Məhkəmə qərarları › İş №2-1(102)-1652/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1652/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1652/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlb etmə barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X2 (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-769/2023 nömrəli, 16 mart 2 023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 dekabr 2021-ci il tarixli **********4352 nömrəli qərarı ilə vergi ödəyicisi fiziki şəxs X3 44.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli aktın əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********4352 saylı qərarın ləğv olunmasına barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddi a onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində saat 17:00-da “Riva Plaza” şadlıq sarayında (**********) X16 üzrə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********7945 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və onun nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktın əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********4352 saylı qərarı ilə 44000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli akt qanunvericiliyin tələ blərini pozmaqla tərtib olunmuşdur. İddiaçı Bakı ş, Sabunçu r, Seyid Hüseyn (Sabunçu) Ə.Məmmədəliyev küçəsinin kəsişməsi ünvanda yerləşən “Riva Plaza” şadlıq sarayında fərdi sahibkarlıq fəaliyyəti göstərir. Vergi Xidməti əməkdaşları tərəfindən akt tərtib olunarkən faktiki hallar nəzərə alınmamış və işçilərdən izahatlar alınarkən iddiaçıya qarşı ifadə vermələri üçün qanunsuz təsir göstərilmişdir. Operativ nəzarət şöbəsinin nümayəndələri tərəfindən akt tərtib olunarkən əsassız olaraq əlavə məlumatların əldə edilməsinə zərurət yaranmadığı qeyd edilmiş və iddiaçının izahatında bildirdiyi hallara ötəri yanaşılmışdır. Belə ki, iddiaçının tabeliyində olan 38 nəfər işçi əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Aktda qeyd edilən 12 nəfər işçi xx.xx.2021-ci il tarixində, yəni toy günündə qeydiyy ata alınmış əmək müqavilələri ilə fəaliyyət göstərmişdir. Digər 7 nəfərdən ibarət musiqi qrupu isə toy yiyəsinin dəvət etdiyi şəxslər olmuşdur. Bütün bu hallar yoxlama zamanı nəzərə alınmamışdır. Vergi Xidmətinin əməkdaşları inzibati xəta üzrə məsuliyyətə cəlb etmə barədə qərar qəbul etmək əvəzinə, vergi Məcəlləsinə əsasən onu məsuliyyətə cəlb etməklə humanizm prinsipinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, əmək müqaviləsi bağlamadan fiziki şəxslərin işə cəlb olunmasına görə Vergi Məcəlləsinin 58.10- cu maddəsi ilə hər adam üçün işə götürənə münasibətdə 2000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulduğu halda, İnzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsində ümumilikdə 2000 manat məbləğində cərimə göstərilmişdir. Bu məsuliyyət tədbirləri arasında Vergi Məcəlləsinin müd dəalarının tətbiq olunması iddiaçının sahibkarlıq fəaliyyətinə böyük zərər vurmuş olacaqdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 7.5-ci maddəsinə əsasən, yoxlayıcılar təmsil etdiyi yoxlayıcı orqanda tətbiq edilən etik davranış qaydalarına əməl etməlidirlər. Belə ki, izahat alınarkən şəxslərin ifadələrinə təsir edilmiş, hətta bəzi ifadələr Xidmət əməkdaşların özləri tərəfindən yazılmışdır. Buna əyani sübut kimi X9 izahatının ilk cümləsindəki “işə götürülmüşdür” hissəsinə diqqət yetirmək kifayətdir. Aktda göstərilənin əksinə olaraq yoxlama zamanı yoxlayıcı əməkdaşlar tərəfindən iddiaçıya hər hansı sənəd təqdim olunmamışdır. Çoxsaylı tələblərinə baxmayaraq Vergi Xidməti əməkdaşları yoxlama aparmalarına əsas olan hər hansı sənədi iddiaçıya təqdim etməmiş və öz mülahizələrinə əsaslanan akt tərtib etmişlər. Cavabdehin etirazları:

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********7945 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən həmin tarixdə fiziki şəxs X2 (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Riva Palace” şadlıq evində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (iyirmi bir) fiziki şəxsin və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilm ədən 1 (bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ v ergi nəzarətinin nəticəsi haqqında aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmaması və bir nüsxəsinin qəbul edilməməsi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:08:23-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 44000 (qırx dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğ lərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:20:22-də oxunduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti qanunvericiliyə uyğun həyata keçirilmiş və heç bir pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkət ləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5489/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qan unvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, maliyyə sanksiyası tətbiq edilərkən qeyd edilən şəxslərdən X15 və X6 izahatlarında xx.xx.2021-ci il tarixdə işə götürüldüklərini bildirmişlər. Məhkəmə qeyd edilən 2 nəfərlə əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlandığını və onların izahatlarında məhz həmin günü işə götürüldüklərini etiraf etdiklərini nəzərə alaraq onlara münasibətdə iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsini əsassız hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında adları çəkilən X15 və X6 ilə əmək müqaviləsi bildirişinin operativ ver gi nəzarəti ilə təxminən eyni vaxtda yəni, 16:08 və 16:14 radələrində sistemə daxil edildiyini, bu əsasdan həmin müqavilələrin məsuliyyətdən yayınmağa yönəldiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin bu hissədə etirazı o zaman əsaslı ola bilərdi ki, vergi əməkdaşı operativ vergi nəzarəti zamanı qeyd edilən şəxsləri əmək müqaviləsi bağlanmazdan öncə bilavasitə işçi geyimində, iş başında aşkar etmiş və bunu sübut edən sənədi (məsələn, videoçəkiliş, fotoçəkiliş və s.) təqdim etmiş olsun. Hazırkı iş üzrə isə belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınsa ki, qeyd edilən 2 nəfər ofisiant vəzifəsində olmuşlar, o zaman işəgötürən onlarla günün istənilən vaxtında görüşərək işə başlamalarını və eyni zamanda əmək müqaviləsinin rəsmi ləşməsini həyata keçirə bilərdi. Həmçinin, vergi orqanının tərtib etdiyi əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş şəxslərin siyahısında X4 adı qeyd edilsə də, həmin şəxsin izahatı icraat materiallarına əlavə edilməmişdir. Təqdim edilmiş icraat materiallarında həmin şəxsin əvəzinə X5 izahat alınmış, izahatı Abbasova Səfurə imzalamış, izahatında onunla əmək müqaviləsi bağlandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatda X11 (AZE ********) ilə əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə sistemə işləndiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə X4 izahatının alınmadığını, izahatın alınmaması barədə akt tərtib edilmədiyini, onun yerinə başqa bir əmək müqaviləsi olan işçinin izahatının alındığını əsas götürərək hesab edir ki, cavabdehin 1 nəfər X10 adlı şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi sübuta yetirilməmişdir və bu əsasdan ona münasibətdə də maliyyə sanksiyasının tətbiqi əsassızdır.

7. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-769/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5489/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apell yasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayəti iddia ərizəsinə dair verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı adı çəkilən işçilər X15 və X6 əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb olunduğunu öz izahatları ilə etiraf etmişlər. Belə ki, hər iki işçi xx.xx.2021-ci il tarixli izahatın 2-ci bəndində öz əksini tapan “İşəgötürənlə aranızda əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmışdırmı?” sualına “X eyr, heç bir müqavilə bağlanmayıb” cavabını vermişdir. Həmçinin, izahatların 13cü bəndində qeyd olunan “Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçib sabit qəbz almısınızmı?” sualına isə hər ikisi “Xeyr, sabit qəbz almamışam” cavabını vermişdir.

12. Şəxsin əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək üçün işçiyə aid məlumatlar öncədən işəgötürəndə mövcud olmalıdır, başqa sözlə işçi şəxsiyyətini təsdiq edən sənədi əvvəlcədən işəgötürənə təqdim etməli və bu halda onunla əmək müqaviləsi bağlanacağından xəbərdar olmuş olmalıdır, işçilərin öz izahatlarında faktı etiraf etmələri onlarla işə cəlb edilməzdən əvvəl hər hansı müqavilə bağlanmadığını bir daha sübut edir.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli izahatdan da göründüyü kimi, izaha tı alınan şəxs qeyri-səmimilik göstərərək vergi orqanına düzgün olmayan məlumat verməyə çalışmışdır. Belə ki, izahat verilən zaman X10 əvvəl öz soyadı, adı, ata adını və təvəllüdünü yazsa da, sonradan yazdıqlarının üzərindən xətt çəkmiş, doğum tarixi məlumatlarına düzəliş edərək, əmək müqaviləsi qüvvədə olan X7 məlumatlarını qeyd etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, izahat verən şəxs faktiki əmək münasibətlərində olduğu halda, qüvvədə olan əmək müqaviləsi mövcud olmadığından bu yola əl atmış, eyni obyektdə əmək müqaviləsi əsasında çalışan və OVN zamanı obyektdə olmayan şəxsin - X7 məlumatlarından istifadə etmişdir. Bildirmək istəyirik ki, hər iki şəxsin ata adı və doğulduğu yerlərin eynilik təşkil etməsi (doğum yerləri Qazax rayonu, Aşağı Salahlı kəndi olaraq qeyd olunmuşdur) və bir-birinə aid şəxsi məlumatları dəqiqliklə bilməsi bacı olması ehtimalını istisna etmir, hər bir halda izahatı verən şəxsin X10 olması vergi orqanı əməkdaşları tərəfindən müəyyən edilmişdir.

14. Eyni zamanda iddiaçının barəsində qəbul edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 22 sentyabr 2022-ci il tarixli qərarda da qeyd olunmuşdur ki, X1 Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə etdiyi müraciətdə X6, X15 və X4 onun işçiləri olduğunu etiraf etmiş və onların işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarını tam şəkildə ödəmişdir.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişini n qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə - elektron qaydada məlumat göndərilir. 16. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”nı təsdiq edilməsi haqqında 6 iyun 2014-cü il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.4-cü maddəsinə əsasən Əmək müqaviləsinin bağlanılması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra mə lumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

23. Vergi orqanlarının hüquqları Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hall arda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındak ı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət g östərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

19. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci m addəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ verg i nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tə ləb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəz ifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələbləri nə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. - 10-cu bə ndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyy ənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəy yənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə b ağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xid mətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəs ində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iş əgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın s urətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edili r. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məluma tlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: - 3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. - 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi forması nda elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. - 3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən audentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. - 3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kart ının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir.

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellya siya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli akta X3 məxsus Riva Palace-da aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə y etirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı aşağıdakılardan ibarət olmuşdur.

30. Həmin akt əsasında iddiaçıya 44.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 dekabr 2021-ci il tarixli **********4352 nömrəli qərar qəbul etmişdir.

31. Operativ yoxlama zamanı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 22 (iyirmi iki) nəfər fiziki şəxsin siyahısı tərtib edilmiş, 21 nəfərdən izahat alınmış, alınmış izahatlar iş materiallarına əlavə, eyni tarixdə vergi əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən 1 nəfər izahat verməkdən imtina etmişdir.

32. İddiaçı iddia tələbində “Vergi ödəyicisinin ver gi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 dekabr 2021-ci il tarixli **********4352 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

33. Birinci instansiya məhkəməsi cavabdehin qərarını 3 nəfərə münasibətdə 6000 manat hissədə ləğv etdiyindən, apellyasiya və kassasiya şikayətlərini yalnız cavabdeh verdiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız iddianın təmin edilmiş 6000 manata aid hissədə yoxlanılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin müqavilələrin iddiaçının məsuliyyətdən yayınmasına yönəldiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətin qeyd edilən dəlili o zaman əsaslı ola bilərdi ki, vergi əməkdaşı operativ vergi nəzarəti zamanı qeyd edilən şəxsləri əmək müqaviləsi bağlanmazdan öncə bilavasitə işçi geyimində, iş başında aşkar etmiş və bunu sübut edən sənədi (məsələn, videoçəkiliş, fotoçəkiliş və s.) təqdim etmiş olsun. Hazırkı iş üzrə isə belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınsa ki, qeyd edilən 2 nəfər ofisiant vəzifəsində olmuşlar, o zaman işəgötürən onlarla günün istənilən vaxtında görüşərək işə başlamalarını və eyni zamanda əmək müqaviləsinin rəsmiləşməsini həyata keçirə bilərdi.

36. Həmçinin, iş materiallarına əlavə olunmuş izahatlardan da aydın görünür ki, hər iki şəxs xx.xx.2021-ci il tarixdən yəni yoxlama keçirildiyi tarixdən işə başladığını b ildirmiş və işəgötürən tərəfindən də əmək müqaviləsi bildirişi elə həmin günü elektron informasiya sisteminə daxil edilmişdir.

37. Kassasiya şikayətində adı çəkilən digər şəxsə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının tərtib etdiyi əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş şəxslərin siyahısında X4 adı qeyd edilsə də həmin şəxsin izahatı icraat materiallarına əlavə edilməmişdir. Təqdim edilmiş icraat materiallarında həmin şəxsin əvəzinə X5 izahat alınmış, izahatı Abbasova Səfurə imzalamış, izahatında onunla əmək müqaviləsi bağlandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatda X11 (AZE ********) ilə əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə sistemə işləndiyi müəyyən olunmuşdur. Belə olan halda X4 izahatının alınmadığ ını, izahatın alınmaması barədə akt tərtib edilmədiyini, onun yerinə başqa bir əmək müqaviləsi olan işçinin izahatının alındığını əsas götürərək birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin 1 nəfər X10 adlı şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi sübuta yetirilməmişdir və bu əsasdan ona münasibətdə də maliyyə sanksiyasının tətbiqi əsassızdır.

38. Yuxarıda istinad edilən normaların təhlilindən göründüyü kimi, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

39. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildiyindən, məhkəmənin mübahisəyə dair iş ü zrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-769/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərarı cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar