Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1650/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-291/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X5 İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə X3 arasında bağlanılmış 15097 saylı, xx.xx.1967-ci il tarixli “Bağ sahəsinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, sahəsi 0,25 hektar olan 1671 saylı (sonradan 1671/1531 saylı) torpaq sahəsi xx.xx.1973-cü ilədək sonuncunun icarəsinə verilmişdir.
2. Bakı şəhər X5 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.1974-cü il tarixli məktubda bildirilmişdir ki, 1671/1531 saylı bağ sahəsinin icar əyə verilməsi ilə bağlı tərəflər arasında bağlanılmış 15097 saylı, xx.xx.1967ci il tarixli müqavilənin müddəti bitmişdir və müddətin uzadılmaması səbəbindən bağ sahəsinin geri qaytarılması xahiş edilmişdir.
3. AZ-İİ seriyalı 169125 saylı, 06 iyul 2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X3 13 aprel 1996-cı il tarixdə vəfat etmişdir.
4. Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur: İcraatda olan, xx.xx.1939-cu il təvəllüdlü və xx.xx.1996-cı il tarixdə vəfat etmiş, Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 37, mənzil 138-də qeydiyyatda olmuş X1 vərəsəlik işi ilə əlaqədar olaraq İddiaçı notariat ofisinə müraciət etmişdir. ünvan ünvanında yerləşən 0,25 ha torpaq sahəsi X1 adınadır. ünvan ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş edilir.
5. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsi tərəfindən verilmiş 349 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə atası X3 rəhmətə gedəndən sonra X4 və İstismarı Birliyi tərəfindən verilmiş 15097 nömrəli müqavilə əsasında Ləhiş bağ massivində yerləşən 1671 saylı bağ sahəsinin vergi ödəyicisidir və bağ hal-hazırda onun istifadəsindədir.
6. İddiaçı cavabdehə müraciət edərək, ünvan ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X2 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.
7. Cavabdeh 16 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini b ildirmiş və qeyd etmişdir ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 15097 saylı, xx.xx.1974-cü il tarixli müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən “1671” nömrəli bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlak ın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Tresti ilə X3 arasın da imzalanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə əsasında X2 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 ha olan 1671 nömrəli (sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531 nömrəli) bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini işin hallarına istinadən əsaslandırmış və qeyd etmişdir ki, bağ sahəsi iddiaçının qanuni istifadəsində olduğu halda, aparılmış sənədləşmə işlərində bağ nömrələrinin qarışması, bir bağa iki nömrə verilməsi, bağ sahələrinin nömrələrinin dəyişməsi iddiaçının hüquqlarının qeydiyyatından imtinaya əsas ola bilməz. İddiaçının həmin bağ sahəsindən is tifadəsinin qanuniliyini təsdiq edən, qanuni əsaslarla bağlanmış müqavilə vardır. Qüvvədə olan qanunvericilik bu cür uyğunsuzluqların olmasını mümkün hesab etmiş və onların aradan qaldırılmasının yollarını tənzimləmiş, bu işin görülməsini cavabdeh inzibati orqana həvalə etmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı iddiaçının hüquqlarını təsdiq edən icarə müqaviləsi vardır və torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir,həmin müqavilə indiyə kimi hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Belə bir halda, sözügedən bağ sahəsi ilə bağlı iddiaçının hüquqları tanınmalı və qeydiyyata alınmalı idi, əgər uyğunsuzluqlar müəyyən edilsə, bu, cavabdeh tərəfindən aradan qaldırılmalı idi.
10. Cavabdeh iddia tələbinə dair imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir. Etirazda göst ərilmişdir ki, İdarəyə təqdim olunan Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 15097 saylı, xx.xx.1967-ci il tarixli müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən, 1671 saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7 və 9-cu maddələrinə istinad edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-3530/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia tələbi təmin edilmiş, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X7 ilə X3 arasında imzalanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə əsasında X2 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ma ssivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1671 nömrəli (sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531 nömrəli) bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya ayrılmış bağ sahəsinin digər fiziki və ya hüquqi şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının istifadəsində olan bağ sahəsi ilə üçüncü şəxsin istifadəsində olan bağ sahəsinin nömrələrinin eynilik təşkil etməsinə isə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Qeyd olunan məsələlər cavabdehin vəzifələrinə daxildir. Cavabdeh tərəfindən qeyd olunan müqavilənin həqiqətə uyğun ol madığı sübuta yetirilməmişdir. Həmin müqavilə ləğv və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-291/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı iddiaçının mərhum atasına məxsusluğuna dair arayış verilən bağın nömrəsi “1671/1531 saylı” göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mərhum atasının icarəsinə verilmiş 1671 saylı bağ sahəsinin nömrəsi sonradan dəyişdirilmiş və Bakı şəhər ZDS-nin İK-nin Bağlar Təsərrüfatı İdarəsinin 1333 saylı, xx.xx.1974-cü il tarixli məktubunda onun istifadəsində olan bağ sahəsi 1671/1531 saylı bağ sahəsi kimi qeyd olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdehin imtinasının əsası kimi istinad etdiyi başqa şəxsin mülkiyyətində olan 1671 saylı bağ sahəsi ilə iddiaçının rəsmiləşdirilməsini tələb etdiyi 1671/1531 saylı bağ sahəsi tamamilə başq abaşqa yerlərdə yerləşir və cavabdeh qurumun mütəxəssisi tərəfindən verilmiş rəyə görə aralarında 400 metrlik məsafə vardır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti imtina məktubuna və iddiaya qarşı etiraza uyğun tərtib edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar ə sas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsm iləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə) 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tə rtib edilir.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelly asiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQ EYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azər baycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunv ericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı iş üzrə iddiaçının hüququ marağı cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 ha olan 1671/1531 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum atası X2 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsinə nail olmağa yönəlmişdir.
30. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər ZDS-nin İcraiyyə Komitəsinin X7 ilə X3 arasında bağlanılmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli “Bağ sahəsinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, mübahisəli bağ sahəsi X1 icarəsinə verilmişdir. X3 İddiaçı atasıdır. X3 xx.xx.1996-cı ildə vəfat etmişdir. İddiaçının mərhum atası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur və hazırda həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları n əzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.
32. Hazırkı mübahisəyə münasibətdə iddiaçının atası X3 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqaviləyə əsasən icarəsinə verilmiş bağ sahəsi üzərində hüququnu təsdiq edən çıxarış almadan vəfat etmişdir.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə həmin hüquq onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakı n dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
34. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli bağ sahəsinə dair hüququn mərhum X2 məxsus olması barədə müvafiq arayışın verilməsindən cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin tələblərinə ziddir və qanunsuz hesab olunmalıdır.
35. Odur ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 21(103)-291/2 023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.