Məhkəmə qərarları › İş №2-1(102)-165/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-165/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-165/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşa çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; iddiaçının təyin olunduğu vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət t ərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: OVY8DV2) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2408/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Rusiya Federasiyasında körpülü kran maşinisti, xx.xx.1992-xx.xx.1993-cü il tarixədək “Könül” kooperativində 5-ci dərəcəli ma şinist, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-cü il tarixədək "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birgə Müəssisəsində krançı, xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC (xx.xx.2008ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyində dənizdə yarımdalma üzən X1 Qurğusunda kran operatoru (10.2 neft, qaz və qaz hasilatı: a) qurğuda qaldırıcıların maşinisti) kimi çalışmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2003xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi kran operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmadığından güzəştli iş stajına daxil etmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhk əməsinə müraciət etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun işlədiyi illər nəzərə alındıqda iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

7. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının xx.xx.2003-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyində işlədiyi kran operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2580/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaş, ümumi staj və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübah isə açan məsələ məhz iddiaçının güzəştli iş stajının olmaması və onun işlədiyi “kran operatoru” peşəsinin güzəştli pensiya hüququ verən Siyahıda nəzərdə tutulmaması ilə bağlıdır.

10. Cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi “kran operatoru” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmadığını əsas gətirmişdir. Halbuki, iddiaçının işlədiyi peşənin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu "xxxx" MMC Şi rkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (xx.xx.2022-ci il tarixədək adı "xxxx" MMC) tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır.

11. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyində, dənizdə yarımdalma üzən X1 Qurğusunda kran operatoru (10.2 neft, qaz və qaz hasilatı: a) qurğuda qaldırıcıların maşinisti) kimi çalışmışdır.

12. Göründüyü kimi, "xxxx" MMC Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddiaçının xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010-xx.xx.2021 dövrlər üzrə işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğunu qəbul etmiş, “kran operatoru” peşəsinin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1100000a-11588 kod altında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.2-a) qurğuda qaldırıcıların maşinisti peşəsi ilə funksional fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir.

13. İddiaçının işlədiyi həmin sahə və peşə, yəni kran maşinisti peşəsi Siyahıda həmin adda qeyd olunmasa da, funksional fəaliyyət baxımından Siyahısında 1100000a11588 kod altında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.2-a) qurğuda qaldırıcıların maşinisti peşəsi ilə eynilik təşkil etdiyi təsdiq olunmuşdur.

14. Məhkəmə icraatı zamanı təqdim olunmuş siyahıda (vəzifələrin siyahısı) həmin müəssisədə “qaldırıcı maşinisti” adlı peşənin olmadığı, onun əvəzinə “Kran operatoru” (Crane operator) adlı peşənin olduğu göstərilmişdir. Göründüyü kimi nümayəndəliyin özü də həmin peşənin ümumiyyətlə vəzifələr siyahısında olmadığını göstərmiş, həmin peşənin siyahıda nəzərdə tutulmuş qaldırıcı maşinisti peşəsi ilə uyğun olduğunu isə güzəştli arayış ilə təsdiq etmişdir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2021-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan çox təşkil etdiyi müəyyən edir (xx.xx.2003-xx.xx.2009; xx.xx.2010-xx.xx.2021 = 17 il 1 ay 7 gün).

15. İşin mübahisələndirilən hallarına aid olmasa da, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, iddiaçının 25 ildən çox ümumi iş stajına malik olması müəyyən olunmuşdur.

16. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin e dilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2408/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2580/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qəra rın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, prosessual normaların tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə al ır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi işəgötürənin xx.xx.2022-ci il tarixli arayışına istinadla qeyd etmişdir ki, İddiaçı xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyində, dənizdə yarımdalma üzən X1 Qurğusunda kran operatoru (10.2 neft, qaz və qaz hasilatı: a) qurğuda qaldırıcıların maşinisti) kimi çalışmışdır. Göründüyü kimi, "xxxx" MMC Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddiaçının xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010-xx.xx.2021 dövrlər üzrə işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğunu qəbul etmiş, “kran operatoru” peşəsinin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifə lərin və göstəricilərin” Siyahısında 1100000a-11588 kod altında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.2-a) qurğuda qaldırıcıların maşinisti peşəsi ilə funksional fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir... Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və peşə, yəni kran maşinisti peşəsi konkret olaraq Siyahıda həmin adda qeyd olunmasa da, funksional fəaliyyət baxımından Siyahısında 1100000a-11588 kod altında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.2-a) qurğuda qaldırıcıların maşinisti peşəsi ilə eynilik təşkil etdiyi təsdiq olunmuşdur.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya sı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1100000a-11588 kod altında “qüllə quraşdırıcıları—qaynaqçıları” vəzifəsi və peşəsi nəzərdə tutulmuşdur ki, iddiaçının əslində icra etdiyi işin həmin vəzifə və peşə ilə əlaqəsi müəyyən edilmir. İşəgötürənin xx.xx.2022-ci il tarixli arayışında da həmin vəzifə və peşəyə istinad edilmir.

30. Bundan başqa, həmin arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.2-ci bəndinə istinad edilir ki, həmin bənd də neftin qazılmasına de yil, hasilatına aiddir. Lakin X1 Qurğusunun “qazma” ilə yanaşı “hasilat”ı da icra etdiyinə dair məlumat işdə yoxdur.

31. Beləliklə, iddiaçının təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinə dair işəgötürənin arayışındakı məlumatlar aşkar ziddiyyətli olduqları halda, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı və işin faktiki hallarına uyğun hesab edilə bilməz.

32. Cavabdeh də şikayətinin əsası kimi haqlı olaraq qeyd edir ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Hazırkı işdə bu, baş verməmişdir.

33. Beləliklə, apellyasiya instansiya sı məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

35. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2408/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndəril ir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar