Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1650/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1107/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əmək kitabçasına əsasən iddiaçı 22 mart 1977-ci ildə Bakı elektrik maşınqayırma zavodunun Quba filialına İ dərəcəli ştampçı vəzifəsinə qəbul olunmuşdur (Əmr 16, 4 aprel 1977-ci il); 15 iyun 1977-ci ildə Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmişdir (Əmr 41, 8 iyul 1977-ci il); 1 avqust 1980-ci ildə “Yolnəqliyyattikinti” Trestinin tə lim məntəqəsində sürücü kursuna qəbul olunmuşdur, xx.xx.1981-ci ildə kursu bitirdikdən sonra 1 saylı avtokolona 3-cü dərəcəli sürücü kimi qəbul olunmuşdur (Əmr 5/Л, 15 yanvar 1981-ci il); 8 fevral 1981-ci ildə işdən azad edilmişdir ( Əmr 13/Л, 12/2-1982-ci il); 19 fevral 1982-ci ildə Quba 2716 saylı Avtomobil dəstəsinin Avtobus parkına 2-ci sinif sürücü vəzifəsinə qəbul olunmuşdur(Əmr 13 лс, 9/021982-ci il); 1 avqust 2005-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur ( Əmr 1202/k, 29 noyabr 2013-cü il); 7 oktyabr 2006-cı ildə Avtomobil nəqliyyatı və xüsusi texnika sexinin sementləyici aqreqatlar üzrə dəstəsinə 4-cü dərəcəli quyuların sementlənməsi üzrə maşinist qəbul edilmişdir (Əmr 252 k, 6 oktyabr 2006-cı il); 1 dekabr 2008-ci ildə Avtomobil nəqliyyatı və xüsusi texnika sexinin sementləyic i aqreqatlar üzrə dəstəsinə 5-ci dərəcəli sementləyici aqreqat motorçusu peşəsinə keçirilmişdir (Əmr 342 k, 1 dekabr 2008-ci il); 30 noyabr 2013-cü ildə başqa işə keçirilməsi ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir (Əmr 586-k, 29 noyabr 2013-cü il); 1 dekabr 2013-cü ildə bağlanmış əmək müqaviləsi şərtlərinə uyğun olaraq 5 saylı Texnoloji nəqliyyat sexinə 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə qəbul edilmişdir (Əmr 1202/k, 29 noyabr 2013-cü il); 1 fevral 2014-cü ildə 4 saylı Texnoloji nəqliyyat bölümünün 2 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu vəzifəsinə keçirilmişdir (Əmr 192-k, 3 fevral 2014-cü il); 31 fevral 2014-cü ildə işdən azad olunmuşdur (Əmr 1509, 31 iyul 2014-cü il); 1 avqust 2014-cü ildə ARDNŞ-in Nəqliyyat İdarəsinin 5 sayl ı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı Atonəqliyyat və xüsusi texnika sahəsinin 2 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatı motorçusu peşəsinə qəbul edilmişdir (Əmr 145, 1 avqust 2014-cü il).
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən verilmiş 28 noyabr 2019-cu il tarixli, 227 saylı arayışa əsasən, İddiaçı keçmiş SSRİ Silahlı Qüvvələrində 1978-ci ildən 1980-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. 3. “Quba-Nəqliyyat” ATSC-nin işə əlavə olunmuş 29 noyabr 2019-cu il tarixli, 7 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1982-ci il tarixli, 13 nömrəli əmrlə Quba 2716 saylı Avtomobil dəstəsində avtobus parkına İİ dərəcəli sürücü peşəsinə qəbul edildiyi və 1 avqust 2005-ci il tarixli, 1 0 nömrəli əmrlə öz xahişi ilə işdən azad edildiyi görünür.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 11 aprel 2019-cu il tarixli məktubuna əsasən, İddiaçı həqiqətən 1 dekabr 2013-cü il tarixindən ARDNŞ-ın “Azneft" X1 Departamentinin 5 saylı Texnoloji nəqliyyat sexinin aqreqatlar üzrə dəstəsinə 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə işə qəbul olunmuş (əmr № 1202/k 29 noyabr 2013-cü il), 1 fevral 2014-cü il tarixindən SOCAR-ın Nəqliyyat Departamentinin 4 saylı Texnoloji nəqliyyat bölümünün 2 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə keçirilmiş (əmr № 192-k 3 fevral 2014-cü il), 31 iyul 2014- cü il tarixindən AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad e dilmişdir (əmr № 1509-k 31 iyul 2014-cü il). İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a" bəndinə əsasən güzəştli stajı 1 dekabr 2013-cü il tarixindən 31 iyul 2014-cü il tarixinədək 8 aydır.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş 27 aprel 2019-cu il tarixli, 01-01ink/98 saylı əmək haqqı barədə arxiv arayışının təsdiq olunmuş surətinə əsasən, İddiaçı 2006-cı il üzrə 1137,70 manat; 2007-ci il üzrə 5072,33 manat; 2008-ci il üzrə 8296, 68 manat; 2009-cu il üzrə 7896,32 manat; 2010-cu il üzrə 7142,54 manat; 2011-ci il üzrə 8618,83 manat əmək haqqı hesablanmışdır.
6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “28 may” Neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş 27 aprel 2019-cu il tarixli, 01-01ink/97 saylı əmək haqqı barədə arxiv arayışının təsdiq olunmuş surətinə əsasən, İddiaçı 2012-ci il üzrə 10402,70 manat, 2013-cü il üzrə 10106,55 manat əmək haqqı hesablanmışdır.
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “28 may” Neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş 22 noyabr 2019-cu il tarixli, 01-01ink/221 saylı məktuba görə, İddiaçı həqiqətən 7 oktyabr 2006-cı il tarixdə 3 ay sınaq müddəti ilə Avtomobil nəqliyyatı və xüsusi texnika sexinin Sementləyic i aqreqatlar üzrə dəstəsinə quyuların sementlənməsi üzrə 4-cü dərəcəli maşinist peşəsinə qəbul olunmuşdur (əmr № 252k 6 oktyabr 2006-cı il). 1 dekabr 2008-ci ildə Avtomobil Nəqliyyatı və xüsusi texnika sexinin sementləyici aqreqatlar üzrə dəstəsinə 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə keçirilmişdir (№342k 1 dekabr 2008-ci il). 29 noyabr 2013-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işə götürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmişdir(əmr 586k/29 noyabr 2013-cü il). Peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların peşələrin, vəzifələrin və göstə ricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli stajı 7 oktyabr 2006-cı il tarixdən 29 noyabr 2013-cü il tarixinədək 7 il 1 ay 22 gün.
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş 1 may 2020-ci il tarixli, 680 nömrəli arayışa əsasən, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsinin 2 saylı avtomobil dəstəsinə 1 avqust 2014-cü ildən (Əmr № 145/k 1 avqust 2014-cü il) sementləyici aqreqatın motorçusu peşəsinə işə qəbul edilmişdir. İddiaçı 5 saylı Texnoloji Nəqliyyat Departamentində işlədiyi (5 il 9 ay müddətində) peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanva r 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir.
9. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 28 sentyabr 2020-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir.
10. Cavabdehin 21 yanvar 2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, mərkəzi filiala təqdim edilmiş 26 iyun 1980-ci il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında 19 fevral 1982 - 1 avqust 2005-ci il tarixləri arasındakı dövr ərzində “Quba 2716 saylı Avtomobil dəstəsi”ndə sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin müəssisədə iddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filia l tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq “Quba 2716 saylı avtomobil dəstəsi”nin sənədlərinin arxivə təhvil verilmədiyi və müəssisənin sənədlərinin yerləşdiyi ünvanı müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (16 il 5 ay 17 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi Quba 2716 saylı Avtomobil müəssisəsində işlədiy i dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialı ilə əvəz olunması, hazırkı işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1959-cu il təvəllüdlüdür, müxtəlif sahələrdə işləmişdir. Hal-hazırda Neft Şirkətində işləyir.xx.xx.1982-ci il tarixli, 13 nömrəli əmrə əsasən Quba 2716 saylı Avtomobil müəssisəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2005-ci il tarixli əmrə əsasən öz xahişi ilə Quba 2716 saylı Avtomobil dəstəsindən sürücülük vəzifəsindən azad olunmuşdur. Quba 2716 saylı Avtomobil dəstəsinə qəbul olunması və işdən azad olunması barədə əmək kitabçasının 67-ci qrafalarında möhürlə təsdiq olunmuş yazılı qeydlər vardır. Lakin cavabdeh inzibati orqan onun müraciətinə cavab verərək bildirmişdir ki, Quba 2716 saylı Avtomobil dəstəsində işləməsi ilə əlaqədar əmək haqqı cədvəlləri müəyyən edilməmişdir.
15. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8987/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8987/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddianın təmin edilməsi, xx.xx.1959-cu ildə doğulmuş İddiaçı 60 yaşının tamam olduğu 06 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu 06 sentyabr 2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.
19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1107/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.B axışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun M addə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşı na çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 10.2-ci bənd. Neft, qaz və qaz kondensatının hasilatı. a) fəhlələr (sementləşdirici aqreqatların motorçuları və quyuların sementl ənməsi üzrə maşinistlər)
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏKMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd et mələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tələblərin, xüsusilə də güzəştli ə mək stajının iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Hazırkı qərarın 25-ci bəndində istinad olunan normaya görə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: 60 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
36. Cavabdehin kassasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatdığı, tələb olunan pensiya kapitalından daha çox (60.602,96 manat) pensiya kapitalı topladığı və azı 12 il 6 ay xüsusi staja malik olduğu mübahisələndirilmir. Cavabdeh tərəfindən mübahisələndirilən yeganə hal iddiaçının x x.xx.1982 - xx.xx.2005-ci (23 il 5ay 22gün) illərdə “Quba 2716” saylı Avtomobil Dəstəsində sürücü kimi işlədiyi dövrə aid iş stajının sığorta stajı kimi nəzərə alınması ilə bağlıdır.
37. Bununla bağlı “Quba-Nəqliyyat” ATSC tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 07 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 13 nömrəli əmrə əsasən “Quba 2716” saylı Avtomobil Dəstəsinin avtobus parkına İİ dərəcəli sürücü peşəsinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixli, 10 nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur.
38. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının “Quba 2716” saylı Avtomobil Dəstəsində işlədiyi dövrün xx.xx.1982-ci il tarixindən 1 yanvar 1992-ci il tarixinədək olan 9 il 10 aydan çox hissəsi SSRİ dövrünə düşür. Nəzərə almaq lazımdır ki, həmin dövr qazanılmış əmək stajı kimi «Əmək pensiyaları haqqında» Qanunun 23.2-ci maddəsinin tələbi baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı şərt nəzərə alınmadan, ümumi qaydada və qeyd-şərtsiz sığorta stajına daxil edilir.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən xx.xx.1982-ci il tarixə qədər topladığı ümumi və güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə topladığı güzəştli iş stajını (16 il 5 ay 17 gün) bu qərarın 38-ci bəndində qeyd olunan həmin müddətin (9 il 10 ay) üzərinə gəldikdə, onun 25 ildən çox sığorta stajını tamamladığı iş üzrə materiallardan müəyyən olun ur.
40. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi və bunun üzərindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bu baxımdan, 6 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun poz ulmasına səbəb olmuşdur.
42. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1107/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.