Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-165/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-165/2019) Bakı şəhəri xxxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı nümayəndəsi X6 oğlunun iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1998-2004-cü illərdə işlədiyi dövrlərin iş stajı kimi nəzərə alınaraq, əli llik qrupunun təyin olunduğu xxxx 2017-ci il tarixdən əlillik pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 2-1(84)636/2018 nömrəli qərarından cavabdeh DSMF-in Şəki şəhər şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci ildə Şəki şəhərində anadan olduğunu, xxxx 1985-ci il tarixdən xxxx 1985-ci il tarixədək X7 Birliyində toxucu şagirdi, xxxx 1985-ci il tarixdən xxxx 1987-ci il tarixədək, xxxx 1988-ci il tarixdən xxxx 1997-ci il tarixədək toxucu, xxxx 1998-ci il tarixdən xxxx 2004-c ü il tarixədək "xxxx" MMC-də texniki işçi, xxxx 2004-cü il tarixdən xxxx 2005-ci il tarixədək Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində gözətçi, xxxx 2006-cı il tarixdən xxxx 2008-ci il tarixədək "xxxx" ASC-də toxucu və operator işlədiyini, bu halların ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında qeyd olunduğunu, ona xxxx 2017-ci il tarixdən 2-ci dərəcəli əlillik təyin edildikdən sonra əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün DSMF-in Şəki şəhər şöbəsinə müraciət etsə də, sonuncu xxxx 2018-ci il tarixli 80/3-75 nömrəli məktubla, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən 12 il 11 ay 15 gün sığorta stajı, 2006-2008-ci illərdə isə fərdi hesabında 90%-lə 516,83 manat pensiya kapitalı müəyyənləşdirildiyini, 1998-2004-cü illərdə "xx xx" KM tərəfindən təqdim edilmiş DSMF hesabatlarında 1998-2004-cü illərdə cəmi 02 il 03 ay fəaliyyəti olduğu göstərildiyini, tələb olunan pensiya kapitalı olmadığından, əlilliyə görə əmək pensiyası almaq hüququ olmadığı əsası ilə pensiya təyin etməkdən imtina etdiyini bildirərək, “1998-2004-cü illərdə işlədiyi dövrlərin iş stajı kimi nəzərə alınaraq, əlillik qrupunun təyin olunduğu xxxx 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2- 1(84)-636/2018 saylı qərarı ilə iddia qismən təmin edilərək, DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı "xxxx" KM MMC-də xxxx 1998-ci il tarixdən xxxx 2004-cü il tarixədək işlədiyi müddətin sos ial sığorta stajına daxil edilməsi və xxxx 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur (hakim Vidadi Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (X2 (sədrlik edən və məruzəçi) X3 və X4) xxxx 2018-ci il tarixli, 2-1(107)-332/2018 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh DSMF-in Şəki şəhər şöbəsi və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdi r. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə istinadən: “Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.” Vətəndaşın əmək kitabçasındakı qeydlərə əsasən 1998-2004-cü illərdə «xxxx» KM-in MDSSH hesablanması və ödənilməsi araşdırılmışdır. Araşdırma nəticəsində məlum olm uşdur ki, həmin müəssisə tərəfindən təqdim edilmiş 1.DSMF hesabatlarında 1998-2004-cü illərdə cəmi 02 il 03 ay fəaliyyəti olduğu göstərilmiş və fəaliyyət aylarına uyğun olaraq MDSSH ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinadən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada vətəndaşın həmin müəssisədə işləyərək əmək haqqı alması təsdiqləndikdən sonra, ancaq həmin dövr sığorta stajına daxil edilə bilər. Lakin Apellyasiya Məhkəməsi tərəfindən sözügedən Qanunun 21- ci maddəsinə tamamilə ziddi olaraq 1998-2004-cü illər tam şəkildə vətəndaşın sığorta stajına daxil edilmiş, apellyasiya məhkəməsinin qərarında əmək kitabçasında vətəndaşın xxxx 1998-ci il tarixdən xxxx 2004-cü il tarixədək «xxxx» KM MMC-də işləməsi barədə qeydlərin həqiqətə uyğun olmadığının sübuta yetirilmədiyi göstərilmişdir. Müəssisənin sənədləri yandığı üçün DSMF-in Şəki şəhər şöbəsi tərəfindən həmin qeydlərin düzgünlüyünün yoxlanılması qeyri mümkündür. İddiaçı nümayəndəsi (oğlu) X5 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlınilmədi. Cavabdeh DSMF-in Şəki şəhər şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iiştirak etməmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh DSMF-in Şəki şəhər şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-332/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassa siya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1968-ci ildə Şəki şəhərində anadan olmuş, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı, xxxx 1985-ci il tarixdən xxxx 1985-ci il tarixədək X7 Birliyində toxucu şagirdi, xxxx 1985-ci il tarixdən xxxx 1987-ci il tarixədək, xxxx 1988-ci il tarixdən xxxx 1997-ci il tarixədək toxucu, xxxx 1998-ci il tarixdən xxxxx 2004-cü il tarixədək "xxxx" MMC-də texniki işçi, xxxx 2004-cü il tarixdən xxxx 2005-ci il tarixədək Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində gözətçi, 24.01.2006-cı il tarixdən xxxx 2008-cin il tarixədək "xxxx" ASC-də toxucu və operator işləmiş, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı xxxx 2017-ci ildən ikinci dərəcəli əlillik təyin edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Şəki Rayon Dövlət X1 xxxx 2017-ci il tarixli **** nömrəli arayışına əsasən Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən "xxxx" KM MMC-ə məxsus obyektdə yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində ümumi sahəsi 288,2 kv.m olan obyekt içindəki əşyalarla birlikdə tamamilə yanmış, iddiaçı cavabdehə müraciət edərək, ona müvafiq pensiyanın təyin edilməsini xahiş etmiş, DSMF-in Şəki şəhər şöbəsinin iddiaçıya ünvanladığı xxxx 2018-ci il tarixli **** nömrəli məktuba əsasən iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən 12 il 11 ay 15 gün sığorta stajı, 2006-2008-ci illərdə isə fərdi hesabında 90%-lə 516,83 manat pensiya kapitalı olduğu müəyyənləşdirilmiş, 1998-2004-cü i llərdə "xxxx" KM-in MDSSH hesablanması və ödənilməsi araşdırılarkən həmin müəssisə tərəfindən təqdim edilmiş DSMF hesabatlarında 1998-2004-cü illərdə cəmi 02 il 03 ay fəaliyyəti olduğu göstərilmiş və fəaliyyət aylarına uyğun olaraq MDSSH ödənildiyi səbəbindən tələb olunan pensiya kapitalının tamamlanması üçün həmin 02 il 03 ay sığorta stajı kifayət etmədiyi və iddiaçı 1992- 1997-ci illərə aid əmək haqqı arayışı təqdim etmədiyindən, habelə tələb olunan pensiya kapitalı olmadığından, əlilliyə görə əmək pensiyası almaq hüququ olmadığı əsası ilə imtina edilmişdir. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iddiaçının xxxx 1998-ci il tarixdən xxxx 2004-cü il tarixədək işlədiyi onun əmək kitabçasında qeyd edilmiş, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının və ya əmək kitabçasında onun işləməsi barədə olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmədiyindən, həmin əmək kitabçası mötəbər sübut kimi qəbul edilməli, İddiaçı 1985-1990-cı illərdə, 19911995-ci illər arasında “xxxx” ASC-in toxucu istehsalatında toxucu peşəsində işləmiş və əmək haqqı almış, 2008-ci ildə “xxxx” ASC-in pambıqəyirmə istehsalatında operator işləmiş və əmək haqqı almış, 2006-2008-ci illərdə “xxxx” ASC-in toxucu istehsalatında toxucu peşəsində işləmiş və əmək haqqı almış, xxxx 2004-cü il tarixdən xxxx 2005-ci il tarixədək Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində gözətçi, xxxx 2006-cı il tarixdən xxxx 2008-cin il tarixədək "xxxx" ASC-də toxucu və operator işləmiş və bu hallar ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında qeyd olunmuş, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 11 il 04 ay (05.12.2017-xx.xx.1968=49 yaş-15 yaş=34 il x 4 ay=136 ay/12ay=11 il 4 ay) sosial sığorta stajına malik olmalı, iddiaçının xxxx 1998-ci il tarixdən xxxx 2004-cü il tarixədək "xxxx" MMC-də texniki işçi işlədiyi həmin illərin cavabdeh inzibati orqan tərəfindən MDSSH-in ödənilməməsi səbəbi ilə onun sosial sığorta stajına daxil edilməməsi əsassızdır, MDSSH-in ödənilməməsi sığortaolunan iddiaçının təqsiri deyildir və müvafiq sənədləşmənin aparılması da onun vəzifəsi deyildir, bu vəzifə sığorta edənlərə "xxxx" MMC-yə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. İşə kassasiya qayda sında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanı n 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasə n, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi" Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və ə mək stajını təsdiq edən əsas sənəddir. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və ya qulluqçular üçün açılır. xxxx 1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respubl ikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəs indən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qanunun 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüqu qi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xxxx 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xxxx 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortae dənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanun un 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Apellyasiya məhkəməsi bununla əlaqədar düzgün olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə sığorta edən "xxxx" MMC "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmus, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmusdur. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının xxxx 1998-ci il tarixdən xxxx 2004-cü il tarixədək işlədiyi onun əmək kitabçasında qeyd edilmiş, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının və ya əmək kitabçasında onun işləməsi barədə olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmədiyini, İddiaçı xxxx 2017-ci il dən ikinci dərəcəli əlillik təyin edildiyindən və iddiaçının 20 il 04 gün sosial sığorta stajı olduğundan məhkəmələrin ona xxxx 2017-ci ildən əlilliyə görə əmək pensiyası təyin etməkdə haqlı olduqlarını, məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi və müvafiq sənədləşmənin aparılması sığortaolunan iddiaçının təqsiri və vəzifəsi deyil, bu vəzifə sığorta edənlərə - "xxxx" MMC-yə aid olmaqla, uçotun vaxtlı-vaxtında aparılmasına nəzarətin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəzifəsi olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasın da baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, sübutların qiymətləndirilməsində səhvə yol verilmədiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(107)-332/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-332/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-165/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-165/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver