görə kompensasiyanın ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1988-2006ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyi n edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-229/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 15.01.2020-ci il tarixli, ***-**** İ-1220 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, xidmət etdiyi 1988-2004-cü illərin məzuniyyətindən istifadə etmədiyinə görə DİO-da xidmətdən xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşları əsasında ona 720 man at məbləğində kompensasiya ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1988-2006ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onun la əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. 1981-ci ildən 2006-cı ilin fevral ayının sonunadək daxili işlər orqanlarında xidmət etmişdir. 2006-cı ilin fevral ayında yaşa görə pensiyaya çıxmışdır. İşdən azad edilərkən istifadə etmədiyi 19 il üçün ona məzuniyyətə görə kompensasiya hesablanıb ödənilməmişdir. Dəfələrlə məzuniyyətdən istifadə etmədiyi illərə görə kompensasiya verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. DİN Maliyyə-Plan İdarəsi özünün 06.12.2019cu il tarixli məktubu ilə bildirmişdir ki, 1988-2004-cü illərin (16 il) məzuniyyətindən istifadə etmədiyinə görə xidmətdən xaric olduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşları əsasında ona 720 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı həmin cavabla razılaşmır. Belə ki, 1988-20 06-cı illərdə məzuniyyətdə olmamışdır. Beləliklə, ona 19 ilə görə kompensasiya ödənilməlidir. Digər tərəfdən o, kompensasiyanın məbləği ilə razılaşmır, ona ödənilmiş kompensasiya 2006-ci ilin deyil, 2019-cu ilin dekabr ayından əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən ödənilməlidir.

6. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etirazda qeyd edilənlər imtina məktubu ilə eynilik təşkil edir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istifadə etmədiyi məzuniyyətə görə kompensasiya aldığından iddiaçı həmin müddətin xidmət illərinə əlavə edilməsi və buna uyğun olaraq pensiyanın artırılmasının tələb etməkdə haqlı deyildir.

9. İddiaçı apelya siya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-229/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul ol unmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyasında işə baxılan zaman cavabdehə sorğu verilmişdir. Sorğuya cavabda göstərilir ki, iddiaçı işdən tərxis olunan zaman vəzifə maaşı 37 manat, rütbə maaşı 8 manat olmuşdur. İstifadə etmədiyi məzuniyyətin günləri isə 480 gün olmuşdur. Bu cavabdan da bəlli olur ki, cavabdeh orqan 2019-cu ildə ona bu hesablamaya əsasən 720 manat məbləğində pul ödəmişdir. Məhkəmə nəzərə almamışdır ki, hesablama 2004-cü ilin məbləğləri ilə deyil, 2019-cu ildə tutduğu vəzifə və rütbə maaşlarına uyğun aparılmalı idi. Bu s əbəbdən qərar ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: 15. 26 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. 16. 26 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” Bənd

88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmi n iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İş materiallarından görünür ki, iddiaçı ona istifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 06 dekabr 2019-cu il tarixli məktubu ilə 1988-2004-cü illər üçün məzuniyyətlərdən istifadə etmədiyinə görə DİO-dan xidmətdə xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşlarına əsasən iddiaçıya 720 manat pul kompensasiyası hesablandığını bildirmişdir.

23. İddiaçı həmin məbləğlə razılaşmamış, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1988-2006-cı illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddianı əsas sız hesab edərək rədd etmiş və bu zaman Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli 168İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin müddəalarına əsaslanmışlar.

25. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək bildirir ki, ona verilmiş kompensasiya 2004-cü ilin məbləğləri ilə deyil, 2019-cu ilin vəzifə və rütbə maaşına uyğun olaraq hesablanmalıdır.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, bu qərarın 17-ci bəndində qeyd edilən Əsasnamənin tələbinə görə əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədi kdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.

27. Azərbaycan Respublikası DİN Maliyyə - Plan İdarəsinin məhkəmənin sorğusuna cavab məktubunda bildirmişdir ki, 23.02.2006-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş İddiaçı sonuncu vəzifəsi Sumqayıt ŞPİ-nin PPXT-nin manqa komandiri, xüsusi rütbəsi isə polis baş serjantı olmuşdur. Həmin vaxt İddi açı tutduğu vəzifəyə görə maaşı 37 manat, rütbə maaşı 8 manat təşkil etmişdir. Qeyd olunmalıdır ki, daxili işlər orqanları əməkdaşlarına əsas məzuniyyət təqvim ili ərzində 30 gün müddətində verilir. N. İsmayılov 1988-2004-cü illərdə (cəmi 16 il) 480 gün əsas məzuniyyətdən istifadə etməmişdir. İddiaçı xidmətdən xaric olunduğu 2006-cı ildə “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 13-cü bəndinə uyğun olaraq istifadə olunmamış məzuniyyətə görə kompensasiya yalnız xidmətdən tərxis olunmuş əməkdaşlara vəzifə və xüsusi rütbə maaşlarından hesablanaraq ödənilirdi. İddiaçı da tutduğu vəzifəyə (37 manat) və rütbəsinə görə maaşı (8 manat) əsasında 1988-2004-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 720 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı daxili işlər orqanlarından xaric edilərkən tutduğu PPX nizami hissəsinin manqa komandiri vəzifəsinə görə maaşı hazırda 565 manat, rütbəyə görə maaş 117 manatdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində ona veriləcək kompensasiyanın 2019-cu ilin dekabr ayından əvvəlki 12 təqvim ayına uyğun olan orta əmək haqqına əsasən ödənilməli olduğunu bildirsə də, yuxarıda göstərilən normadan görünür ki, istifadə edilməyən məzuniyyətə görə kompensasiya polis işçisinin həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilməlidir.

29. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçı kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

30. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhk əmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-229/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar