Məhkəmə qərarları › İş №2-1(102)-1649/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1649/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1649/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi, güzəştli iş stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)356/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1976-1979-cu illərdə Bakı şəhəri 19 nömrəli X1 məktəbində təhsil almış, 1980-cı ilin oktyabr ayından 1982-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur.

2. İddiaçı xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək (hərbi xidmətdə olduğu müddət istisna olmaqla) "xxxx" A SC-də (əvvəlki adları: “Bakı asbestsement və keramika məmulatları” Kombinatı; "xxxx" Kombinatı) elektrik avadanlıqlarına xidmət üzrə montyor işləmişdir. 3. "xxxx" ASC-nin 24 dekabr 2019-cu il tarixli 24/12k nömrəli arayışında bildirilmişdir ki, İddiaçı 6 avqust 1979-cu il tarixdən (240k nömrəli əmr) hərbi xidmət xaric 30 dekabr 2002-ci il tarixədək (406k nömrəli əmr) “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 35-ci bölməsində (Ümumi peşələr) nəzərdə tutulmuş "Qurğuşunlaşdırılmış kabellərin və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərlə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsində iş stajı cəmi 20 il 11 ay 17 gün təşkil edir. AR Tikinti Materialları Sənayesi Nazirliyinin 25 may 1993-cü il tarixli 75 nömrəli əmri ilə 1 iyun 1993cü il tarixdən həmin Kombinatın adı dəyişdirilək "Bakı Şifer və Keramika Məmulatları” Kombinatı adlandırılmışdır. AR Dövlət Əmlak Nazirliyinin 26 aprel 2001-ci il tarixli 193 nömrəli sərəncamı ilə "Bakı Şifer və Keramika Məmulatları” Kombinatının mülkiyyət forması dəyişdirilərək "Bakı Şifer və Keramika” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Neftqaztikinti” Trestinin 19 mart 2020-ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı 22 iyun 2006-cı il tarixdə (21 sentyabr 2006-cı il tarixli 68k nömrəli əmrlə) "Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul edilmişdir. 30 yanvar 2014-cü il tarixdə 91k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifədə əmək stajı 7 il 4 ay 8 gün təşkil edir. "Xəzərdənizneftqaztikinti” Tresti SOCAR-ın (ARDNŞ) 12 mart 2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Neftqaztikinti” Tresti adlandırılaraq SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. İddiaçı 31 yanvar 2014-cü il tarixdə 132k nömrəli əmrlə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 27 avqust 2015-ci il tarixdə 629k nömrəli əmrlə onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifədə əmək stajı 1 il 6 ay 26 gün təşkil edir. İddiaçı 28 avqu st 2015-ci il tarixdə SOCAR/15-2500/xx-xx-000377 nömrəli əmrlə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti quraşdırma Sahəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin vəzifədə işləyir, əmək stajı 4 il 6 ay 21 gündür. Onun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrikli montyoru peşəsində iş stajı 13 il 5 ay 26 gün təşkil edir.

5. İddiaçı 8 iyun 2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini tə sdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd edilən sənədlərin əsilləri tam şəkildə təqdim edildiyi halda, müraciətə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2006-cı il tarixə 30 ildən çox ümumi və 20 ildən çox xüsusi iş stajı olduğundan (elektrik montyoru peşəsində işləmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli iş stajının mövcudluğu həm də "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiqlənir.

9. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin, idarəyə təqdim olunan 24 dekabr 2019-cu il tarixli arayışda vətəndaşın “Bakı asbestsement və keramika məmulatları” kombinatında “elektrik montyoru” işlədiyi qeyd edilmiş və AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru” vəzifəsinə istinad edilmişdir. Lakin iddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasında onun işlədiyi vəzifə “avandanlığa qulluq üzrə elektrik montyoru” vəzifəsi qeyd olunmuşdur.

10. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin məhkəməyə ünvanlanmış 21 mart 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti quraşdırma sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşə sində işləyir. Hal-hazırda İddiaçı “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin “Günəşli” Yatağında yerləşən 2 saylı Dərin dəniz özülündə işlərə cəlb edilmiş və orada işləyir. Onun peşəsi bu işlərin icrasından ibarətdir - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin 19 mart 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: bütün növdən və qabaritdən olan elektrik avadanlıqlarının sökülməsi və əsaslı təmiri, elektrik keçiricilərinin aparat və cihazlarının təmirdən sonra tənzimlənməsi və yoxlanması, gücləndiricilərin, işıq və səs siqnalizasiyalarının təmiri, güc və işıqlandırıcı elektrik qurğularına xidmət, elektrik stansiyaları, transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə işlərin yerinə yetirilməsi, lüminisentli işıqlandırıcı sxemlə rin quraşdırılması və təmiri, gərginliyi 35 kV-dan yuxarı olan kabel xətlərində kabellərin açılması, kəsilməsi, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların montajı, kabellərin zədələnmiş yerlərinin müəyyənləşdirilməsi, elektrik dövriyyəsinin torpaqlanması, müqavimətin, kabel örtüyünün potensialının ölçülməsi, bərk və yumşaq lehimlə lehimləmə, cizgi və sxem üzrə işlərin yerinə yetirilməsi, elektrik mühərrikləri üçün işəsalma müqavimətlərinin seçilməsi. İddiaçı peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı (hazırda qüvvədə olan) və 21 iyun 1993-cü il tarixli 320 nömrəli (hazırda qüvvədən düşmüş) qərarları ilə təsdiq edilmiş siyahıların müvafiq olaraq 29-cu və 35-ci bəndlərində güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üzrə hüquq verən peşə kimi nəzərdə tutulmuşdur. 11. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı 6 avqust 1979-cu il tarixdən 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir və həmin peşəsinə görə müəssisənin bütün növ kabellərin, o cümlədən quraşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi, təmiri və quraşdırılması ilə daim məşğul olmuşdur. Onun işlədiyi peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarla təsdiqlənmiş siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd olunan peşə nəzərdə tutulmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 31 avqust 2021-ci il tarixli, 21(112)-1447/2021 saylı qərarı ilə i ddia təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”da nəzərdə tutulan müvafiq peşədə (kod 23200000-19859) iş stajına malik şəxs kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” b əndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.İ. Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.P.Oruczadə) 1 aprel 2022-ci il tarixli, 21(103)-415/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişd ir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər K.N.Bədəlov /məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 29 iyun 2022-ci il tarixli, 2-1 (102)-1154/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 2-1(103)415/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçı xx.xx.1961 -ci il təvəllüdlü olduğundan, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilə dək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmalıdır ("Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən). İddiaçının həm ümumi, həm də güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilir. İddiaçının tələb olunan ümumi iş stajının olması ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək fəaliyyəti dövrü (xx.xx.1979-xx.xx.1980; xx.xx.1983-xx.xx.2002), təhsil aldığı dövr (1976-1979) və hərbi xidmət dövrü (2 il) nəzərə alındıqda, onun 25 ildən artıq ümumi iş stajı olması müəyyən olunur ki, bu hissədə kassatorun dəlilləri əsassızdır. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçının əmək kitabçasında onun xx.xx.1986-cı ildən xx.xx.2002-ci ilədək elektrik avadanlıqlarına xidmət üzrə montyor işlədiyi qeyd edilmişdir. İş materiallarında olan "Bakı Şifer və Keramika” ASC-nin xx.xx.2019-cu il tarixli 24/12k nömrəli arayışında (iddiaçıya ünvanlanmış) qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən (240k nömrəli əmr) hərbi xidmət xaric xx.xx.2002-ci il tarixədək (406k nömrəli əmr) "Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 35-ci bölməsində (Ümumi peşələr) nəzərdə tutulmuş "Qurğuşunlaşdırılmış kabellərin və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərlə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsində iş stajı cəmi 20 il 11 ay 17 gün təşkil edir. "Bakı Şifer və Keramika” ASC-nin məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir və həmin peşəsinə görə müəssisənin bütün növ kabellərin, o cümlədən quraşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi, təmiri və quraşdırılması ilə daim məşğul olmuşdur. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarla təsdiqlənmiş siyahının 35-ci "Ümumi peşələr” bölməsində qeyd olunan peşə nəzərdə tutulmuşdur. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının iş yerindən verilmiş arayışlara istinad etməklə onun işlədiyi "elektrik avadanlıqlarına xidmət üzrə montyoru” peşəsini “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 33-cü bölməsindəki (kod:23200000—19859) “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinə uyğunlaşdırmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi icmal məktubda qeyd edilən istiqamətdə hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən peşənin adı ilə Siyahıda uyğunlaşdırılan peşənin adı bir-birindən fərqlənir. İş yerindən verilən arayışlarda id diaçının işlədiyi peşə Siyahıya uyğunlaşdırılsa da, arayışda ümumi ifadələrdən istifadə edilmişdir. Hal-hazırda iddiaçının işlədiyi peşə ilə Siyahıda nəzərdə tutulan peşənin funksional eyniləşdirilməsinə zərurət olduğundan, məhkəmə kollegiyası iş materiallarında olan arayışların məzmununu iş üzrə nəticəyə gəlmək üçün yetərli hesab etmir. Qeyd edilən funksional eyniliyin müəyyən edilməsi üçün iş yerindən iddiaçının tutduğu peşənin vəzifə təlimatları, onun icra etdiyi konkret işlər, o cümlədən işlərin xarakteri barədə məlumat tələb edilməli və öyrənilməli, bundan sonra iş üzrə qərar qəbul edilməlidir. Eyni zamanda, iddiaçı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru kimi SOKAR-ın "Neftqaztikinti” Trestində işləmiş, lakin həmin müəssisədən verilən arayışda həmin peşənin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 33-cü bölməsindəki (kod:23200000—19859) "qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinə uyğun olmaması qeyd edilmişdir (iş v.52). Göründüyü kimi, eyni peşəni bir müəssisə Siyahıya uyğunlaşdırmaqla zərərli peşələrə aid etsə də, digər müəssisə zərərli peşə hesab etməmişdir. Bu baxımdan, iddiaçının "xxxx" ASC-də işlədiyi peşə ilə (elektrik avadanlıqlarına xidmət üzrə montyor) ilə “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü ka bellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinin funksional eyniliyinin müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparılmalıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, iş yerindən verilmiş arayışın məzmununa istinad etməklə qərar qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Təkrar apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya "xxxx" ASC-nin 26 dekabr 2022-ci il tarixli arayışı ilə bildirilmişdir ki, İddiaçı həqiqətən də 06 avqust 1979-ci ildən, hərbi xidmət xaric 30 dekabr 2002-ci ilə kimi “Bakı asbestsement və keramika məmulatları kombinatı”nda işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 320 saylı qərarına əsasən XVİİİ-ci bölmə Şüşə istehsalı, 3- cü yarımbölmə - Bütün növlü keramika çini və saxsı məmulatları və ferrit istehsalı üzrə: ümumi peşələr kod 2190203a19861-Əsas istehsalda məşğul olan elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyorları vəzifəsində işləmişdir. Cəmi: Əmək stajı zərərli işlərə görə xx.xx.2002-ci ilə 20 (iyirmi) il 11 ay 17 gün təşkil edir. Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi nazirliyinin 25 may 1993-cü il tarixli 75 Ne-li Əmri 01 iyun 1993-cü ildən “Bakı asbestsement və keramika məmulatları” kombinatının adı dəyişdirilərək "xxxx" Kombinatı adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Əmək nazirliyinin 26 aprel 2001-ci il tarixli 193N-li sərəncamı ilə "xxxx" Kombinatının mülkiyyət forması dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 16 mart 2023-cü il tarixli, 21(103)-356/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aparılmış araşdırmaya əsasən iddiaçının "Bakı asbestsement və keramika məmulatları” Kombinatında işlədiyi 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güz əştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”da 2190203a-19861 kodla müəyyən edilmişdir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox "əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təq dim edildiyindən, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b” bəndinə əsasən onun 57 yaşdan (20.11.20l 8-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazdakı dəlilləri təkrarlayaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarındaki göstərişlərə tam riayət e tməmiş, yetəri qədər araşdırma aparmamış, diqqətəlayiq halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir.

25. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 9.1, 9.8-ci maddələrinə istinad edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 28. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlər lə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmə k pensiyası hüququ vardır..... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olun an 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 30. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçi nin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərə rli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 31. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyi n edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət ü zrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdi yi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. İddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuş, 1976 - 1979-cu illərdə Bakı şəhəri 19 nömrəli X1 məktəbində təhsil almış, 1980-cı ilin oktyabr ayından 1982-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmiş elektrik avadanlıqları üzrə montyor vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Qu raşdırma Filialında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir.

38. İddiaçı ümumi və xüsusi stajının olmasına istinad edərək hesab edir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

39. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğuna istinad edərək iddiaçının iddia tələbində haqlı olduğu qənaətinə gəlmişdir.

40. Cavabdeh kassasiya şikayətində iddiaçının ümumi stajının 25 ildən az olduğunu, iş yerinin əvvəlki arayışına istinad edərək apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin qərarındakı göstərişlərə əməl etmədiyini qeyd etmişdir.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. Kassasiya instansiyası məhkəməsi əvvəlki qərarında iddiaçının tələb olunan ümumi iş stajının 25 ildən çox olduğunu müəyyən edib və əvvəlki kassasiya şikayətinin eyni dəlilini əsassız sayıb. Belə ki, Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü (xx.xx.1979-xx.xx.1980; xx.xx.1983-xx.xx.2002), təhsil aldığı dövr (1976-1979) və hərbi xidmət dövrü (2 il) nəzərə alındıqda, onun 25 ildən artıq ümumi iş stajı olması müəyyən olunur ki, bu hissədə kassatorun dəlilləri əsassızdır.

43. Apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin qərarındakı göstərişlərə əməl etməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfin dən təqdim edilməlidir.

44. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

45. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

46. Təkrar apellyasiya baxışı zamanı iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı məhkəmə sorğusuna əsasən alınmışdır.

47. Yuxarıda istinad edilən iddiaçının güzəştli iş stajı barədə arayışdan (bax 20-ci bəndə) müəyyən edilir ki, iddiaçının “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işlədiyi 20 il 11 ay 17 gün elektr ik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993cü il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”da 2190203a-19861 kodla müəyyən edilmişdir.

48. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında nəzərdə tutulmuş 12 il 6 aydan da artıq güzəştli pensiya hüququ verən peşə və vəzifədə işlədiyi təsdiq olunur.

49. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanla ra yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” təsdiq edilmişdir. Siyahının “23200000 XXXİİİ. Ümumi peşələr “23200000-19859” kodunda “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur.

50. Beləliklə də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, iddiaçının 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur.

51. Məhkəmə kollegiyası hesab edi r ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

52. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

53. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 27-29-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

55. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 21(103)-356/2023 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar