Məhkəmə qərarları › İş №2-1(102)-165/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-165/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-165/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-165/2020 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: dövlət mənzil fonduna aid evin özəlləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun,cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil2 iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi nümayəndə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-2169/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına ümumi sahəsi 178,4 kv.m olan Bakı şəhəri, ünvan, xxx saylı evin 1 saylı mənzilinə dair reyestrdən çıx arış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı şəhəri, ünvan, xxx saylı evin 1 saylı mənzili Yasamal rayonu X15 İcraiyyə Komitəsi tərəfindən xx xxxxxx 1993-cü il tarixdə verilmiş orderə əsasən, anası xxx1ya verilmiş, həmin orderdə ailə üzvü kimi iddiaçının da adı qeyd edilmiş və iddiaçı 1993-cü ildən həmin mənzildə qeydiyyatda olmaqla orada yaşamışdır. İddiaçının anası xx xxxx 2014-cü il tarixdə rəhmətə getmiş, iddiaçı zəruri sənədləri toplamaqla mənzilə dair onun adına çıxarış və texniki pasportun verilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması əsası ilə tələbinin yerinə yetirilməsindən imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(82)1729/2019 saylı qərarı ilə iddia təmin edilmiş, ümumi sahəsi 178,4 kv.m olan Bakı şəhəri, ünvan xxx saylı evin, 1 saylı mənzilinin mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik dövlət mülkiyyətində olan və ya ictimai mənzil fonduna məxsus mənzillərin yaşayış sahəsinin verilməsinə dair müvafiq icra haimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsasında vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin müraciəti nəticəsində əvəzsiz olar aq onların şəxsi mülkiyyətə keçirilməsini müəyyən etmiş, mənzillərin şəxsi mülkiyyətə keçirilməsindən imtinanın əsası olaraq isə həmin mənzilin mübahisəli olması və ya vətəndaş tərəfindən saxta sənədlərin təqdim olunması hallarını nəzərdə tutmuşdur. Cavabdeh tərəfindən iddiaçının tələbinin yerinə yetirilməsindən imtinanın qanunvericiliklə nəzərdə tutulmuş əsasları mövcud olmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2169/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci i nstansiya məhkəməsinin qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “ümumi sahəsi 178,4 kv.m” sözləri “sahəsi 92,1 kv.m” sözləri ilə əvəz edilmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh iddiaçıya məxsus mənzilin Xəzər dənizinin mühafizə zolağında yerləşdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hərhansı sübut təqdim etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən isə müəyyən olunmuşdur ki, mənzilin Xəzər dənizindən 50 metrdə iki dəfə çox məsafə uzaqlığında yerləşmişdir. Cavabdehin iddiaçı tərəfindən 400 kv.m torpaq sahəsinin zəbt olunması, torpaq sahəsində tikililərin inşa edilməsi və təqdim edilmiş eskizdə əksini tapmayan 81 kv.m zirzəminin mövcud olmasına dair dəlilləri isə hazırkı iddianın predmetinə daxil deyildir. Cavabdeh tərəfindən imtinanı zəruri edən faktik i şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş orderdə mənzilin sahəsi 92,1 kv.m göstərildiyi halda, birinci instansiya məhkəməsi 2 saylı MKİS mühəndisinin çəkdiyi sxemə istinad edərək mənzilin sahəsinin 178,4 kv.m olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən, qərarın nəticəvi hissəsi mənzilin sahəsinə aid hissədə dəyişdirilməlidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1, “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdiriməsi haqqında Azərbaycan Respublikası Qanunun 1, 8, 9, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11, 10.2.1, 15-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabd eh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz. İddiaçının mülkiyyət hüququnun qeydə alınması xahiş olunan mənzil yerləşən yaşayış binasının Xəzər dənizinin mühafizə zolağında yerləşdiyi və yaşayış evlərinin yerləşməsi üçün nəzərdə tutulan yer olmadığı müəyyən edilmişdir. Digər əsas kimi bildirilmişdir ki, iddiaçı tərəfindən 400 kv.m torp aq sahəsi zəbt edilmişdir və həmin torpaq sahəsində əlavə tikililər və təqdim edilmiş eskizdə öz əksini tapmayan 81 kv.m olan zirzəmi mövcuddur. Daha bir dəlillə cavabdeh bildirmişdir ki, iş üzrə mübahisəli halların düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X2 Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC iş üzrə üçüncü şəxslər qismində cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8, 11.1, 12.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 111.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiy a instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının xx xxxxxx 1993-cü il tarixli 118/7 nömrəli sərəncamı əsasında xx xxxxxx 1993-cü il tarixdə verilmiş 042281 nömrəli orderin notariat qaydasında təsdiq edilmiş surətinə görə, 5 otaq və 92,1 kv.m. sahədən ibarət Bakı şəhəri ünvan küçəsi ev xxx mənzil 1, ailə tərkibi özü və qızı X5 olmaqla, X9 verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixdə verilən xxx nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X13 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. xx xxxxxx 2001-ci il tarixdə verilən xxx nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə görə, X4 Əliyeva soyadı verilmişdir. xx xxxxxx 2008-ci il tarixdə verilən xxx nömrəli “Doğum haqqında” şəh adətnaməyə əsasən, X1 xxx qızının anasıdır. xx xxxxxx 1987-ci il tarixdə verilən xxx nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnaməyə görə, X6 xxx1soyadı verilmişdir. Bakı şəhəri Xətai rayonu MKTB 2 saylı MKİS tərəfindən verilmiş 183 nömrəli xx xxxx 2019-cu il tarixli arayışa əsasən Bakı şəhəri ünvan küçəsi ev xxx mənzil 1-də yalnız İddiaçı daimi qeydiyyatdadır. X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan xx xxxxxx 2019-cu il tarixli notariat təsdiqli ərizəsində Bakı şəhəri ünvan küçəsi ev xxx-də yerləşən evi qızı İddiaçı Qəhrəman qızının adına özəlləşdirilməsinə etiraz etməmişdir. ünvan ünvanlandığı xx xxxxx 2019-cu il tarixli 509 nömrəli məktubunda göstərmişdir ki, X7 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət daxil olmuşd ur. X13 xx xxxx 2014-cü il tarixdə vəfat etmiş və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir. Cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2018-ci il tarixli, **********433 nömrəli məktubda qeyd edilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquq müəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Cavabdeh mübahisəli mənzilin Xəzər dənizinin mühafizə zolağında yerləşdiyini bildirsə də, mənzilin dənizdən hansı məsafədə yerləşməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bu sənəd məhkəmə kollegiyasının tələbi ilə də təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi fotoşəkillər və Google Earth proqramından çıxarışlardan isə müəyyən edilir ki, mənzil dənizdən 50 metrdən iki dəfədən çox, bəzi yerlərdə isə hətta 213 metr uzaqlıqdadır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğ un qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər onun mülkiyyətinin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş əsaslardan birinə aid olduğu üçün, cavabdehin imtinası qanunsuz olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin bir dəlilinə görə, iddiaçının mülkiyyət hüququnun qeydə alınması xahiş olunan ev Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altında o lan torpaq sahəsində yerləşdiyindən, hüququn qeydə alınması torpaq qanunvericiliyin tələblərinə zidd hesab olunmalıdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Maddənin tələbində n göründüyü kimi, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının xx xxxxxx 1993-cü il tarixdə verilmiş orderini təqdim etmişdir. Cavabdeh hesab etmişdir ki, bu sənəd iddiaçının iddialı olduğu mənzilə dair hüququmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Halbuki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla mü əyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır; - 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 № -li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan gös tərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. - 9-cu maddəsinə əsasən, vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mənzil fonduna məxsus olan mənzilin kirayəçisi əvəzsiz olaraq həmin mənzili şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir. Bunun üçün həmin şəxs müvafiq sənədləri, o cümlədən həmin mənzilə köçmək barədə orderi təqdim etməlidir. Qanunda sadalanmış sənədləri təqdim etmiş şəxs mülkiyyət hüququnun reallaşdırılması imkanını qazanmış olur. Maddələrin tələb lərinin işin hallarına tətbiqi onu ehtiva edir ki, iddiaçı tərəfindən siyahısı Qanunda nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi mənzilə köçmək barədə orderə əsasən ona 5 otaq və 92,1 kv.m. sahədən ibarət olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirməni qanunamüvafiq hesab edir. Həmin mənzilin yerləşdiyi binanın Xəzər dənizinin mühafizə zolağında yerləşməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 46-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir (1): Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar. Göst ərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər (2). Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər (2-1). Maddələrin tələblərinə görə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri özgəninkiləşdirilə bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, apellyasiya məhkəməsi cavabdehin bildirdiyi əsas üzrə sübutların təqdim edilməməsinə əsaslan mış, bunun əksinə olaraq iddiaçının təqdim etdiyi sənədi sübut kimi qiymətləndirməklə, mənzilin dənizdən 50 metrdən iki dəfədən çox, bəzi yerlərdə isə hətta 213 metr uzaqlıqda olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə apardığı qiymətləndirməni qanuna müvafiq hesab edir. İddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinın əsası kimi cavbadeh bildirmişdir ki, iddiaçı tərəfindən 400 kv.m torpaq sahəsi zəbt edilmişdir və həmin torpaq sahəsində əlavə tikililər və təqdim edilmiş eskizdə öz əksini tapmayan 81 kv.m olan zirzəmi mövcuddur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının 400 kv.m. torpaq sahəsini zəbt etməsi, torpaq sahəsində əlavə tikililər inşa etməsi və təqdim edilmiş eskizdə əksini tapmayan 81 kv.m. zirzəmi mövcud olm asına dair dəlilləri əsassızdır, bu faktlar iddianın predmetinə daxil deyil. Cavabdeh kassasiya şikayətindən eyni dəlillərini irəli sürmüşdür. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını qeyd edir. Belə ki, istinad edilmiş Qanununun: - 9-cu maddəsinə əsasən, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında hüquqların dövlət qeydiyyatı aparılır; - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara x itam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu müddəalara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin Qanunun 9.1.3-cü maddəsinin müddəaları təhlil olunarkən belə nəticə əldə olunur ki, maddənin tələblərinə görə məhz bəyan olunan hüquqlarla ziddiyətlərin, imtinanın və ya qeydiyyatın dayandırılması üçün əsasların olub-olmamasının yoxlanılması cavabdeh qurumun vəzifə səlahiyyətlərinə aiddir. İddiaçı isə məhz bəyan edilən, yəni onun qanuni istifadəsində olan mənzil sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir ki, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal isə aşkar olunmamışdır. Hətta belə cavabdehin müəyyən etidiyi kimi, əlavə sahədən iddiaçı istifadə etsə d ə, əlavə tikililər inşa etsə də, yuxarıda verilmiş qanunvericiliyin tələblərindən göründüyü kimi, bu hallar iddiaçının qanuni istifadədə olduğu ölçüdə yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilə bilməz. Digər dəlil kimi cavabdeh göstərmişdir ki, mübahisənin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X2 Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalıdırlar. Dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddənin tələblərindən də göründüyü kimi, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən amil – həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı haldır. Lakin cavabdeh tərəfindən istinad edilmiş qurumların cəlb edilməsi ilə ba ğlı hansı məsələnin araşdırılmalı olduğundan irəli gəldiyi, yəni qanunla qorunan hansı maraqlara toxunulduğu (misal üçün, torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı və yaxud torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxslərə hər hansı hüquqla məxsus olması və s.) barədə bildirilməmiş və bu hissədə kassasiya şikayəti əsaslandıılmamışdır. Qeyd edilənləri nəzərə almaqla əlavə qitmətləndirmənin aparılmasını məhkəmə kollegiyası mümkün hesab etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2169 /2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar