Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1652/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1713/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh 15 iyul 2021-ci il tarixli məktubla N nömrəli hərbi hissə komandirinin avqust – dekabr 1993-cü il, yanvar – may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciə t edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 7 avqust 1993-cü il tarixdən 12 aprel 1994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Ermənistanla müharibə dövründə xidmət etmiş və həmin vaxt dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 554 saylı, 12 mart 2018-ci il tarixli qərarına əsasən təyin olunmuş diaqnozla 12 aprel 1994-cü il tarixdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında müalicə olunmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 18 avqust 2015-ci il tarixli məktubda bildirilir ki, N nömrəli hərbi hissə koma ndirinin yanvar – fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı hesab edir ki, mərkəzi arxivin arayışı natamam formada tərtib edilmişdir, yəni 26 fevral 1994-cü il tarixdən 12 aprel 1994-cü il tarixədək onun xidmətinin qeyd edilməsinə baxmayaraq, mərkəzi arxiv 1994-cü ilin yanvar və fevral aylarında verilmiş əmrlərin və məlumatların aşkar olunmadığını bir cümlə ilə bildirməklə məsələyə səthi yanaşmışdır.
4. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, inzibati işin tam və hərtərəfli araşdırılması üçün Müdafiə Nazirliyi tərəfindən Nazirliyin Mərkəzi Arxivinə sorğu verilmişdir. Mərkəzi Arxivin 13 oktyabr 2021-ci il tarixli arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin avqust – dekabr 1993-cü il, yanvar – may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 12 mart 2018-ci İİ tarixli, 554 nömrəli qərarına əsasən iddiaçının 26 fevral 1994-cü il tarixdən 12 aprel 1994-cü il tarixə kimi müayinə və müalicədə olduğu qeyd edilmişdir. İddiaçının müayinə və müalicəsinin sona çatdığı 12 aprel 1994-cü ildə tarixində hələ atəşkəs elan edilmədiyindən, iddiaçı hərbi hissəyə qayıtmalı və sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə xidmətini davam etdirməli, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq əmrlərlə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmal ı idi. Bununla da, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya” əsaslı olaraq 14 iyul 2021-ci il tarixli qərarı ilə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mümkün olmadığı qərarına gəlmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 10 yanvar 2022-ci il tarixli, 21(112)- 2244/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 18 yanvar 1994-cü il tarixdə hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti zamanı 26 fevral 1994-cü il tarixdə döyüş zonasında xəsarətdən 12 aprel 1994-cü il tarixədək müvafiq tibb müəssisəsində müalicə alsa da, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin müvafiq məktubuna əsasən onun h əmin dövrdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumatlar arxiv materiallarında aşkar olunmamışdır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışları və hərbi biletlərləri “müharibə veteranı” adının verilməsi üçün əsas kimi müəyyən edərkən, onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir.
7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.P.Oruczadə - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və M.N.Tağızadə) 12 may 2022-ci il tarixli 2-1 (103)-1713/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Veteranlar haqqında” Azə rbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən c inayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
13. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (S eyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməs i ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
15. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respub likasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması na dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən, hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instans iyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfin dən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Avropa İnsan hüquqları Məhkəməsinin hə min mövqeyinə uyğun olaraq iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununu təkrarlayan hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı 18 yanvar 1994-cü il tarixdə hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 12 mart 2018-ci İİ tarixli, 554 nömrəli qərarında iddiaçının 26 fevral 1994-cü il tarixdən 12 aprel 1994-cü il tarixə kimi müvafiq tibb müəssisəsində müalicədə olduğu qeyd edilmişdir.
24. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının müayinə və müalicədən sonra hərbi xidmət yerinə qayıtması və hərbi xidmətini davam etdirməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması iş üzrə materiallardan görünmür. Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi tərəfindən sorğuya cavab olaraq təqdim olunmuş arayışdan da iddiaçının avqustdekabr 1993-cü il, yanvar–may 1994-cü il tarixlərdə hərbi xidməti barədə hərbi hissənin nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba kitabında məlumatın aşkar olunmadığı qeyd edilmişdir.
25. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özün ümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
26. Şəxsə müharibə veteranı adının verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş başqa bir tələb isə, şəxsə aid hərbi biletdə onun döyüş əməliyyatlarında iştirakına dair aparılmış müvafiq qeydlərin hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları tərəfindən təsdiq olunması ilə bağlıdır. Belə ki, həmin normaların mahiyyətinə görə, müharibə veteranı adı hərbi bilet əsasında yalnız o şərtlə verilir ki, hərbi bilet şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilsin. Başqa sözlə, yuxarıda istinad olunan normalara görə, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənəd kimi istinad etdiyi hərbi bilet yalnız hərbi xidmət keçməni sübut edən hərbi hissələrin n izami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda veteran adının verilməsi üçün keçərli və mötəbər sayıla bilər.
27. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hərbi hissə komandirinin yanvar–may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, habelə Mərkəzi Arxivin təqdim etdiyi arxiv arayışlarında iddiaçının yanvar-may 1994-cü ildən sonrakı hərbi xidməti, o cümlədən hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması barədə məlumatlar mövcud deyildir. İddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamış, iddiaçı özü də müalicədən sonra hərbi xidmət yerinə qayıtması və hərbi xidmətini davam etdirməsi, xüsusən də hərbi xidmə tdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir.
28. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı onun hərbi xidməti barədə ilkin məlumatları əks etdirən hərbi biletini də məhkəməyə təqdim etməmişdir (naməlum şəraitdə itirdiyini bildirir). Bundan başqa, cavabdehin imtinasına qiymət verərkən, iddiaçının tibb müəssisəsində müalicəsinin başa çatdığı (12 aprel 1994-cü il tarixdə) dövrdə atəşkəs rejiminin elan olunmadığı da nəzərə alınmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini və qanunla nəzərdə tutulmuş müddətdə hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını eh tiva edir.
30. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçının öz tələbinin əsası kimi döyüş əməliyyatlarında iştirak etməsi və xəstəxanada müalicə olunması faktına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
31. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənilməmişdir. Bu baxımdan iddiacıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1713/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.