Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-165/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qər arın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2-1(107)-384/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9988 nömrəli qərar ilə İddiaçı məxsus olan “divanların təmiri sexi’’ obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8857 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbayc an Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin 30 noyabr 2023-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini” xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 9 saylı Ərazi Verg ilər İdarəsinin 30 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğdə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş,xx.xx.2023-cü il tarixədək 4000 manat məbləğin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdehin 30 noyabr 2023-cü il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz və ədalətsiz hesab edir, buna görə də həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********9988 nömrəli qərarına və xx.xx.2023-cü il tarixli KY232018409 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışına əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Ucar rayonu, Qazıqumlaq kəndində yerləşən “divanların təmiri sexi’’ndə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin kobud şəkildə pozulduğu aşkar edilmişdir. Araşdırma zamanı İddiaçı iki nəfər fiziki şəxsi (X2 (FİN: 7AUKRM3) və X3 ilə (FİN: 7FG2C14)) əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi müəyyən edilmişdir. Göstərilən qanun pozuntusunun nəticələri qanunamüvafiq qaydada xx.xx.2023-cü il tarixli DVX seriyalı 002254 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsinin almaqdan imtina etdiyi üçün aktda qeydlər aparılmış və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Əlavə olaraq bildirilir ki, nəzarət tədbiri zamanı İddiaçı xx.xx.2023-cü il tarixli izahatında həmin şəxslərin əmək müqaviləsi (kontraktı) olmadan işlərə cəlb etdiyi öz təsdiqini tapmışdır (izahat etiraza əlavə olunur). Bu fakt vergi ödəyicisi İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı qeyd olunan obyektdə olmasını bir daha sübut edir. Bundan başqa, Vergi ödəyicisinə kameral qaydada hesablanılmış 2022-ci ilə dair gə lir vergisinə münasibət bildirilərkən qeyd etmək istərdik ki, vergi ödəyicisinin gəlirlərinin uçotu lazımı qaydalarda (e-qaimə əsasında) aparılması müəyyən edilsə də xərclərinin uçotu, malların alışı qanunvericilikdə nəzərdə tutulduğu qaydada aparılmadığı müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirin 75 faizi gəlir vergisindən azaddır. Göründüyü kimi, Z.Qasımovun Vergi Məcəlləsində nəzərdə tutulmuş maddədən istifadə etmə hüququ yaranmamışdır. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********153900 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktu b göndərilmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisi İddiaçı barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə xx.xx.2023-cü il tarixli **********03800 nömrəli vergi orqanına dəvət olunmasına haqqında bildiriş göndərilmiş və vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********8857 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı ərizədə qərarın qəbulu zamanı prossesual hüquq normalarının kobud şəkil də pozulduğunu (guya ki, vergi orqanı əməkdaşlarının təsərrüfat subyektinə (obyektinə) zorla daxil olmaları, polislə hədələyərək vergi orqanı əməkdaşlarının dediklərini eyniylə yazdığını amma aktı imzalamadığını), maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd etsədə hansı hüquq normalarının pozulduğunu və həmçinin əməkdaşların qanunsuz əməllərinin (hərəkət və ya hərəkətsizliyi) hər hansı dəlil və ya sübutlarla əsaslandıra bilməmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(116)-1354/2024 nömrəli qərarı ilə (hakim F.H.Hacızadə) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş, belə sübutlar müəyyən olunmamışdır. İş materiallarına əlavə edi lmiş iddiaçının 18 oktyabr 2023-cü il tarixli izahatından görünür ki, o, sahibkarlıq fəaliyyəti göstərdiyi Ucar rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən özünə məxsus divanların təmiri sexində 2 aydır ki, X2 və X3 ilə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etmiş və gündəlik işə muzd olaraq 5-10 manat əmək haqqı vermişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı verdiyi izahatın həmin an baş vermiş həyəcan vəziyyətində verdiyini bildirmişdir. İddiaçının gördüyü işin faktiki xüsusiyyətlərini nəzərə alan məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilmişdir, qərarın əsassızlığı sübuta yetirilmir. İddiaçının həmin mebel sexində tək fəaliyyət göstərməsi işin xüsusiyyətləri baxımından da ağlabatan deyildir.
8. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər: (V.İ.Məlikov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və T.H.Həsənov) 8 avqust 2024-cü il tarixli, 21(107)-384/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(116)-1354/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olu nmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya əsaslandırılmışdır. şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tər əfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda ol an sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirmə li olduğu işlərin (xidmətlərin) məcmusu. 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə ele ktron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassas iya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına gör ə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri h esab edir.
23. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 9 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9988 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı məxsus “divanların təmiri sexi’’ obyektində operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə cavabdehin qənaətinə görə əmək müqaviləsi bağlamadan 2 nəfər fiziki şəxsin, yəni X2 və X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə 002254 nömrəli, 18 oktyabr 2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8857 nömrəli qəra rla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir.
24. İddiaçı izahatında qeyd etmişdir ki, o, sahibkarlıq fəaliyyəti göstərdiyi Ucar rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən özünə məxsus divanların təmiri sexində 2 aydır ki, X2 və X3 ilə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etmiş və gündəlik işə muzd olaraq 5-10 manat əmək haqqı vermişdir.
25. Göründüyü kimi hazırkı işdə olan sübutlarla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məs uliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8857 nömrəli qərarın qəbuluna əsas olmuş hal-iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinin pozulması, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi tam təsdiq edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 21(107)-384/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.