Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1650/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 9 yanvar 2024-cü il tarixli, 2-1(104)-66/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2016-cı il tarixdə “Ürəyin işemik xəstəliyi, ÜXİX. Gərginlik stenokardiyası fs İİİ (üç)” diaqnozuna əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.
2. Əlilliyin müddətinin bitməsi səbəbindən Şəmkir Rayon Mərkəzi xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Ürəyin xroniki işemik xəstəliyi, ÜXİX Gərginlik stenokardiyası fs İİİ (üç). Aorta və tac damarların aterosklerozu. AKŞx3 əməliyyatından sonrakı vəziyyət xx.xx.2015” diaqnozu qoyulsa da, əlavə müalicəyə eh tiyacın olması səbəbi ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir.
3. Daha sonra Şəmkir Rayon Mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Ürəyin xroniki işemik xəstəliyi, ÜXİX Gərginlik stenokardiyası FS İİ. Aorta və tac damarların aterosklerozu. AKŞ x3 əməliyyatından sonrakı vəziyyət xx.xx.2015. Ağırlaşma 150.0 Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı FS İİ AF 47 %. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arteriyal hipertenziya İl dərəcə, çox yüksək risk. Yanaşı xəstəliklər H36.0° Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), OU Angiopatiya.” diaqnozu qoyulsa da, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir.
4. Sonda iddiaçının əlilliyi yenidən Şəmkir Rayon Mərkəzi xəstəxanasının xx.xx.2022ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Gərginlik stenokardiyası FS İİ. Aorta və tac damarların aterosklerozu. AKŞ x3 əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulsa da, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2015-ci ildə ürəy ində 3 damar dəyişmiş, xx.xx.2016-cı il tarixdə “Ürəyin işemik xəstəliyi, ÜXİX. Gərginlik stenokardiyası fs İİİ (üç)” diaqnozuna əsasən ona 2-ci dərəcə əlillik təyin edilmiş, 2016-2021-ci illər üzrə əlilliyə görə pensiya almış, əlillik müddətinin qurtarması səbəbindən 2021-ci ilin may ayından pensiya ödənişi dayandırılmışdır. İddiaçının xəstəliyinə dair müvafiq göndəriş Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə göndərilsə də, ona əlillik təyinatından imtina edilmişdir.
7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1535/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin e dilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 2016-cı ildən 2022-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına, habelə 413 nömrəli qərarın 2.2.1-ci bəndinə əsasən əlillik təyinatına əsas verməsinə baxmayaraq ona verilmiş imtina əsassız olmuşdur.
10. Cavabdeh apellyasiya şikayə ti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Apellyasiya icraatı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-563/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. 13. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 603/2023 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən adına Şəmkir RMX-da tərtib edilmiş xx.xx.2022-ci il tarixli, E00028824 VXR nömrəli Forma 088 göndərişində qeyd edilmiş Gərginlik stenokardiyası FS İİ. Aorta və tac damarların aterosklerozu. AKŞ x3 əməliyyatından sonrakı vəziyyət.” Diaqnozunda olan xəstəliklər onun hazırkı vəziyyətini əks etdirsə də, xx.xx.2023-cü il tarixdə onun məhkəmə tibbi ekspertizası zamanı EXO-KQ müayinə üçün KTM-ə göndərilmiş və vəziyyəti pisləşdiyindən xx.xx.2023-cü il tarixdə Yeni Klinikada ürəyin tac damarlarından ikisinə stend qoyulmuşdur.”
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2024-cü il tarixli, 2-1(104)-66/2024 nömrəli qərarı ilə (hakimlər: A.Bayramov – sədrlik edən və məruzəçi, R.Mamedov və A.İsgəndərova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, yeni qərar çıxar ılaraq, iddia təmin edilmiş, İddiaçı 5.10.2022-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2-ci bəndinə əsasən əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh orqan eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndəriş əsasında (xx.xx.2016-cı il tarixdə) əlilli k təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə verilmiş göndərişlərdən “Diaqnoz əlillik əlamətləri təyin etmir” və “Əlavə müalicəyə ehtiyacın olması” səbəbləri ilə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.
16. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni məhkəmə kollegiyasına təqdim edərək, xx.xx.2022-ci tarixdən əlilliyin təyin edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyin təyin edilməsini xahiş etdiyi tarixdən əlilliyin təyin edilməsi yeni meyarlar əsasında, yəni NK-nın 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyə n olunması meyarları”nın əsasında aparılır. İddiaçının xəstəliyi yuxarıda qeyd olunan meyarların 2.2.2-ci bəndinə uyğun gəlir, bu da orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin 2 il müəyyən edilməsinə əsas verir.
17. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2, 3.3, 3.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2-ci bəndinə istinad etmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tə min edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, diaqnozlardan da aydın olduğu kimi, iddiaçı barəsində həmin diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı əlillik təyin edilməsi mümkün olmamışdır. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər.
20. Bundan əlavə qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qi ymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.
21. Həmçinin qeyd edilmişdir ki, Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimi yyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbiəsaslarıehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tə ləblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınm asından imtina edə bilməz 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
6. Əlilliyi ol an şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – A gentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nöm rəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılm ış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Bənd
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:... 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında 61-80 faiz; Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 2.2. Ürəyin işemik xəstəliyi ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 65-80 % - 2 il
27. İnzibati Prosessual Məcəllə: a) Maddə 1 2.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldı qdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildi yi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlıdır.
36. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Ürəyin işemik xəstəliyi, ÜXİX. Gərginlik stenokardiyası fs İİİ (üç)” diaqnozuna əsasən 5 il müddətinə ilkin olaraq ikinci dərəcə əlillik təyin edilmişdir.
37. Əlillik müddətinin bi tməsi ilə əlaqədar iddiaçının əlilliyin müəyyən edilməsi üçün tibb müəssisəsinin xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli göndərişləri (Forma 088) əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əlavə müalicəyə ehtiyacın olması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbləri ilə cavabdeh tərəfindən imtina edilmişdir.
38. İddiaçının əlilliyi vəziyyətinin sonuncu qiymətləndirilməsindən görünür ki, ona “Gərginlik stenokardiyası FS İİ. Aorta və tac damarların aterosklerozu. AKŞ x3 əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulsa da, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir.
39. Beləliklə, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olmuşdur.
40. Bu səbəbdən cavabdeh tərəf indən eyni diaqnoza əsasən ona sonrakı müayinələr nəticəsində “Əlavə müalicəyə ehtiyacın olması” və “diaqnoz əlillik təyin etmir” səbəbi ilə verilmiş imtina qanunsuz və əsassız olmuşdur.
41. Burada həmçinin qeyd edilməlidir ki, iddiaçıda mövcud olan xəstəlik diaqnozları hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2ci bəndinə uyğun gəlir, bu da orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin 2 il müəyyən edilməsinə əsas verir.
42. Bundan əlavə məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfin dən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
45. Belə olan halda, kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqan ın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
47. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 23-27(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 9 yanvar 2024-cü il tarixli, 2-1(104)-66/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.