Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1650/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı, yeni açılmış halla bağlı ərizə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə (bu ndan sonra mətndə cavabdeh) qarşı işlədiyi müddətin güzəştlı iş stajına daxil edilməklə pensiya təyin edilməsi və pensiya hüququnun yarandığı gündən birdəfəlik pensiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-306/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi dinləmələr keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzr ə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı onun işlədiyi müddəti güzəştlı iş stajına daxil edilməklə pensiya təyin edilməsi və pensiya hüququnun yarandığı gündən birdəfəlik pensiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-622/2018 nömrəli 30.01.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
3. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)187/2018 nömrəli 05.03.2018-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1060/2018 nömrəli 21.06.2018-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 05.03.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İş üzrə məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 19.01.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-622/2018 nömrəli iş üzrə 30.01.2018-ci il tarixli qərarının ləğv edilib, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, hər 3 instansiya məhkəməsində idd iaçının istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun dəniz şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Apelyasiya və Ali Məhkəmənin qərarlarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə iclasları formal olaraq keçirilmiş, qərarların tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa yüksək məbləğdə əmək pensiyasının təyin edilməsi və yaranmış böyük miqda rda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Bununla belə, məhkəmə qərarlarına əsasən iddiaçının 9 il əvvəl, yəni 15.09.2009-cu ildən 52 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi, onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Məhkəmə qərarları və digər sənədlərə, o cümlədən X2 tərəfindən təsdiq edilmiş 2004-2005-ci illər üzrə əmək haqqı arayışı əsas götürülməklə Fondun Abşeron rayon şöbəsinin Pensiya üzrə komissiyasının 31.07.2018-ci il tarixli 323 №-li qərarı əsasında İddiaçı 15.09.2009-cu il tarixdən 52 yaşın ın tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 23 il 7 ay sosial sığorta stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işinə tikilmiş və Səhiyyə Nazirliyi X1 kadrlar şöbəsinin möhürü ilə təsdiq olunmuş əmək kitabçasının surətində İddiaçı Bakı Kamvol Kombinatında əyirici sexdə daşıyıcı, 18.11.1975-01.03.1976-cı il dövr ərzində “Bakelektroavtomat” zavodunda elektrokar maşınının sürücüsünün şagirdi və sürücüsü, 27.11.1978-21.08.1979-ci il dövr ərzində Bakı kamvol-mahud istehsalat birliyində, 02.10.1982-01.11.1982-ci il dövr ərzində Bakı Təcili Tibbi Yardımda tibb qardaşı, 29.11.1982-19.07.1983-cü il və 18.09.1984-13.12.1984-cü il dövr ərzində 591 №-li hərbi hospitalda tibb qardaşı, 01.08.1985-04.05.1994-cü il dövr ərzində Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanasında internatura dövründə gəmi həkimi (1985-1986), ŞELF-1 (1986) və ŞELF-2 qazma qurğusunda (1986-1994) gəmi həkimi işləmiş və işə gəlmədiyinə görə həmin dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 38-ci maddəsinə görə işdən azad edilmiş (“za proqul”- rusca), 15.09.1994-25.04.2000-ci il dövr ərzində “AMR” firmasında tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş, 01.05.2000-ci ildən hazıradək Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanasında - indiki X1 3 №-li məntəqəsi olan Jiloy adasında gəmi həkimi vəzifəsində işləyir. Həmçinin, əmək kitabçasının surətində qeyd olunanlara əsasən 01.09.1975- 30.04.1976-cı illərdə 112 №-li orta ixtisas texniki məktəbində “avtomobil çilingəri” peşəsi üzrə təhsil almışdır. Araşdı rma zamanı məlum olmuşdur ki, Bakı şəhərinin qeydiyyatında olan vətəndaşa məhkəmə qərarları əsasında 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyə əsasən ardıcıl gələn 24 ayın gəlirləri (orta aylıq əməkhaqqı) və əvvəlki qanunvericiliyin tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda həmin şəxsə hüquq yaradılmaqla aylıq məbləği yüksək olan pensiya təyinatının aparılmasına və ötən dövrlərə görə yüksək fərq məbləğlərinin hesablanaraq birdəfəlik ödənilməsinə (alınmasına) nail olunmuş, nəticədə nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən külli miqdarda vəsait əsassız şəkildə xərclənmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2-1(085)-622/2018 saylı qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın tə zələnməsi haqqında ərizə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizədə qeyd edilən hallar ilkin icraat zamanı məlum olmuş, həmin dəlillər əvvəlki məhkəmə icraatının araşdırma predmeti olmuşdur.
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21 may 2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin edi lməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
12. Kasasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu ilə eyni olmuş, İPM-in 100-cü maddəsinə istinad olunmuşdur. Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dai r tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçü n müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 104.2. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəll ənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qə bul oluna bilən hesab edilir.
15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla b ağlı icraatın təzələnməsinə dair ərizəsində iddia tələbinə mahiyyəti üzrə baxılarkən hər 3 instansiya məhkəməsində iddiaçının istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun dəniz şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Apelyasiya və Ali Məhkəmənin qərarlarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə iclasları formal olaraq keçirilmiş, qərarların tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən i stifadə edilmiş, məhkəmə predmeti vətəndaşa yüksək məbləğdə əmək pensiyasının təyin edilməsi və yaranmış böyük miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur.
18. Göründüyü kimi, ərizədə mübahisə ilə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığının bildirməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmadığı bildirilmişdir.
19. Filial mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. İcraatın təzələnməsi üçün prosessual qanun vericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən apelyasiya instansiyası məhkəməsi ərizəni haqlı olaraq təmin etməmişdir.
20. İstinad edilən hallar əvvəllər də işə baxan məhkəmələrə məlum olmuş və məhkəmə qərarlarında həmin dəlillərlə bağlı hüquqi qiymətləndirmə əksini tapmışdır.
21. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
22. Kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-306/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.