Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1651/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətin in Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2023-cü il tarixli, 2-1(103)-1601/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə "xxxx" MMC arasında 14 aprel 2021-ci il tarixində 020 №-İi alqısatqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əlavə olan 14 aprel 2021-ci il tarixli Əlavə №l-ə əsasən Hitachi İH 110 markalı 2 ədəd pul sayğacı və 20 may 2021- ci il tarixli Əlavə №2-yə əsasən 1 ədəd pul sayğacı üçün müştəri tablosu İddiaçı ASC tərəfindən satın alınmışdır.
2. İddiaçı A SC ilə "xxxx" MMC arasında 19 noyabr 2021-ci il tarixində 022 №-li alqısatqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əlavə olan 19 noyabr 2021-ci il tarixli Əlavə №l-ə əsasən Hitachi İH 110 markalı 1 ədəd pul sayğacı və 1 ədəd pul sayğacı üçün müştəri tablosu İddiaçı ASC tərəfindən satın alınmışdır.
3. İddiaçı ASC tərəfindən 22 aprel 2022-ci il tarixində 2021-ci ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə kassa metodu ilə təqdim edilmişdir.
4. Cavabdeh qurum tərəfindən 5 iyul 2022-ci il tarixində İddiaçı ASC-yə 2216 **********00 saylı məktub ünvanlanaraq bildirilmişdir ki, “tərəfinizdən xx.xx.2022-ci il tarixdə kassa metodu ilə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş ve rgi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılır. Araşdırma zamanı 2021-ci il ərzində məktuba əlavə edilmiş vergi ödəyicilərindən (“AXİNCA" MMC və “DERMON GROUP" MMC) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir, bu isə vergidən yayınma halı kimi qiymətləndirilir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır”.
5. Göstərilən məktuba müvafiq olara q 13 iyul 2022-ci il tarixində İddiaçı ASC tərəfindən cavabdehə məktubla müraciət edilmiş və məktub **********098100 nömrəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS Kargüzarlıq altsistemində qeydiyyata alınmışdır. Məktubda cavabdeh orqana bildirilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN:**********) şirkətləri ilə 2021-ci il ərzində aparılan əməliyyatlar nəticəsində 3 ədəd Hitachi markalı pul sayan sayğacı və 2 ədəd həmin sayğaclar üçün müştəri tablosu əldə olunmuşdur. Həmin əməliyyatların əmtəəli olduğunu nəzərinizə çatdırırıq və əlavə olaraq da bütün sənədləri və fotoşəkilləri Sizə təqdim edirik”.
6. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022- ci il tarixli №**********784000 qərara əsasən (mənfəət vergisi, hesabat dövrü 2021-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 1.944,80 manat əlavə (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 340.432,40 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 338.487,60 manat vergi çıxılmaqla) vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı 2021-ci il ərzində AXİNCA MMC (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 3.332,00 manatlıq və DERMON GROUP MMC (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 6.392,00 manatlıq mallar alınmışdır. Qeyd olunan ödəyicilərdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətl ərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 26 avqust 2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı barəsində qəbul edilmiş cavabdehin 28 iyul 2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********784000 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 iyul 2022-ci il tarixdə "Bank Avrasiya” ASC barəsində "vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********784000 saylı q ərarla kameral olaraq hesablanmış vergi məbləğ əsassız hesablanmışdır. Buna müvafiq olaraq həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə xarakterizə olunur. Qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həm 14 aprel 2021-ci il tarixli, həm də 19 noyabr 2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən hesab faktura, elektron qaimə, ödəniş tapşırığı və digər sənədlər tərtib edilmiş və müvafiq olaraq alınmış əmlakların dəyəri ödənilmiş və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapmışdır. Bununla bağlı sonradan cavabdeh qurum tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 2216 0201 6850 93 00 saylı məktuba verilmiş 13 iyul 2022- ci il tarixli **********098100 nömrəli məktubla da yenidən cava blandırılsa da, bu hallar nəzər alınmamış və nəticədə cavabdeh qurum tərəfindən əsassız olaraq 2021-ci ilin hesab dövründə gəlirdən çıxılan xərcləri müəyyən edilmiş və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmış və təqdim edilmiş sənədlər tam şəkildə araşdırılmamışdır. Halbuki cavabdeh qurum iddiaçı tərəfindən mübahisələndirilən dövr üzrə malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələri, vergi hesab-fakturaları nəzərə almalı, buna müvafiq olaraq əlavə verginin hesablanmasına yol verməməli idi.
9. İddia ərizəsində əlavə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1, 37.2, 37.4-cü, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, hazırkı mərhələdə nəzərə alınması zəruridir ki, cavabdeh orqa n məhz kameral vergi yoxlamasının başa çatdırılması məqsədi ilə 5 iyul 2022-ci il tarixdə iddiaçıya müraciət edir, bu zaman iddiaçı tərəfindən yoxlamanın başa çatdırılması üçün tələb edilən sənədlər (alqı-satqı müqavilələri, əlavələri, e-qaimələr, vergihesabat fakturaları) vaxtında cavabdehə təqdim edilir. Lakin cavabdeh tərəfindən bu hal nəzərə alınmadan iddiaçı barəsində mübahisələndirilən dövr üzrə təqdim edilmiş sənədləri nəzərə almadan, habelə iddiaçıya münasibətdə heç bir mənbəyə istinad olunmadan əlavə vergi hesablanır ki, bu hal vergi qanunvericiliyinin tələbləri ilə qətiyyən uzlaşmır. Mövcud vəziyyətdə cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini şərtləndirilən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir ki. bu halların heç biri sübut olunmamışdır. Bu hal i sə iddiaçının hüquqlarının pozulmasına səbəb olmaqla bərabər, faktiki olaraq cavabdeh qurum tərəfindən qanunvericiliyin tələbinə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati aktın qəbul edilməsinə səbəb olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsai tlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh qurum tərəfindən bu hallar nəzərə alınmamışdır. Bundan başqa hazırki iş üzrə cavabdeh qurumun mövcud vergi hesablama mexanizmi də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri ilə uzlaşmamaqla bərabər daha ağır olan normaların tətbiqinə əsas vermişdir. Halbuki Vergi Məcəlləsinin 67.1 -ci maddəsində cavabdeh qurumun hansı hallarda vergi məbləğini hesablaması, bunun hansı metodlar əsasında həyata keçirilə bilməsi və digər hallar tam şəkildə öz əksini tapmış, verginin hesablanmasının mümkünsüz olduğu hallarda Vergi Məcəlləsinin 83-cü maddəsində göstərilən ardıcıllıq la hesablanması müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli idi. Lakin bütün bunlar cavabdeh qurum tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı 2021-ci il ərzində "Axınca” MMC (VÖEN: **********) və "Dermon Group” MMC-dən (VÖEN: **********) əldə edilmiş elektron qaimə-faktural ar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2022-ci il tarixli 2216**********00 nömrəli "2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********098100 nömrəli cavab məktubu ilə 2021-ci il ərzində aparılan əməliyyatlar nəticəsində 3 ədəd Hitachi markalı pul sayan sayğacı və 2 ədəd həmin sayğaclar üçün müştəri tablosunun alındığı, habelə həmin əməliyyatların əmtəəli olduğu və əlavə olaraq bütün sənəd və fotoşəkillərin təqdim edildiyi bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının təqdim etdiyi 2021-ci ilin mənfəət vergisi hesabatında riskli vergi ödəyiciləri hesab edilən "Axınca” MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN:**********) şirkətlərindən ümumi dəyəri 9724,0 manat elektron qaimə-fakturalar üzrə alınmış mallara görə (o cümlədən, "Axınca” MMC-dən EBBM seriyalı xx.xx.2021 -ci il tarixli 646252 nömrəli elektron qaimə-faktura üzrə 3332,0 manat, "xxxx" MMC- dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 157599 nömrəli elektron qaimə-faktura üzrə 6120,0 manat və EBBM seriyalı xx.xx.2021-ci il tarixli 181982 nömrəli elektron qaimə- faktura üzrə 272,0 manat) mənfəət vergisinin hesablanmasında kənarlaşma yarandığı müəyyə n olunmuşdur. Bu səbəbdən də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********479500 nömrəli və xx.xx.2021-ci il tarixli **********138100 nömrəli Qərarlarına əsasən "Axınca” MMC və "Dermon Group” MMC riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən 2021-cu ilə görə mənfəət vergisi bəyannaməsinə 1.944,80 manat əlavə vergi məbləği hesablanaraq, aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********714700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. İddiaçı alqı-satqı əməliyyatl arının qanunvericiliyə uyğun olaraq rəsmiləşdirildiyini o cümlədən, malların (işlərin, xidmətlərin) alışını təsdiq edən elektron qaimələri, vergi hesab- fakturaları nəzərə almalı, buna müvafiq olaraq əlavə verginin hesablanmasına yol verilməməli olduğunu bildirmişdir. Qeyd olunanlarla əlaqədar olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən əmtəəsiz əməliyyat-vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar sayılır. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən (01 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyaya əsasən) riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən et diyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsində qeyd edilir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sə nədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qayd ada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
11. Bakı İnzibati Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli, 2-1(112)-2208/2023 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, cavabdehin 28 iyul 2022ci il tarixli **********784000 nömrəli qərarı ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN:**********) riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı ASC-yə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2023-cü il ta rixli, 2-1(103)-1601/2023 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/ K.H.Əkbərov və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli, 2-1(112)-2208/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən onların riskli vergi ödəyicisi olmaları barədə müvafiq qərar qəbul edilməmişdən əvvəl aparılmışdır. Cavabdeh isə apelyasiya şikayətində riskli vergi ödəyicisi ilə əməliyyat aparan digər vergi ödəyicisinə bu barədə xəbərdarlıq-bildiriş göndərilməsinə dair qanunver icilik normalarına istinad etsə də, yuxarıda qeyd edilən faktiki zaman fərqini nəzərə almamışdır. Cavabdeh orqan "xxxx" MMC və "xxxx" MMC-nin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmalarının iddiaçının məsuliyyət riski ilə əhatə olunmamasını nəzərə almamış və İddiaçı ASC-nin yalnız sonradan riskli vergi ödəyiciləri hesab olunmuş MMC-lər ilə aparılmış əməliyyatlarının əmtəəsiz olması ehtimallarına əsaslanmaqla iddiaçının üzərinə qanunvericiliklə nəzərdə tutulmayan məsuliyyət qoymuşdur. İddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması və vergidən yayınmaya əsas verilən halların müəyyən edilməsi istiqamətində müvafiq araşdırmalar aparılaraq, halhazırda vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar da qəbul edi lməmişdir. İş materialları və apelyasiya şikayətindən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı ASC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması sadəcə ehtimal olunur. İstər iddiaçının müraciətinə cavabda, istərsə də məhkəmə baxışları zamanı cavabdeh inzibati orqan iddiaçının əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, məhkəmə qərarı aşağıda qeyd edilən əsaslara görə ləğv edilməlidir: - Məhkəmə iddiaçı ilə "xxxx" MMC və "Dermon Group” MMC arasında baş vermiş alqı-satqı əməliyyatlarını subyektiv əsaslarla deyil, "xxxx" MMC və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsini üçüncü şəxs kimi məhkəmə işinə cəlb edərək "xxxx" MMC və "xxxx" MMC-nin idxal etmədiyi və almadığı malların hansı formada iddiaçıya satışının həyata keçirildiyini aydınlaşdıra bilərdi, habelə həmin malların həqiqətən mövcud olmasını əks etdirən müvafiq sübutları (anbara giriş-çıxışını təsdiq edən digər sənədləri və s.) tələb edə bilərdi. - Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, y alnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən "xxxx" MMC və "xxxx" MMC tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olub- olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. Hərçənd ki, adı gedən malların ölkə ərazisində alışı və idxalının olmamasına dair sübutlar məhkəmə baxışı zamanı təqdim edilmişdir. - Bundan başqa, vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə ) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur. - Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmçinin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. 18. “Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
19. Meyarların müvafiq bəndlərinə (bənd 1.1, 2.1.2-2.1.4) əsasən vergi orqanının hesablamasına, həmçinin iddiaçı İlə “Axınca" MMC və “Dermon Group" MMC arasında əməliyyatlara baxılan zaman aparılan əməliyyatların riskli əməliyyat olduğu, vergi orqanı tərəfindən aparılan hesablamanın və qəbul edilən qərarın tamamilə əsaslı olduğu açıqaydın görünür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə r iskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;... Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıda kı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;.... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında 14 aprel 2021-ci il tarixində 020 №-İi alqı-satqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əlavə olan 14 aprel 2021-ci il tarixli Əlavə №l-ə əsasən Hitachi İH 110 markalı 2 ədəd pul sayğacı və 20 may 2021- ci il tarixli Əlavə №2-yə əsasən 1 ədəd pul sayğacı üçün müştəri tablosu İddiaçı ASC tərəfindən satın alınmışdır. İddiaçı ASC ilə "xxxx" MMC arasında 19 noyabr 2021-ci il tarixində 022 №-li alqı-satqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əlavə olan 19 noyabr 2021-ci il tarixli Əlavə №l-ə əsasən Hitachi İH 110 markalı 1 ədəd pul sayğacı və 1 ədəd pul sayğacı üçün müştəri tablosu İddiaçı ASC tərəfindən satın alınmışdır.
27. Kassasiya şikayətinin dəlillərinə əsasən yuxarıda qeyd edilən əməliyyatlar riskli hesab olunduğundan ƏDV bəyannaməsində əvəzləşdirilməyə əsas vermir. Cavabdeh şikayətini onunla əsaslandırır ki, iddiaçının əməliyyat apardığı hüquqi şəxslər məhz iddiaçı ilə aparılan alqı-satqı əməliyyatlarının nəticəsinə uyğun olaraq riskli vergi ödəyiciləri hes ab edilmişlər. Yəni iddiaçı və digər müəssisələr arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisələrin riskli vergi ödəyiciləri olması barədə qərarlar qəbul edilmişdir.
28. Beləliklə, cavabdeh özü də kassasiya şikayətinin dəlillərində iddiaçı ilə digər müəssisələr arasında aparılan alqı-satqı əməliyyatlarının həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş verdiyini qeyd edir.
29. Kassasiya şikayətinin dəlillərinə əsasən: - Cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********479500 nömrəli və xx.xx.2021-ci İl tarixli **********138100 nömrəli qərarlarına əsasən "xxxx" MM C və "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişlər.
30. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
31. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərard an sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
33. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılması na dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.
34. Nəzərə almaq lazımdır ki, cavabdehin özü də kassasiya şikayətində iddiaçının digər müəssisələrlə apardığı müvafiq əməliyyatların həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir.
35. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi el ektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.
36. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İ ddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir.
37. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir.
38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 31 mart 2023-cü il tarixli, 21(103)-1601/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.