Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1651/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pandemiyadan zərərçəkmiş müəssisələrin vergi güzəştlərindən istifadə qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (qeydiyyat tarixi: xx.xx.2016-cı il; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bak Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)1849/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə istinad edilərək mənfəətin 75 faizi miqdarında azadolma qeyd edilmişdir.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 12 avqust 2021-ci il tarixli **********566900 nömrəli qərarı ilə iddiaçıya 2020-ci il üçün mənfəət vergisi üzrə 54634,01 manat vergi m əbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 12 avqust 2021-ci il tarixli, **********566900 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh əsassız və qanunsuz olaraq iddiaçının faktiki fəaliyyət növünün (yanğınsöndürmə sistemlərinin quraşdırılması, yanğınsöndürmə ləvazimatının, yanğınsöndürmə vasitələrinin quraşdırılması, təmiri və onlara xidmət) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid edilməməsinə istinad edərək iddiaçıya münasibətdə vergi güzəşti tətbiq etməmişdir. Belə ki, iddiaçı pandemiyadan zərər çəkən müəssisədir və müəssisəyə 2020ci ildə 4 dəfə maliyyə yardımı edilmişdir.
5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı pandemiya dövründə sair yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, vergi orqanı tərəfindən müəssisənin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən, müəssisə tərəfindən qarşı tərəflərə - "xxxx" QSC-yə (VÖEN: **********) 755820,27 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 40000,0 manat və "xxxx" QSC-yə (VÖEN: **********) 21285,78 manat olmaqla, ümumi likdə 817106,05 manat (ƏDV-siz) dəyərində (yanğınsöndürmə üzrə sistemin qurulması və işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğınsöndürmə üzrə sistemin qurulması (sulu söndürmə) və s.) elektron qaiməfakturaların təqdim olunduğu müəyyən edilmişdir. Başqa sözlə desək, iddiaçının fəaliyyəti onun qeyd etdiyi kimi yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti deyil, faktiki olaraq yanğın söndürmə üzrə sistemin qurulması və işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğınsöndürmə üzrə sistemin qurulması fəaliyyəti olmuşdur. İddiaçının faktiki fəaliyyət növü (yanğınsöndürmə sistemlərinin quraşdırılması, yanğınsöndürmə ləvazimatının, yanğınsöndürmə vasitələrinin quraşdırılması, təmiri və onlara xidmət) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid edilmədiyindən iddia tələbi əsassızdır.
6. Bakı İnzibati Məhkəməsinın 24 fevral 2022-ci il tarixli, e-2-1(112)-2363/2022 nömrəli qərarı ilə (hakim A.İ.Abıyev) iddia tələbi təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 12 avqust 2021-ci il tarixli **********566900 nömrəli qərarı ləğv edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, İqtisadiyyat nazirliyinin pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı və pandemiyadan zərərçəkmiş sahələrə əmək haqqı ödənişləri üçün edilən yardım siyahılarında iddiaçı müəssisənin (fəaliyyət kodu 28992) adının qe yd edilməsi, o cümlədən 2020-ci ildə ona zərərçəkən müəssisə kimi 4 dəfə maliyyə yardımı edilməsi, müəssisənin fəaliyyət göstərdiyi sahənin fəaliyyəti qismən məhdudlaşdırılmaqla pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapır. Lakin cavabdeh bu halları nəzərə almadan qərar qəbul etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(103)-1849/2022 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 24 fevral 2 022-ci il tarixli, e-2-1(112)-2363/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində iddia tələbinə etirazda qeyd etdiyi işin hallarını və dəlilləri təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən “pandemiyadan zərər çəkən” və “fəaliyyəti məhdudlaşdırılan” anlayışları fərqləndirilməmiş, onların müəyyən edilməsi əsasları araşdırılmamışdır. Belə ki, pandemiyadan zərər çəkən anlayışı daha geni ş auditoriyaya malik olmaqla, hər bir şəxsi əhatə edir, amma fəaliyyəti məhdudlaşdırılan fəaliyyət sahəsi dedikdə isə yalnız Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən fəaliyyət sahələri nəzərdə tutulmalıdır. Bundan əlavə, məhkəmə tərəfindən əsasız olaraq “vergi ödəyicilərinin Siyahısı” tələb edilmiş, lakin nəzərə alınmamışdır ki, Vergi Məcəlləsinin 224.1.2-ci maddəsində göstərilmiş güzəştdən istifadə etmək hüququ vergi orqanının deyil, yalnız Nazirlər Kabinetinin müəyyən etdiyi tam və qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə əsasən tətbiq edilməlidir. Bu hüquqdan istifadəyə nəzarət isə vergi ödəyicisi tərəfindən müvafiq mənfəət bəyannaməsi təqdim edildikdən sonra vergi nəzarəti tədbiri zamanı həyata keçirilir. Pandemiya dövründə işçilərin 50 faizinin işləməsinə icazə verilən, yaxu d işçilərinə əmək haqqının ödənilməsi məqsədilə maddi yardım verilən hər bir fəaliyyət sahəsi, fəaliyyəti qismən məhdudlaşdırılan fəaliyyət sahələri hesab edilmir. Eyni zamanda, müəssisəyə işçilərinə əmək haqqının ödənilməsi məqsədilə maddi dəstəyin göstərilməsi həmin vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməli olması ilə şərtləndirilə bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1849/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə p roses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarınınvəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qa rşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual h üquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
18. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir.
19. Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy i orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar.
20. Odur ki, işin tərəflər arasında mübahisələndirilən halı iddiaçının fəaliyyət sahəsinin koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olub-olmamasıdır.
21. İddia tələbinin əsası kimi ona istinad edilmişdir ki, iddiaçı pandemiyadan zərər çəkən müəssisə olduğundan və 2020-ci ildə 4 dəfə maliyyə yardımı edildiyindən, müəssisə mənfəətinin (gəlirinin) 75 faizi miqdarında vergidən azaddır.
22. Cavabdeh isə o hala istinad edir ki, iddiaçının faktiki fəaliyyət növü (yanğınsöndürmə sistemlərinin quraşdırılması, yanğınsöndürmə ləvazimatının, yanğınsöndürmə vasitələrini n quraşdırılması, təmiri və onlara xidmət) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid edilmir.
23. Məhkəmə kollegiyası tərəflərin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. 24. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarında qadağan edilən iş (xidmət) sahələri və xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətin davam etdirilməsinə icazə verilən sahələr göstərilmişdir (3 və 4-cü bəndlər). 25. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarında da fəaliyyəti dayandırılan və fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir (1.1-ci bənd və sözügedən qərara əlavə).
26. Göründüyü kimi, hər iki qərarda fəaliyyəti tam məhdudlaşdırılan sahələr ilə bağlı aşkar müddəalar olsa da, fəaliyyəti qismən məhdudlaşdırılan sahələr barədə hər hansı açıq-aşkar müddəa əks olunmamışdır.
27. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması ilə bağlı müddəa mövcuddur. 28. 19.06.2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndi ilə digər müddəaların birgə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, həmin bənddə qeyd olunan sahələr fəaliyyəti qismən məhdudlaşan sahələrə aiddir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və qis mən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilməz.
30. İddiaçının fəaliyyət növü ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Xüsusi Lisenziya”da iddiaçıya “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” faəliyyətini həyata keçirməyə icazə verilmişdir.
32. İddiaçının fəaliyyət kodu (28992) - yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası kimi göstərilmişdir.
33. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı pandemiya dövründə sair yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, vergi orqanı tərəfindən müəssisənin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən, müəssisə tərəfindən qarşı tərəflərə- "xxxx" QSC-yə (VÖEN: **********) 755820,27 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 40000,0 manat və "xxxx" QSC-yə (VÖEN: **********) 21285,78 manat olmaqla, ümumilikdə 817106,05 manat (ƏDV-siz) dəyərində (yanğın söndürmə üzrə sistemin qurulması və işçiliyi, inzibati binanın zirzəmizində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sistemin qurulması (sulu söndürmə) və s.) elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir.
34. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının Vergi Məcəlləsinin 2 22.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə məhdudlaşdırılmış (tam və ya qismən) olmalıdır.
35. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının fəaliyyətinin konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarında göstərilmiş hansı fəaliyyət sahəsinə uyğun olması ilə bağlı qiymətləndirmə aparmamışdır. İşin araşdırılmış hallarında isə iddiaçının fəaliyyətinin tam məhdudlaşdırılması və ya iddiaçının fəaliyyətinə işçilərin ümumi sayının 50 faizindən çox olması şərtilə, icazə verilməsi hallarını müəyyən etmək mümkün olm ur.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə, iddiaçının qeyd etdiyi kimi, işçilərin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırılması üçün müvafiq qurumlara sorğular verməli və elektron portal üzərində iddiaçının işçilərinin işə çıxmaları ilə bağlı məhdudiyyətin olub-olmamasını müəyyən etməli və əldə olunmuş mötəbər məlumatlar əsasında qərar qəbul etməlidir. Eyni zamanda, işə təkrar baxan məhkəmə qiymətləndirməni həyata keçirərkən iddiaçının faəliyyət sahəsini dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəlillərindən biri iddiaçının qeydiyyatdan keçdiyi fəaliyyət sahəsi ilə faktiki həyata keçirdiyi fəaliyyət sahəsinin bir-birindən fərqlənməsi barədədir ki, aşağı instansiya məhkəmələri tərəfi ndən bu hallar araşdırılmamışdır.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(103)-1849/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.