Məhkəmə qərarları › İş №2-1(102)-1649/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1649/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1649/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik dərəcəsinin təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızın və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rea bilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-104/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sistemdən çıxarışla müəyyən edilir ki, E00054904HHD nömrəli forma 88-ə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmişdir. İddiaçıya M19 Digər artrozlar, Sol baldır sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyya tdan sonrakı vəziyyət, M21 ətrafların digər qazanılma deformasiyaları, Antikutvasiya deformasiyası, sümüklərin osteoparozu, daimi ağrı sindromu, sol aşıq baldır oynağının artrozu, açıcı bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə) əzələ atrofiyası, hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş, cavabdeh orqan diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir sol ayağındakı problemlə bağlı əziyyət çəkir. Xəstəliyi günü gündən ağırlaşır və ona görə də o, daim müalicə alır. Belə ki, 2015-ci ildə qəza nəticəsində sol ayağı qırılmışdır. Bunun nəticəsində ayağından əməliyyat olmuşdur. Lakin əməliyyat səhv icra edilmiş və bunun nəticəsində müəyyən fəsadlar yaranmışdır. Buna görə də məcbur qalaraq o iki dəfə əməliyyat edilmişdir. Lakin həmin əməliyyatlar da fəsadları aradan qaldırmamış və hal-hazıradək də onun xəstəliyi davam edir və günü gündən ağırlaşır. Buna görə də o əlillik dərəcəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciət in təmin olunmasından imtina etmişdir.

4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, orqanizmin sümükəzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması iddiaçıda tam olaraq öz təsdiqini tapmır.

5. Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-134/2023 saylı qərarı ilə (hakim X4) iddia təmi n edilmiş, Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi qoyulmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, verilmiş sorğuya cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarında - M19, M21 kodu ilə qeyd olunmuş 13.1.4 və 13.4 xəstəliyi ilə eyniyyət təşkil etdiyi bildirmişdir. Sözügedən “Meyarlar”ın 13.4-cü bəndində nəzərdə tutulmuş qiymətləndirmənin iddiaçıya aid etmək mümkün olmasa da, “Meyarlar”ın imtina cavabının verildiyi zaman qüvvədə olan redaksiyasının 13.1.4-cü bəndini (onurğanın bel-omba şöbəsinin və çanaq sümüklərinin sınığı) iddiaçıya münasibətdə tət biq etmək mümkündür. Həmin bənddə bir qiymətləndirmə halı – 13.1.4.1 (təzahür edən funksional pozuntular və deformasiyalarla) mövcuddur ki, məhkəmə işdə olan Elmi-tədqiqat travmatologiya və Ortopediya İnstitutunun arayışları və iddiaçı barəsində tərtib edilmiş tibbi sənədlərlə əsasən sözügedən qiymətləndirmənin (13.1.4.1) iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğun olması qənaətinə gəlir. Həmin qiymətləndirməyə müvafiq olaraq orqanizmin funksiyalarının pozulma faizi - 40 %, müddəti isə 1 il qeyd edilmişdir.

7. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-104/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixl i qərarı ilə (hakimlər X6 (məruzəçi), X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)134/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Şikayətdə qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nı nəzərə almamışdır.

12. Belə ki, E00054904HHD nömrəli forma 88-ə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmi şdir. İddiaçıya M19 Digər artrozlar, Sol baldır sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət, M21 ətrafların digər qazanılma deformasiyaları, Antikutvasiya deformasiyası, sümüklərin osteoparozu, daimi ağrı sindromu, sol aşıq baldır oynağının artrozu, açıcı bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə) əzələ atrofiyası, hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Orqanizmin sümük əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması iddiaçıda tam olaraq öz təsdiqini tapmamışdır. Bütün bu diaqnozlar nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı müəyyən olunmuş xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqa nizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə t ibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında ə lilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – alts istem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsist em tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ap ellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkə mənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada a raşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. İş materiallarından, eləcə də kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsi ndən imtina səbəbi diaqnozda əlillik əlamətinin müəyyən etməməsi olmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nə həvalə edilmişdir.

26. Ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozun onun hazırkı vəziyyətini əks etdirməsi, əlavə müalicə davam etdirildiyi halda belə (bərpa müalicəsi) xəstəliyin aradan qalxmasının mümkün olmaması qeyd edilmişdir.

27. Göründüyü kimi ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü təsdiq edilir.

28. Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edi lmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir.

29. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin sorğusuna ca vab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarında - M19, M21 kodu ilə qeyd olunmuş 13.1.4 və 13.4 xəstəliyi ilə eyniyyət təşkil etdiyi bildirmişdir.

30. Sözügedən “Meyarlar”ın 13.4-cü bəndində nəzərdə tutulmuş qiymətləndirmənin iddiaçıya aid etmək mümkün olmasa da, “Meyarlar”ın imtina cavabının verildiyi zaman qüvvədə olan redaksiyasının 13.1.4-cü bəndini (onurğanın bel-omba şöbəsinin və çanaq sümüklərinin sınığı) iddiaçıya münasibətdə tətbiq etmək mümkündür. Həmin bənddə bir qiymətləndirmə halı – 13.1.4.1 (təzahür edən funksional pozuntular və deformasiyalarla) mövcuddur ki, məhkəmə işdə olan Elmi-tədqiqat travmatologiya və Ortopediya İnstitutunun aray ışları və iddiaçı barəsində tərtib edilmiş tibbi sənədlərlə əsasən sözügedən qiymətləndirmənin (13.1.4.1) iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğun olması qənaətinə gəlir. Həmin qiymətləndirməyə müvafiq olaraq orqanizmin funksiyalarının pozulma faizi - 40 %, müddəti isə 1 il qeyd edilmişdir.

31. Beləliklə, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq əlilliyin təyin edilməsi üçün əsas mövcud olmuşdur. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

32. Belə olan halda kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-104/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar