Məhkəmə qərarları › İş №2-1(102)-1652/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1652/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1652/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi; iddia tələbindən kənara çıxma; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Əra zi İdarəsinə qarşı (üçüncü şəxs X9) “fərdi yaşayış evinə dair texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-1(105)-14/2021 nömrəli qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən X ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsi nə dair plan və ölçü sənədinin verilməsini xahiş etmişdir.

3. Cavabdeh 2018-ci il 15 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi mübahisəlidir. Mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 noyabr tarixli, 2-1(85)-3444/2017 saylı qərarı qüvvəyə minməmiş, X9 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə tərəfindən yekun qərar verildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2018-ci il 16 fevral tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan X ünvanda yerləşən həyətyanı torpaq sahəsinə plan və ölçü sənədinin v erilməsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan X ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun və həmin evə aid torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh. 82.03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq iddiaçıya həyətyanı torpaq sahəsinə plan və ölçünün verilməsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2018-ci il 10 sentyabr tarixli məhkəmə iclas qərardadı ilə iddia ərizəsinə əlavə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının əsaslandır ması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X ünvanda yerləşən 0,316 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin ünvanda yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 2017-ci il 16 fevral tarixdə Seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinə plan və ölçü almaq üçün dəfələrlə reyestr xidmətinə müraciət edərək bütün sənədləri təqdim etməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünü verməkdən imtina etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, X5 verilmiş 2018-ci il 15 yanvar tarixli **********52 qeydiyyat nömrəli ca vab məktubunda torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən imtina olunması barədə heç bir qeyd olmamışdır. Cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsinin üzərində məhkəmədə mübahisəsi vardır və onun müraciətinə məhkəmə tərəfindən iş üzrə yekun qərar verildikdən sonra qanunamüvafiq qaydada baxılacaqdır. Üçüncü şəxsin etirazları:

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş imtina tamamilə qanuni və əsaslıdır və iddiaçının tələb etdiyi texniki pasport ona verilə bilməz. Çünki iddiaçının texniki pasport verilməsini tələb etdiyi torpaq sahəsi ünvan 1 ünvandakı çoxmənzilli binanın qarşısında yerləşən və həmin mənzillərə zəruri xidmət üçün nəzərdə tutulan torpaq sahəsidir və mövcud qanunvericiliyə görə binada yerləşən mənzil mülkiyyətçilərinin ümumi birgə mülkiyyəti hesab edilir. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma v ə abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Bununla bağlı üçüncü şəxsin nümayəndəsi iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli, 2-1(085)57/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün və fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə üçüncü şəxs X7 mübahisəli torpaq sahəsinə hər hansı hüququ olması təkzib edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın məhkəmə mübahisələrinin davam etməsi əsası ilə iddiaçıya imtina cavabı verməsi qanunsuz olmuşdur. C avabdeh iddiaçıya verdiyi cavabda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.5-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə plan və ölçü sənədinin verilməsi ilə bağlı deyil, hüquqların dövlət qeydiyyatının dayandırılması hallarını nəzərdə tutmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

12. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-1(105)-14/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli qərarı qismən – iddiaçının mülkiyyətində olan X ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, öhdəliyin icrası haqqında iddialarla bağlı işə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsi tələb olunur. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-1(105)-14/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli qərarı qismən - X ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddia qi smən təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Torpaq sahəsinin planı və ölçüsü sənədinin Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanması hissəsində iddia rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışa əsasən, X ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən aparılmış qeydiyyatın qanuniliyi müəyyən edildiyindən, həmin torpaq sahəsinə dair çıxarışda qeyd edilmiş ölçü (316 kv. m.) nəzərə alınmaqla torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş həmin texniki pasportun arxivdə saxlanılan nüsxəsindən görünür ki, texniki pasportda yalnız tikilinin planı təsvir edilmiş, torpaq sahəsinin şərhi qrafasında heç nə yazılmamış, torpaq sahəsinin planı bölməsində heç bir qeydiyyat aparılmamışdır. Həmçinin, iddiaçının tələbində istinad etdiyi və məhkəməyə təqdim etdiyi texniki pasp ortun sadə kserosurət olduğu nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh. 82.03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi hissəsində iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

19. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismənapellyasiya şikayətinin təmin edilməyən və iddianın təmin edilən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsi üzərində hüquqlar naturada təsdiq olunmalıdır. Torpaq sahəsi üzərində hüquqlar qeyri-müəyyən və ya mücərrəd xarakter daşımamalıdır. Bir tərəfdən cavabdeh tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli, qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən 2017-ci il 16 fevral tarixli, ******* saylı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrdən çıxarış vermiş, digər tərəfdən həmin texniki pasportda göstərilən torpaq sahəsinin hüdudlarının müəyyən edilməsindən imtina edilir. Belə olan halda 2017-ci il 16 fevral tarixli, ******* saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın hansı torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu təsdiq etməsi aydın deyil. Məhkəmənin qəbul etdiyi qərarda da bu hallar dəqiqləşdirilməmiş və qeyri-müəyyən olaraq qalmışdır.

21. İş üzrə qəbul edilmiş qərar ziddiyyətli xarakter daşıyır. Belə ki, məhkəmə bir tərəfdən mə nim mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi-69 ünvanında yerləşən 0,0316 ha torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsini tələb olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyur, eyni zamanda texniki pasportda göstərilən eyni ölçüdə olan həmin torpaq sahəsinin texniki pasporta uyğun olaraq tərtib edilməsi hissəsində iddianı rədd edir.

22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş dir. Həmin Siyahının 2.4,-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport əsas götürülür. Göründüyü kimi qanunverici texniki pasportu torpaq sahəsinin müəyyən edilməsində hüquqmüəyyənedici sənəd kimi qiymətləndirmişdir. b. cavabdehin kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə prosesi zamanı iddiaçının vəsatəti əsasında məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinə yerində baxışın keçirilməsi və mütəxəssis rəyinin alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xi dmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilmiş, lakin apellyasiya məhkəməsinə mütəxəssis rəyi daxil olmadan, 2021-ci il 19 may tarixdə məhkəmənin növbəti iclası təyin olunmuş və yuxarıda qeyd olunan qərar qəbul olunaraq, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçüsünün sənədinin işlənilib verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur, bununla da məhkəmə kobud pozuntuya yol vermişdir.

24. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka h üquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçının iddia etdiyi torpaq sahəsinə dair onun əlində hər-hansı bir torpaqayırma sxemi (ayrıc aktı) yoxdur, torpaq sahəsinin dəqiq koordinatları müəyyən deyil, bu səbəbdən onun tələbinin (torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənməsi) yerinə yetirilməsi mümkün deyil. c. üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə kollegiyasının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndinə əsasən, “Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək vəzifələri yerinə yetirir”. Göründüyü kimi, cavabdehin vəzifəsi mülkiyyətdə olan torpaq sahələrinin plan və ölçü sənədini deyil, mülkiyyət hüquqlarının qeydiyyatı məqsədi ilə, yəni torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmazdan əvvəl plan və ölçü sənədinin hazırlanması vəzifəsini daşıyır. İndiki halda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədini hazırlaması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azə rbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0,11-ci bəndinə əsasən, “Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək vəzifəsini həyata keçirir ”.

26. Apellyasiya instansiyası Məhkəməsi 2021-ci il 18 fevral tarixli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan çıxarışa əsasən, X4 xüsusi mülkiyyətində olan 0,0316 ha torpaq sahəsinin naturada sərhədləri, döngə nöqtələrinin koordinatlarının müəyyən olunmasını tələb etmişdir. Məhkəmənin həmin məktubu əsasında Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ətraflı araşdırma aparılmış, ünvana yerində baxış keçirilmiş və məhkəməyə 2021-ci il 4 may tarixli mütəxəssis rəyi vermişdir. Həmin rəyə əsasən, X4 mülkiyyətinə verilmiş 0,0316 ha torpaq sahəsinə aid “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyindən torpaq sahəsinin naturada sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin, məhkəmə nəinki mütəxəssis tərəfindən verilmiş həmin rəyə istinad etməmiş, ümumiyyətlə, mütəxəssis rəyinin alınması üçün müraciət olunduğunu belə öz qərarında göstərməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçının vəkili X1 2021-ci il 5 oktyabr tarixli məhkəmə iclasında iddiaçının kassasiya şikayətini müdafiə edə rək təmin olunmasını xahiş etdi.

28. Cavabdehin vəkili Vəkil 2021-ci il 5 oktyabr tarixli məhkəmə iclasında cavabdehin kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

29. Üçüncü şəxs və vəkili X6 2021-ci il 5 oktyabr tarixli məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

30. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplama ğa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları ( faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

32. Şikayətlərdə (ümumi olaraq) apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və ə saslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. İddiaçının şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Cavabdehin və üçüncü şəxsin şikayətləri əsaslıdır və tam təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

34. Mübahisələndirilən qərarın nəticə hissəsindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli qərarını qismən - X ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh. 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv etmiş, həmin hissədə yeni qərar qəbul edərək iddianın qismən təmin edilməsinə, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, Torpaq sahəsinin planı və ölçüsü sənədinin Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh. 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanması hissəsində iddianın rədd edilməsinə qərar vermişdir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.

36. Əvvəla, apellyasiya instansiyası məhkəməsi eyni tarixli və nömrəli qərardadla Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli qərarını qismən – iddiaçının mülkiyyətində olan X ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh. 82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv etmiş və həmin hissədə iddianı mümkün saymamışdır. Başqa sözlə, fərdi yaşayış evinin texniki pasportunun idd ia olunan məzmunda hazırlanaraq verilməsi tələbi qərardadla mümkünsüz hesab edildiyindən, həmin tələb yenidən qərarla mahiyyəti üzrə həll oluna bilməzdi.

37. İkincisi, mübahisələndirilən qərarla təmin edilən (“torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) və rədd edilən (“torpaq sahəsinin planı və ölçüsü” sənədinin Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanması) hissələr apellyasiya instansiyası məhkəməsinin ləğv etdiyi hissənin (“yaşayış evinin texniki pasportunun 1991-ci ildə tərtib olunm uş texniki pasportun göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) tərkibində deyillər. Başqa sözlə, birinci instansiya məhkəməsinin qərarı “torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və verilməsi” tələbinə aid hissədə ləğv edilməmişdir.

38. Nəhayət, apellyasiya instansiyası məhkəməsi iddiaçının vahid (bölünməz) tələbini (“torpaq sahəsinin planı və ölçüsü” sənədinin Şamaxı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82.03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq iddiaçıya verilməsinin cavabdehin üzərinə qoyulması) iki hissəyə bölərək bir hissə də təmin, digər hissədə rədd etməklə iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı, sadəcə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini iddia etməmişdir. O, həmin sənədin məhz 1991-ci ildə tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun hazırlanaraq verilməsini tələb edir. Məhkəmə də həmin məzmunda tələbi vahid (bölünməz) tələb kimi həll etməli idi. İddiaçı da haqlı olaraq şikayətinin dəlili kimi işin həmin halına istinad etmişdir.

39. Bundan başqa, cavabdeh və üçüncü şəxs haqlı olaraq öz şikayətlərinin dəlili kimi qeyd edirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının vəsatəti əsasında iddiaçının mülkiyyətində olan 0,0316 ha torpaq sahəsinin naturada sərhədlərinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi barədə mütəxəssis rəyinin alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, məhkəmənin həmin məktubu əsasında ünvana yerində baxış keçirilmiş və məhkəməyə 2021-ci il 4 may tarixli mütəxəssis rəyi verilmişdir. Lakin həmin rəy məhkəməyə daxil olmadan yuxarıda qeyd olunan qərar qəbul olunaraq, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçüsünün sənədinin işlənilib verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

40. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı üçüncü şəxs ərizə ilə müraciət edərək mütəxəssis rəyi alınanadək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, həmin vəsatət İPM-in 58.3-cü maddəsinin tələbinə zidd olaraq, hər hansı əsas göstərilmədən rədd edilmişdir.

41. Mübahisənin düzgün həlli üçün apellyasiya instan siyası məhkəməsinin zəruri hesab etdiyi, bu məqsədlə də tələb etdiyi mütəxəssis rəyi apellyasiya instansiyası məhkəməsinə mübahisələndirilən qərarın qəbulundan sonra - 2021-ci il 24 may tarixdə daxil olduğundan məhkəmə araşdırmasının predmeti olmamışdır.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 52, 58.3, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan iddiaçının şikayəti iddianın təmin ed ilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-1(105)-14/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. İddiaçının şikayəti iddianın təmin edilməsi tələbinə dair hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar